Məhkəmə qərarları › İş №2(102)-6022/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6022/2021

08.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6022/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sazişinin ləğvi, zərərin əvəzinin ödənilməsi və s. tələblər) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-968/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Şəki şəhərində restoran biznesi ilə məşğul olmaq və bununla əlaqədar mülkiyyətində olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı restoran fəaliyyəti üçün təmir etdirərək işlətmək qərarına gəlmişdir. Bunun üçün Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmiş, həmin şəxs restoranın inzibatçısı kimi işləməsi üçün bu sahədə mütəxəssis olan Yavuz Keşkekçini ona məsləhət bilmişdir. Həmin vaxt cavabdeh Qəbələ şəhərində yerləşən “Köşəm” restoranında işləmiş, özünün deməsinə görə aylıq 2500 manat əmək haqqı qazanmışdır. Bundan sonra iddiaçı cavabdehlə görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, cavabdehlə iddiaçı razılığa gəlmiş, müzakirələrdə n sonra iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq (tərəfdaşlıq) Sazişi bağlanmış və müqavilənin müddəti 2 il müəyyən olunmuşdur.

2. İddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən pozulmasına istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 (bundan sonra cavabdeh və ya Yavuz Keşkekçi) adına rəsmiləşdirilmiş buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289, qiyməti 21500 manat olan avtomaşının geri qaytarılması, cavabdeh X5 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 31740 (otuz bir min yeddi yü z qırx) manat borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbin həcmini artıraraq, İddiaçı-nin təsisçisi Nümayəndə ilə Yavuz Keşkekçi arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, habelə cavabdehə verilmiş 6300 manat olmaqla, cəmi 51040 (əlli bir min qırx) manat pulun, bununla yanaşı qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələb ini belə əsaslandırılmışdır ki, O, 2018-ci ildə Şəki şəhərində restoran açaraq işlətmək qərarına gəlmişdir. Bununla əlaqədar Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/mlik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. Restoranı işə salmaq üçün Muharrem Aydəmir adlı Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmişdir. Muharrem Aydəmir ona iş üzrə cavabdeh X4 məsləhət bilmişdir. Muharrem ona demişdir ki, Yavuz hal-hazırda Qəbələ şəhərində restoran işlədir və restoran işini yaxşı anlayır. Bundan sonra Muharrem vasitəsilə Yavuzla görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmışlar. Söhbət əsnasında ona aydın olmuşdur ki, Yavuzun Qəbələ şəhərindəki “Köşəm” restoranı üzrə müqaviləsi sona yaxınlaşır. 2018-ci ilin sonlarında Yav uz ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. Yavuz əvvəlcədən ona 20000 manat pul verməsini demişdir. Lakin Yavuza bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Yavuz isə o zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Bu şərtlə razılaşmış və başqa şirkətə məxsus 21000 manat dəyərində olan, buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli avtomobili X2 adına rəsmiləşdirmiş, bununla yanaşı ona əvvəlcə 2500 manat, 2019-cu ilin yanvarın sonunda isə razılaşdırılmış 3000 manat pulun qalıq məbləği olan 500 manat pul vermişdir. Beləliklə, Yavuza müqavilə üzrə nəzərdə tutulmuş 3000 manatı tamamilə ödəmişdir. Yavuz Keşkekçi ilə onun arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışd ır. Müqavilənin müddəti 2 il müəyyən olunmuş və onun müddəti 01 dekabr 2020-ci il tarixinədəkdir. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i Yavuzun, 33 %-i onun, 33 %-i isə şirkətin olmalı idi. Müqavilə imzalandıqdan sonra Yavuz bir neçə dəfə restorana gəlib tikinti-təmirlə bağlı müəyyən göstərişlər, dizaynlar vermiş və Türkiyəyə getmişdir. Təmir-tikinti işləri onun (yəni Nümayəndə) nəzarəti altında həyata keçirilmişdir. Yəni bütün tikinti materialları və bunun üçün sərf edilən bütün vəsaitlər onun tərəfindən qarşılanmışdır. Əvvəlcə avtomobili Yavuza etibarnamə əsasında vermək istəmişdir. Lakin Yavuz avtomobili rəsmi olaraq onun adında olmasa sərhədi keçərək Türkiyəyə gedə bilməyəcəyini demişdir. Yavuza inandığından, ona etibar etdiyindən avtomobilin onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Cavabdeh Türkiyədən 2019-cu ilin fevral ayında qayıtmişdır. 2019-cu ilin mart ayında Yavuza oturum almış və bunun üçün 1300 manat xərci çıxmışdır. Təxminən mart ayında restoranın mətbəxində olarkən görmüşdür ki, mətbəxə isti su çəkilməmişdir. Bundan sonra Yavuzun iş bacarmadığı ona məlum olmuşdur. Belə ki, restoranda bütün dizayn işlərinə Yavuz rəhbərlik edirdi. Restoranın açılışı gecikdiyindən, Yavuza müvəqqəti olaraq Oğuz rayonu Xal-Xal kəndində olan obyektini işlətməsini təklif etmiş, o da təklifi qəbul etmiş və 2019-cu ilin aprel-may aylarında həmin obyekti işlətməyə başlamışdır. Cavabdeh may ayında ona demişdir ki, ailəsini də Türkiyədən Azərbaycana gətirmək istəyir, lakin bunun üçün ona 900 manat pul lazımdır. Buna görə də ona 900 man at pul vermişdir. Ümümiyyətlə, Yavuz onun yanında işlədiyi müddətdə 300-500, digər xırda və böyük məbləğlər olmaqla toplam 6300 manat ona borc pul vermişdir. Bundan başqa, 2019-cu ilin iyun ayında ondan 2000 manat borc pul istəmiş, o da 2000 manatı cavabdehə vermişdir. 06 iyun 2019-cu il tarixdə ailəsində toy olmuş, cavabdeh də həmin toyda iştirak etmişdir. Toydan sonra Yavuzu tapa bilməmişdir. Belə ki, cavabdehin yerini bilməmiş, zəng etdikdə isə zənginə cavab verməmişdir. Nəhayət, 2019-cu ilin iyul ayında onu Bakı şəhərində dəniz kənarında tapmışdır. Bildirmişdir ki, cavabdehlə aralarında olan müqavilənin müddəti başa çatmamışdır, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyibdir. Buna görə də müqavilənin şərtləri üzrə ona maddi ziyan dəymişdir. Cavabdehə həddən çox inanmış, ona etibar etmişdir. Buna görə də cavabdehlə hər hansı əmək müqaviləsi bağlamamış, ümumiyyətlə aralarında əmək haqqı ilə bağlı söhbət belə olmamışdır.

6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, 2016-ci ildən Azərbaycandadır. Göstərdi ki, Bakı şərində və bölgələrdə bir neçə restoran qurmuş və onların işləməsini həyata keçirmişdir. İddiaçı ilə Müharrem vasitəsilə tanış olmuşdur. Buna qədər “Gilan” Holdinqin nəzdində olan Qəbələ “Köşəm” restoranında ayda 2500 manat maaşla işləmişdir. Onlar restoranın işlədilməsi barədə söhbət etdikdə Nizami ona restoranın 3 ay ərzində, yəni 10 mart 2019-cu il tarixdə açılacağını bildirmişdir. 2018-ci ilin sonlarında iddiaçı ilə görüşmüş və öz aralarında restoranın işlədilməsi şərtlərini danışmışlar. İddiaçıya əvvəlcədən ona 20 000 manat pul verməsini demişdir. Lakin iddiaçı ona bu qədər pulunun olmadığını, ona avtomobil verə biləcəyini demişdir. Bu zaman ona avtomobil və 3000 manat da pul verməsini demişdir. Beləliklə onunla iddiaçı arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq Sazişi (tərəfdaşlıq) bağlanmışdır. Arasında olan razılaşmaya əsasən restoranın gəlirlərinin 33%-i onun, 33 %-i iddiaçının, 33 %-i isə şirkətin olmalı idi. Sazişə əsasən Brilliance V5 modelli avtomobil onun adına rəsmiləşdirmiş, saziş üzrə ödənilməli 3000 manat pul isə ona hissə ödənilmişdir. Aralarında müqavilə bağlandıqdan sonra restoranda mətbəxin harada olması, onun daxili dizaynı ilə əlaqədar iddiaçıya bir çox tövsiyələr vermişdir. Bundan sonra Türkiyəyə getmiş, 2019ci ili fevral ayında Türkiyədən qayıtmışdır. Restoran 10 mart 2019 -cu il tarixdə açılmadığından iddiaçı ona Oğuz rayonunun Xal-Xal kəndindəkı obyektini işlətməsini təklif etmiş, o da öz növbəsində həmin obyekti işlətməyə başlamışdır. İddiaçının obyektlərində təxminən 11 ay işləsə də, Şəki şəhərindəki həmin restoran açılmamışdır və hazırda da fəaliyyət göstərmir. Restoran açılmadığından aralarında getdikçə gərginlik yaranmış və münasibətləri pozulmuşdur. İddiaçı onu hədələməyə başlamış, hal-hazırda da onu hədələyir. Bildirdi ki, “Brilliance V5” markalı avtomobili və 3000 manat pulu iddiaçı ona beh kimi vermişdir. Belə ki, o Köşəm restoranındakı işindəngücündən ayrılmış və həmin avtomobil təminatında iddiaçı ilə işləməyə razılıq vermişdir. Sözügedən sazişin ləğv edilməsi ilə bağlı iddiaçıya müraciət etməmişdir. Əlavə olaraq göstərdi ki, həqiqətən də işlədi kləri dövrdə restoran açılmadığından maddi sıxıntıya düşmüş və müxtəlif dövrlərdə Nizamidən 400 manat, 500 manat, başqa bir vaxt isə yenə 400 manat pul almışdır. Bildirdi ki, həmin pullardan 400 manata Xal-xaldakı obyekt üçün ərzaq almış, digər 900 manata isə bilet alaraq ailəsini Türkiyədən Azərbaycana gətizdirmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 31 may 2020-ci il tarixli, 2(075)-136/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.İmanov) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh X3 qarşı “əməkdaşlıq sazişinin ləğv edilməsi, əsas məbləğin, vurulmuş zərər məbləğinin və avtomobilin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə cavabeh X5 arasında 01 dekabr 2018-ci il tarixdə bağlanmış Əməkdaşlıq Sazişinin (tərəfdaşlıq) ləğv edilməsi, cavab deh X1 cəmi 1300 (min üç yüz) manatın alınaraq "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə verilməsi qət edilmiş, iddianın cavabdeh X2 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16440 manat pulun, qiyməti 21500 manat olan “Brilliance V5” modelli avtomobilin geri qaytarılmasına dair hissəsi, habelə iddia tələbinin cavabdehdən tələb edilən 6300 manat pul vəsaitinin 5000 manat hissəsi təmin edilməmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 6, 152, 324.1-324.5, 421, 423, 424-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, araşdırma zamanı aydın oldu ki, qüsurlu da olsa tərəf lər arasında müqavilə mövcuddur. Qanunvericiliyin tələbindən də göründüyü kimi əgər Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi iddiaçı dəyəri 15000 manat hesablanmış “Brilliance V5” modelli avtomobili və 3000 manat pulu aralarındakı müqavilə üzrə cavabdehə verməklə öhdəliyini icra etmişdir. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə bağlandıqdan ta 06 iyun 2019-cu il tarixinədək iddiaçıya məxsus obyektlərdə çalışmışdır. Cavabdeh 15000 manat hesablanmış “Brilliance V5” modelli avtomobili və 3000 manat pulu iddiaçı tərəfindən ona qarant və ya beh olaraq verildiyini iddia etmişdir. Belə ola n halda iddiaçı cavabdehlə aralarında olan müqaviləyə xitam verilməsini tələb etdiyindən artıq öhdəlik üzrə icra etdiklərini geri tələb edə bilməz. Müqavilənin şərtlərindən və məzmunundan aydın olur ki, müqavilə üzrə cavabdehin vəzifələri restoran tamamilə işlədilməsi üçün cavabdehə verildikdən sonra yaranmağa başlayır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli restoran hələ də işlədiləsi vəziyyətə gətirilərək cavabdehə təhvil verilməmişdir. Belə olan halda cavabdeh tərəfindən hər hansı öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Hazırkı vəziyyətdə müqavilənin yalnız bir bəndində cavabdehin məsuliyyət daşıya biləcəyi bir hal mövcuddur ki, bu da restoranda aparılan tikinti və təmir işləri ilə bağlıdır. Hansı ki, müqavilədə həmin “tikinti və təmir işləri”-nin də Tə rəf 1-in nəzarəti altında aparılması göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Məhkəmə iddianın cavabdeh X2 Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun, əməkdaşlıq sazişinin şərtlərinə əsasən cəmi 27000 manat pulun, cavabdehə verilmiş avtomobilə görə əldən çıxan faydaya görə 16.440 manat pulun tələb etməsinə münasibət göstərərək qeyd etmişdir ki, bunların cavabdehə aidiyyətini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənil miş 1300 manat pul tərəfdaşlıq müqaviləsindən irəli gələn bir hal olmuş, həmin məbləğin ödənilməsi mövcud qanunvericiliyə əsasən İddiaçı-nin vəzifəsi olmuşdur. Lakin cavabdeh məhkəmə iclasında işlədikləri dövrdə restoran açılmadığından maddi sıxıntıya düşdüyünü və buna görə də müxtəlif dövrlərdə Nizamidən 400 manat, 500 manat və yenə 400 manat pul almasını bildirmişdir. Qeyd etmişdir ki, həmin pullardan 400 manata Xal-Xaldakı obyekt üçün ərzaq almış, digər 900 manata isə bilet alaraq ailəsini Türkiyədən Azərbaycana gətizdirmişdir. Məhkəmə qeyd edilən 1300 manatı cavabdehin Nizamidən borc alması kimi qiymətləndirərək həmin hissədə də iddianın təmin edilməsi qənaətinə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (h akimlər- G.Abbasov (sədrlik edən və məruzəçi), E.Hüseynov və M.Hüseynov) 04 sentyabr 2020-ci il tarixli, 2(107)-1528/2020 nömrəli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(075)-136/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) 2(102)-1138/2021nömrəli iş üzrə 23 fevral 2021ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1 07)-1528/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni məhkəmə baxışına göndərilməsi, qətnamənin iddiaçının kassasiya şikayətinə əsasən ona aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, sazişin şərtlərinin yerinə yetirilməməsində iddiaçının günahkar olmasının hansı faktlarla sübuta yetirilməsi aydın deyil. Bununla bağlı məhkəmə heç bir sübuta istinad etməmişdir. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış sazişin şərtlərini düzgün təfsir etməmiş, bir-birinə zidd olan fikirlərlə qətnaməni əsaslandırmışdır. Tərəflər birlikdə restoranın hazır vəziyyətə gətirilməsi və sonradan cavabdehin rəhbərliyi ilə işləd ilməsi barədə razılığa gəlmişlər. Məhz ona görə müqaviləyə o şərt də salınmışdır ki, restoranın təmiri tərəf 1-in rəhbərliyi ilə tərəf 2 tərəfindən həyata keçirilir (müqavilənin 3.2. bəndində). Bu şərtin sazişə salınması birmənalı olaraq onu ehtiva edir ki, təmir məhz cavabdehin istədiyi qaydada, şəraitdə həyata keçirilsin. Çünki restoranı sonradan işlətmək öhdəliyi cavabdehin üzərinə düşürdü. Lakin nədənsə işə baxan apellyasiya məhkəməsi sazişdə razılaşdırılmış həmin şərtə “cari təmir sözlərini əlavə edərək qətnaməsində əsaslanmanı həmin qaydada aparmış və qeyd olunan şərtin restoran hazır olandan sonrakı tarixə aid etmişdir. Məhkəməyə lazım gəlirdi ki, cavabdehin müqavilədə razılaşdıqları və məhkəmənin qənaətinə zidd olan (əgər restoran hazır olandan sonra cavabdehin öhdəlikləri başlayac aqdısa nəyə görə təmirin cavabdeh tərəfindən aparılması, əvvəlcədən külli miqdarda vəsait alınması razılaşdırılmışdır) sazişin şərtlərinə aydınlıq gətirsin, cavabdehin hansı əsaslarla iddiaçıdan əvvəlcədən 18.000 manat pul (bir avtomobil, dəyəri 15.000 manat və 3000 manat nəğd pul) almasına şərh versin. Sazişin 6.3. bəndində deyilir ki, Bu müqavilənin 6.2. bəndində göstərilən ümumi məbləğ 18.000 AZN restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən tərəf 2-ə məxsus 33%-dən borc olaraq tərəf 1-in xeyrinə tutulur. Göründüyü kimi, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Hansıki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər saziş bağladıqdan altı ay son ra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir. Bir halda ki, məhkəmələr mübahisəni sazişin şərtlərinə uyğun olaraq həll etməyə çalışmışlar, onda sazişin qeyd olunan şərtinə də aydınlıq gətirilməli və ilkin ödəniş kimi verilmiş vəsaitin əslində borc kimi verilməsi və sonradan qaytarılmalı olması məsələsinə də qiymət verilməli idi. Məhkəmə cavabdehin həmin pul və saitini özündə saxlamasının müqavilə və yaxud qanuni əsası olmasını yoxlamalı idi. Eyni zamanda, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə ödənilmiş 1300 manat pulun da cavabdehdə saxlanması məsələsi müzakirə olunmalıdır. Həmin vəsaiti iddiaçı ona görə ödəmişdir ki, cavabdeh restoranın təmirində iştirak edərək gələcəkdə onu işlədəcək. Sazişin şərtlərinin hansı tərəfin pozmasından asılı olaraq qeyd olunan vəsaitin də vurulmuş ziyan məbləği kimi qaytarılıb-qaytarılmaması məsələsi müzakirə olmalıdır. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödəni lməsini tələb edə bilər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və İ.Şükürov) 16 iyun 2021-ci il tarixli, 2(107)-968/21 nömrəli qətnaməsi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(075)-136/2020 nömrəli qətnaməsi qismən- “3000 manat məbləğində pulun təmin edilməməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, cavabdeh X1 3000 (üç min) manat məbləğində pulun alınaraq “Şəki Tikinti-4 MMC-nin nümayəndəsi Nümayəndə verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdir ilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər saziş bağladıqdan altı ay sonra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, nə qədər ki, mübahisəli avtomobil cavabdehin xüsusi mülkiyyətindədir, avtomobillə bağlı tərəflər arasındakı razılaşma m übahisələndirilməyib, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılması tələb edilməyib, onda mülkiyyət hüququ ilə cavabdehə məxsus avtomobilin geri qaytarılması absurd bir tələb olardı. Kollegiyanın qənaətincə bu ayrıca bir iddianın predmeti ola bilər. Bu səbəbdən də kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehə verilmiş 3000 manat məbləğində pul vəsaiti işin mübahisəsiz halı olduğundan iddia tələbi bu hissədə təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında olan münasibətlərin müəyyən edildiyi 01 dekabr 2 018-ci il tarixli Əməkdaşlıq Sazişinin mahiyyəti, yəni tərəli ərin hüquq və vəzifələri həmin müqavilənin 3-cü bəndində öz əksini ətraflı şəkildə tapır. Həmin maddədə göstərilir ki, Tərəf-1 olaraq O.Nümayəndə İddiaçı-yə məxsus olan və Şəki şəhəri, M. Ə. Rəsulzadə prospekti 6 ünvanda yerləşən 740 m2 olan 2 mərtəbəli restoranını işlətmək və gəlirin tərəflər arasında bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərə bölüşdürülməsi üçün Tərəf 2-yə verir. -Restoran fəaliyyətinə nəzarət edir. Əldə olunan gəlirin hesabını aparmaq hüququna malikdir. -Bütün idarəçiliyi Tərəf 2 aparır; işçiləri qəbul edir, onların əmək haqqını müəyyən edir, gəliri mədaxili, məxarici müəyyənləşdirir. Restoranın bütün xərcləri gəlirdən çıxıldıqdan sonra təmiz gəlir müəyyən olunur və yalnız bu məbləğ tərəflər arasınd a bölünür. -Restoranda həyata keçirilən təmir və tikinti işləri Tərəf 1 nəzarəti altında Tərəf 2 həyata keçir. -Dövlət orqanları ilə münasibətləri Tərəf 2 həyata keçirir. -Azərbaycan Respublikasının Qanunvericiliyində tələb olunan Dövlət Miqrasiya Xidmətinin tərəfindən lazım olan sənədləşməsi və rüsumların ödənilməsi Tərəfi öz öhdəsinə götürür. -Tərəf 2 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və onun ərazisində işləmək hüququndan məhrum olduqda, bu müqavilə ilə bağlı öhdəliklərini yerinə yetirən və hər hansı ölkədə olsa da yerinə yetirir. -Tərəf 2 hər hansı bir qanunsuzluq törətmiş olduqda və ya onun hərəkəti qanuna zidd olsa, Tərəf 2 buna şəxsi məsuliyyət daşıyır. Bu müqavilənin məhkəmənin nəzərinə çatdırılan, tərəflərin hüquq və vəzifələrinin müəyyən edildiyi maddələrində n göründüyü kimi burada heç bir qaranlıq məsələ qalmamış, tərəflərin bütün hüquq və vəzifələri əks etdirilmişdir. Məhkəmə prosesi zamanı bu hüquq və vəzifələrin tərəflərin hansı qaydada əməl edib-etmədikləri aydınlaşdırılmalı və mübahisəyə hüquqi qiymət verilməli idi. Təkzib edilməz faktlar onu göstərir ki, müqavilə predmeti olan mülkiyyətin sahibi kimi biz iddiaçı öz vəzifələrini icra edərək tam hazır vəziyyətdə olan restoran kimi nəzərdə tutulan obyekti ikinci tərəfin, yəni cavabdeh Y.F. Keşkekçinin sərəncamına vermiş və onun obyektdə aradan qaldırılmasını tövsiyyə etdiyi bütün çatışmamazlıqları, məhz onun nəzarəti altında aradan qaldırmışlar. Lakin ikinci tərəf öz vəzifələrinə tam səhlənkar yanaşaraq müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməməşdir. Belə ki, müqavilənin bağlanmasından dərhal sonra iddiaçı, mülkiyyətində olan minik maşının əvəzi ödənilmədən onun mülkiyyətinə keçirməyindən və eyni zamanda ona ilkin fəaliyyəti üçün 3000 manat ödəməyindən sonra, cavabdeh iddiaçının etibarından suiistifadə edərək, verilmiş maşını da götürüb Türkiyəyə getmiş və mart ayının əvvəllərinə qədər orada qalmışdır. Halbuki, bu dövr ərzində o, restoranın fəaliyyətə başlaması üçün çatışmayan bütün əyər-əskiklərin aradan qaldırılması ilə məşqul olmalı idi. Cavabdeh Yavuz Keşkekçi 2019-cu ilin fevral ayının axırlarında Türkiyədən Azərbaycana qayıtdıqdan sonra da, müqavilə üzrə öz vəzifələrinin icrasına başlamamış, iddiaçının ona verdiyi maşınla və pul vəsaiti ilə Azərbaycanı gəzib istirahət etmək, əylənməklə məşğul olmuşdur. Buna baxmayaraq iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək ona Azərbaycanda oturaqlıq hüququ əldə etmişdir. Cavabdeh isə bütün gücünü qoyub, restoranın fəaliyyətinə başlamağa nail olmaq əvəzinə günlərlə onu Şəki şəhərində tapmaq mümkün olmamışdır. Restoranın fəaliyyətə başlamasının gecikdiyini görüb iddiaçı, Oğuz rayonunun XalXal meşəsində artıq aprel-may ayından başlayaraq fəaliyyət göstərən kafeni də onun istifadə və sərəncamına vermişdir ki, fəaliyyət göstərib qazanc əldə etsin. Bu imkandan da sui-istifadə edən Yavuz Keşkekçi həyat yoldaşını da Türkiyədən Azərbaycana səyahətə dəvət etmiş, onun Azərbaycanda olduğu iki ay ərzində kafedən gələn bütün gəliri də, təkbaşına mənimsəyərək, arvadını da maşına qoyub Azərbaycanı səyahət etməyə başlamışdır. Bu zaman iddiaçının Bakı şəhərində oğlunun toyu ilə əlaqədar başı qa rışdığından, uzun müddət Şəkiyə gedə bilməmiş, onun fəaliyyətinə nəzarət edə bilməmişdir. Bir də xəbəri olmuşdur ki, Yavuz Keşkekçi kafedən gələn bütün gəlirin hamısını mənimsəməklə yanaşı, əlavə olaraq ətrafda olan ticarət müəssisələrindən kafenin adına xeyli borc məbləği də yaratmışdır. Əsas vəzifəsinin icrasını isə, demək olar ki, yaddan çıxarmışdır. İddiaçı onunla baş verənləri araşdırmaq üçün dəfələrlə görüş təyin etsə də, o iddiaçıdan və görüşdən yayınmağa başlamışdır. Nə qədər çalışsa da, onu tapıb, nə kafeni geri təhvil ala, nə əlindən maşını ala, nə də üzərinə götürdüyü vəzifəni icra etməyə məcbur edə bilməmişdir. O iddiaçının zənglərinə cavab verməmiş, bizdən qaçıb gizlənməyə cəhd göstərmişdir. İddiaçının onu Bakı şəhərində axtarmadı yer qalmamışdır. Hətta onun tapılması və məsul iyyətə cəlb olunması barədə polisə şikayət ərizəsi də yazmağa məcbur olmuşdur. Bütün bunlardan sonra iddiaçı məhkəməyə müraciət edərək, onunla arasında bağlanmış Müqavilənin ləğv olunmasını və onun iddiaçıdan əldə etdiyi maşının və verdiyi pul məbləğlərinin geri qaytarılmasını məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Təəssüf ki, Şəki Rayon və Şəki Apellyasiya Məhkəmələri bütün qanuni, hüquqi və məntiqi normaların ziddinə olaraq iddia tələbini demək olar ki, rədd etmiş, müqavilə üzrə heç bir öhdəliyini yerinə yetirməyən cavabdeh Y.Keşkekçini haqlı saymış, iddiaçının maşını və pul məbləğlərinin onun tərəfindən ələ keçirilməsini qanuni hesab etmişdir. Şəki Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı mülkiyyətində olan minik maşınını cavabdeh Y.Keşkekçinin mülkiyyətinə şərtlərlə və haqqı ödənilmədən vermişdir. O iddiaçıya pul ödəməyib, müqavilədə şərtləndirildiyi kimi, üzərinə götürdüyü vəzifəni də icra etməmişdir. İddiaçının verdiyi maşını minib, əvvəldən ödənilən pul vəsaiti ilə Azərbaycanı gəzib, istirahət etmişdir. İddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. İndi də iddiaçının maşınını istismar etməklə harada isə gəzməkdədir. Belə bir özbaşınalığı təsəvvür etmək belə mümkün deyil. Əslində cavabdeh Keşkekçinin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri mövcuddur. O iddiaçının etibardan sui-istifadə edərək, iddiaçının hesabına Azərbaycanda oturaqlıq statusu əldə etmiş, istifadəsinə təzə maşın verilməsinə nail olmuş, əvvəldən işə başlamaq üçün ödənilən, avans pulları mənimsəmiş, əsas öhdəliyi olan restoranı işə salmaqla qazanc gəti rmək vəzifəsini isə yerinə yetirməmişdir. Təəssüf ki, məhkəmə bu qədər açıq-aşkar bir məsələni düzgün araşdıra və düzgün hüquqi nəticəyə gələ bilməmişdir. Halbuki, ifadələrində Y. Keşkekçi hadisələrin məhz bu şəkildə baş verdiyini heç bir əsaslı faktla təkzib edə bilməmişdir. Fakt isə odur ki, iddiaçı ona Azərbaycana viza açdırmışdır, yaşayış hüququ təmin etmişdir, Şəki şəhərində bütün komforta malik yaşayış apartamenti ilə təmin etmiş, qiyməti 21.500 manat olan maşını dərhal istifadəsinə təqdim etmiş, avans kimi ilkin fəaliyyətə başlamaq üçün lazım olan pul vəsaiti verilmişdir. O isə bu müddətdə, əvvəl iddiaçının maşınının var deyə qürrələnib, qohumlarına göstərmək üçün iddiaçının maşınla Türkiyəyə getmiş, Azərbaycana qayıtdıqdan az sonra, Türkiyədən həyat yoldaşını Azərbaycana səyahətə dəvət edərək, istifadəsinə verilmiş geniş mənzildə yaşamış, iddiaçının maşınıyla və verdiyi pul vəsaiti ilə gəzib istirahət etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin və apellyasiya iddiaçının şikayətini qəbul etməyərək, Şəki Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməni qüvvədə saxlayan Şəki Apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab oluna bilməz və hər bir halda ləğv edilməli, mübahisə qanuni qaydada araşdırılmalı və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Şəki Apellyasiya Məhkəməsinin eyni əsaslarla qəbul etdiyi müvafiq qərar AR Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilmiş, məhkəmə tərəfindən yol verilən qanun pozuntuları və düzgün tətbiq edilməmiş hüquq normaları ətraflı şərh olunmaqla, işə yenidən və qanuni əsaslarla baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Lakin təəssüf i, Şəki Apellyasiya Məhkəməsi heç bir yeni araşdırma aparmadan, AR Ali Məhkəməsinin qərarında göstərilmiş halları araşdırmadan yenə də əvvəlki qərarı ilə eyni olan səhv nəticəyə gəlmişdir. Şübhə edilmir ki, Ali Məhkəmənin Mülki Kollegiyası bu məsələyə diqqətlə yanaşacaq və Şəki Apellyasiya Məhkəməsinin əsassız qətnaməsi ləğv ediləcəkdir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən "Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir". Kassasiya instansiya məhkəməsi öz qərarında qərara gəlmişdir ki, bir halda ki, məhkəmələr mübahisəni sazişin şərtlərinə uyğun olaraq həll etməyə çalışmışlar, onda sazişin qeyd olunan şərtinə də ayd ınlıq gətirməli və ilkin ödəniş kimi verilmiş vəsaitin əslində borc kimi verilməsi və sonradan qaytarılmalı olması məsələsinə də qiymət verilməli idi. Məhkəmə cavabdehin həmin pul vəsaitini özündə saxlamasının müqavilə və yaxud qanuni əsası olmasını yoxlamalı idi. Lakin, apellyasiya məhkəməsi yenidən işin bu hallarına diqqət yetirməmiş və həmin vəsaitin qaytarılmalı olmasına məhəl qoymamışdır. Tərəflər arasında bağlanmış sazişin mahiyyətindən də göründüyü kimi qeyd olunan vəsaitlər bütün hallarda cavabdeh tərəfindən qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun t əmin olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlan ması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.

23. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

24. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli poz untu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

27. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

28. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müd dətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

29. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

30. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilm iş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə

443. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayəti nin həddi və dəlilləri ilə bağlıdır.

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

39. Nümayəndə (Tərəf 1) və X2 (Tərəf 2) aralarında bağlanmış 01 dekabr 2018-ci il tarixli Əməkdaşlıq (tərəfdaşlıq) Sazişinin 3.1-ci bəndindən görünür ki, Tərəf 1 İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, 740 kv.m. olan, 2 mərtəbəli restoranı işlətmək və gəlirin bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün Tərəf 2-yə verir.

40. Sazişin 6.1-ci bəndinə görə, tərəflərin razılığı ilə birg ə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf 1 - 67 faiz; Tərəf 2 - 33 faiz. 41. 6.2-ci bəndinə görə, Tərəf 1 Tərəf 2-yə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə, ümumilikdə 18000 manat öncədən ödəniş edir. 42. 6.3-cü bəndinə görə, bu müqavilənin 6.2-ci bəndində göstərilən ümumi məbləğ 18000 (on səkkiz min) manat restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən Tərəf 2-yə məxsus 33 faizdən borc olaraq Tərəf 1-in xeyrinə tutulur. 43. “Qeyrət" Aqro Şirkəti ilə İddiaçı-nin arasında bağlanılmış 01 noyabr 2018-ci il tarixli borc müqaviləsindən görünür ki, Borcverən" 21500 (İyirmi bir min beş yüz) manat məbləğində olan, “Qeyrət" Aqro Şirkətinə m əxsus olan **-AB-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli, Brillianse V5 markalı avtomobili ödənişsiz istifadəyə (sonradan “Borc" adlandırılır) “Borcalan"a qaytarılmaq şərti ilə maliyyə yardımı kimi borca vermişdir. “Borcalan" isə Borcu bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. 44. 01 noyabr 2018-ci il tarixli “Nəqliyyat vasitənin qiymət razılaşdırılması” protokolundan görünür ki, Brilliance V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli, **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 21500 manat təşkil edir.

45. Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş 25.02.2020-ci il tarixli 016-377 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublika sı DİN BDYPİ-nin X7 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən “Qeyrət Aqro” şirkətinin balansında olan **-AB-*** dövlət qeydiyyat nişanlı, Briliance markalı minik avtomobili 11.12.2018-ci il tarixdə qeydiyyatdan çıxarılaraq "xxxx" ASCnin 2 saylı komisyon mağazasında AA 775379 saylı hesab arayışla Keşkekçi Yavuza satılmışdır. AR DİN BDYPİ Şəki Regional Qİ və TB şöbəsində 18.12.2018-ci il tarixdə qeyd olunan avtomobil Azərbaycan Pesbublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan Türkiyə vətəndaşı Keşkekçi Yavuzun adına qeydiyyata alınaraq **-BK-*** dövlət qeydiyyat nişanları və 31.01.2019-cu il tarixədək etibarlılıq müddəti olan AD 390713 nömrəli qeydiyyat şəhadətnaməsi verilmiş və hal-hazırda da onun adında qeydiyyatdadır. 46. 18.12.2018-ci il tarixdə verilmiş AD 390713 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, “Brilliance” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır.

47. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında 06 dekabr 2019-cu il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 noyabr 2019cu il tarixli 10809/k nömrəli müraciətinin təmin edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuza Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin ləğv edilməsi, Türkiyə Respublikası vətəndaşı Keşkekçi Yavuzun üzərinə 10 (on) gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıx maq öhdəliyinin qoyulması və bəndin icrasına nəzarətin Miqrasiya nəzarəti baş idarəsinə həvalə edilməsi, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün Keşkekçi Yavuza verilmiş 432212 nömrəli icazə vəsiqəsinin qüvvədən düşməsi məqsədilə bu barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə göndərilməsi və inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilməsi qərara alınmışdır. 48. 25.01.2019-cu il tarixli hesab açmadan köçürmənin aparılması üçün ərizədən görünür ki, X6 Yavuz Keşkekçinin hesabına 1720 Türk Lirəsi pul köçürmək üçün "xxxx" ASC-yə müraciət etmişdir. 49. 25 oktyabr 2019-cu il tarixli “Cinayət işinin rədd edilməsi barədə ” Qərarın və bununla əlaqədar Yavuz Keşkekçinin vermiş olduğu izahatın təsdiq edilmiş surətlərindən görünür ki, X5 iddiaçı Nümayəndə Brilliance V5 universal tipli, ağ rəngli, 4A92SGH9683 mühərrik nömrəli, LSYYDBDB2DC051289 BAN nömrəli avtomobili və 3000 manat pul almasını etiraf etmişdir.

50. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd etmişdir ki, işin həqiqi hallarından, tərəflərin izahatından və işdə olan sübutların bilavasitə tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı iş adamıdır. O, Şəki şəhərində restoran biznesi ilə məşğul olmaq qərarına gəlmiş və bununla əlaqədar mülkiyyətində olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən 740 kv/m-lik 2 mərtəbəli binanı təmir etdirməyə başlamışdır. İddiaçı həmin restoranın fəaliyyətə başlaması üç ün Türkiyə vətəndaşı olan tanışı ilə məsləhətləşmələr etmiş, həmin şəxs restoranın inzibatçısı kimi işləməsi üçün bu sahədə mütəxəssis olan Yavuz Keşkekçini ona məsləhət bilmişdir. Həmin vaxt cavabdeh Qəbələ şəhərində yerləşən “Köşəm” restoranında işləmiş, özünün deməsinə görə aylıq 2500 manat əmək haqqı qazanmışdır. Bundan sonra iddiaçı cavabdehlə görüşmüş, restoranın necə işə salınması və digər məsələlərlə bağlı müzakirələr aparmış, cavabdehlə iddiaçı razılığa gəlmiş, uzun müzakirələrdən sonra iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2018-ci il tarixdə Əməkdaşlıq (tərəfdaşlıq) Sazişi bağlanmış və müqavilənin müddəti 2 il müəyyən olunmuşdur. İddiaçı ilə cavabdeh arasında olan Sazişin şərtlərinə əsasən İddiaçı-nə məxsus olan və Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, sahəs i 740 kv.m. olan 2 mərtəbəli restoranı işlətmək və gəlirini bu müqavilənin 6.1-ci maddəsində göstərilən şərtlərlə bölüşdürülməsi üçün cavabdehə verməyi öhdəsinə götürmüşdür. Sazişdə restoranın gəlirlərinin 67 faizinin iddiaçıya, 33 faizinin isə cavabdehə aid olması göstərilmişdir. Müqavilə üzrə iddiaçı cavabdehə buraxılış ili 2013-cü il olan, ağ rəngli, Brilliance V5 modelli, BAN nömrəsi LSYYDBDB2DC051289 olan avtomaşın (avtomaşının qiyməti 15000 manat) və üç min manat nəğd şəkildə ümumilikdə 18000 manat öncədən ödəniş edir. Müqavilə şərtlərindən birinə əsasən restoranda həyata keçirilən təmir və tikinti işlərinin iddiaçının nəzarəti altında cavabdeh tərəfindən həyata keçirilməsi, müqavilənin müddətinin 01.12.2020-ci il tarixdə bitməsi öz əksini tapmışdır. Lakin hazırkı vaxtadək restoran f əaliyyətə başlamamış və tərəflər arasındakı münasibətlər təxminən 06.06.2019-cu il tarixdən pozulmuşdur.

51. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi hazırki iş üzrə tərəflər arasındakı münasibətə düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, işin faktiki halından, eləcə də cavabdehin özünün etirafından belə aydın olur ki, cavabdehin Azərbaycan Respublikasında yaşaması və işləməsi üçün müvafiq icazə alınmasına görə Dövlət Miqrasiya Xidmətinə 1300 manat pulu və eləcə də 15.000 manat dəyərində avtomaşının və 3000 manat nəğd pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi sübuta yetmiş faktdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət ziddiyyətli olmaqla istinad olunan sazişin şərtlərinə u yğun gəlmir. Əvvəla, sazişin şərtlərinin yerinə yetirilməməsində iddiaçının günahkar olmasının hansı faktlarla sübuta yetirilməsi aydın deyil. Bununla bağlı məhkəmə heç bir sübuta istinad etməmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

53. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli restoranın işlək vəziyyətdə indiyədək cavabdehə təhvil verilməməsinin məsuliyyəti iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə də razılaşmayaraq qeyd etmişdir ki, Sazişin 6.3. bəndində deyilir ki, Bu müqavilənin 6.2. bəndində göstərilən ümumi məbləğ 18.000 AZN restoranın gəlirindən olan mənfəətin əldə edilməsindən tərəf 2-ə məxsu s 33%-dən borc olaraq tərəf 1-in xeyrinə tutulur. Göründüyü kimi, hətta tərəflər arasında müqavilə öhdəlikləri yerinə yetirilmiş olsaydı belə, qeyd olunan vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması əvvəlcədən şərtləndirilmişdir. Hansı ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər saziş bağladıqdan altı ay sonra artıq birgə fəaliyyətlə bağlı münasibətlər pozulmuşdur. Birgə fəaliyyətin pozulması halında iddiaçının vermiş olduğu 18.000 manat pulun cavabdehdə qalmasını şərtləndirən başqa hallar yoxdur. Bu məsələ ilə bağlı məhkəmənin əsaslandırması işin hallarına uyğun gəlmir. Cavabdeh iddiaçının tapşırığı ilə ona məxsus olan başqa restoranlarda işlədiyini, əmək haqqı almadığını, iddiaçının ona borclu olduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim etməmiş və tələb irəli sürməmişdir.

54. Göründüyü kimi işə baxan məhkəmə tərəflər arasında bağlanmış sazişin şərtlərini düzgün təfsir etməmiş, bir-birinə zidd olan fikirlərlə qətnaməni əsaslandırmışdır. Bu halda nəzərə almaq lazımdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (MM-nin 404.1. maddəsi)

55. Apellyasiya kollegiyası iddia tələbinin birinci hissəsi, yəni 21.500 manat məbləğində avtomobilin geri qaytarılması ilə bağlı iddiaçı tərəfin mövqeyini dəqiqləşdirmişdir. İddiaçı qeyd olunan avtomobilin 21500 manat olmasını bildirməklə yanaşı, həmin avtomobilin naturada geri qaytarılmasını tələb etmiş, hazırki iddiasında dəyərini tələb etməmişdir.

56. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının geri tələb etdiyi avtomobil hazırda cavabdehin xüsusi mülkiyyətindədir. Araşdırma nəticəsində iddiaçı avtomobilin dəyərinin iddianın 2-ci hissəsindəki 31.740 manatla heç bir əlaqəsinin olmadığını, həmin 31.740 manatın əlavə ziyan olduğunu bildirmişdir.

57. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, nə qədər ki, mübahisəli avtomobil cavabdehin xüsusi mülkiyyətindədir, avtomobillə bağlı tərəflər arasındakı razılaşma mübahisələndirilməyib, həmçinin iddia tələbində avtomobilin dəyərinin qaytarılması tələb edilməyib, onda mülkiyyət hüququ ilə cavabdehə məxsus avtomobilin geri qaytarılması tələbi əsassızdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələnidirlən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-968/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələnidirlən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar