Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-612/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı; İddiaçı Cavabdeh qarşı birləşdirilmiş işlər üzrə QƏRARI İş № 2(1N2)-612/2N24 (Açar sözlər: mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, mənzildən çıxarılma, torpaq sahəsinin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə, həmçinin İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(1N3)-1272/2N23 nömrəli, 9 oktyabr 2N23-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 fevral 2N24-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, xx.xx.2N15-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 2. ünvan 1 ünvanında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr X8 adınadır.
3. İddiaçı atası - xx.xx.1958-ci il təvəllüdlü X28 xx.xx.2NN4-cü il tarixdə Moskva şəhərində vəfat etmişdir.
4. Cavabdeh İddiaçı əmisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, atası X12 və onun istifadəsində olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi və həmin yaşayış evinə və torpaq sahəsinə ayrılmış torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (birinci iş).
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası Adil Əliyev mübahisəli ünvanda qeydiyyatda olmuş və həmin ünvanda Cavabdeh oğlu ilə atalarına məxsus evdə yaşamışlar. Atası qeyd olunan ünvanda yerləşən ata yurdunu qardaşı Mir Nadirə vermiş, özü isə həmin torpaq sahəsində 1994-cü ildə ayrıca ikimərtəbli yaşayış evi inşa etmişdir. İddiaçı atası və anası ilə həmin evdə yaşamış, son illərdə isə vəziyyətlə əlaqədar Moskva şəhərinə köçərək orda yaşamışlar. Hal-hazırda isə iddiaçı evə qayıtmaq və qeyd et diyi ünvanda yaşamaq istəyir. Lakin cavabdeh iddiaçını həmin evə buraxmır. Halbuki, iddiaçının babası ölümündən əvvəl torpaq sahəsini həm əmisinə-cavabehə, həm də atasına aid hissəsini ayırıb vermişdir. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddia ərizəsində sadalananlar tamamilə həqiqətə uyğun olmayan boş fərziyələrdir. Belə ki, mərhum qardaşı, iddiaçının atası X28 1969-7N-ci illərdə həbsdə olmuş və 1982-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Moskva şəhərinə getmişdir. 1986-cı ildə yenidən tutularaq 6 il müddətinə həbsdə olmuşdur. Rusiya Federasiyasında bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək həbs edildiyindən, həmin vaxt cavabdeh atasına məxsus bir evi v ə özünə məxsus torpaq sahəsini sataraq onun həbsdən azad edilməsinə xərcləmişlər. Əliyev Adil vəfat etdiyi günə, yəni 2NN4-cü ilədək Moskva şəhərində daimi yaşamış, Rusiya Federasiyası vətəndaşı olaraq da orada qeydiyyatda olmuşdur. Cəmi bir dəfə Azərbaycana gələrək bir neçə gün qalaraq getmiş və başqa heç bir əlaqəsi olmamışdır. Ümumiyyətlə, onun tərəfindən hər hansı bir ev tikilməmişdir. İddiaçı özü Moskva şəhərində doğulmuş, Rusiya Federasiyası vətəndaşı olmuşdur. 2N15-ci ildə sənədləri olmadığından o, iddiaçını qeydiyyata saldırmış və bunun əsasında şəxsiyyət vəsiqəsi və hərbi bilet almışdır. İddiaçı yalnız formal olaraq pasport qeydiyyatına alınmışdır. İddiaçının anası X41 vətəndaşıdır, daimi olaraq da orada yaşayır. O, Azərbaycanda heç vaxt yaşamamış, cəmi bir dəfə 4-5 gün müddətində Azərbaycanda olmuşdur. Ümumiyyətlə, iddiaçının və atasının istifadəsində hər hansı bir fərdi yaşayış evinin və torpaq sahəsinin olmadığını bildirən cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli, 2(NN1)149/2N22 nömrəli qətnaməsi ilə (G.M.Abbasova) iddia təmin edilməmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərt lərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
10. İkincisi, iddiaçı cavabdehin qardaşı oğlu olsa da, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından əmisi olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisə predmeti olan evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz.
11. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədə n köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə iddiaçı cavabdehin qardaşı oğlu olsa da yaşayış sahəsinə ehtiyacı yoxdur (əksini məhkəmədə sübuta yetirə bilməmişdir). Çünki, iddiaçı daimi olaraq Rusiya Federasiyasında yaşamış və hal-hazıradək köçmək istədiyi evdə yaşamamışdır. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün də cavabdehin yaşadığı evə köçürülməsi üçün zərurət də olmamışdır.
12. Məhkəmə hər iki tərəfin dəlillərini dinləyib, belə qənaətə gəlmişdir ki, tikili cavabdehin vəsaiti hesabına inşa edilmişdir. Belə ki, iddiaçı inşa işlərini aparan şəxslər, habelə inşa işləri ilə bağlı dəqiq məlumat verə bilmir. Eyni zamanda mübahisəli tikili ilə bağlı bütün müqavilələr (qaz, su və s.) məhz cavabdeh ilə bağlanmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, m əhkəmə iclasında hər iki tərəfin qohum olduqları şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirməməklə sübut kimi qəbul edilə bilməz.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli tikiliyə köçürülməsi (tərəflərin arasında münasibətlərin həddindən artıq gərgin olması və onların açıq-aydın biri- digərindən yola getməməsi) və orada yaşaması icra baxımından qeyri-mümkün olmaqla hüquqi nəticə etibarilə onun xəyali hüququna çevriləcəkdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2. 152.1, 152.3. 18N.1, 18N.2-ci maddələrinə, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2N14-cü il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6cı maddəsinə, “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 77.1, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Eyni zamanda, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən atası tərəfindən inşa edilmiş evdən çıxarılması və həmin ünvanda yerləşən torpaq sahəsinin onunla cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.(ikinci iş üzrə)
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X28 ünvan 1-da qeydiyy atda olmuşdur və həmin ünvanda yaşamışdır. Həmin ünvanda babasına məxsus yaşayış evi də olmuşdur və həmin yaşayış evi babası tərəfindən övladları arasında bölünmüşdür. Atasına da həmin yaşayış evindən pay verilmişdir. Belə ki, atası da ata yurdunu, yəni babasından miras qalmış iki otağı əmisi cavabdeh Mir Nadirə vermişdir. Atası özü isə həmin torpaq sahəsində 1994-cü ildə babasının evindən ayrıca olaraq, yəni həyətə giriş qapısını sol tərəfində ikimərtəbəli yaşayış evi inşa etmişdir və o, atası və anası ilə birlikdə həmin atasının inşa etdiyi evdə yaşamışdır. Son illərdə isə vəziyyət ilə əlaqədar olaraq Moskva şəhərinə köçərək anası ilə orda yaşamışlar. Belə ki, atası Rusiya Federasiyasının Moskva şəhərində işlədiyinə görə həmin evə ailəsini görmək üçün tez-tez gəlmiş, o və anası bir müddə t həmin evdə yaşamışdır, sonra isə Moskva şəhərində yaşamaq üçün atasının yanına getmişlər. Hal-hazırda isə onlar öz evlərinə qayıtmaq istəyirlər. O, ailəsi ilə birlikdə (anası, qardaşı, yoldaşı, bacısı) yenidən yaşamaq üçün qeyd etdiyi ünvanda yerləşən atasının inşa etdiyi yaşayış evinə köçərək yaşamaq istəyirlər. Əmisi Cavabdeh həmin evə onları buraxmır, atasının inşa etdiyi evdən istifadə edə bilmirlər. Qeyd etmək lazımdır ki, həmin evə və əmisinin yaşadığı ata yurduna aid sənədləşmə işləri aparılmamışdır. Əfsuslar olsun ki, cavabdeh əvvəllər onların öz evlərində yaşamaqlarına icazə versə də, atasının inşa etdiyi öz evlərini öz adına rəsmiləşdirmək istədiyini bildikdən sonra onu ailəsi ilə birlikdə evdən qovub çıxartdı. Daha sonra o, hüquqlarının bərpası üçün Binəqədi Rayon Məhkəməsinə iddiaçı olaraq Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2N21-ci il tarixində məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsində 2(NN1)-149/2N22 saylı iş üzrə məhkəmə iclası keçirilmişdir. Belə ki, məhkəmə iclaslarında hakimə iş üzrə bütün sənədlər təqdim edilmişdir və şahidlər məsələ ilə bağlı izahatlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən X6 bildirmişdir ki, ailədə 2 bacı, 3 qardaş olublar və qardaşı Adil vəfat edib. Hamısı mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı Mirmurad anadan olanda qardaşı Adil ailəsi ilə birlikdə Rusiyadan gələrək və atasının (Ataları 1986cı il tarixdə vəfat edib) həyətində ev tikmək istədiyini bildirmişdir. 1994-cü il tarixdə qardaşı Adil ev tikdirmiş və həmin evdə 1 ildən çox o, (şahid) yaşamışd ır. Belə ki, o, öz evini satdıqdan sonra yaşamağa yeri olmadığından qardaşları Adildən və Mir Nadirdən icazə alaraq orada yaşamışdır, daha sonra evi Mirmuradın anasına təhvil verərək öz evinə köçmüşdür. Məhkəmənin xx.xx.2N21-ci il tarixli iclasında şahid qismində izahat verən X23 bildirmişdir ki, iddiaçı onun qardaşı Adilin oğludur. Mübahisəli evi iddiaçının atası tikdirib. İddiaçının babası öldükdən sonra ev tikilib. Həyətin bir tərəfində ata evləri, digər tərəfində isə həmin bu mübahisəli evdir. Onunda həmin həyətdə evi olub, lakin daha sonra sataraq oradan köçüb. Məhkəmənin xx.xx.2N21-ci il tarixli iclasında şahid qismində izahat verən X4 bildirmişdir ki, 2NN4-cü il tarixdə iddiaçının anası vasitəsilə o, həmin evə qeydiyyata düşüb. Təxminən 2NN2-ci il tarixdən orada yaşayıb, 2NN4-cü il tarixdə isə Moskvaya gedib. Həyətdə əvvəl 3 qardaş qalırdılar, sonradan dayısı Oqtay evi satıb gedib. İddiaçı uşaqlıqdan o evdə yaşayıb. Məhkəmənin xx.xx.2N22-ci il tarixli iclasında şahid qismində izahat verən X4 bildirmişdir ki, o, hər iki tərəfi tanıyır. Belə ki, iddiaçının bibisi qızı, cavabdehin isə bacısı qızıdır. İddiaçı Moskva şəhərindən gəldikdən sonra evə köçmək istədi, lakin cavabdeh tərəf evi özləri tikdiyini bildirdilər. İddiaçı bir müddət onlarda qalıb. Həyət böyük idi, daha sonra bir hissəsi satıldı. 1994-cü il tarixdə iddiaçının atası həmin həyətdə ev tikdi. İddiaçıya bir müddət cavabdeh baxdı. O vaxtı iddiaçının atasının imkanı çox yaxşı idi, bütün qohum-əqrabaya əl tuturdu. Hətta o, yoldaşı ilə evi satdıqdan sonra bir müddət evsiz qalmış və o zaman iddiaçının atası onla ra həmin mübahisəli evdə qalmağı təklif etmişdi. Onlarda həmin evdə 2 il yaşayıblar. Həmin ev dayısı Adil, yəni iddiaçının atasının vəsaiti hesabına tikilmiş və özü yoldaşı ilə birlikdə dəfələrlə gəlib həmin evdə qalmışdır. Məhkəmənin xx.xx.2N22-ci il tarixli iclasında şahid qismində izahat verən X23 bildirmişdir ki, həmin həyətdə 2 ev mövcuddur, özü də o həyətdə yaşayıb. 2NNN-ci ildə o özünə məxsus olan evi sataraq getmişdir. O, orada yaşadığı zaman evin biri, hansı ki, iddiaçının atası tərəfindən tikilmiş, digəri isə ata-baba evi idi və orada hazırda cavabdeh qalır. İddiaçı atası tərəfindən tikilən evdə yaşayıb və orada məktəbə getmişdir. 2NN4-cü il tarixdə atası vəfat etmiş və iddiaçı atasının vəfatına qədər orada yaşamışdır. Daha sonra Rusiya Federasiyasına köçmüş, lakin iddiaçı arada gəlib gedirdi. Həyətdə ilk olaraq atababa evi və onun satdığı ev olub. Həyətdə köhnə qaraj və hamam var idi, iddiaçının atası onları söküb yerinə ev tikmişdir. Qeyd etmək lazımdır ki, onun həmin ünvanda yaşadığını təsdiq edən sənədlərdən biri də təhsil aldığı məktəb tərəfindən verilən arayışdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu 143 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2N22ci il tarixli, 112 nömrəli arayışa əsasən, xx.xx.1994-cü il təvəllüdlü Əliyev X11 rayonu 143 nömrəli tam orta məktəbin 1-ci sinfinə 2NN1-2NN2-ci tədris ilində qəbul olunmuş, xx.xx.2NN3-cü ildə 64 nömrəli əmrə əsasən 3-cü sinifdən çıxarılmışdır. Bildirmək istərdi ki, xx.xx.2N22-ci il tarixində X23, X24, X9, X29 və X15 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 1994-cü ildə X28 (2-ci tikilən) y aşayış inşa etmiş və uzun müddət öz ailəsi ilə orda yaşamasını öz imzaları ilə aktda təsdiq etmişlər. Bundan başqa qeyd etmək lazımdır ki, Reyestr Xidmətinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1979-cu il tarixdə evlərin texniki inventarlaşması və qiymətləndirilməsi barədə verilmiş “Pasporta” əsasən həmin ünvanda olan həyət xarici hasar ölçülərini nəzərə almaqla 1N7N,7 kv.m-dir. Belə olduğu halda hesab edir ki, yuxarıda qeyd olunan həyətyanı sahə onunla cavabdeh arasında mütənasib bölünməlidir. Qeyd olunan səbəblərdən hesab edir ki, iş üzrə cavabdeh ünvan 1 ünvanında yerləşən atası tərəfindən tikilmiş evdən çıxmalıdır.
17. Daha sonra iddiaçı iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, onun X12 vərəsəsi kimi tanınması barədə və ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilin in atası X12 vəsaiti hesabına və onun iştirakı ilə inşa edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
18. İddiaçı daha sonra yenidən iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X12 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi və Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N23-cü il tarixli, e-2(NN1)1583/2N23 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə ilk növbədə birinci tələblə - ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X12 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi il ə bağlı qeyd etmişdir ki, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının atasının vəsaiti hesabına təmir-tikinti işlərinin aparılmasını təsdiq edən sübutlar, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Göründüyü kimi, iddiaçı ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atasının vəsaiti hesabına tikildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iddiaçının vəsatəti ilə dindirilmiş şahidlərlə bağlı onu qeyd etməyi zəruri hesab etmişdir ki, çağırılmış şahidlər ifadələrində işin konkret hallarına toxunmadan (mübahisəli evin konkret han sı ildə tikildiyi və hansı ildə yekunlaşdığı, tikinti materiallarının kimin tərəfindən alındığı, tikintiyə kimin nəzarət etdiyi, tikintidə çalışan ustalarla kimin haqq hesab apardığı və sair) yalnız ümumi ifadələr işlətmələri, həmin şəxslərin mübahisənin halları barəsində həqiqi məlumatlara malik olubolmadıqlarını şübhə altında qoyur. Məhkəmə isə mahiyyəti üzrə yekun qərarını qəbul edərkən şübhəli və ziddiyyətli hallara əsaslana bilməz. Ona görə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ikinci tələbi - ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikiliyə vərəsəlik hüququnun tanınmasıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqla rının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin müəyyən edildiyi kimi mübahisəsi gedən yeni tikiliyə iddiaçının atasının əmlak hüquqları olmamışdır. Ona görə də iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının birinci və ikinci tələblərinin rədd edilməsi artıq iddiaçının üçüncü “Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılmaları” tələbinin təmin edilməsini istisna edir. Ona görə də məhkəmə prosessual qənaaət prinsipindən çıxış edərək, tələbin bu hissəsinin əlavə əsaslandırılmasına hər hansı zərurət görmür.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzr ə 26 iyul 2NN7-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı N6 mart 2NN8-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 1N6.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli, 2(NN1)149/2N22 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin olaraq mübahisəli yaşayış sahəsində faktiki olaraq kimlərin istifadə etməsini deyil, həmin evin kimin tərəfindən (qanunsuz olsa da belə) inşa edildiyini müəyyən etməli və bu fakta münasibətdə qanunun analogiyasını tətbiq etməli idi. İşdə şahid qismində iştirak edən və tərəflərin yaxın qohumları olan şəxslər qeyd olunan yaşayış sahəsinin iddiaçının atası tərəfindən inşa edildiyini və orada yaşadığını qeyd etmişlər. Məhkəmə nədənsə, tərəflərin yaxın qohumlarının şahid ifadələrini deyil, digər bəlkə də o dövrdə, o ərazidə yaşamayan şəxslərin ifadələrini əsas tutmuşdur. Məhkəmə müvafiq iş üzrə iki dəfə ekspertiza təyin etmiş və hər iki dəfə ekspertlər qarşısında demək olar ki, eyni suallar qoymuşdur. Qeyd etmək lazımdır ki, aparılan hər iki ekspertiza həmin suallara eyni cavablar vermişdir. Bildirmək lazımdır ki, hər iki ekspertiza iddiaçının iştirakı olmadan aparılmışdır. Ekspertiza aparılarkən həyətdə olan tikililərin hansının birinci və ikinci inşa olunması müəyyən olunmayıb. Həmçinin, məhkəmə müvafiq qətnamədə nədənsə, iki dəfə təyin etmiş olduğ u ekspertizanın nəticələrinə hüquqi qiymət verməyib. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmayıb. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinin kimin tərəfindən inşa edildiyini müəyyən etməyərək, cavabdehin həmin evdən istifadə etməsi və həmin evə münasibətdə kommunal ödənişlər etməsi səbəblərinə görə iddianı təmin etməmişdir. Qeyd etmək lazımdır ki, iş üzrə cavabdeh mübahisəli yaşayış sahəsini tikdiyini, həmin inşaya nə qədər vəsait sərf etdiyini, evin tikintisi üçün hansı tikinti materiallarından istifadə etməsini və s. qeyd etməmişdir. Bundan başqa, cavabdeh iş üzrə şahid qismində iştirak etmiş yaxın qohumlar ifadələrini də hər-hansı sübutlarla təkzib etməmişdir. İş materiallarından göründüyü kimi i ddiaçı mübahisəli yaşayış sahəsi tikilərkən körpə uşaq olmuş və təbiidir ki, inşa işlərini aparan şəxslər barəsində, habelə inşa işləri ilə bağlı onun heç bir məlumatı ola bilməzdi. Bundan başqa məhkəmə müvafiq qətnamədə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyini, eyni zamanda iddiaçının daimi olaraq Rusiya Federasiyasında yaşadığını və köçmək istədiyi yaşayış sahəsində yaşamadığını qeyd etmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının Rusiyada yaşadığını qeyd edir və eyni zamanda mübahisəli yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyini bildirir. İş üzrə prosesdə iştirak edən bütün şəxslər iddiaçının Rusiyada yaşadı ğını və sonradan oradan köçdüyünü və gəlib mübahisəli yaşayış yerində yaşamaq istədiyini bildirirlər. Yəni bu hal işin mübahisəsiz tərəfidir. Belə olduğu təqdirdə iddiaçı özünün mübahisəli yaşayış sahəsindən istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair məhkəməyə hansı sübut təqdim etməli idi.
25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N23-cü il tarixli, e-2(NN1)1583/2N23 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə materiallardan və şahid ifadələrindən də göründüyü kimi mübahisə predmeti olan ikinci evi iş üzrə Cavabdeh deyil, iddiaçının mərhum atası X28 inşa etmişdir. Hətta məhkəmə iclasında c avabdeh tərəfin verdiyi izahatlara və məhkəməyə təqdim etmiş olduğu sənədlərə nəzər saldıqda uyğunsuzluq təşkil etdiyini açıq şəkildə görmək olur. Belə ki, iş üzrə təqdim olunmuş X16 məxsus olan ******* nömrəli əmək kitabçasından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi həqiqətən də, mərhum X28 cavabdeh tərəfin iddia etdiyi tarixlərdə həbsdə deyil, Rusiya Federasiyasının Moskva şəhərində işləmişdir. İş üzrə şahid qismində iştirak etmiş iddiaçının bibisi X6 da bildirmişdir ki, iddiaçı Mirmurad anadan olanda qardaşı Adil ailəsi ilə birlikdə Rusiyadan gəlmiş və atasının (Ataları 1986-cı il tarixdə vəfat edib) həyətində ev tikmək istədiyini bildirərək 1994-cü il tarixində qardaşı Adil ev tikdirmiş və həmin evdə 1 ildən çox o, (şahid X6) yaşamış, daha sonra evi Mirm uradın anasına təhvil verərək öz evinə köçmüşdür. İş üzrə sənədlərdən və şahid ifadələrindən də göründüyü kimi həmin evin əsl sahibi olaraq özü olmadığını bilərək iş üzrə cavabdeh həmin evə vicdansız sahib olmuş və iddiaçının həmin ev ilə əlaqədar olaraq sənədləşdirmə işlərinin aparılmasına maneəçilik törətmişdir. Beləliklə də, iddiaçı həmin daşınmaz əmlakı dövlət reyestrində qeydə ala bilməməsi səbəbindən mülkiyyət hüququnu tam əldə bilməmişdir. Məhkəmə iclasında cavadeh tərəf olan Cavabdeh həmin mübahisəli evi özü tikdirdiyini bildirərək həmin daşınmaz əmlaka sahiblik hüququnun olduğunu qeyd etsə də, bunu sübut edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğutəqdirdə, ortaya belə bir sual çıxır, əgər həmin mübahisəli evi cavabdeh tərəf tikdirmiş olsa idi, nəyə görə həmin mübahisəli daşınmaz əmlak ilə bağlı sənədləşdirmə işlərini indiki zamana qədər aparmamışdır. Bu isə onu göstərir ki, cavabdeh tərəf həmin daşınmaz əmlakın sahibi olmadığını bilərək iddiaçının Rusiya Federasiyasında müvəqqəti yaşamasından istifadə edərək həmin evə vicdansız sahib olmuşdur. İddiaçı Bakıya köçdüyü zaman atasının tikdirdiyi evdə yaşayıb sənədləşdirmə işlərini aparmaq istədiyini bildirdikdə cavabdeh buna icazə verməyərək, həmin evin əsl sahibinin özü olduğunu bildirmişdir. Belə olduqda, mövcud vəziyyət ilə əlaqədar olaraq iddiaçının həmin mübahisəli daşınmaz əmlaka sahiblik hüququ da cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəf iddianı qəbul etməyərək məhkəmə iclasında iddiaçının atasının məhkum olmasına istinad edərək həmin mübahisəli evin X28 tərəfindən tikilmədiyini və həmin dövrlərdə onun həbsdə olduğunu qeyd etmişdir. Cavabdeh tərəf məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Adil həbsdə ola-ola evi necə tikə bilərdi, bu məntiqli deyil. Lakin qeyd etmək zəruridir ki, məhkəməyə təqdim edilən sənədlər arasında ******* nömrəli əmək kitabçasından da göründüyü kimi X28 199N-cı illərdə müxtəlif peşələrdə (Yaşıllaşdırma idarəsində bitkilərin mühafizəsində İ dərəcəli fəhlə, xx.xx.1985xx.xx.1988-cı il tarixlərdə Nasos və təmizlik idarəsində maşinist, xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə N saylı hərbi hissədə İİİ dərəcəli sürücü, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə Respublika Baqezdə sürücü və slesar) işləmişdir. Onuda qeyd etmək lazımdır ki, cavabdeh tərəf yalnız 19 nömrəli ev dəftərini sənəd olaraq göstərməklə, iddiaçının atasının mə hkum olduğunu bildirmişdir, ancaq X12 199N-cı illərdə həqiqətən də, məhkum olduğunu sübut edən heç bir mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə işdə şahid qismində iştirak edən və tərəflərin yaxın qohumları olan X1N, X3, X2 məhkəməyə verdiyi izahatları və məhkəməyə sübut kimi təqdim edilmiş X23, X24, X9, X29 və X15 tərəfindən imzalanılan xx.xx.2N22-ci il tarixli aktı nəzərə almamışdır və iddiaçı tərəfindən təqdim edilmiş dəlilləri, eləcə də ifadələri kifayət qədər əsaslı, eyni zamanda mötəbər sübut olmadığını bildirməklə, mövcud məsələyə qərəzli yanaşmışdır. Qeyd etmək zəruridir ki, məhkəmə əsassız olaraq, şahid ifadələrində mübahisəli evin konkret hansı ildə tikildiyi və hansı ildə yekunlaşdığı, tikintiyə kimin nəzarət etdiyi, tikintidə çalışan ustalarla kimin haqq hesab apardı ğını bildirir. Qeyd olunan dəlillər şahidlər tərəfindən bildirilir. Bundan başqa, əgər məhkəmə qeyd olunan dəlillərin şahid ifadələrində olmadığı qənaətinə gəlirsə, həmin məsələlərə dair sualları şahidlərə verə bilərdi. Bu hal mülki iş barəsində ədalətli qərar çıxarılmasına səbəb olardı. Məhkəmə qeyd edir ki, iddiaçının ikinci tələbi - ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikiliyə vərəsəlik hüququnun tanınmasıdır. İddaçı tərəfindən bu tələb verilməmişdir. Məhkəmə qərəzli olaraq, məhkəmə protokollarında və video görüntülərdə olan cavabdeh tərəfindən ziddiyyətli ifadələri müvafiq qətnamədə qeyd etməmişdir və buna hüquqi qiymət verməmişdir. İş materiallarından və şahid ifadələrindən göründüyü kimi iş üzrə iddiaçı 2N15-ci ildə mübahisəli evə cavabdehin razılığı ilə qeydiyyata düşmüş və orada uzun müddət yaşamışdır. Bundan başqa iddiaçı Rusiyadan növbəti dəfə qayıtdıqdan sonra (birdəfəlik), yəni 2N2N-ci il tarixində həmin mübahisəli evdə uzun müddət yaşamış və cavabdehlə 1-ci və sonradan inşa edilmiş evlərin bölünməsini də müzakirə etmiş və notariusda bölünməsini istəmişlər. Bu dəlil məhkəmə prosesində şahid qismində iştirak edən X15 tərəfindən bildirilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının 2N2N-ci ildən mübahisəli evdə uzun müddət yaşamasını təsdiq edən sübut, cavabdehlə iddiaçı arasında həmin evə görə münaqişələr olmuşdur və bunun nəticəsində cavabdeh iddiaçını qeydiyyatdan çıxarmaq üçün 2N21-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2N21-ci il tarixli, 2-1(112)1NN67/2N21saylı qərardadına əsasən qeyd olunan iddia ərizəsi geri q aytarılmışdır. Cavabdeh tərəf məhkəməyə kommunal qəbzləri təqdim etmişdir, lakin həmin qəbzlərdə qeyd edilən məlumatlar cavabdeh tərəfə məxsus ünvan 1-a aid olmuşdur. Məhkəmə həmin qəbzlərdəki məlumatı əsas götürməklə həmin mübahisəli evin cavabdehə məxsus olduğu qənaətinə gəlmişdir. Lakin qeyd etmək lazımdır ki, mübahisəli ev ilə bağlı heç bir sənədləşdirilmə işlərinin aparılmamasından, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin mübahisəli evə sayğacın taxılması və kommunal qəbzlərin gəlməsi təmamilə absurdur və həqiqətə zidd bir yanaşmadır. ünvan 3 ünvanında qeydiyyatda olan X25 **********369 nömrəli, 3N avqust 2N22-ci il tarixli ərizə ilə bildirmişdir ki, X14 və İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Mövcud məsələ ilə əlaqədar olaraq ə sl həqiqətin ortaya çıxarılması üçün X25 da ərizə yazmışdır. Əfsuslar olsun ki, həmin sənədi sonra əldə etdiyimizə görə yeni sübut kimi apellyasiya instansiyasında təqdim etməli olmuşuq.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2N23-cü il tarixli, 2(1N3)5416/2N23 saylı qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1N3)-1272/2N23 nömrəli, 9.1N.2N23-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli, 2(NN1)-149/2N22 nömrəli və xx.xx.2N23-cü il tarixli, e-2(NN1)-1583/2N23 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. 2
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işdən görünür ki, mübahisəli evin iddiaçının atası (cavabdehin isə qardaşı) tərəfindən inşa edilib-edilməməsi ilə bağlı şahid qismində ifadə vermiş tərəflərin yaxın qohumlarının bildirdiklərində ziddiyətli məqamlar var. Belə ki, cavabdehin bacısı Raziyə Zeynalova mübahisəli evin cavabdehə məxsus olduğunu, digər bacısı Mərziyə Həsənova və qardaşı Oqtay Əliyev isə evin iddiaçının atası tərəfindən inşa olunduğunu bildirmişlər. Mərziyə Həsənova iddiaçının atasının həmin evdə yaşamadığını bildirsə də, iddiaçının özünün bildirdiyinə görə o, həmin evdə atası və anası ilə birlikdə yaşamışdır. X19 və iddiaçının bibisi qızı Elnurə Sultanova mübahisəli evin 1994-cü ildə tikildiyini bildirsələr də, iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, evin tikintisi 1994-cü ildə başlamış və ev 1N il ərzində inşa edilmişdir. İddiaçı xx.xx.1994-cü təvəllüdlüdür və doğulduqdan 3 ay sonra həmin evdə yaşadığını bildirmişdir. Halbuki, evin həmin ildə inşasına başlandığı və 1N il davam etdiyi nəzərə alınsa, iddiaçının bildirdiyi vaxt həmin evdə yaşaması qeyri-mümkün olur.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hər iki tərəfin qohum olduqları şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Bununla belə, iş üzrə şahid qismində ifadə vermiş Mehman Həmzəyev və Valeriy Həsənov bildirmişlər ki, mübahisəli evin inşasında onlar iştirak etmiş, evin inşası 199N-1992-ci illərdə cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir. Mə hkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələblərinin təmin edilib-edilməməsi bilavasitə mübahisəli evin onun atası tərəfindən inşa olunub-olunmamasının müəyyən edilməsindən asılıdır. İddiaçı tərəfindən isə mübahisəli evin onun atası tərəfindən inşa olunduğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 5.3, 139.1, 152.1, 152.5, 157.2, 18N.1, 18N.2, 1151.1 maddələrinə, MPM-in 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, iş üzrə cavabdeh əmlak üzərində olan hüquqlarından vicdanla istifadə etməmiş, sözügedən ünvanda yerləşən ikinci evə vicdansız sahiblik etmiş, iddiaçının atası Adil Əliyev tərəfindən tikilmiş və iddiaçının qeydiyyatda olduğu və istifadə hüququna malik olduğu evə onu buraxmayaraq evə dair sənədləşdirmə işlərinin aparılmasına və evdə yaşamasına imkan verməmişdir. Bu hallar şahidlərin ifadələri, işdə olan digər sübutlar və işin mübahisəsiz halları ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi hər iki tələb üzrə lazımi hərtərəfli araşdırma aparmamaqla mülki hüquq subyektlərinin bu normadan irəli gələn hüquqlarına düzgün hüquqi qiymət verməmişdir. Hər iki ekspertizanın təyin edilməsi haqqında qərardadlarda ekspertlər qarşısında eyni suallar qoymuş və bununla da əla və ekspertizanın keçirilməsini əhəmiyyətsiz, formal bir hərəkətə çevirmişdir. Aparılan hər iki ekspertizada həmin suallara tamamilə eyni cavablar verilmişdir. Məhkəmə iclasının gedişində hakim tərəfli mövqe nümayiş etdirirdi, öz mövqelərini və dəlillərini irəli sürə bilməsi üçün hər iki tərəfə eyni imkanlar yaratmırdı, tez-tez cavabdeh tərəfə kömək etməklə tərəflərin bərabərliyi prinsipini pozurdu. Bu da eyni zamanda çəkişmə prinsipinin təmin olunmasına xələl gətirən hallardan biridir. Mənzildən çıxarılma tələbinə dair işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi qismində iştirak edən Nümayəndə Mir nadir oğlu apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edib izahatlar vermişdir. Halbuki həmin şəxsin cavabdehin adından çıxış etmək üçün qanuna müvafiq q aydada səlahiyyətini təsdiq edən etibarnaməsi olmamışdır. Buna baxmayaraq hakim Rəşad Qoşqarlı ondan səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməsini tələb etməmiş, qanunsuz olaraq məhkəmə iclasının iştirakçısı kimi prosesə daxil olmasına şərait yaratmışdır. Bu hal iki iddia üzrə bütün məhkəmə instansiyalarında olmuşdur. Belə ki, o və cavabdeh məhkəmə proseslərində iş üzrə iddiaçıya və iddiaçının vəkilinə təhdidlər etmişlər, hədə-qorxu gəlmişlər. Mülki işlərə baxan hakimlər isə buna məhəl qoymamışlar. Cavabdeh Mirnadir Əliyev apellyasiya şikayətlərinə etirazında bir sıra əsassız mülahizələrlə çıxış etmişdir. Belə ki, o, onun əleyhinə ifadə verən yaxın qohumlarının ifadələrini təkzib etmək üçün ziddiyyətli və işin halları ilə uyğun gəlməyən hallara toxunmuşdur. Lakin etirazlarının əsa slılığına dair hər hansı sübutlara istinad edə bilməmişdir. İş üzrə həm şahid ifadələri, həm də digər sübutlar mübahisə predmeti olan ikinci fərdi yaşayış evinin iddiaçının mərhum atası X28 tərəfindən inşa edilməsini göstərmişdir. Cavabdeh tərəfin şahidləri məhkəmə iclasında ifadə verərkən tez-tez ifadələrini dəyişmiş, verdikləri ifadələr arasında ziddiyyətlər olmuş və uyğun gəlməyən hallara istinad etmişlər. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd etmək lazımdır ki, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında qanuna uyğun olaraq lazımi qaydada qiymət verilmiş sübutlarla əsaslandırılmalı, bütün hallara hərtərəfli hüquqi qiymət verilməlidir. Cavabdehin tərəfində dindirilmiş şahid X17 ifadəsində evi inşa edən ustalardan biri olduğunu bildirsə də, o evin tikildiyi 1994-cü ildə azyaşlı olmuşdur. O, həmin yaşda nə fəhlə, nə də usta kimi işləyə bilməzdi. X1 vermiş olduğu ifadəsində göstərilən ünvanda yaşadığını bildirmişdir. Lakin onun özünün ayrıca evi və həyətyanı sahəsi vardır. Bundan başqa, notarial qaydada ərizə verən şəxslərdən Rasim Quliyev təsdiq edib ki, onlar heç vaxt orada yaşamayıblar, lakin onun qızı İradə Quliyeva isə təsdiq edib ki, onlar orada yaşayıblar. Cavabdehin qonşularının notarial qaydada verdikləri ərizələrdə göstərilənlərin onların həqiqi iradə ifadələri olması şübhəlidir. Çünki onlar evdə qeydiyyatda olan şəxslər ol duqları üçün başqa cür yazsaydılar, cavabdeh tərəfindən qeydiyyatdan çıxarılmaq təhlükəsi ilə üzləşə bilərdilər. Bir sözlə onlar bu ərizələri verərkən cavabdehdən maddi asılılıq vəziyyətində olduqları ehtimalı çox böyükdür. Raziyə Zeynalova, Rasim Quliyev, X2N, X17 göstərilən ünvanda qeydiyyatda deyillər və orada yaşamayıblar. Buna görə də mübahisəli evin kim tərəfindən, kimin vəsaiti ilə tikilməsi ilə bağlı ifadə verə bilməzdilər. Bundan başqa bəzi şahidlərin məhkəmə iclasında vermiş olduğu ifadələrlə notarial qaydada vermiş olduğu ərizələrin məzmunu arasında da ziddiyyətlər mövcuddur. Belə ki, X5 notarial qaydada verdiyi ərizədə iddiaçını tanımadığını, iddiaçının mübahisəli mənzildə valideynləri ilə yaşamadığını bildirmiş, məhkəmə iclasında verdiyi ifadədə isə bildirmişdir ki, iddiaçı Mi rmurad onun qardaşı oğludur və həmin ünvanda yaşamışdır. Nə birinci, nə də apellyasiya instansiya məhkəməsi bu hallara diqqət yetirməmişdir. Bütün bu faktlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin şahid ifadələrinin əslində heç bir sübuti əhəmiyyəti yoxdur. Evin kimin tərəfindən və kimin vəsaiti ilə tikilməsinin müəyyən edilməsində həmin ifadələrə istinad edilə bilməz. Həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxslərin ifadəsinə diqqət yetirmək lazımdır, məhz onlar bu iş üzrə mötəbər ifadə verə bilərlər. Həmin evdə qeydiyyatda olan və yaşamış şəxslərdən Oktay Əliyev, Oktay Əliyevin yoldaşı Təranə Əliyeva və qızı Qərifə Əliyeva, Mərziyə Həsənova, X4 yazılı və ya şifahi ifadələrində ikinci fərdi yaşayış evinin iddiaçının atası Adil tərəfindən tikildiyini təsdiq etmişlər. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası iddiaçının iştirakı olmadan keçirilib. Evlərin hansının təzə və ya köhnə olması şəkildən də məlum olur. X39 hər iki ekspertizanın təyin edilməsi haqqında qərardadlarda ekspertlər qarşısında eyni suallar qoymaqla əlavə ekspertizanın keçirilməsini əhəmiyyətsiz, formal bir hərəkətə çevirmişdir. Aparılan hər iki ekspertizada həmin suallara tamamilə eyni cavablar verilmişdir. Bundan başqa, əlavə ekspertizada torpaq sahəsi ilə bağlı sual sualların siyahısından çıxarılmışdır. Xüsusilə nəzərinizə çatdırmaq istərdik ki, apellyasiya şikayətində iş üzrə cavabdehin ikinci evin də ona aid olmasına dair sübut kimi istinad etdiyi kommunal xidmətlərlə bağlı sənədlər də mötəbər sübutlar deyildir. Belə ki, həmin sənədlərin tarixindən də görünür ki, həmi n ödənişlər 1953-cü ildə tikilmiş köhnə evə dairdir və bu mübahisələr üzrə məhkəmə proseslərinin aparıldığı dövrdə ödənilərək qəbz alınmışdır. Lakin məhkəmə bu hala da fikir verməmiş, sübut kimi təqdim olunmuş bu sənədləri araşdırmadan, onlara düzgün və obyektiv hüquqi qiymət vermədən onu gəldiyi nəticəni əsaslandıran sübutlardan biri kimi göstərmişdir. Buna baxmayaraq həmin qəbzlər də baba yurdu olan 1-ci evə aiddir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudl aşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizə si ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Maddə 18N.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 18N.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqa madək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır.
48. Maddə 4N7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
56. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evin onun atası tərindən tikilmsəi, fərdi evdən istifadə etmsəi və sonradan cavabdeh tərindən istifadəyə mane yaradıldığına istinad edərək, özünün həmin evə köçürülmsəi və cavağbdehin həmin evdən çıxzarılmasına dair ayrı icrrata iki tələb irləi sürmüşdür.
57. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr iddiaçının həmin evlə hər hansı bağlılığının olmamasını, evin atası tərəfindən tikilməsini iddia etdiyinə baxmayaraq bununla bağlı hər hansı sübuta mali k olmamasını, fərdi evin məhz cavabdehin sahiblik və istifadəsində olmasını müəyyən etmişlər. Kassasiya şikayətində bunun əksini təsdiq edən sübutların mövcud olmaması aşkardır. İddiaçı aşağı instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını iddia etsə də, həmin dəlillərin əsaslılığı müəyyən edilmir.
58. Belə olan halda, məhkəmə əsaslı olaraq yuxarıda qeyd olunan mülki qanunvericiliyin normalarına istinad edərək, hər iki iddianın təmin olunması üçün əsasların olmaması nəticəsinə gəlmişdir.
59. İşin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2NN4-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4N7.1.4, 4N8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4N7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflə r arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının N9 oktyabr 2N23-cü il tarixli, 2(1N3)-1272/2N23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.