Məhkəmə qərarları › İş №2(125)-1548/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1548/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1548/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən ipoteka müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilin hərracda satışından əldə olunan 60.000 manat, Goranboy Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş banka olan borcunun çıxılmasından sonra 21.164 manat qalığın və 153 manat 50 qəpik dövlət rüsumunun cavabdehdən alınıb, iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən ipoteka müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilin hərracda satışından əldə olunan 60.000 manat, Goranboy Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş banka olan borcunun çıxılmasından sonra 21.164 manat qalığın və 153 manat 50 qəpik dövlət rüsumunun cavabdehdən alınıb, iddiaçıya qaytarılması tələbi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işdə olan “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 2muş iddia ərizəsində cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı yalnış olaraq, Gəncə şəhəri, Atatürk prospekti, 234 kimi göstərilmişdir. Buna görə də hesab edirəm ki, cavabdehin hüquqi ünvanı ünvan 4rə Gəncə Şəhər Məhkəməsində baxılmamalıdır. Bundan başqa, həmin iddia ərizəsində iddiaçının birinci tələbində Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən ipoteka müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilin hərracda satışından əldə olunan 60.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməli olması göstərildiyi halda, sonrakı tələbində Goranboy Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş banka olan borcunun çıxılmasından sonra 21.164 manat qalığın cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etməsi qeyri-müəyyənlik yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı tərəfindən ipoteka müqaviləsi predmeti olan ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan mənzilin hərracda satışından əldə olunan 60.000 manat, Goranboy Rayon Məhkəməsinin 20 sentyabr 2019cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş banka olan borcunun çıxılmasından sonra 21.164 manat qalığın və 153 manat 50 qəpik dövlət rüsumunun cavabdehdən alınıb, iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar