Məhkəmə qərarları › İş №2(102)-613/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-613/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: nikahın pozulması, aliment tələbi, alimentin məbləği və tutulma vaxtı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3220/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kas sasiya şikayətinə 13 fevral fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra mətndə “iddiaçı”) Cavabdeh ilə (bundan sonra mətndə “cavabdeh”) xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, nikahları eyni tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 334 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları var. Uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar.

2. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Gəmilərə Nəzarət və X6 Xidmətinin məktubuna əsasən cavabdehə məxsus 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayıq vardır.

3. Habelə, 2018-2022-ci illərdə balıq və digər su b ioresusrslarının ovuna ayrılmış ümumi kvota və verilmiş balıqovlama biletləri barədə məlumatlara əsasən balıq ovu üçün cavabdehə 2018-ci il üzrə 1,1 ton, 2019-cu il üzrə 2,8 ton, 2020-ci il üzrə 1,3 ton, 2021-ci il üzrə 0,9 ton və 2022- ci il üzrə 0,6 ton kvota ayrılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən cavabdeh "xxxx" MMC-nin 10 pay hüquqlu təsisçisi və qanuni təmsilçisidir, bundan başqa, onun özü də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydə alınmışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş idarəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, **********980900 nömrəli arayışdan görünür ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən təqdim edil miş mənfəət vergisi bəyannamələri üzrə 2019-cu il ərzində əldə edilmiş ümumi gəlir məbləği 28350 manat, 2020-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 35237 manat, 2021-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 7800 manat, 2022-ci il ərzində əldə edilmiş gəlir məbləği isə 8300 manat təşkil etmişdir.

6. Fiziki şəxs X5 tərəfindən uçot baza məlumatlarına əsasən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:

7. İddiaçı iddia ərizəsi (tələbin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X1 və xx.xx.2015ci il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa görə 1000 manat olmaqla, iki uşağa görə 2000 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə nikah münasibətləri faktiki olaraq pozulmuşdur, uşaqlar hazırda iddiaçının yanında qalırlar. Uşaqların qayğısına qalır, bütün tələbatlarını iddiaçı ödəyir. Cavabdeh isə uşaqların saxlanmasında iştirak etmir. Halbuki cavabdeh fərdi sahibkarlıq fəaliyyət ilə məşğul olur, VÖEN-i var, yüksək qazanca malikdir. Həmçinin cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) qanuni təmsilçisi, həm də təsisçisidir.

9. Cavabdeh iki kiçik həcmli gəminin sahibidir, balıq ovu ilə mə şğul olur. Xarici model maşın istifadəsindədir, yəni bütün bu hallar göstərir ki, cavabdeh fərdi sahibkar kimi yüksək qazanca malik olan şəxsdir, nikah münasibətlərinin mövcud olduğu dövrdə hər ay uşaqlarına ən azı 2000 manat pul xərclənirdi.

10. İddiaçı tələbinin hüquqi əsas kimi Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh də qarşılıqlı iddia verərək, iddiaçı ilə nikahının pozulmasını xahiş etmişdir

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ailə həyatının ilk illərində tərəflərin münasibətləri normal olmuş, lakin müəyyən vaxt keçdikdən sonra münasibətləri gərginləşməyə başlamışdır. Hazırda cavabdeh iddiaçıdan ayrı yaşayır. Bundan sonra onların ailə münasibətlərinin bərpası qeyri-mümkündür. Aliment tutulması ilə bağlı iddia tələbini qəbul etmir. İlkin iddia tələbində hər ay bir uşağa görə 750 manat olmaqla iki uşağa görə 1500 manat sabit pul məbləğində alimentin tutulması xahiş olunur. İddiaçı iddia ərizəsində cavabdehin aylıq gəlirinin 3000 manatdan çox olduğu qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

13. Qarşılıqlı iddianın hüquqi əsası kimi Ailə Məcəlləsinin 19.1, 20.1 və 21.1-ci maddələrinə istinad edilmişdir.

14. İddiaçı boşanmağa razı olmadığı üçün birinci instansiya məhkəməsi 01 noyabr 2022-ci il tarixli qərardadla tərəflərə barışıq üçün 3 ay verməklə, eyni zamanda boşanmadan sonra uşaqların yaşayış yerinin müəyyən edilməsinə dair müvafiq rəy verilməsindən ötrü işi Xətai Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir.

15. İddiaçının müvəqqəti təminat t ədbiri barədə ərizəsi üzrə birinci instansiya məhkəməsi 05 noyabr 2022-ci il tarixli qərardadla 02 noyabr 2022-ci ildən hesablanmaqla cavabdehdən hər uşağa 1000 manat olmaqla 2000 manat alimentin iddiaçının xeyrinə tutulmasını qərara almışdır.

16. Cavabdehin həmin qərardaddan şikayəti əsasında birinci instansiya məhkəməsi 29 noyabr 2022-ci il tarixli qərardadla 05 noyabr 2022-ci il tarixli qərardadı ləğv etmiş müvəqqəti təminat tədbiri qismində cavabdehdən tutulan alimenti hər uşağa 400 manat olmaqla müəyyən etmişdir.

17. Xətai Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 24 yanvar 2023-cü il tarixli Rəyində uşaqların boşanmadan sonra ananın yanında yaşamaları məqsədəuyğun sayılmışdır.

18. Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia əriz əsinə uyğun izahat verərək, uşaqların ananın himayəsində qalmasına etiraz etmədiyini, lakin ilkin iddia tələbini alimentin miqdarı hissəsində qəbul etmədiyini, ilkin iddia ərizəsində qeyd olunan alimenti ödəməyə maddi imkanının çatmadığını bildirdi.

19. Tərəflərin nikahından olan X3 bildirmişdir ki, hazırda orta məktəbdə təhsil alır, anası və bacısı ilə birlikdə yaşayır, anası ilə atasını nikahı pozulacağı təqdirdə anasının yanında qalmaq istəyir.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)182/2023 nömrəli qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 334 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və x x.xx.2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmalar, 17 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissədə dərhal icra olunması qət edilmişdir. (hakim Pərviz Zamanlı)

21. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq nikah münasibətləri faktiki olaraq pozulmuş və hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri gör ünüş cəhətdən mövcuddur.

22. Birinci instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, bu halda, hər hansı əhəmiyyətə malik olmayan, qarşılıqlı hörmət və məhəbbət münasibətlərinə əsaslanmayan, formal olaraq tərəflərin nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur. Tərəflərə barışmaları üçün 3 ay vaxt təyin edilsə də, onlar bu müddət ərzində də barışmamışlar. Hazırda isə cavabdeh nikahın pozulmasını təkid etdiyi kimi iddiaçı da nikahın pozulmasına etiraz etmir. Sadalanan xüsusatlara əsasən tərəflərin birgə yaşamaları və onların ailələrinin saxlanması qeyri-mümkün olduğundan tərəflər arasında olan nikah pozulmalıdır.

23. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar iddi açının yanında qalmalıdırlar. Valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin qanunvericilikdə iki qaydası nəzərədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə qərarına əsasən uşaqların valideynlərdən birinin yanında saxlanılması ilə. İkinci hal, bir qayda olaraq uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaşbacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyi əsasında uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir.

24. Birinci instansiyası məhkəməsi göstərmişdir ki, tərəflər arasında yetkinlik yaş ına çatmayan uşaqların yaşayış yeri barədə əvvəllər razılıq olmadığından, valideynlərin həyat şəraitinin müəyyən olunması məqsədilə iş Xətai RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmiş və Komissiyanın xx.xx.2023-cü il tarixli rəyi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 analarının (iddiaçının) yanında saxlanılması mümkün hesab edilmişdir. Komissiya bu nəticəyə gələrkən iddiaçının həyat şəraiti öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçı yetkinlik yaşına çatmayan 2 övladı ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, tam kommunal şəraitli, təmirli və yaşayış üçün lazım olan məişət əşyaları ilə təchiz edilmiş, mənzildə yaşayır. Həmçinin, fikri dinlənilən yetkinlik yaşına çatmayan Eleonora Əlişova da valideynlərinin nikahları pozulacağı halda anasının yanında qalmaq istədiyini bildirmişdir. Habelə birgə nikahdan doğulmuş uşaqlar Xətai RİHnin Qəyyumluq və Himayəçilik Komissiyasında fikirlərini bildirərək valideynlərinin nikahı pozulduqdan sonra analarının yanında qalmaq istədiklərini bildirmişlər. Cavabdeh də sonrakı məhkəmə iclası zamanı verdiyi izahatında birgə nikahdan doğulmuş uşaqlarının anasının himayəsində saxlanılmasına etiraz etmədiyini bildirmişdir.

25. Şərh edilən hallara əsasən birinci instansiyası məhkəməsi məhkəmə belə qənatə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında saxlanılmalıdırlar.

26. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, ilkin iddia alimentin tutulması hissəsində qismən təmin edilməlidir.

27. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Buna görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

28. Birinci instansiyası məhkəməsi alimentin məbləği ilə bağlı göstərmişdir ki, iş materiallarına əsasən cavabdeh sahibkarlıq fəaliyyəti ilə ("xxxx" MMC-nin təsisçisi və qanuni t əmsilçisi) məşğul olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəmilərə Nəzarət və X6 Xidmətinin iddiaçının vəkilinin sorğusuna verdiyi cavabdan görünür ki, cavabdehə məxsus 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayıq vardır. Habelə, iş materiallarına əlavə edilmiş 2018-2022-ci illərdə balıq və digər su bioresurslarının ovuna ayrılmış ümumi kvota və verilmiş balıqovlama biletləri barədə məlumatlardan görünür ki, balıq ovu üçün cavabdehə 2018-ci il üzrə 1,1 ton, 2019-cu il üzrə 2,8 ton, 2020-ci il üzrə 1,3 ton, 2021-ci il üzrə 0,9 ton və 2022- ci il üzrə 0,6 ton kvota ayrılmışdır.

29. Birinci instansiyası məhkəməsinin mövqeyinə görə bu qeyd edilənlər onu deməyə əsas verir ki, tərəflər birgə nikahda olduqları müddətdə uşaqlarının maddi təminatları yüksək ol muşdur. Ailə Məcəlləsinin 78.2-ci maddəsi də tələb edir ki, sabit pul məbləğində aliment tutularkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallarla bərabər, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması da nəzərə alınmalıdır. Cavabdeh hazırda işləmədiyini, buna görə də, tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanının olmadığını bildirsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkəmənin 16(011)-230/2022 saylı iş üzrə qəbul etdiyi müvəqqəti təminat tədbiri barədə qərardadla müəyyən edilmiş, ümumilikdə 800 manat alimenti hər ay ödəmişdir.

30. Cavabdeh həmin iş üzrə çıxarılmış qərar üzrə alimenti yaxın qohumlarının (qardaşı və anasının pensiyası hesabına) maddi dəstəyi ilə ödədiyini bildirdisə də, birinci instansiyası məhkəməsi o nun bu dəlilini inandırıcı hesab etməmiş, həmçinin göstərmişdir ki, bununla bağlı cavabdeh məhkəməyə heç bir sübut da təqdim etməyib.

31. Eyni zamanda birinci instansiyası məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab etmişdir ki, indiki halda iddiaçıdan hər ay hər uşaq üçün 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində alimentin tutulması onu həddən artıq ağır maddi vəziyyətə sala bilər. İddiaçı da həmin məbləğdə alimentin tutulmasına əsas olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.

32. Birinci instansiyası məhkəməsi tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğində müəyyən edilməlidir.

33. Birinci instansiyası məhkəməsi bu nəticəyə gələrkən iddiaçının da Bakı Baş Səhiyyə Mərkəzi publik hüquq şəxsində həkim vəzifəsində işlədiyini və 956,50 manat əmək haqqı aldığını nəzərə almış və vurğulamışdır ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsində də valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malik olması təsbit edilmişdir.

34. Birinci instansiyası məhkəməsi alimentin tutulma müddətini araşdıraraq, hesab etmişdir ki, alimentin tutulma müddəti hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi əsasında Xətai Rayon Məhkəməsinin 16(011)-16/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvvəqqəti aliment tutulmuşdur.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 20.1, 20.2, 22.2.1, 52, 60.4, 61.3, 75.4, 78.1, 78.2, 100.2.-ci, “Uşaq hüquqları haqqında” Qanunun 13cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

36. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin olunmadığı hissədə ləğv, (alimentin ilk iddianın verildiyi 22 avqust 2022-ci ildən tutulması müəyyən edilməklə) ilk iddia tələbinin tam təmin edilməklə 23 iyun 2010-cu il təvəllüdlü X1 və 12 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çat anadək saxlanılması üçün hər ay hər uşaq üçün 1000 manat, 2 uşaq üçün ümumilikdə 2000 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

37. İddiaçının apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - qanunverici uşaqların qayğısına qalmaq vəzifəsini valideynlərə aid etmiş, alimentin məbləğinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsini imperativ qaydada müəyyən etmişdir; - birgə nikahdan doğulmuş uşaqların layiqli səviyyədə, tərəflərin nikahda olduqları təminatları səviyyəsində saxlanması üçün hər ay iddiaçının tələb etdiyindən də çox vəsait tələb olunur, belə ki, uşaq lar yaxşı yaşamağa və qidalanmağa, istirahət etməyə öyrənmişlər, uşaqlar hər ay böyüyürlər, bu ay geyindikləri paltar və ayaqqabı növbəti ay onlara kiçik ola bilər, böyük uşaq dərs hazırlığına gedir və onun məktəbə aparılıb- gətirilməsi üçün gündə 6 manat olmaqla ayda aparılıb-gətirilməsi üçün gündə 6 manat olmaqla, ayda ancaq taksiyə 150 manat xərclənir, kiçik uşağın da soyuq, küləkli havalarda taksi ilə məktəbə aparılıb-gətirilməsi tələb olunur ki, xəstələnməsin və narahat olmasın. Bundan başqa, uşaqların dərs ləvazimatları, məktəbdəki tədbirləri, dərs hazırlamaq üçün istifadə etdikləri texnika (telefon), nəhayət, qidalanmaları, evdə hazırlanan qidalardan başqa, meyvə, tərəvəz də kifayət qədər yüksək məbləğ tələb edir ki, bu da yalnız uşaqlara xərclənən vəsaitin bir hissəsidir; - cavab deh fərdi sahibkardır, habelə təkbaşına təsis etdiyi "xxxx" MMC-nin təsisçisi, həm də direktorudur. "xxxx" MMC özünün əmtəə nişanları olan, xarici ölkələrə mal ixrac edən müəssisədir. Belə ki, Patent və Əmtəə nişanları Mərkəzinin dərc etdiyi Sənaye mülkiyyəti haqqında bülletendə "xxxx" MMC-nin adına bir neçə əmtəə nişanı “Fərqan” adı ilə qeydiyyata alınmışdır (bu barədə sübut məhkəməyə təqdim edilmişdir); - eyni zamanda Azərbaycan Respublikasının Kuveytdəki səfiri 2019-cu ildə verdiyi müsahibəsində "xxxx" MMC-nin Kuveytə “FARGAN” ticarət markası altında kompot məhsulları ixrac etdiyini bildirmişdir, bu barədə internet resurslarından əldə edilmiş məlumat məhkəməyə təqdim edilmişdir; - iddiaçı tərəf cavabdehin özünün və təsisçisi olduğu "xxxx" MMC-nin mənfəəti, yəni iddiaçının cavabdehin gəl iri barədə məlumatı əldə etməyə cəhd göstərməsi barədə sübutu məhkəməyə təqdim edərək həmin məlumatların vergi orqanından tələb edilməsini xahiş etmiş, məhkəmə tərəfindən qeyd edilən məlumatların vergi orqanı tərəfindən təqdim edilməsi barədə qərardad qəbul edilsə də, həmin qərardadın icrası təmin edilməmiş, yəni cavabdehin gəliri barədə sübutun tələb edilməsi təmin edilməmişdir; - birinci instansiya məhkəməsi alimentin 17 fevral 2023-cü ildən tutulmasını qət etmişdir. Alimentin müvəqqəti tutulması haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 16(011)-230/2022 nömrəli (29 noyabr 2022-ci il tarixli qərardadla dəyişdirilmiş) qərardadında isə müvəqqəti alimentin 2022-ci ilin noyabr ayının 5-dən tutulmalı olması göstərilmişdir. O zaman Azərbaycan Respublikasının A ilə Məcəlləsinin 100.2-ci maddəsində əks olunmuş normalar (aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması) məhkəmə tərəfindən pozulmuşdur; - iddiaçı ilə cavabdeh 2009-cu ildə nikaha daxil olmuş və birgə nikah dövründə Bakı şəhəri, Xudu Məmmədov küçəsində mənzil, 2011-ci ildə Türkan qəsəbəsində bağ sahəsi, 2021-ci ildə iki motorlu qayıq almışlar, Sumqayıt şəhərində və Şabran şəhərində (rəsmi dövlət reyestrlərindən qeydiyyatdan keçməmiş, lakin mülkiyyət gözləntisi olan) torpaq sahələri əldə edilmişdir, bundan başqa, cavabdeh “Caspian-Az” lizinq şirkətindən “Chery Tiggo 9” model avtomobil əldə etmiş və avtomobil onun istifadəsində 2019-cu ilin dekabr ayından 2022-ci ilin sentyabr ayına qədər olmuş və hər ay cavabdeh 720 manat lizinq ödənişi etmişdir (lizinq öhdəliyinə dair sübut da məh kəməyə təqdim edilmişdir); - habelə cavabdeh qeyd etdiyi kimi 2018-ci ildə 1,1 ton, 2019-cu ildə 2,8 ton, 2020ci ildə 1,3 ton, 2021-ci ildə 0.9 ton,2022-ci ildə 0.6 ton balıq ovu üçün kvota almışdır (bu barədə sübut da məhkəməyə təqdim edilmişdir).

38. Cavabdeh də alimentin məbləği hissəsindən apellyasiya şikayəti verərək, ondan hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə sübutlar əsasında deyil, formal mülahizələr əsasında qəbul edilmişdir. Belə ki, cavabdehin adında 2 ədəd mühərriklə təchiz edilmiş taxta qayığın qeydiyyatda olması və balıq ovu üçün kvota ayrılması həmin qayıqlardan icarə və ya yaxud hər hansı digər formada gəlir əldə edilməsinə əsas verə bilməz. Həmin qayıqlar formal olaraq cavabdehin adında qeydiyyatda qalmış və istismara yarasız vəziyyətdədir. Yəni nə iddiaçı, nə də məhkəmə tərəfindən cavabdehin gəlirləri barədə heç bir sübut əldə edilməmiş, əksinə cavabdehin işləmədiyi müəyyən edilmişdir.

40. Cavabdeh apellyasiya baxışında iş yeri barədə arayış təqdim edərək bildirmişdir ki, o, 09 mart 2023-cü il tarixdən "xxxx" MMC-də satış təmsilçisi işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Təsisçisi olduğu "xxxx" MMC isə fəaliyyətini dayandırmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3220/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, e-2(011)-182/2023 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Aida Hüseyn, Emin Mehdiyev)

42. Apellyasiya instansiya məhkəməsi apelyasiya baxışının hədləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən qətnamə ilk iddia tələbinin təmin olunmadığı hissədə, cavabdeh tərəfindən isə ilk iddianın təmin olunan hissəsində qismən mübahisələndirildiyindən, mübahisənin predmeti bölünən olduğu, tərəflər qarşılıqlı iddia tələbi ilə və cavabdeh ilk iddianın təmin olunmuş məbləğinin 220 manat hissəsi ilə razılaşaraq həmin hissələri mübahisələndirmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia üzrə təmin olunmuş məbləğin 220 manat hissədə və qarşılıqlı iddianın təmin olunan hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulmas ı kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissəsində (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə ilk iddia üzrə (təmin olunmuş 220 manat istisna olmaqla) və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

43. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, tərəflər arasındakı mübahisəli məqam yetkinlik yaşına çatmayan uşaqlara görə tutulmuş alimentin məbləği ilə bağlıdır. İddiaçı birgə nikah dövründə cavabdehin qazancının yüksək olmasına və uşaqların dol anışıq səviyyəsinin buna mütənasib saxlanılmalı olduğuna istinad edərək, hər uşağa görə 1000 olmaqla, cəmi 2000 manat məbləğdə alimentin tutulmasını, cavabdeh isə uşaqlara görə tutulan alimentin məbləğinin ölkə üzrə uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hər uşaq üçün 220 manat məbləğdə müəyyən edilməsini xahiş edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

44. Göründüyü kimi, iddiaçı tələbinin faktiki əsası kimi uşağın əvvəlki təminat səviyyəsinin daha yuxarı olmasına istinad edir. Konstitusiya Məhkəməsi Plenumun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən isə, uşağın əvv əlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.

45. Apellyasiya instansiya məhkəməsi iddiaçının apelyasiya şikayəti üzrə göstərmişdir ki, uşağın əvvəlki təminat səviyyəsinin müəyyən edilməsi və bu barədə iddiaçının dəlillərinin araşdırılması məqsədi ilə, cavabdehin və onun təsisçisi v ə direktoru olduğu "xxxx" MMC-nin 2019-2022-ci illər üzrə vergi hesabatları, gəlirləri barədə məlumatlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tələb edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş arayışa əsasən "xxxx" MMC tərəfindən 2019-cu il ərzində əldə edilmiş ümumi gəlir məbləği 28350 manat, 2020-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 35237 manat, 2021-ci il ərzində əldə edilmiş ümumi gəlir məbləği 7800 manat, 2022-ci il ərzində əldə edilmiş gəlir məbləği isə 8300 manat təşkil etmişdir. Fiziki şəxs X5 tərəfindən uçot baza məlumatlarına əsasən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiy indən dövriyyə məbləği müəyyən edilməmişdir.

46. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin gəlirləri sabit olmamış, illərdən asılı olaraq dəyişmişdir ki, bu da tərəflər ailəli olduqları müddətdə uşaqların birmənalı eyni yaşayış səviyyəsinə malik olduqlarını deməyə əsas vermir. Eyni zamanda cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gördüyü işlərin xarakteri də belə bir dəyişkənliyin mövcud olmasını deməyə əsas verir.

47. İddiaçının uşaqların geyim, yol xərci və bir sıra digər zəruri xərclərinin mövcudluğuna istinadən daha yüksək məbləğdə aliment tələb etməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, bu hallar özlüyündə iddiaçının tələb etdiyi məbləğdə alimentin tutulmasına əsas verə bilməz. İlk olaraq ona görə ki, iddiaçı uşaqların əvvəlki təminat səviyyəsini dəqiq müəyyənləşdirmək üçün bu zəruri xərclərin birgə nikah dövründə hansı məbləğlərdə olmalarına və hansı meyarlara əsasən bu məbləğdə aliment tələb etməyinə dair hər hansı dəlil irəli sürməmişdir. O da nəzərə alınmalıdır ki, valideynlər ayrıldıqdan sonra uşaqların bir sıra məhrumiyyətlər yaşaması, əvvəlki həyat səviyyəsindən fərqlənən təminat almaları qaçılmaz haldır. Məhz buna görədir ki, qanunverici uşağın əvvəlki təminatının səviyyəsinin “mümkün qədər” maksimal saxlanmalı olmasını rəhbər tutmuşdur.

48. İddiaçının alimentin məhkəməyə müraciət edildiyi 22 avqust 2022-ci il tarixdən tutulmalı olması barədə dəlilinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli və 2 9 noyabr 2022-ci il tarixli qərardadlarına əsasən cavabdehdən uşaqların saxlanılması üçün müvəqqəti aliment tutulmuş, daha sonra alimentin məbləği hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğdə müəyyən edilmiş, iddiaçı tərəfindən alimentin tutulmasının başlanğıcı ilə bağlı məsələ mübahisələndirilməmişdir. Qətnamənin qəbul edildiyi 17 fevral 2023-cü il tarixə qədər alimentin müvəqqəti tutulması qərardadla tənzimləndiyindən, qətnamə üzrə alimentin tutulması 17 fevral 2023-cü il tarixdən başlanmışdır.

49. Cavabdehin nə iddiaçı, nə də məhkəmə tərəfindən sübut toplanması zamanı cavabdehin gəlirləri barədə heç bir sübut əldə edilməməsi, əksinə onun işləmədiyinin müəyyən edilməsi barədə dəlillərinə qiymət verən apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin işləmədiyi yox, əksinə, aktiv biznes fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Alimentin məbləğinin cavabdehin qeyd etdiyi kimi, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq təyin edilməsi isə, uşaqların əvvəlki həyat səviyyəsinə münasibətdə ədalətsiz olardı.

50. Məhkəmə xərclərinin tələblərin məbləğinə münasib olaraq bölüşdürülməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillər ilə razılaşmayan apellyasiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində, ümumiyyətlə, məhkəmə xərclərinə münasibət bildirilməmiş, cavabdehdən hər hansı hansı məhkəmə xərci tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

51. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməklə alimentin məbləğinin ay hər uşaq üçün 1000 manat olmaqla, 2 uşaq üçün ümumilikdə 2000 manat sabit pul məbləğində müəyyən edilməsi, alimentin ilk iddianın verildiyi xx.xx.2022-ci ildən tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

52. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu, Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələrini tətbiq edərək uşaqların iddiaçı ilə cavabdehin birgə yaşadıqları zaman mövcud olmuş təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ilk iddianı tam tətbiq etməli olduğu halda qismən təmin etmişdir ki, bu nunla da qeyd edilən normaların tələblərini pozmuşdur. Xətai rayon məhkəməsinin 16(011)-230/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (xx.xx.2022ci il tarixli qərardadla dəyişdirilmiş) qərardadında isə müvəqqəti alimentin 2022-ci ilin noyabr ayının 5-dən tutulmalı olması göstərilmişdir. Bu zaman Ailə Məcəlləsinin 100.2-ci maddəsində əks olunmuş normalar (aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulması) məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər iki aydan çox müddətdə cavabdehdən alimentin tutulması məsələsi həll edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludur lar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tə ləb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanun Maddə

1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu... uşaqlar üçün 220 manat mə bləğində müəyyən edilsin. “Uşaq hüquqları haqqında” Qanun Maddə

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı “Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uş ağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmas ına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir

55. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi alimentin məbləği və onun tutulma vaxtı hissəsində mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmeti də həmin hissədə olmuşdur.

56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləği ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin alimentin məbləği hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Apellyasiya məhkəməsi alimentin məbləği ilə bağlı ilk iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

59. İddia tələbi alimentin tutulması barədədir. İddiaçı cavabdehdən hər uşaq üçün 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

60. İşdən görünür ki, işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmələr iddiaçının tələb etdiyi miqdarda cavabdehin aliment ödəməsinə maddi imkanının olması barədə sübut təqdim etməməsinə, eləcə də uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olmasını əsas gətirərək, hər uşaq üçün alimentin məbləğini 400 manat müəyyən etmişlər.

61. Məhkəmə kollegiyası alimentin məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsinin hazırki qərarın 43-47-ci bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi aliment ödəməli olan şəxsin maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmalı olması kimi işin hallarına qiymət vermiş, gəldiyi nəticəni də işin müəyyən edilmiş halları ilə əsaslandırmışdır.

62. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, alimentin tutulma vaxtın ın hesablanması ilə bağlı gəlinən nəticə düzgün olmamışdır.

63. Elektron məhkəmə İnformasiya Sistemində iddiaçının iddia ərizəsi 22 avqust 2022-ci ildə qeydiyyata alınıb.

64. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

65. İşin müəyyən edilmiş hallarına görə iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri kimi Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 05 noyabr 2022ci il tarixli qərardadı ilə cavabdehdən 02 noyabr 2022-ci il tarixdən başlayaraq hər uşaq üçün 1000 manat olmaqla, iki uşaq üçün 2000 manat iddiaçının xeyrinə aliment tutulmuşdur. Cavabdehin şikayəti əsasında Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə 05 noyabr 2022-ci il tarixli qərardad qismən ləğv edilmiş, alimen tin məbləği hər uşaq üçün 400 manat olmaqla, 800 manat müəyyən edilmişdir.

66. Birinci instansiya məhkəməsi alimentin tutulma müddəti ilə bağlı hesab etmişdir ki, alimentin tutulma müddəti hazırkı mülki iş üzrə qətnamənin qəbul edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır, belə ki, iddiaçının ərizəsi əsasında Xətai Rayon Məhkəməsinin 16(011)-16/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının xeyrinə cavabdehdən müvəqqəti aliment tutulmuşdur.

67. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının alimentin 22 avqust 2022-ci ildən tutulmalı olması barədə dəlilərini əsassız sayaraq göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli qərardadlarına əsasən cavabdehdən uşaqların saxlanılması üçün müvəqqəti aliment tutulmuş, daha sonra alimentin məbləği hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat məbləğdə müəyyən edilmiş, iddiaçı tərəfindən alimentin tutulmasının başlanğıcı ilə bağlı məsələ mübahisələndirilməmişdir. Qətnamənin qəbul edildiyi 17 fevral 2023-cü il tarixə qədər alimentin müvəqqəti tutulması qərardadla tənzimləndiyindən, qətnamə üzrə alimentin tutulması 17 fevral 2023-cü il tarixdən başlanmışdır.

68. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi alimentin tutulmağa başlaması vaxtının müəyyən edilməsində səhvə yol vermiş, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması barədə Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi də iddiaçının bununla bağlı dəlillərini yuxarıdakı bənd də göstərilən dəlillərlə əsasız saymaqla eyni səhvi təkrarlamışdır. Halbuki Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olmasını imperativ qaydada müəyyən etmişdir. Bu baxımdan, müvəqqəti təminat tədbiri qismində qərardad əsasında alimentin tutulması, həmin qərardadın mübahisələndirilməməsi alimentin tutulma vaxtı ilə bağlı hər hansı digər nəticəyə gəlməyi istisna edir. Analoji hallarda qərardadla tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan hesablanmalıdır.

69. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qətnaməni alimentin tutulması vaxtının hesablanması hissəsində əsaslı saymır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi alimentin tutulma vaxtının h esablanması hissəsində dəyişdirilməli, alimentin tutulması Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla hazırki iddianın məhkəməyə verildiyi vaxtdan – xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.

64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən alimentin 17 fevral 2023-cü il tarixdən başlayaraq tutulması hssəsində dəyişdirilməli, alimentin tutulması Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla hazırki iddianın məhkəməyə verildiyi vaxtdan – xx.xx.2022-ci il tarixdən h esablanmalı, qətnamə mübahisələndirilən qalan hissədə – alimentin məbləği hissəsində – dəyişdirilmədən saxlanmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.2 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3220/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi Cavabdeh alimentin 17 fevral 2023-cü il tarixdən başlayaraq tutulması hssəsində dəyişdirilsin. Alimentin tutulması Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla hazırki iddianın məhkəməyə verildiyi vaxtdan – xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə mübahisələndirilən qalan hissədə – alimentin məbləği hissəsində – dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar