Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6066/2020 21.10.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzil üzərindən yüklülüyüyn götürülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti yalnız vəkil tərəfindən imzalanmışdır. Lakin şikayə tə əlavə edilmiş orderdə hüquqi yardım göstərilən şəxs qismində kassatorlar deyil, digər şəxs göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408ci maddəsinin tələblərinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cava b verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6066/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-6066/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver