Məhkəmə qərarları › İş №2(102)-6116/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6116/2022

11.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6116/2022 11.11.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3122/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3122/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Pr osessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu na və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, işdən görünür ki, barəsində şikayət verilən qərardad (kassasiya şikayətinin qaytarılması barədə) 16 fevral 2022-ci il tarixdə qəbul edilmiş və 30 mart 2022ci ildə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. (i.v.132, 139) İddiaçı 16 fevral 2022-ci il tarixli qərardaddan 27 may 2022-ci ildə kassasiya şikayəti vermiş, şikayət də həmçinin dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, apellyasiya instansiyas ı məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçıya dövlət hesabına vəkil təyin edilmiş və hazırki kassasiya şikayəti 07 oktyabr 2022-ci il tarxidə imzalanmışdır. (i.v.142, 162, 168) Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göründüyü kimi, iddiaçı 16 fevral 2022-ci il tarixli qərardaddan ilk dəfə kassasiya şikayətini 27 may 2022-ci ildə, yəni qərardadın 30 mart 2022-ci ildə iddiaçının elektron kabinetinə yerləşdirilməsindən 10 günlük müddət keçəndən sonra vermiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötüb-ötməməsinə qiymət verməmişdir. Nəticədə kassasiya şikayəti həm də prosessual müddətlə bağlı məsələyə aydınlıq gətirilmədən kassasiya instansiyasına göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsa nları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3122/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar