Məhkəmə qərarları › İş №2(102)-6119/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6119/2019

20.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6119/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, “xxxx” MTK-nın vəkili Yadigarov Vüsal Abcan oğlunun, Cavabdeh vəkili Əliyev Akif Zakir oğlunun iştirakları ilə, Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019 -cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “xxxx” MTK Cavabdeh qarşı “müqavilənin ləğv olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qubadlı rayon məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Məmmədov, iş 2(028)468/2018) iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-1459/2019) iddiaçı “xxxx” MTK-nın apelyasiya şikayəti təmin edilmiş, Qubadlı rayon məhkəməsinin 2(028)-468/2018 saylı, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməsi, «xxxx» Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilə ləğv edilməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” MTK-ya qaytarılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Əliyev Akif Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. “xxxx” MTK-nın vəkili Yadigarov Vüsal Abcan oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt A pelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tər əfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MTK ilə cavabdeh - Cavabdeh arasında ba ğlanmış 08 aprel 2010-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MTK Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan 56 nömrəli mənzili Cavabdeh pay kimi vermiş, sonuncu isə müqavilə qiymətindən 100%, yəni 35 000 ABŞ dolları məbləğində ödəmişdir. Apelyasiya instansiyası məhkəməsi aşağıdakılara əsasən belə qənaətə gəlmişdir ki, yuxarıda qeyd olunan müqavilədə Cavabdeh aldığı mənzilin dəyərini tam ödəməsi qeyd olunsa da, sözügedən müqavilə ödəniş aparılmadan rəsmiləşdirilmişdir. ““xxxx” MTK-nın 27 mart 2010-cu il tarixdə keçirilmiş iclas protokolundan çıxarışdan görünür ki, “xxxx” MTK-ya tikinti materialının verilməsi müqabilində X2 adına heç bir ödəniş aparılmadan Kooperativə məxsus binadan mənzil sənədl əşdirilməsi qərara alınmışdır. 27 mart 2010-cu il tarixdə “xxxx” MTK ilə X6 arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə “xxxx” MTK Bakı şəhəri, ünvan1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan 56 nömrəli mənzili X4 pay kimi vermiş, sonuncu isə müqavilə qiymətindən 100%, yəni 52680 manat məbləğində ödəmişdir. Bundan sonra X6 yazılı ərizə ilə MTK-ya müraciət edərək ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan 56 nömrəli mənzili Cavabdeh adına rəsmiləşdirilməsini xahiş etmişdir. İşə əlavə edilmiş “xxxx” MTK-nın 08 aprel 2010-cu il tarixdə keçirilmiş iclas protokolundan çıxarışdan görünür ki, X2 ərizəsi əsasın da Cavabdeh adına heç bir ödəniş aparılmadan Kooperativə məxsus binadan mənzil sənədləşdirilməsi qərara alınmışdır. Protokolda həmçinin o da qeyd, olunmuşdur ki, “xxxx” MTK-ya tikinti materialı sayılan armaturun verilməyəci təqdirdə Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 105.36 kv.m olan 56 nömrəli mənzilə heç bir hüququ olmayacaqdır.” Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ, vardır. Lakin işdən görünür ki, mübahisəli mənzil Cavabdeh adına rəsmiləşəndən sonra MTK qarşısında götürülmüş öhdəlik yerinə yetirilmədiyindən, Cavabdeh ilə bağlanmış müqavilə isə məhz bu öhdəliyin həyata keçirilməsi müqabilində bağlandığından, iddiaçı hazırda həmin müqavilənin ləğvini tələb edir. AR Mülki Məcəlləsinin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutula n digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəl iklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2010-cu il tarixli müqavilənin 4.2-ci bəndində qeyd olunmuşdur ki, “bu müqavilə ilə müəyyən edilmiş mənzilin qiyməti 100 faiz, yəni 35.000 (otuz beş) ABŞ dolları məbləğində ödənilib. Həmin mülki işə əlavə olunmasa da, mülki işdə olan Qubadlı rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, Sumqayıt Aapelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli qətnaməsindən məlum olur ki, “xxxx” MTK tərəfindən verilmiş 08.04.2010cu il tarixli arayışla da Cavabdeh “xxxx” MTK-dan aldığı ünvan 1 ü nvanında inşa edilmiş, 1-ci yaşayış binasında 12 mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 105.36 kv.m olan 56 saylı mənzilin dəyəri tam ödənilmişdir. Satılan mənzilin dəyərinin ödənilmədiyi halda “xxxx” MTK tərəfindən mənzilin dəyərinin ödənilməsi barədə müqavilədə qeydin aparılması və bu haqda arayışın verilməsi apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsassızlığına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası iş üzrə yeni qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qism ən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar