Məhkəmə qərarları › İş №2(102)-606/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-606/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-606/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddia, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, təmirə çəkilmiş xərclərin ödənilməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4639/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 65 kv.m ümumi, 49 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10A nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 981 nömrəli reyestr kitabında xx.xx.2009-cu il tarixdən qeydiyyata alınmışdır.

2. Həmin mənzil xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə AccessBank” QSC arasında bağlanmış ipoteka mqaviləsinə əsasən, "xxxx" QSC ilə X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit kredit razılaşması üzrə sonuncunun öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 19284 manat qiymətləndirilmişdir.

3. Tər əflər qeyd olunan mənzilin bir otağının İddiaçı satılması barədə razılığa gəlmiş və xx.xx.2015-ci il tarixdə mənzilin 1 otağının alğı-satqısı ilə bağlı yazılı formada beh müqaviləsi bağlamışlar, müqaviləyə əsasən otağın dəyəri 27.000 manat müəyyən edilmiş və İddiaçı tərəfindən Cavabdeh 500 manat pul verilmişdir.

4. İddiaçı mənzilin 1 otağını təmir etməklə orada yaşamağa başlamışdır. 5. xx.xx.2015-ci il tarixdə borcverən qismində X2 və borcalan qismində Cavabdeh arasında borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı Cavabdeh 14.000 manat məbləğində borc vermiş və borcalan krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. 6. "xxxx" QSCnin müraciəti əsasında Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən iddiaçının mənzilinə tutma yönəldilməsi haqqında 04 aprel 2014-cü ildə icra qeydi verilmişdir. İcra qeydinə əsasən ödənilməli məbləğ ümumilikdə cəmi 38874.54 ABŞ dolları təşkil edir.

7. İddiaçı həmin icra qeydini mübahisələndirmiş və Yasamal Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(004)-7504/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh 53 saylı Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, 04 aprel 2014-cü il tarixli “tutmanın ipoteka predmetinə yönəldilməsi” haqqında icra qeydinin ləğv edilməsi qət edilmişdir.

8. Mənzilin ipoteka ilə yüklülüyü davam etmiş və 2021-ci ildə yüklülükdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1.000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat (2950 manat hissəsinin azərbaycan manatı ilə və qalıq hissəsinin isə 6.500 ABŞ dolları), ünvan 1 ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 manat olmaqla, cəmi 34.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alğı-sat qısı ilə məşğul olan firmanın nümayəndəsi X6in vasitəçiliyi ilə Cavabdeh ilə görüşmüş, ev sahibi bildirmişdir ki, bu evi bölüb 28.17 kv.m olan yaşayış otağını satır. Evin çıxarışı və texniki pasportunun surətini ona təqdim etmiş və satılan yaşayış otağını göstərmişdir. Cavabdeh bildirmişdir ki, ehtiyacı var, evinin çıxarışı bankdadır, onu bankdan götürmək lazımdır. Evin alınan hissəsinin dəyərini 27.000 manata razılaşdırmışlar. Ev tamamilə təmirsiz olmaqla, ancaq divarlardan ibarət idi. Cavabdeh demişdir ki, “bu evi təmir et, sayğacları quraşdır, sonra bütün xərcləri mənim pulumdan çıxarsan”. Onlar birlikdə 5 saylı notarat kontoruna getmiş, notariat kontorunda bildirilmişdir ki, evin həmin hissəsinin satılması üçün bankın razılığı lazımdır. Ona görə də ilkin olaraq evin alğı-satqı müqavi ləsinin bağlanmasını təsdiq edən beh müqaviləsi bağlamış və 500 manat nəğd şəkildə ödəniş etmişdir. xx.xx.2015-ci ildə onlar "xxxx"ın baş ofisinə evin mülkiyyət sənədlərini götürməyə gəlmişlər. Bankda evin 40.000 ABŞ dollarına qədər borcu olduğunu bildirmişlər. O, beh müqaviləsini pozmaq istəmiş, lakin Cavabdeh ona yalvarmışdır ki, “bu evi al ki, mən banka olan borcumu ödəyim”. O, insanlıq xatirinə onunla razılaşmış, Cavabdeh ona demişdir ki, “arxayınçılıq, yəni təminat üçün evi təmir et və gir yaşa”. Həmin vaxtı evə təmir etməyə başlamış, evin bütövlükdə təmirinə təxminən 17.000-18.000 min manat xərci çıxmışdır. Evi təmir etdikdən sonra, elə 2015-ci ilin avqust ayında o, həyat yoldaşı ilə bu evə köçərək son günlərə kimi yaşamağa başlamışdır. Həmin vaxtı məhkəmə prosesləri getdiyindən, o, həm məhkəmələrə və həm də banka gedib-gəlməyə, bu məsələnin bitməsi üçün çalışmağa başlamışdır. xx.xx.2015-ci ildə o, Cavabdeh və oğlu Elvin Məlikovla banka gəlmiş və banka 5.500 ABŞ dolları pulu öz adından ödəmişdir. Bundan sonra onlar banka, vəkilə və s. yerlərə ödənilən xərcləri hesablamış və bu təxminən 14.000 manat edirdi. Ona görə də onlar 19 saylı notariat kontoruna gedərək xx.xx.2015-ci il tarixli kredit müqaviləsini bağlamışlar. Bu məbləğ, yəni kredit məbləği olan 14.000 manat həmin günə kimi Cavabdeh üçün banka və digər yerlərə onun çəkdiyi xəclər idi, ona görə də Cavabdeh bu müqaviləyə imza etmişdir. Müqavilədə həmin vəsaiti o, bir il müddətinə qaytarmalı idi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı bankın tələbinə görə ev hərracdan satılmalı və kredit bağlanılma lı idi. 2015-ci ildən o, Şahin Məmmədovun qalan borcları ödəməsi ilə çalışırdı. Şahin Məmmədovu tapmış, nəhayat 2021-ci ilin may ayının 27-də Şahin zəng vurmuşdur ki, o qalıq pulu düzəltmiş, onun iştirakı ilə qalıq borc olan 26.000 manatı ödəmiş və ev ipotekadan azad edilmişdir. Bundan sonra onunla Cavabdeh arasında evin alğı-satqısna dair yenidən danışıq olmuş və o bildirmişdir ki, evi 27.000 manata razılaşmış, onun da 14.000 manatı ödənmiş, razılaşdığı kimi evin təmirinə təxminən 17.000-18.000 manat xərc çəkmişdir və bu 30.000 manatdan çox edir. Amma cavabdeh hesab edir ki, onun ona 3.500 ABŞ dolları borcu qalır, o bunu da ödəməyə hazırdır. Amma bunu notariat kontoruna gedərək rəsmi alığı-satqı müqaviləsi bağlamaqla rəsmiləşdirsinlər. Cavabdeh isə bildirir ki, “əgər o pulu siz mənə versə niz evi sizə satacam? Yox, mən hələ baxacam, sizinlə alqı-satqı müqaviləsi bağlayım ya yox!” 2015-ci ildə cavabdehin özünün etiraf etdiyi kimi banka lazımı xərclər ödənildikdən, kredit götürən şəxsi taparaq kreditin bağlanılmasına nail olunduqdan və ev ipotekadan azad olandan sonra, cavabdeh artıq bu evi ona yox, başqasına satmaq fikrinə düşmüş, onun verdiyi pulları isə özünə qaytarmaq istədiyini Polis Bölməsində bildirməsinə baxmayaraq, onu hələ də qaytarmamışdır. Mənzilin 2015-ci ildə təmir-bərpa işlərinə çəkilmiş xərclərin miqdarının müəyyən olunması üçün qiymətləndirici mütəxəssisə müraciət olunmuş, mütəxəssisin xx.xx.2021-ci il tarixli, 07-87/21 saylı rəyi ilə ünvan 1 ünvanında 2015-ci ildə təmir üçün çəkilmiş xərcin məbləğinin 19.423,14 manat müəyyən edilmişdir.

11. Həmçinin iddiaçı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyini iddia ərizəsinə əlavə etmişdir. Həmin rəydə mənzilin təmir xərcləri 19413,14 manat müəyyən edilmişdir.

12. Məhkəmə prosesinin gedişatında Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15, ev 10 ünvanında yerlşən 10 a saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbi tamamilə əsasssızdır. ünvan 2 ünvanında yerlşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hal-hazırda İddiaçı həmin mənzildən mülkiyyətçinin konstitusiyon hüquqlarını pozaraq istifadə edir və m ənzili təhvil vermir.

14. Cavabdeh məhkəməyə həmçinin ərizə ilə müraciət edərək iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə mübahisəli mənzilin təmir edilməsinə çəkilən xərclərin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/5646 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanına yerləşən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 6820 manat məbləğində təmir işlərinin aparıldığını nəzərə alınaraq, 2015-ci ildən bugünə kimi mənzildən istifadə olunmasını nəzərə almaqla amortizasiya xərcləri çıxılmaqla (6820-10%) hal-hazırda təmir işlərinin dəyər i 6138 manat təşkil edir.

16. Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin 27-ci polis bölməsinin xx.xx.2021-ci il tarixli 093-16383 nömrəli məktubuna əsasən vətəndaş Cavabdeh müraciəti ilə əlaqədar göndərilmiş sənədlərdən görünür ki, Cavabdeh polis bölməsinə müraciət edərək, X1 ona 10.000 ABŞ dolları məbləğində pul verəcəyinə dair razılığa gəldiyini, lakin ona 6500 ABŞ dollarını ödədiyini bildirmişdir.

17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6.500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla ödənilsin) məbləğində pul vəsaitinin və 6.1 38 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir.

18. Məhkəmə təqdim olunmuş ekspert rəylərinə müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5646 nömrəli ekspert rəyində qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə, hazırki mübahisənin həllində qeyd olunan ekspert rəyi ilə təklif olunan variant tətbiq olunmalıdır.

19. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin ediməli, Cavabdeh 6.500 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti və 6.138 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli və ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci, 2-ci hissələrinə, Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 157.2, 492.2, 1096.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 103.1, 101.7, 119.1, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

22. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onu aldadaraq xeyli miqdarda zərər vurmasına baxmayaraq iddia qismən təmin edilmişdir. Notariat kontorunda bağladıqları müqavilələrə, ilkin mütəxəsis rəyinə və cavabdehin polis orqanlarında verdiyi etirafedici ifadələrə baxmayaraq, məhkəmə onun iddiasını qismən təmin edərək, dügzün qətnamə çıxarmamışdır. Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2015-ci il tarixdə ona məxsus olan mənzilin kredit müqaviləsinə əsasən girovda (yüklü) olmasına baxmayaraq mənzilin bir hissəsini onu aldadaraq satmaq üçün xeyli miqdarda pul almış və həmin mənzili ona təmir etdirərək küllü miqdarda ziyan vurmuşdur. Məhkəmə tərəfindən də cavabdehin və qeyri-şəxslərin əməllərində cinayət faktının olub-olmaması ilə bağlı aiddiyəti tədbir görülməmişdir. 2015ci ildə cavabdehin mülkiyyətçinin razılığı ilə mənzili əsaslı təmir etdirərək 19.000 manatdan yuxarı xərç çəkmişdir. Bu 2021-ci il tarixli mütəxəssis tərəfindən verilən rəy ilə müəyyən edilmişdir. Ekspert düzgün rəy verməmişdir. İddiaçı təkrar rəy verilməsini tələb etsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Buna görə iddia qismən təmin edilmişdir. Cavabdeh sübut kimi işdə olan sənədlərlə ona 14.000 manata borclu olmasını özü etiraf etmişdir. Bundan başqa, sübut kimi təqdim etdiyi mütəxəssis rəyi nəzərə alınmamışdır. Buna görə də, müəyyən edilm iş hallar iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə dəlalət edir. Onun məhkəməyə təqdim etdiyi sübutlar və cavabdeh tərəfindən verilən ifadə çıxarılmış qətnamənin hallarına uyğun deyil.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı cavabdehə hər hansı məbləğdə pul verməmişdir.

25. İddiaçı məhkəməyə telegram ünvanlayaraq bildirmişdir ki, ekspert tədqiqat obyektinə baxış keçirmədən rəy vermişdir, ona görə də, iş üzrə yenidən ekspertiza keçirilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ona verilmiş suallara c avab olaraq bildirmişdir ki, mənzilə görə cavabdehə 3.500 ABŞ dolları məbləğində borcu qalmışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və V.N.Sadıqov) 2(103)-4639/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ilə bağlı hissədə qismən – behin iki misli və kredit müqaviləsi üzrə zərərin ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilmişdir. Cavabdehdən 14.500 manat məbləğində vəsait, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 70 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 42 manat ı tutularaq iddiaçının xeyrinə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Məhkəmə tərkibi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2015-ci il tarixli müqaviləni beh müqaviləsi kimi bağlamışlar. Həmin müqavilə bağlanan vaxt beh müqaviləsinin notariat qaydasında təsdiq edilməli olması ilə bağlı mülki qanunvericilikdə imperativ tələb olmamışdır. Daha sonra iddiaçı tərəfindən mənzilin ipoteka yüklülüyündən azad olunması ilə bağlı cavabdehin banka olan borcunun 6.500 ABŞ dolları və başqa xərclər ödənilmiş, tərəflər bunu xx.xx.2015-ci il tarixində notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi kimi rəsmiləşdirmiş və borcun məbləğini 14.000 manat razılaşdırmışlar. Cavabdeh həmin müqaviləni heç zaman mübahisələndirməmi şdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi yalan əqd olmuş və əslində tərəflər öz aralarında həmin müqaviləni bağlamaqla alğı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləğin bir hissəsinin ödənişinin rəsmiləşdirilməsini həyata keçirmişlər.

29. Məhkəmə kollegiyası onu da qeyd edib ki, iddiaçı cavabdehə xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödədiyi 500 manat məbləğində pul əslində beh yox, avans olmuşdur. Belə ki, bundan sonra tərəflərdən heç biri mənzilin alğı-satqısı ilə bağlı öhdəliklərinin icrasından imtina etməyərək növbəti addım kimi yuxarıda qeyd olunan kredit müqaviləsini bağlamışlar. O da qeyd edilməlidir ki, iddiaçının ödənilmiş həmin məbləğin ikiqat qaytarılması ilə bağlı tələbinə qətnamədə ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, iddiaçı t ərəfindən mənzilin bir otağının razılaşdırılmış 27.000 manat qiymətindən faktiki olaraq cəmi 14.500 manat ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mənzilə çəkilmiş təmir xərcləri mənzilin qiymətinə daxil edilə bilməz, çünki satıcı həmin xərclərdən faydalanmır. 2021-ci ildə mənzil ipoteka ilə yüklülükdən azad edildikdən sonra tərəflər arasında olan razılaşma pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən behin iki misli olaraq 1.000 manat və kredit müqaviləsi ilə təsdiq olunan 14.000 manat məbləğində tutulması hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 14.500 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, həmin məbləğin cavabdehdə qalması onun əsassız varlanmasın a səbəb olur. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında olan razılaşma pozulmuşdur, yəni ödənilmiş pulun cavabdehdə qalmasına əsas artıq aradan qalxmışdır.

30. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçı cavabdehdən 14.000 manatın 6.500 ABŞ dolları və 2.950 manat formasında tutulmasını xahiş etsə də, tərəflər bu məbləği öz aralarında 14.000 manat kimi rəsmiləşdirmişlər və ona görə də tələb olunan məbləğ də o formada tutulmalıdır. Eyni zamanda, 6.500 ABŞ dolları 11.050 manat edir (6.500 x 1.7), həmin məbləğ 2.950 manatla birlikdə yenə də 14.000 manat təşkil edir.

31. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsi icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1000 manat pul və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair hissədə iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə qətnaməsində iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, 2021-ci ildə mənzil ipoteka ilə yüklülükdən azad edildikdən sonra cavabdeh mənzili satmaqdan imtina etdiyindən iddiaçı hüquqlarının pozulduğunu həmin vaxt bilmişdir. Daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu nəzər ə alsaq, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5646 nömrəli ekspert rəyi əsas götürülərək mənzildə aparılmış təmir işlərinin amortizasiya xərcləri çıxılmaqla hal-hazırkı dəyərinin 6.138 manat məbləğində müəyyən edilməsinə münasibətdə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Belə ki, ekspert öz rəyində məhkəmə tərəfindən qoyulmuş sualları ətraflı şəkildə cavablandırmış və əsaslandırılmış rəy məhkəməyə təqdim edilmişdir.

33. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 340.2, 491.1. 491.2, 491.3, 567, 598.4, 599.1, 599.2, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti iş materiallarına və işin faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur. Mübahisəli evin iddiaçıya satılması və onun evi təmir etdirməsi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Evə çəkilmiş xərclə bağlı ekspertiza keçirilmişdir. Lakin ekspertiza tədqiqatı da düzgün aparılmamış və evə çəkilən xərc çox az məbləğdə müəyyən olunmuşdur. Lakin məhkəmə ümumiyyətlə evə çəkilən xərclə bağlı hissəyə qiymət verməmişd ir. Halbuki, evə çəkilən xərcə görə iddiaçıya maddi zərər dəymişdir. Hazırda cavabdeh qanunsuz olaraq iddiaçını evdən çıxarmaq istəyir, belə olduğu halda evə çəkilmiş xərc və digər xərclər iddiaçıya ödənilməlidir. İddiaçının tələbi ilə bağlı bütün sübutlar məhkəməyə təqdim olunmuşdur.

36. Həmçinin məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, sübutlar tam toplanmamışdır. Məhkəmə prosesləri çəkişmə və ədalət prinsipi əsasında aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

39. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

40. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

41. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

42. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlan ır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

43. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

44. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

45. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

46. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

47. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

48. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qab aqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

49. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətinin dəlilləri əsasən evin təmiri üçün çəkilən xərclərin məhkəmə tərəfindən düzgün müəyyən olunmaması barədədir.

61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası k assasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

63. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

64. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

1. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

2. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

3. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandır ılmışdır.

4. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4639/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilm ədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar