Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6139/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Seydulla oğlunun cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4na, "xxxx" Şirkətlər Qrupuna MMC-yə Bakı şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6139/21 (Açar sözlər: hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 11 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və cavabdeh LPO Cavabdeh1 ASC-nin l əğvedicisi Cavabdeh4 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3528/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4, Cavabdeh2 və "xxxx" Şirkətlər Qrupu MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,, "xxxx" Şirkətlər Qrupu MMC-nin E ünvanında yerləşən 15 saylı mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə 28.02.2018-ci il tarixli, 27/5 saylı yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31.05.2016-cı il tarixli, qətnaməsi ilə Cavabdeh1 ASC-nin ona və X1 qarşı kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddiası qismən təmin edilmiş, onlardan müştərək qaydada 29703,78 manat əsas, 1144,52 manat faiz, 266 manat cərimə borcu olmaqla cəmi 3114,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, ona məxsus E ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsi ilə satışı hesabına həyata keçirilməsi qət edilmişdir. Sonradan "xx xx" Şirkətlər Qrupu MMC-nin hərracın yekunları barədə protokolu ilə tanış olan zaman ona aydın olmuşdur ki, qətnamənin icrası ilə əlaqədar olaraq sifarişçi Cavabdeh2 tərəfindən "xxxx" Şirkətlər Qrupu MMC-yə sifariş verilmiş və 28.02.2018-ci ildə hərrac keçirilmiş və ilkin satış qiyməti 45.000 manat müəyyən edilmiş ilkin olaraq 15% endirim edilməklə 38.250 manata satılmadığından sonradan 25% endirimlə yəni 28.687 manata iddiaçı bank tərəfindən alınmışdır. Hesab edir ki, hərrac mərkəzi onun iştirakı olmadan və həmin mənzilin satılması ilə bağlı ilk olaraq ona təklif etməli olduğu halda bunu etməmiş və onun hüquqlarını pozmuşdur. Hərrac mərkəzi açıq-aşkar bankın sifarişini yerinə yetirməklə onun və ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilini çox aşağı qiymətə banka təhvil vermişdir. Ona hə rracın keçirildiyi yer və vaxtı barədə heç bir rəsmi məlumat verilməmiş, ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşdur. "xxxx" Şirkətlər Qrupu MMC qərəzli olaraq maddi və prosessual hüquq pozuntularına yol verməklə qeyri-obyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 noyabr 2020-ci il tarixli 2(006)-2930/2020 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunverici bildirişin hərrac iştirakçısına çatdırılmasını deyil, yalnız göndərilməsini nəzərdə tutm uşdur. Hərrac təşkilatının vəzifəsi bildirişi vaxtında qeydiyyat ünvanına göndərilməsi olmasıdır. Bu normalara iş materiallarında olan sənədlərə əsasən hərrac təşkilatı tərəfindən riayət olunmuş və bunun nəticəsində hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas qalmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istinad etdiyi etibarsızlıq şərtlərinin faktiki hallarını sübut etmək yükü onu iddia edən tərəfin üzərinə düşür. Bununla belə, istinad olunan etibarsızlıq halının hər hansı bir zəruri şərtinin aşkar edilməməsi bu xarakterli iddia tələbinin rədd edilməsi üçün əsasdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 415.2-ci, “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 42.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 89.3, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov- sədrlik edən və məruzəçi, Ziya Şirinov, Fuad Talışinski) 2(103)-3528/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(006)-2930/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, Bakı şəhəri Cavabdeh2 sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipoteka qoyulmuş E ünvanında yerləşən 15 saylı mənzilin "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh1 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokolun və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə halında hərracın keçirilməsi ilə bağlı həmçinin borcluya (ipoteka qoyana) qanunla müəyyən edilmiş formada və qaydada məlumatın verilib-verilməməsi məsələsinin tam və hərtərəfli yoxlanılması xüsusi əhəmiyyət kəsb edir. Çünki, bu hərracın qanuniliyinə birbaşa təsir edən hallardan biridir. İşdə olan sənədlərdən (rabitə orqanı nın məlumatları və s.) görünür ki, ilk hərrac 25 dekabr 2017-ci il tarixə, təkrar hərrac isə 05 fevral 2018-ci il tarixə təyin olunmuş, həmin hərracların yeri və vaxtı barədə cavabdeh "xxxx" Şirkətlər Qrupu MMC tərəfindən borclu İddiaçı göndərilmiş bildirişlər çatdırılmadan qaytarılmışdır. İşdən həmçinin görünür ki, bildirişlər borclu İddiaçı təqdim olunması üçün ünvan 1 ünvana göndərilmiş, lakin borclu 10 iyul 2016-cı il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, həmin tarixdən sonra isə ipoteka qoyulmuş ünvana, yəni ünvan 2lınmışdır (bu barədə elektron məhkəmə informasiya sisteminin müvafiq məlumatları işə əlavə olunmuşdur). Xüsusilə qeyd edilməlidir ki, iddiaçı icra icraatı zamanı Bakı şəhəri Cavabdeh2nə rəsmi qaydada ərizə ilə müracət edərək, icra zamanı bildiriş və məlumatların ünvan 1 ünvanına deyil (həmin ünvanın satılması barədə alqı-satqı müqaviləsini ərizəsinə əlavə etmişdir), faktiki yaşadığı ünvan 3 ünvanına gönlərilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Bakı şəhəri Cavabdeh2 icra məmuru bu faktı təsdiq edərək bildirmişdir ki, icra sənədi onun icraatında olmuş, tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Həqiqətən iddiaçı (borclu) 17 avqust 2017-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirişlərin ünvan 3 ünvanına gönlərilməsini xahiş etmiş, lakin icraatında işlərin çoxluğu səbəbindən hərrac təşkilatına sifariş verərkən borclunun yeni ünvanını göstərməmiş, bu barədə hərrac təşkilatına məlumat verməmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş icra işindən və onun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı (borclu) 17 avqust 2017-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirişlərin ünvan 3 ünvanına gönlərilməsini xahiş etmiş, lakin icra məmuru sonradan, yəni 25 sentyabr 2017ci il tarixli məktubla hərrac təşkilatına ("xxxx" Şirkətlər Qrupu MMC) hərracın keçirilməsi barədə sifariş verərkən borclunun yeni ünvanını göstərməmişdir. Həmçinin, icra işində olan sənədlərdən də görünür ki, borclunun 10 iyul 2016-cı il tarixdən qeydiyyat ünvanının dəyişdirilərək ünvan 5rədə icra məmurunda hələ 08 avqust 2017-ci il tarixdə, yəni hərrac təşkilatına sifariş verməməmişdən əvvəl məlumat olmuşdur (Əhalinin Dövlət Reyestrinin məlumatı icra işinə əlavə olunmuşdur). Göründüyü kimi, işdə olan sübutlarla borclunun yeni qeydiyyat və faktiki yaşadığı ünvanlar barədə əvvəldən məlumat olduğu halda, hərrac zamanı bildi rişlər iddiaçının yaşamadığı və qeydiyyatda olmadığı (həmin vaxtı ümumiyyətlə borcluya ümumiyyətlə aidiyyəti olmayan) ünvan üzrə göndərmiş, bu səbəbdən də bildirişlər iddiaçıya çatdırılmamış, nəticədə iddiaçının obyektiv olaraq hərracdan məlumatı olmamış, hərracda iştirak etmək və bundan irəli gələn digər hüquqları (yuxarıda qeyd edildiyi kimi hərracda alıcı qismində iştirak etmək, əmlakını almaq və s.) pozulmuşdur. İşdə olan 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokoldan və 28.02.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 15 saylı mənzili 28687 manata tələbkar əldə etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə (hərracın keçirilməsi zamanı qüvvədə olan redaksiya) hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, qanunun göstərilən, habelə «Poçt haqqında» Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış və hüquqi nəticə etibarı ilə hərrac iddiaçının, yəni əmlak mülkiyyətçisinin iştirakı olmadan keçirilmiş və əmlak satılmışdır. Bu hal isə mülkiyyətin özgəninkiləşdirilməsinin qanuni əsaslarla həyata keçirilməsini istisna edir və mülkiyyətə qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamış, iddiaçının dəlillərini tam və hərtərfli yoxlamamış, maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Odur ki, iddia t ələbi təmin edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dəlili əsaslıdır. Hesab edirlər ki, iddiaçının hərrac hərəkətlərindən məlumatı olmuş, hərrac tərəfindən göndərilən bildirişlər borcluların qeydiyyatda olan ünvanlarına göndərilmişdir. İddiaçının bütün hərrac addımlarından məlumatı olmuş, sadəcə olaraq bu addımı son çarə olaraq görmüşdür. Bunlar bir daha sübut edir ki, iddiaçı ipoteka predmeti olan mənzilin açıq hərracda satışa çıxarılmasından xəbərdar olmuşdur. Məhkəmə cavabdehin iddiaya qarşı dəlillərinə münasibət bildirmədən yalnız iddiaçı tərəfin maraqları üzrə qanunsuz qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər "xxxx" Şirkətlər Qrupu MMC-nin və Bakı şəhəri Cavabdeh2 səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmas ını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4 vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsizlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsi onun keçirilməsinə ən geci ot uz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Yalniz hərracın etibarsiz sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsizlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc e tdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.10. Sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna d air istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətini iddiaçının hərracın keçirilməsi barədə məlumatlı olması ilə əsaslandırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra işi icra məmurunun icraatında olduğu zaman borcu ünvanının dəyişdirilməsi barədə icra məmuruna məçlumat vermiş, icra hərəkətləri ilə bağlı məlumatların faktiki mövcud olduğu ünvana göndərilməsini xahiş etmiş, bu fakt icra məmuru tərəfindən də təsdiq edilmişdir. İddiaçının hərracın keçirilməsi barədə məlumatlı olmaması və iddia tələbinin əsaslı olması həyata keçirilmiş məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya k ollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Cavabdeh4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3528/2021 nömrəli iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.