Məhkəmə qərarları › İş №2(102)-6118/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6118/2019

23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6118/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh1 MMC-nin vəkili Vəkil iştirakı ilə. İddiaçı1 SumqayıtApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli; 2(012)-3455/2018 ) iddiaçılar İddiaçı1 v ə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlər; Ş.R.Abbasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov, 2(105)-885/2019)iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı ipoteka müqaviləsinin və ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddi ərizəsi ilə məhk əməyə müraciət edərək, Abşeron rayonu ********* qəsəbəsində yerləşən əmlak kompleksinə dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər “Cavabdeh1“ MMC (ipoteka saxlayan), Cavabdeh3 (ipoteka qoyan) və Cavabdeh2 (borc alan) arasında bağlanmış və həmin tarixdə Cavabdeh4 təsdiq edilmiş ipoteka müqaviləsinin və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nigah müddətində, yəni 09 mart 2012-ci il tarixdə Abşeron rayonu, ********* qəsəbəsində yerləşən əmlak kompleksini və torpaq sahəsini əldə etmişlər. Həmin əmlaklar 09 mart 2012-ci il tarixdə daşınmaz əml akın dövlət reyestrində İddiaçı1 adına qeydə alınaraq, buna dair İddiaçı1 adına MA seriyalı ******* saylı hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Abşeron rayonu ********* qəsəbəsində yerləşən əmlak kompleksi və torpaq sahəsi iddiaçıların birgə nikahı müddətində əldə edildiyi üçün göstərilən əmlaklar omların birgə ümumi mülkiyyətidir. İddiaçılar Abşeron rayonu ********* qəsəbəsində yerləşən əmlak kompleksində sement istehsalı ilə məşğul olmuş və sonradan həmin icarəyə vermək qərarına gəlmişlər. Bu məqsədlə onlar 2015-ci ilin iyul ayında Cavabdeh3 ilə danışıqlar aparmış və həmin danışıqlar zamanı Cavabdeh3 iddiaçılara icarə haqqını əvvəlcədən ödəmək imkanının olmadığını bildırmişdir. Buna görə də ona təminatlı kredit verilməsi üçün həmi n əmlak kompleksini ipotekaya qoyaraq ona etibarnamə verilməsini xahiş etmiş, iddiaçılar isə Cavabdeh3evə etibarnamə vermək qərarına gəlmişlər. Belə ki, 13 may 2012-ci il tarixdə Cavabdeh3lə icarə haqqı hər ay üçün 400 manat olmaqla icarə müqaviləsi bağlamış və göstərilən əmlak kompleksi “xxxx” ASC-də ipotekaya qoyulmuşdur. Beləliklə də, İddiaçı1 07 iyul 2015-ci il tarixdə Cavabdeh3 Bakı şəhəri 37 saylı notariat kontorunda etibarnamə verilmişdir.Lakin sonradan Cavabdeh3 həmin əmlak kompleksini ipotekaya qoyaraq kredit ala bilmədiyini bildirmiş və bununla əlaqədar iddiaçılara icarə haqqını ödəməmişdir. Lakin 2016-cı ilin fevral ayının axırlarında iddiaçılara məlum olmuşdur ki, Cavabdeh3 ona verilmiş etibarnamədən sui istifadə edərək Cavabdeh2-nin digər cavabdeh "Cavabdeh1“ MMC-dən aldığı kr editin müqabilində iddiaçıların birgə mülkiyyətində olan göstərilən əmlak kompleksini ipotekaya qoymuş və buna dair 27 avqust 2015-ci il tarixdə cavabdehlər Cavabdeh1 MMC (ipoteka saxlayan). Cavabdeh3 (ipoteka qoyan) və Cavabdeh2 (borc alan) arasında ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi 27 avqust 2015-ci il tarixdə Cavabdeh4 tərəfındən ********* reyestr nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. İddiaçılar bundan xəbər tutduqdan dərhal sonra 02 mart 2016-ci il tarixdə 37 saylı notariat kontoruna ərizə ilə müraciət edərək 07 iyul 2015-ci il tarixdə verilmiş etibarnamənin ləğv edilməsini xahiş etmiş, 37 saylı notariat kontoru 02 mart 2016-cı il tarixdə Murad Həsənova məktub ünvanlayaraq 07 iyul 2015-ci il tarixli etibarnaməyə xitam verilməsi barədə bildirmişdir. İddiaç ılar Cavabdeh3 əmlak kompleksini başqa şəxsin borcuna görə ipotekaya qoyulmasına dair etirazlarını və bunun onların iradəsini ifadə etməməsini bildirdikdə, Cavabdeh3 1 ay müddətində məsələni yoluna qoyaraq onların əmlakını ipotekadan azad etdirəcəyini bildirmiş, lakin bunun nəticəsi olmamışdır. Məhkəmə baxışı iclasında cavabdeh "Cavabdeh1” MMC-nin səlahiyyətli nümayəndəsi Ə8 iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, cavabdehlər "Cavabdeh1" MMC ilə Cavabdeh2 arasında 07 yanvar 2015-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsi, həmçinin həmin müqaviləyə dair 1,3.4,5 və 6 saylı Razılaşmalar bağlanılmışdır. Həmin müqavilənin və Razılaşmaların 1-ci bəndinə əsasən, Satıcı ("Cavabdeh1" MMC) Alıcıya (Cavabdeh2) dövrdən asılı olaraq hər bir tonun qiyməti 92,04-126,26 manat (ƏDV d axil) çərçivəsində olmaqla "Cavabdeh1 Klass C500" markalı sementin satılmasını və təyinat nöqtəsindən asılı olaraq hər bir ton üçün daşınma qiyməti 3,84-18,91 manat (ƏDV daxil) olmaqla sifariş edilmiş sementin Alıcıya çatdırılmasını, Alıcı isə çatdırılmış məhsulu qəbul edərək onun dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşlər. Nəticədə "Cavabdeh1" MMC tərəfindən Cavabdeh2-yə 1.883.153,57 manat dəyərində sement satılmışdır. Yuxarıda göstərilən alqı- satqı müqaviləsi üzrə Cavabdeh2-nin “Cavabdeh1" MMC-nin qarşısında üzərinə götürdüyü öhdəlikərinin icrasını təmin etmək məqsədilə İddiaçı1 məxsus Abşeron rayonu ********* qəsəbəsində yerləşən ümumi sahəsi 81,62 kv.m. olan daşınmaz əmlak və Abşeron rayonu ********* qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsi “Cavabdeh1" MMC, İddiaçı1 nümayəndəsi Cavabdeh3 və Cavabdeh2 arasında bağlanılmış 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Mübahisəli əqd qanunvericiliyinin fələblərinə riayət edilməklə bağlandığından etibarsız sayıla bilməz. İddiaçılar müqavilə üzrə götürdükləri öhdəlikdən boyun qaçırmaq üçün süni şəkildə hazır ki, iddia ilə məhkəməyə müraciət etmişlər. Belə ki, ipoteka predmeti olan daşınmaz əmlakın müİki|yətçisi İddiaçı1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmavaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olarq qanunla icazə verilmiş bütün əqdləriakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq qanunla ə verilmiş bütün əqdləri, o cümlədən əmlakı ipoteka qoymaq haqqında əqd ləri jlamağı 7 iyul 2005-ci il tarixli etibarnamə ilə 50 il müddətinə Cavabdeh3 una etibar etmişdir. 27 avqust 2015-ci il tarixdə ipoteka saxlayan "Cavabdeh1” MMC, teka qoyan İddiaçı1 və borc alan Cavabdeh2 arasında teka müqaviləsi bağlanarkən İddiaçı1 etibarnamə əsasında Cavabdeh3 ım oğlu təmsil etmişdir. İddiaçı1 arvadı İddiaçı2 7 iyul 2015-ci il tarixdə Bakı şəhəri 37 saylı notariat kontoruna ərizə ilə müraciət edərək həyat yoldaşı İddiaçı1 məxsus olan Abşeron rayonu ********* qəsəbəsində 2 hektar torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin satılmasına (özgəninkiləşdirilməsinə, bağışlanmasına, teka (girov) qoyulmasına və dəyişdirilməsinə) etiraz etmədiyini bildirmişdir. Buradan ıq-aydın görünür ki, iddiaçılar əmlakın ipotekaya qoyulmasından məlumatlı olmu şlar, una görə də hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İpoteka müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır. Məhkəmədən iddianın rədd dd edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, ipoteka müqaviləsi bağlanarkən o, əmlak sahibi İddiaçı1 təmsil etsə də, bağlanmış müqavilənin mahiyyətindən onun xəbəri olmamışdır. Belə ki, "Cavabdeh2” MMC ilə onun arasında işgüzar münasibətlər olmuş, həmin MMC-nin rəhbərliyi onu aldadaraq belə bir müqaviləyə imza etdirmişdir. Reallıqda isə İddiaçı1 ilə “Cavabdeh2" MMC-nin arasında heç bir öhdəlik və sair bağlılıq olmamışdır. Buna görə də İddiaçı1 heç vaxt həmin MMC-nin "Cavabdeh1" MMC qarşısında öhdəliyinə görə öz əmlakını girov qoymazdı. İddiaçı1 ona həqiqətən baş etiba rnamə vermiş, lakin həmin etibarnamə ona iddiaçıların adından qaz, su, işıq və digər kommunal xərclərin ödənilməsi məqsədilə verilmişdir. 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlandıqda isə o hansı müqaviləyə imza atdığını dərk etməmiş, latın qrafikasını bilmədiyindən müqaviləni oxumamış, ona verilmiş etibarnaməni notariusa təqdim etsə də, etibarnaməni məhz iddiaçılara məxsus əmlakı ipotekaya qoyulması məqsədilə təqdim etməsindən bixəbər olmuşdur. O, müqavilə bağlamaqla özünün istifadəsi üçün mal götürdüyünü zənn etmişdir. Odur ki, iddia tələbini qəbul edir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin təkrar baxılması üçün h əmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 386-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 337.1, 389.1-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq Cavabdeh1alarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılma larına baxmayaraq, idiaçılar və digər cavabdehlərheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq Cavabdeh1alarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq Cavabdeh1alarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin mad di və prosessual hüquq Cavabdeh1alarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan Bakı şəh əri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 mart 2011-ci il tarixli, AZ-f seriyalı, №********** saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və X3 02 mart 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ***** nömrəli qeydiyyat aparılmışdır. X2 "H8” soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Abşeron rayonu ********* qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 106.1 kv.m. olan əsas tikili, sahəsi 349,3 kv.m. olan digər **********95-12301 reyestr nömrəsi ilə İddiaç ı1 adına alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 09 mart 2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu ********* qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi, i, 455,4 kv.m. olan tikintialtı sahə və sahəsi 81,62 kv.m. olan tikili tam mülkiyyət hüququ üzrə İddiaçı1 mülkiyyətindədir. Cavabdeh1 MMC (ipoteka saxlayan), İddiaçı1 un etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 (ipoteka qoyan) və AR MR” MMC (borc alan) arasında bağlanmış 27 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borclunun ipoteka saxlayanın qarşısında olan pul öhdəliyinin təminatı məqsədilə İddiaçı1 məxsus Abşeron rayonu ********* qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və 81,62 kv.m. olan tikili Cavabdeh1 MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. 07 iyul 015-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı1 ona məxsus əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən əmlaka dair ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq səlahiyyətini Cavabdeh3 etibar etmişdir. İş materiallarında olan İddiaçı2 07.07.2015-ci il tarixli ərizəsindən aydın olur ki, həyat yoldaşı İddiaçı1 məxsus Abşeron rayonu ********* qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və orada yerləşən əmlak kompleksinin satılmasına (özgəninkiləşdirilməsinə, bağışlanmasına, ipotekaya yulmasına və dəyişdirilməsinə) etiraz etmir. RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı qqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 mülkiyyətində olan Abşero n rayonu ********* səbəsində yerləşən 2 ha torpaq sahəsi, sahəsi 455,4 kv.m. olan tikintialtı sahə və sahəsi 81.62 kv.m. olan tikili 07.01.2015-ci il tarixli, ********* saylı alqı-satqı müqaviləsinə, əsasən 07.01.2015-ci il tarixdən başlayaraq 12 ay müddətinə Cavabdeh1 MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 ilə Cavabdeh3 arasında 13.05.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Aşçeron rayonu, ********* qəsəbəsində yerləşən 2 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 81,62 kv.m olan tikili əmlak kompleksi kimi müəsissəni icarəçi Cavabdeh3 icarəyə verilmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 Cavabdeh3 ilə işgüzar münasibətlərdə olmuş və bu münas ibətlərdən doğan işlərin görülməsi üçün ona mübahisəli ipoteka müqaviləsinin predmeti olan əmlak barədə etibarnamə vermişdir. İddiaçı2 qızı isə həmin əmlak barədə sərəncam vermək üçün notarial qaydada razılıq vermişdir. 27 avqust 2015-ci il tarixdə Cavabdeh2-nin Cavabdeh1 MMC-yə olan borcunun təminatı olaraq qeyd olunan əmlakın ipotekaya qoyulması barədə ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 404.1 -ci maddəsinə əsasən müqavilə dərini təfsir edərkən məhkəmə təkcə miiqavilədəki söz və ifadələrin hərfi mənasını il, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi asının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o lədən müqaviləyə qədərki danışıq lar və yazışmalar, tərəflərin qarşılıqlı asibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 269.5-ci maddəsinə əsasən, girov və teka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin sının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında silçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin (c bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. -362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin banması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir - 366.2-ci maddəsinin tələblərinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxt adək yerinə tirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda 'iq edilmir. “İpoteka haqqında” AR Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən ipoteka ipoteka- dəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə ərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. -1.0.4-cü madəsinə əsasən ipoteka qoyan— ipoteka predmeti an əşyanı girov qoyan şəxsdir, ipoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Yenə də həmin Qanunun 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, rat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər t əmin edilə bilər, “ipoteka haqqında” Qanunun 8.1-ci maddəsinin tələblərinə görə ümumi birgə ülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ə ipoteka qoyula bilər. -10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan ə ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən nzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın əotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. -10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz xəblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, İşin faktiki hallarından aydın olur ki, mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən həmin müqavilənin etibarsız, yaxud ləğv olunması üçün yuxarıda sadalanan hüquq Cavabdeh1alarının pozuntusu halları olmamış, iddiaçılar öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş və ona görə də birinci stansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prossesual hüquq Cavabdeh1alarını rəhbər tutaraq apelly asiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia tələbinin rədd edilməsi barədə həmin məhkəmənin qətanməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq Cavabdeh1aları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 05 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar