Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6088/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dairmülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızının sədrliyi və məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(103)6773/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh2 Nizami rayon X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 300.000 manat mənəvi zərərə görə tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Əminə Abbasova) 01 aprel 2021-ci il tarixli, 2(011)-2328/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2ndən mənəvi zərərə görə 10.000 (on min) manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, tək bacısının ölümü nəticəsində vurulmuş mənəvi zərərə görə Cavabdeh2ndən 300.000 (üç yüz min) manat tutularaq ona ödənilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) 05 iyul 2021-ci il tarixli, 2(103)-6773/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-2328/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.09.2021-ci il tarixli məktubu ilə Cavabdeh2 İB Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6088/2021 nömrəli 29.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17.12.2021-ci il tarixdə Ali Məhkəməyə daxil olmuş məktubu ilə İddiaçı kassasiya şikayəti baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407 -ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 417.1.7. Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6088/2021 nömrəli 29 oktyabr 2021-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.