Məhkəmə qərarları › İş №2(102)-613/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-613/2019

17.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 17 yanvar 2019-cu İş № 2(102)-613/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)1385/2018, hakim N.Ə.Misirzadə) İddiaçı C avabdeh qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, XXX, X2 2 saylı torpaq sahəsində yerləşən, ümumi sahəsi 286 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri olan 100.000 manat məbləğində pul vəsaitinin iddiaçı ilə cavabdeh arasında bərabər bölünməklə iddiaçının payının ½ hissədə, cavabdehin payının ½ hissədə müəyyən edilməsi, Bakı şəhəri, XXX, X2 2 saylı torpaq sahəsində yerləşən, ümumi sahəsi 286 kv.m olan fərdi yaşayış evinin bazar dəyərinin yarısı olan 50.000 manat məbləğində pul vəsaitinin cavadehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7894/2018, hakimlər A.Q.Hüseynov, X.A.Cəmilova, İ.K.Xəlilov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı cavabdehin adına Bakı şəhəri, XXX, X2 2 saylı 0,06 ha torpaq sahəsində birgə nikah dövründə əldə edilmiş vəsait hesabına inşa edilmiş ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin 90.000 manat bazar dəyərinin yarısı olan 45.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 08.11.2008-ci il tarixdə cavadehlə rəsmi nikaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdehin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüş və cehizlərini də həmin ünvana gətirmişdir. Mənzilə köçdüyü vaxtdan bir m üddət sonra, həmin mənzilə qeydiyyata alınmışdır. Birgə nikah dövründə cavabdehin adına olan Bakı şəhəri, XXX, X2 2 saylı 0,06 ha torpaq sahəsində 2011-ci ildən 2016-cı ilin sonunadək olan müddətdə birgə nikah dövründə əldə edilmiş vəsait hesabına fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evi ikimərtəbəli olmaqla, ümumi sahəsi 286 kv.m-dir. Fərdi yaşayış evinin dəyəri bələdiyyə sənədlərinə əsasən 56.000 manata qiymətləndirilsə də, hazırda real dəyəri təxminən 90.000 manata yaxındır. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin adına Bakı şəhəri, XXX, X2 2 saylı 0,06 ha torpaq sahəsində birgə nikah dövründə əldə edilmiş ümumi sahəsi 286 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin 100.000 manat bazar dəyərinin cavabdehlə aralarında bə rabər bölünməsinə və cavabdehdən onun xeyrinə həmin fərdi yaşayış evinin dəyərinin yarısı olan 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiy a instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, tikilinin inşası birgə nikah dövrünə təsadüf etdiyindən onun ər-arvadın ümumi vəsaiti hesabına deyil, cavabdehin ayrıca vəsaiti, yaxud ona hədiyyə edilmiş vəsait hesabına inşa edildiyini sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı heç bir sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evin özbaşına tikili olması faktı da özözlüyündə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, qanunvericiliyə əsasən özbaşına tikiliyə daşınmaz əmlak kimi mülkiyyət hüquq yaranmasa da, həmin tikilini inşa etmiş tərəflərin müvafiq tikilini təşkil edən ayrı-ayrı daşınar əşyalara əmlak hüquqları mövcud olur. Bu baxımdan mübahisəli tikilini təşkil edən ayrı-ayrı daşınar əşyalar iddiaçı və cavabdehin birgə mülkiyyətidir. Tikili cavabdehə ayrılmış torpaq sahəsində yerləşdiyindən və tərəflər arasında nikah pozulduğundan tikili hal-hazırda cavabdehin faktiki sahibliyində və istifadəsində dir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından ona tərəflərin paylarının müəyyən edilməsi, əmlakın bölünməsi və məcburi satılması hüquqi cəhətdən mümkün deyildir. Mövcud vəziyyətdə iddiaçının əmlak hüquqlarının təmin edilməsinin yeganə yolu iddianı təmin etməklə fərdi yaşayış evinin dəyərini təşkil edən məbləğin yarısının iddiaçının xeyrinə tutulmalıdır. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi həmin nəticə ilə razılaşmaq olmaz. İddiaçı cavabdehlə birgə nikah dövründə onunla cavabdehin birgə vəsaiti hesabına fərdi yaşayış evi tikdiklərinə istinad edərək həmin evin hazırki bazar dəyərinin yarısının cavabdehdən alınıb ona verilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki ev o nun, qardaşının və vəfat etmiş atasının vəsaiti hesabına əldə edilmiş, həmin sahəsi də atası bələdiyyədən almışdır. Həmin ev dövlət qeydiyyatına alınmamışdır. Çünki həmin ərazi X2na məxsusdur və tikinti üçün nəzərdə tutulmamışdır. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə həmin evin birgə nikah dövründə tikilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşin qeyd olunan halı mübahisə edilməməklə həmin fərdi yaşayış evinin birgə nikah dövründə tikildiyini tərəflər təsdiq edir. Eyni zamanda sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə həmin əmlakın ər-arvadın ümumi vəsaiti hesabına deyil, onun ayrıca vəsaiti, yaxud ona hədiyyə edilmiş vəsait hesabına inşa edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin i ş materiallarında cavabdehin istinad etdiyi halları təsdiq edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsi ilə ər-arvadın birgə mülkiyyətinin əsasları müəyyən edilmişdir. Həmin maddələrin tələblərinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Beləliklə, işə baxan məhkəmələr tərəfindən fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə etdiyi vəsait hesabına inşa edildiyi müəyyən edilmişdir. Bununla bərabər, mübahisəli evin özbaşına tikili olması işin mübahisəsiz halı olmaqla, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin özbaşına tikinti və onun nəticələrini m üəyyən edən 180-ci maddəsinin tələblərinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını özbaşına tikili olan fərdi yaşayış evinin bazar dəyərinin yarısının cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Bazar qiyməti dedikdə, əmlakın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Deməli, əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün onun özgəninkiləşdirilə bilən xüsusiyyətə malik olması zəruridir ki, həmin əmlak barəsində tələb və təklif irəli sürülə bilsin. Halbuki özbaşına tikilinin daşınmz əmlak kimi qanunla müəyyən edilən qaydada özgəninkiləşdirilməsi ist isna edilir. Bu halda iddiaçının həmin daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməklə pay tələbinin hüquqi əsası yoxdur. İddiaçı birgə nikah dövründə əldə edilmiş pul vəsaitinin birgə mülkiyyətçisi olmaqla, həmin vəsait birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə xərcləndiyindən, iddiaçının çəkilmiş xərcin məbləğinin müəyyən edilərək həmin məbləğdən payını tələb etmək hüququ mövcuddur. Beləliklə apellyasiya instansiyası məhkəməsi iddia tələbinə düzgün hüquqi qiymət verməməklə, işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəs inin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsin ə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar