Məhkəmə qərarları › İş №2(102)-6101/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6101/2019

27.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6101/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(074)-9/2018 saylı qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 120 manat pulun alınıb Ka dastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 150 manat ekspertiza xərcinin alınıb Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli, 2(105)-1541/2019 saylı qətnaməsi ilə (hakimlər A.Abbasov sədrlik edən, məruzəçi, M.Rzayev və T.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməyərək Şamaxı rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(074)-9/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 DƏDRX-nin Şamaxı Ərazi idarəsi 3-cü şəxs olmaqla, cavabdehlər X13, Cavabdeh2 və Cavabdeh3yar qızma qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Şamaxı rayon 14 saylı Ərazi idarəsi tərəfindən X6 adına verilmiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № **********, seriya RX № 03188115 saylı çıxarışın, Cavabdeh2 adma verilmiş çıxarışın, Cavabdeh3 qızının adma verilmiş çıxarışın etibarsız sayılması və ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsələr də daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək tələbin həcmini azaltmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reystri Xidmətinin Şamaxı rayon 14 saylı Ərazi idarəsi tərəfindən X6 adına verimiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № **********, seriya RX № 03188115 saylı çıxarışın, Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş süb utlara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli 2(105)1541/2019 saylı qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh2 Sadiq nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Az ərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmə si tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 149.2 və Torpaq Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinə istinadən işin materi alları üzrə gəldiyi nəticədən görünür ki, cavabdehlərə məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahələri ilə üst-üstə düşməsi və cavabdehlərin torpaq sahələrinin perspektiv inkişaf fondu üçün nəzərdə tutulan yolları bağlaması, bununla da torpaq sahələrinə dair çıxarışların verilməsi nəticəsində iddiaçıların hüquqlarının pozulması halı təsdiq edilmədiyindən, torpaq sahəsinə dair Cavabdeh2 adına çıxarış verilmədiyindən, eləcə də torpaq sahələrinə dair mülkiyyətçi hüquqlarının cavabdehlərə keçməsinə əsas olmuş hüquqi sənədlər qüvvədə olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, apellyasiya instansiyası məhkəməs inin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Şamaxı rayonu Sabir kənd sakinləri İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsinə ərizə ilə müraciət edərək hər birinə fərdi yaşayış evi tikmək məqsədilə 600 kv. metr torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Bələdiyyənin 14.08.2009-cu il tarixli 09 nömrəli qərarlarına əsasən İddiaçı1 və İddiaçı2 hər birlərinə 600 kv. metr torpaq sahəsi ayrılması qərara alınmış, İddiaçı1 ilə Bələdiyyə arasında 04.09.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında ona 0,06 ha torpaq sahəsi verilmiş, bununla bağlı Akt 17-7/49 nömrə ilə qeyiyyata alınmış və imzalanmış, İddiaçı2 ilə Bələdiyyə arasında 29.09.2009-cu il tarixdə bağlanmış alq-satqı müqaviləsi əsasında ona da 0,06 ha torpaq sahəsi verilmişdir. Akt 17-7/70 nömrə ilə qeydiyya ta alınmış və imzalanmışdır. 20.09.2009-cu il və 27.09.2009-cu il tarixli aktlardan görünür ki, Sabir Bələdiyyəsinin sədri X1, bələdiyyə üzvü X2, DTXK-nin Şamaxı rayon Şöbəsinin müdiri X3 və İddiaçı2, İddiaçı1 iştirakı ilə Sabir bələdiyyəsinin Perspektiv İnkişaf Planı ərazisindən fərdi yaşayış evi tikilməsi üçün ayrılan həyətyanı torpaq sahələri yerində ölçülüb nişangahlar qoyulduqdan sonra onlara təhvil verilməsi barədə Aktlar tərtib edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15.12.2010-cu il tarixli X4 ünvanlanmış məktubundan görünür ki, M.Ə.Sabir adına qəsəbənin perspektiv inkişafı üçün ayrılmış ərazidən övladlarının mülkiyyətinə aldığı həyətyanı torpaq sahələrinin yerli Aqrar İslahatı Komissiyası tərəfindən qeyri-qanuni olaraq zəbt torpaq sahəsi adı al tında başqa vətəndaşların mülkiyyətinə verildiyi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərdiyi şikayət ərizəsində göstərilənlər yerində onların və rayonun aidiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə araşdırılmışdır. Məlum olmuşdur ki, təsərrüfatda torpaq islahatı aparılan zaman yerli Aqrar İslahatı Komissiyasının 2006-cı il 05 noyabr tarixli 23 saylı qərarına əsasən qəsəbənin perspektiv inkişafı üçün 20,0 ha torpaq sahəsi (mülkiyyətə aldıqalrı torpaq sahəsi də həmin ərazidədir) və bununla əlaqədar yerquruluşu planı hazırlanmışdır. Qəsəbənin perspektiv inkişafı üçün 20,0 ha torpaq sahəsi ayrılması göstərilməsinə baxmayaraq təsərrüfatın torpaqlarının bölgü layihəsində yerli və rayon Aqrar İslahatı Komissiyaları tərəfindən qismən düzəlişlər aparılan zaman qəsəbənin per spektiv inkişafı üçün ayrılmış ərazinin heç bir zəbt olmadığı halda, qəsəbə sakinlərinin adlarına 1,61 ha zəbt torpağı yazılaraq adlarına rəsmiləşdirilmişdir. Bununla belə 17 ailənin adına yazılmış həmin zəbt torpaq sahələri isə perspektiv inkişaf fonduna nəzərdə tutulan yolları tam bağlamışdır. Sabir bələdiyyəsi tərəfindən isə onlara verilmiş bələdiyyə torpaqlarının yerquruluşu planı əsasında həmin ərazidən alqı-satqı yolu ilə 7 ailəyə həyətyanı torpaq sahəsi satılmışdır ki, qeyd olunan zəbt torpaq sahələri ilə üst-üstə düşür. Alqı-satqı yolu ilə torpaq sahəsi almış mülkiyyətçilər onlara məxsus həyətyanı torpaq sahəsində ev tikmişlər. Odur ki, mövcud qanunvericiliyin tələbləri barədə izahat verilmiş və bildirilmişdir ki, bütün torpaq mübahisələri son həddə məhkəmələr tərəfindən həll olund uğundan bu barədə məhkəmə orqanlarına müraciət etmək səlahiyyəti vardır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışdan görünür ki, X8 Şamaxı rayonu Sabir qəsəbəsində 0,09 ha torpaq sahəsi məxsusudur. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyinin arayışından görünür ki, X8 məxsus olan Şamaxı rayon Şəhriyar qəsəbəsində 0,06 ha torpaq sahəsində inşa etdiyi evdə yaşayır. İş materiallarında olan Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin 23 oktyabr 2018-ci il tarixli arayışından görünür ki, X8 və onun ailə üzvlərinə Şəhriyar qəsəbəsi ərazisində torpaq islahatı keçirilən vaxt heç bir pay torpaq sahəsi verilməmişdir. İş materiallarında ola n Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon Şöbəsinin Cavabdeh2 ünvanlanmış 27 mart 2014-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon icra Hakimiyyəti Başçısının Sabir qəsəbə üzrə nümayəndəliyinin 01 mart 2014-cti il tarixli 103 saylı arayışına əsasən onun adına qəsəbədə torpaq islahatı aparılana qədər həyətyanı torpaq sahəsi qeyd edilməmişdir. Qəsəbədə aparlan torpaq islahatı ilə əlaqədar ona Şamaxı rayon AİK-nın 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə 706 m2 həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə A № 220066 saylı “torpaq sahəsinin plan və ölçüsü” sənədi hazırlanaraq 01 fevral 2010-cu il tarixdə DT və XK-si Şamaxı rayon şöbəsində 665 sayla qeydiyyatdan keçmişdir. Sabir qəsəbəsi üçün Torpaq İslahatı ilə əlaqədar hazırlanmış yerqurluşu layihəsin də onun adına hazırlanmış “Torpaq sahəsinin plan və ölçüsü” sənədi kəndin perspektiv inkişafı üçün ayrılmış sahədə deyil kəndaltı ərazidə yerləşir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon X1 ünvanlanmış 27 mart 2014-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Sabir qəsəbə üzrə nümayəndəliyinin 01 mart 2014-cü il tarixli 103 saylı arayışına əsasən onun adına qəsəbədə torpaq islahatı aparılana qədər həyətyanı torpaq sahəsi qeyd edilməmişdir. Qəsəbədə aparılan torpaq islahatı ilə əlaqədar ona Şamaxı rayon AİK-nın 07 noyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə 1022 m2 həyətyanı torpaq sahəsi verilmiş həmin torpaq sahəsinə A № ********* saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədi hazırlanaraq 01 fevral 2010-cu il tari xdə DT və XK-si Şamaxı rayon şöbəsində 677 sayla qeydiyyatdan keçmişdir. Sabir qəsəbəsi üçün Torpaq İslahatı ilə əlaqədar hazırlanmış yerqurluşu layihəsində onun adına hazırlanmış “Torpaq sahəsinin plan və ölçüsü” sənədi kəndin perspektiv inkişafı üçün ayrılmış sahədə deyil kəndaltı ərazidə yerləşir. İş materiallarında olan Sabir qəsəbə İƏD üzrə nümayəndəliyinin 05.05.2014-cü il tarixli arayışından görünür ki, Şamaxı rayonunun Sabir qəsəbəsində torpaq islahatı aparılarkən tərtib edilmiş, 7 nəfər aqrar islahat komissiyası üzvləri tərəfindən imzalanmış və komissiya sədri tərəfindən möhürlə təsdiq edilmiş payçıların siyahısında X6, X9, X7 və X3 adları 117-ci səhifədə 446-cı sırada qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Sabir Bəldiyyəsinin 18 aprel 2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 07.11.06cı il tarixli 09 saylı qərarı ilə hər adam başına 0.61 ha olduğu halda ona 2 (iki) nəfər ailə üzvü ilə birlikdə 10665 kv.m pay torpağı və 0.0706 ha fərdi yaşayış evi tikmək ücün torpaq sahəsi verilmişdir. (i.v.139) İş materiallarında olan Şamaxı rayon Sabir Bələdiyyəsinin 17 mart 2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 0.0706 ha torpaq sahəsi Sabir qəsəbə xəritəsində 560 nömrə ilə qeydiyyata alınmışdır və mülkiyyətindədir. İş materiallarında olan Sabir qəsəbə nümayəndəliyin 01 mart 2014-cü il tarixli arayışından görünür ki, Sabir qəsəbə nümayəndəliyində olan torpaq kadastr kitabında, X6 və Cavabdeh2 adına həyətyanı torpaq sahəsi qeyd edilməmişdir. Lakin Cavabdeh2 adına 6 № li təsərrüfatbaşına kitabın 10-c u səhifəsində 1.06 ha əkinə yararlı və 0.07 ha həyətyanı torpaq sahəsi göstərilmişdir. (i.v.201) İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 noyabr 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X6 adına verilmiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № *********, seriya RX № ******* saylı çıxarışla verilmiş 0.09 ha torpaq sahəsinin 476.0 kv.m iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Naturada (yerdə) Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi üstüstə düşür. Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edi lmiş koordinatlar üzrə torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi üst-üstə düşmür. Keçirilmiş ekspertiza xərci 60 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2017-ci il tarixli, 20241 saylı ekspert rəyindən görünür ki, əsasən X6 adına verilmiş 07 fevral 2014cü il tarixli, reyestr № **********04, qeydiyyat № *********, seriya RX № ******* saylı çıxarışla verilmiş 0.09 ha torpaq sahəsinin 476.0 kv.m iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Naturada (yerdə) Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi üst-üst ə düşür. Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar üzrə torpaq, sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi üst-üstə düşmür. Keçirilmiş ekspertiza xərci 100 manat təşkil edir. (i.v.183) İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 avqust 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin koordinatları, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparıldıqdan sonra tərtib edilmiş plan və ölçü sənədləri əsasında müəyyən edilir. İddiaçılara ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədləri təqdim e dilmədiyindən, cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları üst-üstə (ayrı ayrılıqda) düşməsi müəyyən edilməmişdir. X6 adına verilmiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № *********, seriya RX № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin sənəddə olan koordinatları naturada olan vəziyyətlə eynidir. Cavabdeh2 Sadiq qızının adına verilmiş A 220066 №-li Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 706 kv.m torpaq sahəsinin sənəddə olan koordinatları naturada olan vəziyyətlə eynidir. Keçirilmiş ekspertiza xərci 60 manat təşkil edir. (i.v.217) İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2018-ci il tarixli, 13808 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Kamran Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, “iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin koordinatları, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı aparıldıqdan sonra tərtib edilmiş plan və ölçü sənədləri əsasında müəyyən edilir. İddiaçılara ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədləri təqdim edilmədiyindən, cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatları üst-üstə (ayrı ayrılıqda) düşməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Kamran Əzizovun tərtib etdiyi mütəxəssis r əyinə əsasən, “X6 adına verilmiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № *********, seriya RX № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin sənəddə olan koordinatları naturada olan vəziyyətlə eynidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mühəndisi Kamran Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, “Cavabdeh2 Sadiq qızının adına verilmiş A 220066 №-li Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 706 kv.m torpaq sahəsinin sənəddə olan koordinatları naturada olan vəziyyətlə eynidir. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sadalanan maddi hüquq normalarının tələbləri baxımından Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin X8, 0,0706 ha torpaq sahəsinin isə Cavabdeh2 Sadiq qızına məxsus olmasını, Şəlalə Şıxıyevaya məxsus torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasını, Cavabdeh2 məxsus torpaq sahəsinə dair A 220066 №-li Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilsə də, torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydə alınmamasını, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 noyabr 2017-ci il tarixli mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2017-ci il tarixli № 20241 saylı ekspert rəyləri ilə X8 məxsus 0.09 ha torpaq sahəsinin 476.0 kv.metrinin və Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada iddiaçılara Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar üzrə isə torpaq sahəsinin iddiaçılara verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilsə də, həmin rəylərin tərəflərə ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədlərinə istinad edilmədən verilməsi əsası ilə qəbul edilən olmamasını, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 avqust 2018-ci il tarixli mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2018-ci il tarixli № 13808 saylı ekspert rəylərinin isə iddiaçılara ayrılmış torpaq sahələrinin koordinatları əks oluna n plan və ölçü sənədləri təqdim edilmədiyindən, onlara məxsus torpaq sahələri ilə cavabdehlərə ayrılmış torpaq sahələrinin koordinatlarının üstüstə (ayrı ayrılıqda) düşmədiyi, cavabdehlərin adına olan torpaq sahələrinin sənədlərdəki koordinatlarının naturada olan vəziyyətlə eyni olduqlarının müəyyən edilməsini, axırıncı rəylərin torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədlərinə istinad edilməklə aparılmış tədqiqata əsaslanmaqla verildiyi üçün qəbul edilən olmasını, həmin rəylərlə cavabdehlərə məxsus torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi və cavabdehlərin torpaq sahələrinin perspektiv inkişaf fondu üçün nəzərdə tutulan yolları bağlamadığının qeyd edilməsini müəyyən edərək, iddianın təmin edilməməsinə dair nəticəsi işin araşdırılmış ha llarına uyğun olmaqla qanuni və əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2017-ci il tarixli, 20241 saylı və 30 avqust 2018-ci il tarixli, 13808 saylı ekspert rəyləri arasında ziddiyyət olmuş, 29 noyabr 2017-ci il tarixli rəy tərəflərə ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədlərinə istinad edilmədən keçirilmiş tədqiqata əsaslandığı üçün 29 noyabr 2017-ci il tarixli rəyi sübut kimi qiymətləndirilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, 29 noyabr 2017-ci il tarixli rəy verilərkən ekspertin hansı sənədlərə istinadən rəydə göstərdiyi nəticəyə gəlməsi rəydən g örünmür. Bir halda ki, tərəflərə ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədləri tədqiqat predmeti olmayıb, belə olan halda X8 məxsus 0.09 ha torpaq sahəsinin 476.0 kv.metrinin və Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada iddiaçılara Şamaxı rayon Sabir Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi, Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar üzrə torpaq sahəsinin iddiaçılara verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyən edilməsi də əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymət ləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2017-ci il tarixli rəyinini tərəflərə ayrılmış torpaq sahələrinin koordinatları əks olunan plan və ölçü sənədləri araşdırılmadan verildiyi üçün iddianın təmini üçün əsas ola bilməməsinə, Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2018-ci il tarixli, 13808 saylı ekspert rəyində isə X8 verilmiş Çıxarış və Cavabdeh2 məxsus torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi ekspertiza tədqiqatının predmeti olmaqla gəlinən nəticənin həmin sənədlər əsasında olmasına dair nəticələrini işin araşdırılmış hallarına uyğun nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, iddia tələbi Şıxıyeva Şəlalə Ağa qızının adına verimiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № **********, seriya RX № 03188115 saylı çıxarışın, Cavabdeh2 adına verilmiş çıxarışın, Cavabdeh3yar qızının adına verilmiş çıxarışın etibarsız sayılması və ləğv edilməsi barədə olsa da, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsini təkcə alqı-satqı predmeti olmuş torpaq sahələrinin koordinatları ilə üçt-üstə düşməsi ilə deyil, cavabdehlərə verilmiş Çıxarış və «torpaq sahəsinin planı və ölçü sənədlərinin» qanuniliyinə də hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş dir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr əsas verir ki, iddiaçıların irəli sürdüyü faktiki halların onların iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri kollegiya qanuni və əsaslı hesab etsin. Belə ki, kollegiyanın qənaətinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Şamaxı rayon 14 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verimiş 07 fevral 2014-cü il tarixli, reyestr № **********04, qeydiyyat № **********, seriya RX № 03188115 saylı çıxarışın, Cavabdeh2 adına verilmiş çıxarışın verilməsi ilə iddiaçıların hər hansı hüquqlarının pozulması faktı müəyyən edilməməsindən əlavə, onların qeyd edilən hüquq müəyyənedici sənədlərin qanuniliyini də mübahisələndirməyə su byektiv hüquqları olmamışdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübabisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul e dilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlarına yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, İddiaçılar apellyasiya şikayə tlərinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, məhkəmə instansiyası tərəfindən onların apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən səbəblərd ən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar