Məhkəmə qərarları › İş №2(102)-603/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-603/2023 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digərlərinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2102/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Goranboy rayonu Qızılhacılı Bələdiyyəsinin 7 iyul 2004-cü il tarixli 7-1/13 saylı qərarı ilə “Bayəndur və Qaramux” adlanan sahədən əkin və örüş üçün 15 il müddətinə 50,0 hektar, o cümlədən, 6,5 hektar əkin, çoxillik əkmələr, 43.5 hektar örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) kənd təsərrüfatının inkişafı məqsədilə müvəqqəti istifadə üçün verilmişdir.

2. Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə (JN-5788 KOD ********) əsasən 50,0 hektar o cümlədən 6,5 hektar əkin, çoxillik əkmələr, 43.5 hektar örüş kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi Goranboy rayonu Qızılhac ılı qəsəbə sakini iddiaçıya 15 il müddətinə müvəqqəti istifadə üçün verilmişdir.

3. Goranboy rayon Qızılhacılı bələdiyyəsinin 13 sentyabr 2019-cu il tarixli, 07 №-li iclas qərarı ilə bələdiyyə şurasına iddiaçı tərəfındən ünvanlanmış ərizəyə əsasən 07 iyul 2004-cü il tarixli, 7-1/13 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən verilmiş JN-5788 (kod ********) №-li Şəhadətnamədə qeyd edilən 6,5 hektar əkinə yararlı torpaq sahəsinin və 43,5 hektar şoran örüş torpaq sahəsinin təkrar olaraq, iddiaçının 15 (on beş) il müddətinə icarəsinə verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabd eh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona dəymiş maddi zərərin əvəzində 50000 manat, mənəvi zərərin əvəzində 5000 manat olmaqla, cəmi 55000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qızılhacılı bələdiyyəsindən 15 il müddətinə 50 ha torpaq sahəsi icarəyə götürmüş, həmin sahənin 6,5 hektarı əkin və 43,5 ha sahəsi isə şoranlaşmış örüş sahəsidir. Həmin 6,5 ha yararlı sahənin ətrafı və qalan yararlı torpaq sahəsində 500-ədək qoz və 300-dən çox meyvə ağacları əkmişdir. Hər il qış mövsümündə həmin mənbədən gələn su ilə ağacları və 6,5 ha sahəni suvararaq arpa əkmişdir. 2019-cu ildə 5,0 ha sahəni ara t edərək orada pambıq əkmiş, yaxşı becərmə apardığı pambığın birinci suyunda boru xəttindən su alaraq pambıq və ağacları suvarmaq istəmişdir. Müəyyən çətinliklərdən sonra Su Assosiasiyandan su almış, lakin cavabdehlərin yaradığı qanunsuz maneələr nəticəsində həmin sudan istifadə edə bilməmişdir. 2020-ci ildə 4,0 ha sahədə pambıq əkmiş, vaxtı keçdikdən sonra, yəni avqust ayının ortalarında həmin cavabdehlər ona 1,5 sutka 15-20 litr su vermiş və bir də suya gəlməməyi tapşırmışlar. Nəticədə sahələri lazımınca suvara bilməmiş, təxminən 4-5 ton məhsul sahədə qalmışdır. 2021-ci ildə 4,4 ha sahədə pambıq və 1,3 ha sahədə xəsil arpa əkmiş, güclü yağışdan istifadə edərək pambıq yerini arat edə bilmiş, ancaq arpanı suvara bilməmişdir. Yanmış arpanın içinə yonca səpmiş və qısa müddətli seldən istifad ə edərək sahəni suvarmışdır. İyun ayının 15-dən Assosiyasiyadan su tələb etməsinə baxmayaraq, iyul ayının 16-da 3 nəfər ilə şərik olmaq şərti ilə ona su vermişlər, arxlar bərbad olduğu üçün əziyyətlə 7-8 km məsafənin arxların kənarlarını kəsməklə su aparmışdır. Kanalda yeri axırıncı olduğu üçün payına 10-12 litr su düşmüşdür. Hazırda onun 4,4 ha pambıq sahəsi, 1,3 ha yonca, 30-dan qoz ağacı və 50-yə qədər digər meyvə ağacları susuzluqdan məhv olub.

6. İddiaçı sübut qismində məhkəməyə X2, Goranboy rayon Qızılhacılı bələdiyyəsinin sədri X3 və iddiaçı tərəfindən imzalanmış 30 noyabr 2021-ci il tarixli aktı, X9, Səbinə Həsənova, Cavabdeh1 və iddiaçı tərəfindən imzalanmış 12 yanvar 2022-ci il tarixli aktı təqdim etmişdir. 7. 27 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iddi a ərizəsini müdafiə etmiş, iclasda iştirak edən cavabdehlər iddiaçının torpağının bələdiyyə torpağı olmasını və icarə müddətinin bitməsini, bu səbəbdən də iddiaçıya su vermədiklərini bildirmişlər.

8. Goranboy rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(045)-329/2022 nömrəli mülki iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 maddi zərərin əvəzində 10000 manat pulun alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə işin faktiki hallarına istinad etməklə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsində mövqeyini belə əsaslandırmışdır ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvə zi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

10. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi hissəsində gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə, 13-cü maddəsinin 5-ci bəndinə istinad etmişdir.

11. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlərin konkret əməlləri nəticəsində ona hər hansı mənəvi zərərin vurulmasına dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi hallar mücərrəd olmaqla, bu hərəkətlər nəticəsində iddiaçıya hər hansı mənəvi zərərinin yetirilməsini müəyyən etmək mümkün deyil.

12. Məh kəmə gəldiyi nəticəni, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.

14. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 1097-ci maddələrinə istinad edərək cavabdehlərin üzərinə əkin və bağ sahəsinə zərərin vurulması ilə bağlı öhdəlik qoyarkən həmin zərərin onlar tərəfindən vurulub-vurulmamasını müəyyən etməli idi. Lakin, həmin zərərin cavabdehlər tərəfindən vurulmasına dair iddiaçı tərəf heç bir sübut təqdim edə bilməmişdir. İş materiallarında n da göründüyü kimi iddiaçı 13 nəfərə qarşı iddia qaldırmışdır. Bu halın özü də məhkəmə qətnaməsini və iddiaçının mövqeyinin konkret olmaması anlamına gəlir. Yəni zərərin konkret olaraq kim tərəfindən vurulması qeyrimüəyyəndir. Bundan başqa iddiaçı örüş sahəsini əkin sahəsi kimi istifadə edib qanunsuz olaraq qadağan edilmiş ərazidə əkin əkmiş və ona məxsus olan 6,5 ha torpaq sahəsinin suvarılmasında heç bir problem olmamışdır. Problem əlavə olaraq örüş sahəsinin 7 hektara yaxın ərazisinin qanunsuz olaraq əkməsi nəticəsində yaranmışdır. Həmin ərazini suvarmaq üçün kimlərdənsə öz növbəsinin ona verilməsini tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi öz qətnaməsində izahatlarını təhrif etmişdir. Belə ki, onlar izahatlarında bildirmişlər ki, onların növbəsi ç atan zaman suyu kəsmişlər. Lakin məhkəmə həmin izahatları aydın surətdə qeyd etməmişdir. Bundan başqa suyun verilməsini təmin edən şəxsin də vermiş olduğu ifadəsi saxtalaşdırılmışdır. O da onların izahatına uyğun izahat vermişdir. Əslində cavabdehlərin dediyi kimi, yəni növbələri çatdıqda suyun kəsilməsi özlüyündə məntiqli və əsaslıdır. Çünki kiminsə növbəsinə girib suyunu kəsmək məntiqli və əsaslı deyildir. Bundan başqa bələdiyyə tərəfindən verilmiş torpağın icarə müqaviləsi 2019-cu ildə bitmişdir. İddiaçı həmin torpaq sahəsini qanunsuz olaraq əkmişdir. Məhkəmə qətnaməsində cavabdehlərdən başqa digər şəxslərin də suyun verilməsinə mane olması qeyd edilsə də lakin nədənsə digər şəxslərin deyil cavabdehlərin adlarının qeyd edilməsi və onların üzərinə öhdəlik qoyulması anlaşılan deyildir. Cavabdehlər tərəfindən təqdim edilən sübutlar məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehlər tərəfındən təqdim edilmiş 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, iddiaçı örüş sahəsinin 7 ha hissəsini əkərək, əkin sahəsinə çevirmişdir. Yəni iddiaçının dediyi kimi ona məxsus olan 6,5 ha torpaq sahəsinin su verilməsində problem olmamışdır. Problem iddiaçının əlavə olaraq əkdiyi torpaq sahəsinə suyun verilməsində olmuşdur ki, bunun da yaranma səbəbi həmin əraziyə növbənin çatmaması olmuşdur. Belə olan halda cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması ilə bağlı məhkəmə tərəfındən gəlinmiş nəticə əsaslı və qanuni deyildir. Məhkəmə qətnaməsində cavabdehlərin təqdim etdiyi akta deyil, başqa bir akta istinad edilmişdir. Həmin akta göstərilir ki, guya iddiaçı he ç bir örüş yerini əkməmişdir. Lakin onlar tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli Əmlak məsələləri üzrə dövlət komitəsi tərəfindən tərtib edilmiş aktda bu məsələ öz əksini tapmamışdır. Məhkəmə qətnaməsində iddiaçı izahatında bildirmişdir ki, ona məxsus olan 30 qoz ağacı və 50 ədəd digər meyvə ağacları yanıb məhv olmuşdur. İşdə olan aktda isə 50 ədəd digər ağacların məhv olmasına dair heç bir məlumat yoxdur. Bundan başqa həmin ağacların hansı vaxtı quruması qeyrimüəyyəndir. Əslində həmin ağacların məhz 2021-ci il tarixdə qurumasına dair heç bir sübut yoxdur. Bundan başqa məhkəmə tərəfindən dəymiş ziyanın yalnız iddiaçının dedikləri əsasında müəyyən etməsi də qanuni və əsaslı olmamışdır. Məhkəmə qətnaməsində dəymiş ziyanın hansı əsasla hesablanması və qiymətləndirilməsi öz əksini tapmamışdır. Məhkəmə sübut edilməli olan zərərin kim tərəfindən vurulması məsələsi qeyri-müəyyən olduğu halda məhz cavabdehlərin üzərinə öhdəlik qoyulması qanunsuz və əsassız olmuşdur. Aktı tərtib edən şəxslərin ümumiyyətlə sahəyə gəlmədən akt tərtib etməsi qanunsuz olmuşdur. Bundan başqa cavabdehlər həmin vaxt iddiaçı tərəfindən pambıq verdiyi müəssisəyə 2021-ci il tarixdə pambıq verilməsini və onun miqdarının müəyyən edilməsi barədə vəsatətləri də təmin edilməmişdir. Hesab edirlər ki, həmin vəsatətin təmin edilməməsi əsassız olmuşdur. Belə ki, vəsatətin təmin edilməsi işin tam və obyektiv araşdırılmasına xidmət etmiş olardı. Bundan başqa məhkəmə akta istinad etmiş, lakin aktı tərtib edən şəxslərin məhkəmə prosesində dindirilməsi təmin edilməmişdir. Həmin aktın məhz adları qeyd edilən şəx slər tərəfindən tərtib edilib-edilməməsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən bərabərlik prinsipinə riayət edilməmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2102/2022 nömrəli mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia həmin hissədə təmin edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan, iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmiş dir.

17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində sahibliyi qanunsuz olmuşdur. Belə ki, Goranboy rayon Qızılhacılı bələdiyyəsinin 13 sentyabr 2019-cu il tarixli 07 №-li iclas qərarı ilə qeyd olunan torpaq sahəsinin yenidən iddiaçının icarəsinə verilməsi qərara alınsa da yeni icarə müqaviləsi bağlanmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2019-cu il tarixədək istifadəsində olmuş torpaq sahəsindəki əkinlərin və ağacların suvarılmasını digər mənbə hesabına həyata keçirsə də, 2019-cu ildən etibarən cavabdehlərin istifadə etdiyi mənbədən suvarmaq istəmiş, bununla da tərəflər arasında sudan istifadə ilə əlaqədar olaraq mübahisələr yaranmışdır. Cavabdehlər öz əkinlərinin suvarılması ilə əlaqədar iddiaçının sudan lazımı miqdarda istifadə edə bilmədiyini iddia etmişlər ki, belə olduğu təqdirdə iddiaçının sudan lazımı miqdarda istifadə edə bilməməsi ilə əlaqədar ziyan çəkməsində cavabdehlərin təqsirli hərəkətlərinin olması müəyyən edilmir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2019-cu ildən etibarən cavabdehlərin istifadə etdiyi mənbədən suvarma işini aparmaq istəmişdir ki, bu da həmin tarixədək olan 15 illik müddət ərzində suvarılmanın başqa mənbədən həyata keçirilməsi imkanını təsdiq etməklə, həmin ağacların məhz cavabdehlərin su verməməsi səbəbindən məhv olmasını inkar edir. Hərçənd ki, iddiaçı əvvəllər Suqovuşandan gələn su hesabına ehtiyacın təmin edildiyini bildirmişdir. Digər tərəfdən iddiaçı 30-dan çox qoz ağacının və 50-yə yaxın meyvə ağacının məhv olduğunu iddia etsə də məhkəməyə sübut kimi təqdim etdiyi 30 noyabr 2021-ci il tarixli aktda yalnız 30 ədəd qoz ağacının su çatışmazlığından quruyaraq məhv olması qeyd olunmuşdur. Halbuki, hər hansı bir laborator müayinənin nəticəsi olmadan ağacların məhz su çatışmazlığından məhv olmasını müəyyən etmək mümkün deyildir.

20. Məhkəmə iddia tələbinin 30 noyabr 2021-ci il tarixli akta istinad edilərək, 5 ha pambıq sahəsində pambıq bitkisinin su çatışmazlığı səbəbindən məhsuldarlığın 40 sentner gözlənildiyi halda, 16 sentner olduğunu, 1,30 ha arpa və yonca əkininin su çatışmazlığı səbəbindən məhv olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2019-cu il tarixədək istifadəsində olmuş torpaq sahəsindəki əkinlərin və ağacların suvarılmasını digər mənbə hesabına həyata keçirmişdir ki, 2019-cu ildən etibarən cavabdehlərin istifadə etdiyi mənbə dən suvarmaq istədiyi halda mütəmadi suvarmaya ehtiyac duyulan bitkiləri əkərkən cavabdehlərin istifadə etdiyi su mənbəsindəki su ehtiyatının buna kifayət edə biləcəyini əvvəlcədən nəzərə almalı idi.

21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə, MPM-in 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələri, MPM-in 9.1-9.3, 14.1, 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, heç bir araşdırma aparmamışdır. Qızılhacılı qəsəbə əhalisi Suqovuşandan su gələn zaman həmin sudan istifadə ediblər, Suqovuşandan su gəlmədikdə isə Qarabağ kanalından çəkilmiş boru xəttindən növbəlilik əsasında istifadə edərək torpaq sahələrini suvarırlar. Yay mövsümündə isə yalnız Qarabağ kanalından çəkilmiş boru xəttindən növbəlilik əsasında istifadə edərək torpaq sahələri suvarılır. Kassasiya şikayətinə əlavə edilmiş Goranboy rayon X4 sədri tərəfindən tərtib edilmiş akta istinad edilərək qeyd edilmişdir ki, iddiaçın bələdiyyə torpaqlarını n icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsi yay mövsümündə Qarabağ kanalından çəkilmiş boru xətti ilə suvarılır, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ətrafına başqa şəxsləri də toplayaraq bütün vaxtlarda suyu kəsərək hüquqazidd hərəkətləri ilə iddiaçının icarəyə götürdüyü torpaqların normal suvarılmasına imkan verməmişlər. Yay mövsümündə yalnız 1 dəfə o da yarımçıq suvarma olmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçının yalnız 2019-cu ildən Qarabağ kanalından çəkilmiş su xəttindən gələn sudan istifadə etməsi öz əksini tapmışdır. İddiaçı əvvəlki illərdə həmin əkin sahəsinə arpa və buğda əkmiş və yaz aylarında suvarmışdır. Yerli icra hakimiyyəti orqanının göstərişinə əsasən 2017-ci ildən təsərrüfatlara pambıq əkilməsi göstərişi verilmiş və həmin ildən et ibarən 6,5 ha sahəyə müxtəlif hektarda pambıq əkmişdir. Buna istinad olaraq kassasiya şikayətinə müvafiq arayış əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

32. Maddə 67.4. Torpaq sahələri üzərind ə qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Baxılan iş üzrə birinci in stansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi yalnız cavabdehlər Cavabdeh1 və X1 10000 manat maddi zərərin tutulması hissəsində təmin edilmiş, iddiaçı həmin qətnamədən şikayət vermədiyi üçün apellyasiya baxışının hədləri iddianın təmin olunmuş hissəsi ilə yekunlaşmışdır. Bu baxımdan iddiaçının hazırkı kassasiya şikayəti üzrə apellyasiya instansiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiyasına təqdim edilməmiş yeni sübutların tədqiqi ilə bağlıdır. Halbuki kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2102/2022 nömrəli mülki iş üzrə 26 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar