Məhkəmə qərarları › İş №2(102)-6120/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6120/2021

06.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6120/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2021-ci il tarixli, 2(103)-5488/2021 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, tərəflər arasında sosial kirayə müqaviləsi bağlanmış və cavabdehə onunla yaşayan 4 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana- 450 evlik yaşayış qəsəbəsi ünvanında yerləşən 219 nömrəli mənzil Cavabdeh1 kirayəyə verilmişdir. Sərhəd keçmə haqqında məlumat servisindən görünür ki, Cavabdeh1 18.10.2018-ci ildə, Cavabdeh4 22.06.2018-ci il tarixdə, Cavabdeh2 13.06.2017-ci il tarixdə, Cavabdeh3 isə 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk edərək geri qayıtmamışlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabde h3 və Cavabdeh4 qarşı Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 evlik qəsəbəsində yerləşən 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 20 may 2007-ci il tarixli 219 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetin in 2017-ci il 24 fevral tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana-450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzili ilə təmin edilmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Ramana 450 evlik qəsəbəsinin Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 ailə üzvləri ilə birlikdə neçə illərdir ki, həmin mənzildə yaşamadığı və başqa bir dövlətdə yaşadığı müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunmuş ünvan üzrə istehlak olunan kommunal xidmətlərin sayğac göstəricilərinə əsasən (Azərişıq və Azərsu) cavabdeh ko mmunal xidmətlərdən həmin ünvanda istifadə etməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara verilmiş Bakı şəhəri Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana 450 evlik yaşayış qəsəbəsində yerləşən 219 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2018-ci ilin oktyabrında oğlunu ziyarət etmək üçün ABŞ-a getmişdir. Orada müəyyən müddət müalicədə olduğu üçün ölkəyə qayıda bilməmişdir. O, yalnız hazırkı məhkəmə prosesi günü Bakı şəhərinə qayıtmışdır. O, sonuncu dəfə xarici ölkəyə gedərkən ailə üzvləri olan digər cavabdehlər də onunla birlikdə getmişdir. Hazırda övladları Cavabdeh3 və Cavabdeh4 ailə həyatı quraraq xarici ölkədə yaşayırlar. O, 2-ci qrup Qarabağ əlilidir. Vətənə qayıtdıqdan sonra yaşmağa başqa yeri olmadığından iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ( Anar Rzayev) 30 oktyabr 2020-ci il tarixli, 2(008)-5833/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 dörd nəfər ailə üzvü ilə birlikdə müvəqqəti istifadəsinə verilmiş Sabunçu rayonunda məcburi köçkünlər üçün inşa edilmiş Ramana - 450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzilə dair xüsusi təyinatlı yaşayış sahəsinin 20 may 2007-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından hazırkı mübahisəyə mənzil münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanunvericiliyin, yəni əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 ilə 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, o, 4 nəfər ailə üzvü ilə birlikdə Sabunçu rayonu, Ramana- 450 evlik qəsəbədə 219 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra aparılan araşdırma zamanı Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan sərhədkeçmə haqqında məlumat servisindən alınmış şəxsi məlumatlardan da görünür ki, cavabdehlər uzun müddət Azərbaycan Respublikasını tərk edərək xarici ölkəyə getmiş və bir daha geri qayıtmamış və yalnız onlardan biri Cavabdeh1 mövcud məhkəmə mübahisəsi ilə bağlı məhkəmə iclası günü Bakı şəhərinə qayıtmışdır. Cavabdeh1 izahatında cavabdehlər olan övladları Cavabdeh3 və Cavabdeh4 ailə həyatı quraraq xarici ölkələrdə yaşamaqlarını təsdiq etmişdir. Mübahisə predmeti olan mənzildə yaşayış olmadığı üçün kommunal xidmətlərdən istifadəyə görə abunə ödənişi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlinsə də, Cavabdeh1 tərəfindən həmin şərtlər pozulmuşdur. Məhkəmə mövqeyini Mənzil Məcəlləsinin 87-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apelyasiya şikayəti verib şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə razı deyil. Belə ki, 2018-ci ildə həyat yoldaşı Cavabdeh2 kəskin ürək catışmamazlığı diaqnozu ilə birlikdə oğlunun təkidi ilə ABŞ-a müalicəyə yollanıblar. Orada olarkən onunda halı pisləşərək hospitala yerləşdirilmiş, bir neçə dəfə əməliyyat olunmuşdur. Sonrada dünyada baş verən pandemiya üzündən bütün aviareyslər qeyri müəyyən müddətə təxirə salındığı üçün məcburiyyət qarşısında orada qalası olmuşdur. Aviareyslər açılan kimi o, Türkiyə vasitəsilə Azərbaycana gəlmiş, həyat yoldaşı Cavabdeh2 isə yola tab gətirə bilməyəcəyi ücün həkimlər ona uzun yolçuluğa çıxmasına mane oldular. Hətta onun və yoldaşının vizasının müddəti keçdiyinə görə Azərbaycan Respublikası ABŞ-da olan səfirliyi tərəfindən əlavə viza açılması üçün müraciət edilmişdir. Buna görə onlar bir müddət evdə qala bilməmişlər. Onlar mesxeti türkləridir, hələ 80-ci illərin sonlarında Özbəkistandan qovularaq Azərbaycana gəlmiş, Şuşada yerləşmişlər. Sonra oradan qaçqın düşmüşlər. Kirayə müqaviləsi ləğv edilərsə, onsuzda qalacağı yer olmadığı üçün bu yaşlı vaxtlarında çöldə qalası olacaqlar. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi),A.N.İmanov və V.N.Sadlqov) 22 iyun 2021-cu il tarixli, 2(103)-5488/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5833/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.7-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 onunla bağlanmış 219 nömrəli, 20 may 2007-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərini pozduğundan, yəni onun və ailə üzvlərinin uzun müddətdir ki, digər yaşayış sahəsinə köçdüklərini nəzərə alıb həmin müqavilənin ləğv edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 apelyasiya şikayətində arvadı Cavabdeh2 kəskin ürək xəstəliyi ilə əlaqədar 2018-ci ildə birlikdə ABŞ-a müalicəyə yollandiqlarını, ora da olarkən onunda halı pisləşərək hospitala yerləşdirildiyini, bir neçə dəfə əməliyyat olunduğunu, sonradan pandemiya üzündən məcburiyyət qarşısında orada qalmalı olduğunu bildirsə də, qeyd etdikləri hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu təsdiq edən hər hansı bir mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, onlar 2007-ci ildən 2019-cu ilədək orada mütəmadi yaşamışdırlar. Müqavilə ilə mənzillə bağlı qadağan edi lən heç bir hərəkətə yol verməmişdirlər. Xarici ölkəyə müalicə üçün övladının yanına gedib geri qayıtmışdır. Bu halın isə müqavilənin ləğvinə əsas verməsi şərti müqavilədə göstərilməyb. Qızları ailə qurub xaricə köçsə də, o və həyat yoldaşının daimi yaşamaq üçün xarici ölkəyə köcməyiblər. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qa ydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43 Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 27.3 Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 01.10.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdük də yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” Maddə 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi kö çkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hü quq normalarına riayət etməsini yoxlayır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən və tələb bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlər ə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmələr cavabdehlərin uzun müddət Azərbaycan Respublikasını tərk edərək xarici ölkəyə getdiklərini və bir daha geri qayıtmadıqlarını, Cavabdeh1 məhkəmə iclası günü Bakı şəhərinə qayıtdığını, qızlarının isə ailə quraraq xaricə köçdüklərini əsas gətirərək, mənzildə faktiki yaşamadıqlarına görə kirayə müqaviləsinin ləğvi tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənziln kirayəçisi Cavabdeh1 qızları Cavabdeh3 və Cavabdeh4 ailə quraraq daimi əsaslarla xarici ölkəyə köçmələri işin mübahisələndirilməyən halı olsa da, kirayəçinin və onun həyat yoldaşının daimi əsaslarla ABŞ-na köçməsi iş üzrə müyyən edilmir. Əksinə kassator həyət yoldaşı Cavabde h2 ilə birlikdə ABŞ-da yaşayan oğlunun yanına getdiyini və pandemiya ilə əlaqədar geri qayıda bilmədiklərini göstərmişdir. Apellyasıya məhkəməsi cavabdehin apelyasiya şikayətində arvadı Cavabdeh2 kəskin ürək xəstəliyi ilə əlaqədar 2018-ci ildə birlikdə ABŞ-a müalicəyə yollandiqlarını, orada olarkən onunda halı pisləşərək hospitala yerləşdirildiyini, bir neçə dəfə əməliyyat olunduğunu, sonradan pandemiya üzündən məcburiyyət qarşısında orada qalmalı olduğu barədə dəlillərinin hər hansı sübutla təsdiq edilmədiyini göstərmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərə məcburi köçkün kimi mənzillə təmin edilməsi onların hərəkət azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmır. Həmin şəxslər istənilən səbəbdən xarici ölkəyə səfər edə bilərdilər. Həmçinin Azərbaycan Respublikası Mül ki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, evdə 2020-ci ildə elektrik enerjisi və qazdan istifadə olmamışdır. Həmin ildə dünyada baş vermiş pandemiya səbəbilə bütün xarici ölkələrə uçuşlara qadağalar tətbiq edilmişdir. İddiaçı hazırki iddia ilə 17.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş və 30.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin daimi əsaslarla xarici ölkəyə köçməsi barədə iddiaçı tərəfindən zəruri sübutlar məhkəmələrə təqdim edilmədiyi halda, məhkəmə 01.10.2009-cu il tarixədək qüvvədə olan 87-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Bundan başqa, iddiaçı yalnız kommunal xidmətlərə görə 2020-ci ildə hər hansı borc yaranmamasına istinad edərək cavabdehlərin mənzildə faktiki yaşamadığı qənaətinə gəlmiş, həmin mənzildə cavabdehlərin əşyalarının olub-olmamasını, kirayəçinin həmin mənzilə ehtiyacının aradan qalxıb- qalxmamasını araşdırmamışdır. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2831/2020 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar