Məhkəmə qərarları › İş №2(102)-6041/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6041/2019

25.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6041/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və X10 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin (hakim Vəzirxan Məlikov) 23 noyabr 2017-cı il tarixli, 2(039)-3216/2017 saylı qətnaməsi ilə, İddiaçı JN: saylı ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən mülkiyyət hüquqlarının təsbit edilmiş Yevlax rayon Qaramanlı kəndində yerləşən 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 15 dekabr 2005-ci il tarixdə Yevlax rayon 2 saylı dövlət notariat kontorunda atası X6, anası X1, bacıları X2, X3 və onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin qismən, yəni onun mülkiyyətinə münasibətdə etibarsız hesab edilməsi və 0.732 ha torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.Əsədli, Ə.Məcidov və İ.Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin 23 noyabr 2017-cı il tarixli, 2(039)-3216/2017 saylı qətn aməsinin ləğv edilməsi və mülki iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi və ona məxsus pay torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilərək Yevlax rayon AİK-nin 20 iyul 1990-ci il tarixli qərarı ilə X4, X5, X11, X3 və İddiaçı verilmiş 3,66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Cavabdeh satılmasına dair 15 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi İddiaçı ilə bağlanması hissəsində qismən etibarsız hesab edilməsi, Yevlax rayon AİK-nin 20 iyul 1990-cı il tarixli qərarı ilə verilmiş 3,66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 0.732 ha hissəsi Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təm in edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN: 236 saylı ********* kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən mülkiyyət hüquqları təsbit edilmiş Yevlax rayon Qaramanlı kəndində yerləşən 3.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 15 dekabr 2005-ci il tarixdə Yevlax rayon 2 saylı dövlət notariat kontorunda atası X6, anası X1, bacıları X2, X3 və onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin qismən, yəni onun mülkiyyətinə münasibətdə etibarsız hesab edilməsi və 0.732 ha torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çxarmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATL ARİ: Cavabdeh və vəkili X10 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə heç bir hüquq normasına istinad etməmiş, müqaviləni etibarsız hesab edərkən istinad mənbəyi olaraq qanun normasını düzgün olaraq müəyyənləşdirməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlilləri ni araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1, 29.2, 36.2, 152.1, 152.7, 222, 329.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 404.1, 404.2-ci, Ailə Məcəlləsinin 5, 6.2, 8.1-ci maddələrinə, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 17, 22, 25-ci bəndlərinə istinad edərək işin materialları üzrə gəl diyi nəticədən görünür ki, İddiaçı birgə mülkiyyətlərində olan 3,66 ha torpaq sahəsini Cavabdeh 12000000 manat pul müqabilində satılması barədə razılığı olmamış, 15 dekabr 2005-ci il tarixli alq-satqı müqaviləsində satıcı olaraq onun adı göstərilməməklə yanaşı həmin müqaviləni onun adından kimin imzalaması və iddiaçıya torpağın satışından çatacaq pulu onun əvəzindən kimin alması göstərilməmiş, notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı olmasına dair Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın tələblərinin pozulması ilə alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı m ülkiyyətində olan torpaq sahəsinin satılmasına dair iddiaçının, onun ata-anasının və ya himayəçisinin iradə ifadəsi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə əsasən və işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, torpağın mülkiyyət hüququna dair JN-236 KOD 90107018 saylı Dövlət Aktınına əsasən X4, X5, X2, X3 və İddiaçı Yevlax rayon AİK-nin 20 iyul 1990-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3,66 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi 15 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 12000000 (köhnə AZN lə) manat pul müqabilində satılmış, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 3,66 ha, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tam mülkiyyət hüququ 17.03.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin torpaq sahəsinin satılmasından onların xəbərlərinin olmamasını, onun belə bir razılığının olmamasını, ata və anasının, himayəçisinin razılığının alınmamasını və müqavilədə kimin onun adından imzalamasının göstərilmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Yevlax Rayo n Qaramanlı kəndində X4, X5, X2, X9 qızı və İddiaçı birgə mülkiyyətlərində olan 3,66 ha torpaq sahəsini Cavabdeh 12000000 manat pul müqabilində satılması barədə iş materiallarında olan 15 dekabr 2005-ci il tarixli alq-satqı müqaviləsindən görünür ki, həmin müqavilə “Talıbov və Talıbova, Məmmədov” tərəfindən cəmi altı nəfər tərəfindən imzalandığı göstərilmiş, həmin müqavilədə imzaların qarşısında birgə mülkiyyətçilər olaraq iddiaçı, onun ata-anasının, himayəçisinin və bacısının adları göstərilməmiş, iddiaçının adından həmin müqaviləni kimin imzalaması müəyyən edilməmişdir. Ümumiyyətlə həmin müqaviləni satıcı və ya alıcı olaraq imza etmiş şəxslərin adları və ata adları göstərilməmiş, birgə mülkiyyətçi olaraq iddiaçıya torpağın satışından çatacaq pulu onun əvəzindən kimin almasını müəyyən etm ək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiy yətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1.-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağlad ığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Həmin Məcəllənin 29.3.-cü maddəsinə əsasən, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən, Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməs inə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 36.3.-ci maddəsinə əsasən, Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəy yumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1.-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.1.-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2.-ci maddəsinə əsasən Əqdin notarial təsdiqlənməsi qa ydası notariat haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 17-ci bəndində qeyd edilmişdir ki, notariat hərəkətlərini apararkən notariuslar hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. 22.-ci bəndində qeyd edilmişdir ki, Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi gö stərilməlidir. 25-ci bəndində qeyd edilmişdir ki, Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanı göstərilməklə ixtisarsız yazılmalıdır. Fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1- ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiya sı istinad edilən qanun normalarının müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsinin İddiaçı birgə mülkiyyətlərində olan 3,66 ha torpaq sahəsini Cavabdeh 12000000 manat pul müqabilində satılması barədə razılığının olmaması, 15 dekabr 2005-ci il tarixli alq-satqı müqaviləsində satıcı olaraq onun adının göstərilməməklə yanaşı həmin müqaviləni onun adından kimin imzalaması və iddiaçıya torpağın satışından çatacaq pulun onun əvəzindən kimin almasının göstərilməməsi, notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı olması, sənədin mətninə aid olan tarixlər və müddətlərin heç olmasa bir dəfə sözlərlə, fiziki şəxslərin soyadı, adı və atasının adı tam yazılmalı olmasına dair Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın tələblərinin pozulması ilə alqı-satqı müqaviləsinin bağlanması, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair iddiaçının, onun ata-anasının və ya himayəçisinin iradə ifadəsi olmamasına dair nəticələrini işin araşdırılmış hallarına uyğun olduğü üçün qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsinin müddəalarının tətbiq edilməməsi ilə bağlı dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əq din etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin də kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5ci maddəsinin tələbinə görə, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 6.2.-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, kassatorun apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz olmasına dair dəlilləri həm də ona görə əsassızdır ki, işə apellyasiya icraatı qaydasında baxan məhkəmə İddiaçı tərəfindən veri lmiş apellyasiya şikayətini qismən təmin edərək Yevlax rayon AİK-nin 20 iyul 1990-ci il tarixli qərarı ilə X4, X5, X2, X3 və İddiaçı verilmiş 3,66 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Cavabdeh satılmasına dair 15 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinin yalnız iddiaçı ilə bağlanması hissəsində qismən etibarsız hesab etmiş, iddia tələbini qalan hissədə isə təmin edilməmişdir. Halbuki, cavabdeh apellyasiya şikayətində bağlanmış alqısatqı müqaviləsinin qismən, yəni onun mülkiyyətinə münasibətdə etibarsız hesab edilməsi ilə yanaşı həmçinin 3,66 ha torpaq sahəsinin cavabdehdən alınaraq onlara (özü və digər mülkiyyətçi olmuş şəxslər nəzərdə tutulur.) verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən mülkiyyət hüquqlarının önəmli olması və qanunlarımızla tanınaraq qorunmasını da nəzərə almış və bu münsasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrini hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Həmin normalara əsasən isə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsa sən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsa s insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Kollegiya həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qa nunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 02 avqust 2018-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar