Məhkəmə qərarları › İş №2(102)-6085/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6085/2019

29.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6085/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4859/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Aytən Novruzova) 2(005)-998/2019 saylı, 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddi açı 23.11.2014-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan – X1 üçün o yetkinlik yaşına çatana qədər hər ay 154 manat məbləğində alimentin Cavabdeh tutulması barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.11.2014-cü il təvəllüdlü, yetkinlik yaşına çatmayan – X1 üçün o yetkinlik yaşına çatana qədər hər ay 154 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Nərimanov rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə atalıq faktı müəyyən edilmiş, iddia tələbinin rədd edilməsi səbəbləri aradan qalxmışd ır. Məhkəmə icraatın təxirə salınması və dayandırılması barədə şifahi vəsatətini əsassız olaraq təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mül ki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİİ seriyalı, 460827 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 23.11.2014-cü il tarixdə anadan olmuş X3 atası X6, anası İddiaçıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsinin qeydiyyat kitabından çıxarışın surətinə əsasən müəyyən olunur ki, 23.11.2014-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnaməsində uşağın atası haqqında məlumat ananın ərizəsinə uyğun yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü madd əsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala b ilər. Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideylər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 23 noyabr 2014-cü il təvəllüdlü X4 məxsus doğum haqqında şəhadətnamədə ata haqqında məlumat uşağın anası İddiaçı ərizəsi əsasında yazılmışdır. Cavabdeh S.X5 atalığın müəyyən edilməsi barədə müraciət etməmiş, onun 23 noyabr 2014-cü il təvəllüdlü X3 atası olması məhkəmə qaydasında müəyyən olunmamışdır. İddiaçı 23 noyabr 2014-cü il təvəllüdlü X3 atasının Cavabdeh olmasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Uşaq hüquqları haqqında” Azrəbaycan Respublikası Qanunun 19-cu və Ailə Məcəlləsinin 43, 44, 45, 46, 75-ci maddələrində təsbit edilmiş normalardan da göründüyü kimi uşağın qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının ödənilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bu isə qanunvericiliklə müəyyən edilmiş qaydada uş ağın mənşəyinin təsdiq edilməsinə əsaslanır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin 23 noyabr 2014-cü il təvəllüdlü X3 atası olması məhkəmə qaydasında müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, aliment tələbi davam edən münasibət olmaqla iddiaçı atalıq faktının müəyyən edilməsi barədə qətnamənin qanuni qüvvəsini aldığı andan istənilən vaxtda yenidən hazırki tələblə məhkəməyə müraciət edə bilər. Nərimanov rayon məhkəməsində “Atalığın etirafı faktının müəyyən olunması” tələbinə dair işə baxılana kimi hazırki iş üzrə icraatın dayandrılması, yaxud məhkəmə baxışının təxirə salı nmasına dair vəsatətlərin əsassız təmin olunmaması ilə bağlı dəlillərə gəldikdə isə iş materiallarında, o cümlədən məhkəmə iclas protokollarında iddiaçı tərəfin belə vəsatətlərlə məhkəməyə müraciət etməsi görünmür. İddiaçı tərəf isə məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4859/2019 nömrəli iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar