Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4639/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: “pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), nun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 65 kv.m ümumi, 49 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10A nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 981 nömrəli reyestr kitabında xx.xx.2009-cu il tarixdən qeydiyyata alınmışdır.
2. Tərəflər xx.xx.2015-ci il tarixində mənzilin 1 otağının alqı-satqısı ilə bağlı yazılı formada beh müqaviləsi bağlamışlar, müqaviləyə əsasən otağın dəyəri 27.000 manat müəyyən edilmiş və İddiaçı tərəfindən Cavabdeh 500 manat verilmişdir.
3. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən-X2 borcalan- Cavabdeh 14.000 manat məbləğində borc vermiş və borcalan krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
4. İddiaçı mənzilin 1 otağını təmir etməklə orada yaşamağa başlamışdır.
5. Mənzil ipoteka ilə yüklü olmuş və 2021-ci ildə yüklülükdən azad olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1.000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat, ünvan 1 ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 manat, cəmi 34.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd olunan 14.000 manat məbləğində borcun 2950 manat hissəsinin azərbaycan manatı ilə və qalıq hissəsinin isə 6.500 ABŞ Dolları olması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan firmasının nümayəndəsi X8 ilə ev almaq məqsədi ilə tanış olmuş, nümayəndə ona bir evi göstərmiş və o, təmirsiz olmuşdur. Onlar birlikdə ev sahibi Cavabdeh ilə görüşmüş, ev sahibi bildirmişdir ki, bu evi bölüb 28.17 kv.m olan yaşayış otağını satlr. Evin çıxarışı və texniki pasportunun surətini ona təqdim etmiş və satılan yaşayış otağını göstərmişdir. Cavabdeh ona bildirmişdir ki, ehtiyacı var, evinin çıxarışı bankdadır, onu bankdan götürmək lazımdır. Evin alınan hissəsinin dəyərini onlar 27.000 manata razılaşdırmışlar. Ev tamamilə təmirsiz, ancaq divarlardan ibarət idi. Nə su sayğacı, nə işıq, nə də qaz sayğacı yox idi. Cavabdeh demişdir ki, “bu evi təmir et, sayğacları quraşdır, sonra bütün xərcləri mənim pulumdan çıxarsan”. Onlar birlikdə 5 saylı notarat kontoruna getmiş, notariat kontorunda demişlər ki, evin həmin hissəsinin satılması üçün bankın razılığı lazımdır. Ona görə də onlar ilkin olaraq evin alqı-satqı müqaviləsinin bağlanılmasını təsdiq edən beh müqaviləsi bağlamış və 500 manat nəğd şəkildə ödəniş etmişdir. Müqaviləni o, Cavabdeh və firmanın nümayəndəsi X8 imzalamışlar. xx.xx.2015-ci ildə onlar "xxxx"ın baş ofisinə evin mülkiyyət sənədlərini götürməyə gəlmişlər. Bankda evin 40.000 ABŞ dollarına qədər borcu olduğunu bildirmişlər. Cavabdeh bildirmişdir ki, onu aldadıblar, orada 50.000 ABŞ dolları yazıblar, ona isə 10.000 ABŞ dolları veriblər. O, beh müqaviləsini pozmaq istəmiş, Cavabdeh ona yalvarmışdır ki, “bu evi al ki, mən banka olan borcumu ödəyim”. O, insanlıq xatirinə onunla razılaşmış, Cavabdeh ona demişdir ki, “arxayınçılıq, yəni təminat üçün evi təmir et və gir yaşa”. O, həmin vaxtı evə təmir etməyə başlamış, evin bütövlükdə təmirinə təxminən 17.000-18.000 min manat xərci çıxmışdır. Evi təmir etdikdən sonra, elə 2015-ci ilin avqust ayında o, həyat yoldaşı ilə bu evə köçərək son günlərə kimi yaşamağa başlamışdır. O, eyni zamanda Cavabdeh evinin ipoteka məsələsinin həlli üçün bu işin dalınca düşmüş və aydınlaşdırmışdır ki, "xxxx" QSC ilə X7 adlı bir şəxs arasında xx.xx.2010-cu il tarixində kredit müqaviləsi bağlanılmış, müqaviləyə görə bu şəxs bankdan 50.000 ABŞ dolları pul götürmüş, müqavilənin təminatı olaraq Cavabdeh məxsus mənzil ipoteka ilə yüklü etdirmişdir. O, bu şəxsi axtarıb tapmış, kreditin ödənilməli olduğunu, əks halda bu işin hüquq-mühafizə orqanlarına verilə biləcəyini demişdir. Həmin vaxtı məhkəmə prosesləri getdiyindən, o, həm məhkəmələrə və həm də banka gedib-gəlməyə, bu məsələnin bitməsi üçün çalışmağa başlamışdır. xx.xx.2015-ci ildə o, Cavabdeh ilə banka getmiş, orada öz adından Zöhrə xanımın qohumu kimi "xxxx" QSC sədrinin adına ərizə yazaraq xahiş etmişdir ki, Zöhrə xanımın payına düşən 10.000 manatı ödəməyə hazırdır. Qalan borc məbləğinin ödənilməsi üçün 2 ay vaxt istəmişdir. xx.xx.2015-ci ildə o, Cavabdeh və oğlu Elvin Məlikovla banka gəlmiş və banka 5.500 ABŞ dolları pulu öz adından ödəmişdir. Bundan sonra onlar banka, vəkilə və s. yerlərə ödənilən xərcləri hesablamış və bu təxminən 14.000 manat edirdi. Ona görə də onlar 19 saylı notariat kontoruna gedərək xx.xx.2015-ci il tarixli kredit müqaviləsini bağlamışlar. Bu məbləğ, yəni kredit məbləği olan 14.000 manat həmin günə kimi Cavabdeh üçün banka və digər yerlərə onun çəkdiyi xəclər idi, ona görə də Cavabdeh bu müqaviləyə imza etmişdir. Müqavilədə həmin vəsaiti o, bir il müddətinə qaytarmalı idi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı bankın tələbinə görə ev hərracdan satılmalı və kredit bağlanılmalı idi. 2015-ci ildən o, Şahin Məmmədovun qalan borcları ödəməsi ilə çalışırdı. Şahin Məmmədovu tapmış, nəhayat 2021-ci ilin may ayının 27-də Şahin zəng vurmuş ki, o qalıq pulu düzəltmiş, onun iştirakı ilə qalıq borc olan 26.000 manatı ödəmiş və ev ipotekadan azad olunmuşdur. Bundan sonra onunla Cavabdeh arasında evin alqı-satqısna dair yenidən danışıq olmuş, o bildirmişdir ki, onlar evi 27.000 manata razılaşdırmış, onun da 14.000 manatı ödənmiş, razılaşdığı kimi evin təmirinə çəkilən xərci nəzərə alsa, təmirə təxminən 17.000-18.000 manat xərc çəkmiş, bu 30.000 manatdan çox edir. Amma cavabdeh hesab edir ki, onun ona 3.500 ABŞ dolları borcu qalır, o bunu da ödəməyə hazırdır. Amma bunu notariat kontoruna gedərək rəsmi alıq-satqı müqaviləsi bağlamaqla rəsmiləşdirsinlər. Amma cavabdeh bildirir ki, “əgər o pulu siz mənə versəniz evi sizə satacam? Yox, mən hələ baxacam, sizinlə alqı-satqı müqaviləsi bağlayım ya yox!” Bundan sonra, təxminən xx.xx.2021-ci il tarixində o evdə olmayanda Cavabdeh gəlib evin işığını kəsmiş, antenanın, kondisinerin, su qızıdırcısının işığını kəsib yerə atmış, suyu bağlamışdır. O, bununla bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, sahə rəisi gəlib görmüşdür ki, onun soyuducusunda nə var hamısı xarab olub tökülüb çölə. Bundan sonra qapını bağlayıb oradan 27-ci Polis Bölməsinə dəvət almış və orada izahat vermişdir. Cavabdeh da izahat vermişdir. O, izahatında etiraf edir ki, “2010-cu ildə bankdan pul götürmək məqsədi ilə dələduzlar tərəfindən allandı, sənədlərə qol çəkdi. Məhkəmələrdən qurtarmaq üzrə olanlara qərar çıxdı ki, pul ödənilməli və ya ev hərraca çıxarılmalıdır. 6 ildir ki, bu müsibətdən qurtarmaq üçün 2 otaqlı mənzillərindən birini təmir vasitəsi ilə ayırıb satmağa nail olsun. Müştəri tapıldı və başa saldı ki, 10.000 min pul ödənilməlidr. Yoxsa evi satışa gedər. Müştəri də bununla razılaşdı, amma banka 5500+500+500 dollar dəyərində ödənilib, 3500 dollar pul borc qalıb. Evini alan adam Azər və arvadı Şəhla ödəməkdən imtina edirlər və evindən çıxmaq istəmirlər. Günü-günə satırlar, aldadırlar, çünki pulları yoxdur. O, yenidən evi satıb, onların pullarını özlərinə qaytarmaq istəyir və hərracdan evini çıxarmaq istəyir.” Bildirir ki, 2015-ci ilin avqust ayından mübahisə olunan ev təmir edilərək həyat yoldaşı ilə artıq 6 ildir ki, burada yaşayır, bütün kommunal xidmət haqlarını o, ödəmişdir. Evin təmir edilməsini təsdiq edən 14 ədəd rəngli foto şəkli əlavə etmişdir. Evin təmirinə çəkilən xərcin miqdarının məhkəmə ekspertizası vasitəsi ilə də öyrənmək olar. 2015-ci ildə cavabdehin özünün etiraf etdiyi kimi banka lazımı xərclər ödənildikdən, kredit götürən şəxsi taparaq kreditin bağlanılmasına nail olunduqdan və ev ipotekadan azad olandan sonra, cavabdeh artıq bu evi ona yox, başqasına satmaq fikrinə düşmüş, onun verdiyi pulları isə özünə qaytarmaq istədiyini Polis Bölməsində bildirməsinə baxmayaraq, onu hələ də qaytarmamışdır. Mənzilin 2015-ci ildə təmir-bərpa işlərinə çəkilmiş xərclərin miqdarının müəyyən olunması üçün qiymətləndirici mütəxəssisə müraciət olunmuş, mütəxəssisin xx.xx.2021-ci il tarixli, 07-87/21 saylı rəyi ilə ünvan 1 ünvanında 2015-ci ildə təmir üçün çəkilmiş xərcin məbləğinin 19.423,14 manat müəyyən edilmişdir.
9. Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15, ev 10 ünvanında yerlşən 10 a saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi tamamilə əsasssızdır. ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Hal-hazırda İddiaçı mənzili mülkiyyətçinin konstitusiyon hüquqlarını pozaraq istifadə edir və mənzili təhvil vermir.
11. Cavabdeh məhkəməyə həmçinin ərizə ilə müraciət edərək iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5646 nömrəli rəyi ilə ünvan 1 ünvanına yerləşən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 6.820 manat məbləğində aparıldığını nəzərə alaraq 2015-ci ildən bugünə kimi mənzildən istifadə olunmasını nəzərə almaqla amortizasiya xərcləri çıxılmaqla (6820-10%) hal-hazırda təmir işlərinin dəyəri 6.138 manat məbləğində müəyyən olunmuşdur.
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 42/2023 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6.500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla ödənilsin) məbləğində pul vəsaitinin və 6.138 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir.
14. Məhkəmə təqdim olunmuş ekspert rəylərinə müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5646 nömrəli ekspert rəyində qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə, hazırki mübahisənin həllində qeyd olunan ekspert rəyi ilə təklif olunan variant tətbiq olunmalıdır.
15. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin ediməli, Cavabdeh 6.500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti və 6.138 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli və ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir.
16. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci, 2-ci bəndlərinə, Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 157.2, 492.2, 1096.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 103.1, 101.7, 119.1, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onu aldadaraq xeyli miqdarda zərər vurmasına baxmayaraq iddia qismən təmin edilmişdir. Notarial kontorunda bağladıqları müqavilələrə, ilkin mütəxəsis rəyinə və cavabdehin polis orqanlarında verdiyi etirafedici ifadələrə baxmayaraq məhkəmə onun iddiasını qismən təmin edərək, dügzün qətnamə çıxarmamışdır. Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2015-ci il tarixdə ona məxsus olan mənzilin kredit müqaviləsinə əsasən girovda (yüklü) olmasına baxmayaraq mənzilin bir hissəsini onu aldadaraq satmaq üçün xeyli miqdarda pul almış və həmin mənzili ona təmir etdirərək küllü miqdarda ziyan vurmuşdur. Məhkəmə tərəfindən də cavabdehin və qeyri-şəxslərin əməllərində cinayət faktının olubolmaması ilə bağlı aiddiyəti tədbir görülməmişdir. 2015-ci ildə cavabdehin mülkiyyətçinin razılığı ilə mənzili əsaslı təmir etdirərək 19.000 manatdan yuxarı xərç çəkmişdir. Bu 2021ci il tarixli mütəxəssis tərəfindən verilən rəy ilə müəyyən edilmişdir. Ekspert düzgün rəy verməmişdir. İddiaçı təkrar rəy verilməsini tələb etsə də, məhkəmə əhəmiyyət verməmişdir. Buna görə iddia qismən təmin edilmişdir. Cavabdeh sübut kimi işdə olan sənədlərlə ona 14.000 manata borclu olmasını özü etiraf etmişdir. Bundan başqa, sübut kimi təqdim etdiyi mütəxəsis rəyi nəzərə alınmamışdır. Buna görə də müəyyən edilmiş hallar iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə dəlalət edir. Onun məhkəməyə təqdim etdiyi sübutlar və cavabdeh tərəfindən verilən ifadə çıxarılmış qətnamənin hallarına uyğun deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı cavabdehə hər hansı məbləğdə pul verməmişdir.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və telegram ünvanlayaraq bildirmişdir ki, ekspert tədqiqat obyektinə baxış keçirmədən rəy vermişdir, ona görə də, iş üzrə yenidən ekspertiza keçirilməsini xahiş edir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mənzilə görə cavabdehə 3.500 ABŞ dolları məbləğində borcu qalmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə ilkin iddia qismən təmin, qarşılıqlı iddia təmin olunduğundan, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qətnamənin ilkin iddia ilə bağlı hissədə ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia ilə bağlı hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
30. İşdən görünür ki, tərəflər arasında ünvan 4 ünvanında yerləşən 10A nömrəli mənzilin bir otağının 27.000 manata alqı-satqısı barədə razılıq olmuş, iddiaçı tərəfindən cavabdehə ilkin olaraq xx.xx.2015-ci il tarixli müqavilə üzrə 500 manat məbləğində pul vermişdir. Həmin müqaviləni tərəflər beh müqaviləsi kimi bağlamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilə bağlanan vaxt beh müqaviləsinin notariat qaydasında təsdiq edilməli olması ilə bağlı mülki qanunvericilikdə imperativ tələb olmamışdır.
31. Daha sonra iddiaçı tərəfindən mənzilin ipoteka yüklülüyündən azad olunması ilə bağlı cavabdehin banka olan borcunun 6.500 ABŞ dolları və başqa xərclər ödənilmiş, tərəflər bunu xx.xx.2015-ci il tarixində notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi kimi rəsmiləşdirmiş və borcun məbləğini 14.000 manat razılaşdırmışlar. Cavabdeh həmin müqaviləni heç zaman mübahisələndirməmişdir.
32. Göründüyü kimi, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsi yalan əqd olmuş və əslində tərəflər öz aralarında həmin müqaviləni bağlamaqla alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləğin bir hissəsinin ödənişinin rəsmiləşdirilməsini həyata keçirmişlər.
33. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödədiyi 500 manat məbləğində pul əslində beh yox, avans olmuşdur. Belə ki, bundan sonra tərəflərdən heç biri mənzilin alqı-satqısı ilə bağlı öhdəliklərinin icrasından imtina etməyərək növbəti addım kimi yuxarıda qeyd olunan kredit müqaviləsini bağlamışlar. O da qeyd edilməlidir ki, iddiaçının ödənilmiş həmin məbləğin ikiqat qaytarılması ilə bağlı tələbinə qətnamədə ümumiyyətlə münasibət bildirilməmişdir.
35. Beləliklə, iddiaçı tərəfindən mənzilin bir otağının razılaşdırılmış 27.000 manat qiymətindən faktiki olaraq cəmi 14.500 manat ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mənzilə çəkilmiş təmir xərcləri mənzilin qiymətinə daxil edilə bilməz, çünki satıcı həmin xərclərdən faydalanmır.
36. 2021-ci ildə mənzil ipoteka ilə yüklülükdən azad edildikdən sonra tərəflər arasında olan razılaşma pozulmuşdur.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən behin iki misli olaraq 1.000 manat və kredit müqaviləsi ilə təsdiq olunan 14.000 manat məbləğində tutulması hissəsində tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 14.500 manat məbləğində vəsait tutulmalıdır. Belə ki, həmin məbləğin cavabdehdə qalması onun əsassız varlanmasına səbəb olur. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında olan razlaşma pozulmuşdur, yəni ödənilmiş pulun cavabdehdə qalmasına əsas artıq aradan qalxmışdır.
38. Kollegiya onu da qeyd edir ki, iddiaçı cavabdehdən 14.000 manatın 6.500 ABŞ dolları və 2.950 manat formasında tutulmasını xahiş etsə də, tərəflər bu məbləği öz aralarında 14.000 manat kimi rəsmiləşdirmişlər və ona görə də tələb olunan məbləğ də o formada tutulmalıdır. Eyni zamanda, 6.500 ABŞ dolları 11.050 manat edir (6.500 x 1.7), həmin məbləğ 2.950 manatla birlikdə yenə də 14.000 manat təşkil edir.
39. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili birinci instansiya məhkəməsi icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verərək, aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədiyi üçün behin iki misli olan 1000 manat pul və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair hissədə iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin məhkəmə qətnaməsində iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməmişdir.
40. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, 2021-ci ildə mənzil ipoteka ilə yüklülükdən azad edildikdən sonra cavabdeh mənzili satmaqdan imtina etdiyindən İddiaçı hüquqlarının pozulduğunu həmin vaxt bilmişdir. Daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu nəzərə alsaq, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5646 nömrəli ekspert rəyi əsas götürülərək mənzildə aparılmış təmir işlərinin amortizasiya xərcləri çıxılmaqla hal-hazırki dəyərinin 6.138 manat məbləğində müəyyən edilməsinə münasibətdə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Belə ki, ekspert öz rəyində məhkəmə tərəfindən qoyulmuş sualları ətraflı şəkildə cavablandırmış və əsaslandırılmış rəy məhkəməyə təqdim edilmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qətnaməsi ilkin iddia ilə bağlı hissədə qismən – behin iki misli və kredit müqaviləsi üzrə zərərin ödənilməsi tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 14.500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-42/2023 nömrəli qətnaməsi ilkin iddia ilə bağlı hissədə qismən – behin iki misli və kredit müqaviləsi üzrə zərərin ödənilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.500 manat məbləğində vəsait, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 70 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 42 manatı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ilkin iddia üzrə İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR