Məhkəmə qərarları › İş №2(102)-614/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-614/2020

27.01.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-614/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh nümayəndəsi X4, vəkili X3 iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8762/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Xuraman Məhərrəmova) xx xxxx 2019-cu il tarixli 2(004)-1620/2019 saylı qətnaməsi ilə iddia t ələbi qismən təmin edilmişdir. Qətnaməyə əsasən Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında İddiaçı işdən azad edilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin olmasının müəyyən edilməsi, Cavabdeh MMC-dən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi qismində İddiaçı 1684 manat məbləğində pul vəsaiti tutularaq verilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, onun Cavabdeh MMC-nin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə ona 30000 manat məbləğində əmək haqqının və 7895 manat məbləğində ödənilməmiş məzuniyyət haqqının ödənilməsi və hüquqi yardıma görə ödənilmiş 7500 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən xx.xx.2018-ci il tarix ədək Cavabdeh MMC-də direktor vəzifəsində işləmiş, lakin xx.xx.2018-ci il tarixdə Cavabdeh MMCnin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında qanunsuz olaraq əmr verilmədən, son haqq hesab ödənilmədən direktor vəzifəsindən azad edilmişdir. Eyni zamanda qərara alınmışdır ki, aşağıdakı tələblərin yerinə yetirilmədiyi hallarda onun barəsində kreditin mənimsənilməsinə dair cinayət işinin başlanması üçün müraciət ediləcək: - 10 iş günü müddətində onunla Cavabdeh MMC-nin təsisçisi “X10 Limited” şirkəti ilə borc müqaviləsi imzalansın və ya o, “xxxx” ASC-yə 100000 ABŞ dolları məbləğində girov təqdim etsin; - o, cəmiyyətdəki payını (20%) nominal dəyərinə (600 ABŞ dolları) MMC-nin təsisçisi “X10 Limited” şirkətinə təqdim etsin. xx.xx.2018-ci il tarixdən o, Cavabdeh MMC-nin təsisçilərinin növ bədənkənar yığıncağının qərarı əsasında qanunsuz olaraq vəzifəsindən azad edilmişdir. Qeyd edilən qanunsuz qərar əsasında vəzifəsindən azad edilməsinə baxmayaraq, onun zaminliyi və həyat yoldaşına məxsus daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi əsasında “xxxx” ASC-dən götürülmüş kredit vəsaitindən Cavabdeh MMC bu günədək faydalanmaqda davam edir və qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin bu gün onun qarşısında onun xidmətinə görə ödəniş etmək öhdəliyi mövcuddur. Belə ki, xx.xx.2018-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh MMC arasında RB/MF-5182 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə əsasında “xxxx” ASC-dən Cavabdeh MMC-yə 12 ay müddətinə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmaqla, 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin öz öhdəliklərini tam və vaxtında yerinə yetirəcəyinə dair həmin vaxt Cavabdeh MMC-nin direktoru kimi onunla “xxxx” ASC arasında RB/MF-5182 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmçinin, kreditin verilməsi üçün onunla arvadı Aynur Salahovanın ümumi mülkiyyətində olan və müstəqil qiymətləndirici tərəfindən 75000 manat məbləğində qiymətləndirilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kvadrat metr olan 77 nömrəli bağ evi də xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi üzrə qeyd edilən kreditin təminatı üzrə ipoteka ilə yüklü edilmişdir. O, qeyd edilən kredit müqaviləsi üçün zaminlik müqaviləsini imzalamağa və ümumi mülkiyyətlərində olan əmlakı kreditin verilməsi üçün ipoteka ilə yükl ü edilməyə o əsasla razı olmuşdur ki, Cavabdeh MMC tərəfindən götürülmüş kreditin 100000 ABŞ dolları məbləğində olan hissəsi faktiki olaraq onun istifadəsinə veriləcəkdir. Bu razılaşmaya uyğun olaraq, götürülmüş kreditin 100000 ABŞ dolları faktiki olaraq onun istifadəsinə verilmişdir. Lakin xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin təsisçilərinin növbədənkənar yığıncağının qərarları əsasında o, qanunsuz olaraq vəzifəsindən azad edilmiş və ona qarşı yuxarıda qeyd edilmiş qanunsuz tələblər irəli sürülmüşdür. Qeyd olunduğu kimi, o, Cavabdeh MMC-nin götürdüyü kredit üçün “xxxx” ASC qarşısında ona görə təminatlar vermişdir ki, bu kreditin 100000 ABŞ dolları onun istifadəsinə veriləcək və o, kredit üçün verdiyi təminatlara görə Cavabdeh MMC-dən heç bir ödəniş tələb etməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, o, xx.xx.2018-ci il tarixdə «Cavabdeh” MMC-yə qarşı “Ümumi yığıncağın qərarının ləğvi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı, məzuniyyət haqqının verilməsi və digər ödənişlərin edilməsinə dair iddia ərizəsi” ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. MMC-nin təsisçilərinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarında onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən vəzifədən azad edilməsi göstərilmişdir. O, işdən azad edilərkən, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbi pozularaq, onun əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əsaslandırılmış əmri verilməmiş, əmrin surəti ona təqdim edilməmiş, onunla son haqq-hesab aparılmamışdır. Bundan başqa, Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verila bilər. Onun vəzifədən azad edilməsi barədə təsisçilərin növbədənkənar ümumi yığıncağının qərarında isə onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən vəzifəsindən azad edildiyi göstərilmişdir ki, bu da Əmək Məcəlləsinin 76-cı maddəsinin pozuntusunu yaratmışdır. Belə ki, Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Digər tərəfdən, MMC-nin xx.xx.2018-ci il tarixli qərarında onun vəzifəsindən azad edilməsi üçün istinad edilən Əmək Məcəlləsinin 72- ci maddəsinin “e” bəndində nəzərdə tutulan pozuntusunun nədə ifadə edilməsi də əsaslandırılmamışdır. Göründüyü kimi, onun MMC-nin təsisçilərinin növbədənkənar yığıncağının xx.xx.2018-ci il tarixli qərarı əsasında işdən azad edilməsi qanunsuz olmuş, onun işdən azad edilməsi üçün heç bir qanuni əsas olmamışdır. Odur ki, o, işə bərpa edilməklə yanaşı, ona məcburi işburaxma müddəti üçün əmək haqqı və indiyədək ödənilməmiş məzuniyyət haqqı da ödənilməlidir. Onun aylıq əmək haqqı 7500 manat təşkil etmişdir, xx.xx.2018-ci il tarixdən işə bərpa edilənədək olan dövr üçün ona məcburi iş buraxma müddəti üçün aylıq bu əmək haqqı ödənilməlidir. Bundan başqa, ona istifadə etmədiyi bir il üçün məzuniyyətinin də əvəzi hesablanıb ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müv afiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. O, 2018-ci iş ili üçün əmək məzuniyyətindən istifadə etməmişdir ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən də istifadə etmədiyi bu məzuniyyət haqqı hesablanıb ona ödənilməlidir. Onun istifadə etmədiyi məzuniyyət haqqı 7895 manat təşkil edir (7500/30.4x32=7895). Bundan başqa, hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi məqsədilə onun çəkdiyi xərc də cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, o, hüquqlarının müdafiəsi üçün «xxxx» MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuşdur. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən o, «xxxx» MMC şirkətinə 7500 manat ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, hüquqi xidmət üçün onun ödəmiş olduğu 7500 manat da cavabdeh tərəfindən ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişd ir. Tərəflərin izahatları: Cavabdeh nümayəndəsi X7 və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2006-cı il tarixli müddətsiz əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh MMC-yə 2 aylıq sınaq müddəti ilə direktor vəzifəsinə təyin edilmişdir. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, iddiaçının əmək haqqında dəyişiklik edilərək, 1600 manat müəyyən edilmişdir (bildiriş sistemə xx.xx.2017-ci ildə daxil edilmişdir). Cavabdeh MMC-nin 3-cü redaksiyada Nizamnaməsinin surətindən görünür ki, iddiaçı həmin müəssisədə direktor olmaqla yanaşı, nizamanmə kapitalında 20% pay sahib i müəssisənin həmtəsisçisi olmuşdur. Digər təsisçilər 50% paya malik olan və Rusiya Federasiyasında qeydiyyata alınmış Cavabdeh QSC və 30% paya malik olan və Kipr Respublikasında qeydiyyata alınmış “X10 Limited” şirkəti olmuşlar. Cavabdeh MMC-nin işçisi İddiaçı tərəfindən yol verilmiş qanun pozuntularının qeydə alınması barədə” MMC-nin təsisçiləri olan Cavabdeh QSC və “X10 Limited” şirkətinin nümayəndələri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən, “xxxx” MMC adlı hüquqi şəxs cəlb edilməklə Cəmiyyətin fəaliyyəti üzrə aparılmış daxili araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı cəmiyyətin direktoru olaraq “xxxx” ASC ilə bağladığı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cəmiyyətə 210000 ABŞ dolları məbləğində kredit verilmişdir ki, bunun da 98650 ABŞ dolla rını iddiaçı cəmiyyətin adından “X6 X1 və Dış Ticaret Limited Şirketi” adlı hüquqi şəxsin bank hesabına güya “göstərilmiş xidmətlərin” dəyərinin ödənilməsi üçün köçürmüşdür, halbuki faktiki olaraq həmin şirkət tərəfindən cəmiyyət üçün heç bir xidmət göstərilməmiş və cəmiyyətin adıçəkilən şirkətin xidmətlərinə ehtiyacı olmamışdır. Bununla da iddiaçı Mülki Məcəllənin 49.3-cü maddəsində göstərilmiş direktorun öhdəliklərini pozmuşdur ki, bu da cəmiyyətin və onun təsisçilərinin (mülkiyyətçilərinin) qanuni mənafeyinə ciddi xələl gətirmişdir, belə ki, həmin 98500 ABŞ dolları məbləğində kredit vəsaitinin və həmin vəsaitə görə faizlərin ödənilməsi hazırda cəmiyyətin öhdəliyinə düşür. Cəmiyyətin təsisçiləri idiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə öz əmək vəzifələrini kobud şəkild ə pozduğunu nəzərə alaraq, onunla bağlınmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməli olması qərarına gəlmişlər. Cavabdeh MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli növbədənkənar ümumi yığıncağının protokolundan görünür ki, həmin yığıncaqda İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə tutduğu vəzifədən azad edilməsi məsələsi müzakirəyə çıxarılmış, təsisçilər, o cümlədən İddiaçı özü də məsələ üzrə “lehinə” səs verməklə, onun Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi üzrə tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron sistemdə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış bildirişə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəll əsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “xxxx” ASC ilə Cavabdeh MMC-nin direktoru İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli RB/MF-5182 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən Cavabdeh MMCyə 12 ay müddətinə, illik 9% dərəcəsi ilə 250000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, o, kredit öhdəliyinin icrasına zaminlik təminatı vermişdir. Kredit müqaviləsi üzrə hesabdan çıxarışa əsasən, qeyd edilən kredit xətti üzrə xx.xx.2018-ci il tarixdə 110000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 75.000 ABŞ dolları, xx.xx.2018-ci il tarixlid 25000 ABŞ dolları, ümumilikdə 210000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh MMC ilə “X6 X1 və Dış Ticaret Limited” şirkəti arasında bağlanmış xx.xx. 2018-ci il tarixli 2/MR-2018 saylı müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən həmin şirkətə xx.xx.2018-ci ildə 10500 ABŞ dolları, xx.xx.2018-ci ildə 50000 ABŞ dolları, xx.xx.2018ci ildə 21150 ABŞ dolları, xx.xx.2018-ci ildə 17000 ABŞ dolları olmaqla, cəmi 98.650 ABŞ dolları məbləğində xidmət haqqı köçürülmüşdür. İddiaçı ilə cavabdehin təsisçilərindən olan “X10 Limited” şirkəti arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 123 saylı “Borcun etirafı haqqında” müqaviləyə əsasən, İddiaçı həmin şirkət qarşısında 100000 ABŞ dolları məbləğində maliyyə öhdəliyini etiraf edərək, həmin məbləği xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı hesab edir ki, “xxxx” ASC-dən götürülmüş kreditin 100000 ABŞ dolları hissəsini şəxsi məqsədlər üçün istifadə edəcəyini digər təsisçilərlə qab aqcadan razılaşdırmış və məhz elə bu səbəbdən, həm özü kreditin qaytarılmasına zaminlik təminatı vermiş, həm də arvadı ilə birgə mülkiyyətlərində olan bağ evini girov qoymuşdur. Ona görə də müəssisəyə hər hansı zərər vurmamışdır. Cavabdeh isə hesab edir ki, kreditin götürülməsi və ondan istifadə ilə bağlı iddiaçı ilə aralarında qabaqcadan hər hansı razılaşma olmamış və iddiaçı başqa şirkətlə uydurma müqavilə bağlayaraq guya göstərilmiş xidmətlərə görə həmin şirkətin hesabına ümumilikdə 98650 ABŞ dolları məbləğində xidmət haqqı köçürərək, müəssisəyə maddi zərər vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “xxxx” ASC-dən götürülmüş kreditin 98650 ABŞ dolları hissəsini şəxsi məqsədlər üçün istifadə edəcəyinə dair cavabdehlə əvv əlcədən razılaşdığına və onun bu razılaşmaya əsasən hərəkət etdiyinə istinad etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı cavabdehin adına götürülən kredit vəsaitinin 98650 ABŞ dolları məbləğində olan hissəsini şəxsi məqsədləri üçün istifadə etməklə Mülki Məcəlləsinin 49.3-cü maddəsinin tələbini pozmuşdur. Buna görə məhkəmə cavabdeh tərəfin iddiaya olan etirazın əsası kimi iddiaçının kredit vəsaitinin 100000 ABŞ dolları məbləğində olan hissəsinə şəxsi məqsədləri üçün istifadə etməklə vicdanlı şəkildə hərəkət etməməsi, hüquqi şəxsin maraqlarına sadiq olmaması və öz maraqlarını hüquqi şəxsin maraqlarından üstün tutmasına və bu qanunsuz hərəkəti nəticəsində cavabdehin qanuni mənafelərinə ciddi ziyan və xələl dəyməsinə dair irəli sürdüyü dəlillərini inandırıcı saymışdır. Göstərilən nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının direktoru və həmtəsisçisi olduğu müəssisənin adına 210000 ABŞ dolları məbləğində kredit götürməsi və həmin kreditin 98650 ABŞ dolları hissəsini müəssisənin adından xarici şirkətlə uydurma əqd bağlayaraq guya göstərilmiş xidmətlər üçün ödəniş etmək yolu ilə şəxsi məqsədlər üçün istifadə etməsi işin mübahisəsiz halıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şə xsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçı kreditin bir hissəsini şəxsi məqsədlər üçün ümumi razılıq əsasında istifadə etdiyini bildirsə də, bununla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya icraatı zamanı hər hansı sübut təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, kredit vəsaitinin şəxsi məqsədlərə yönəldilməsi üsulu da bu addımın digər təsisçilərin razılığı ilə baş verdiyinə inanmaq üçün ağlabatan etmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəzifə səlahiyyətlərini icra edərkən öz əmək funksiyalarına vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa bo rclu olduğu halda, göstərilən tələblərə əməl etməyərək və bu tələblərə birbaşa zidd olan hərəkətlərə yol verərək, təmsil etdiyi müəssisənin mənafeyinə ciddi zərər vurmuşdur. Düzdür, tərəflər arasında borcun etirafı barədə müqavilə bağlanmışdır, ancaq bu, iddiaçının yuxarıda qeyd olunan hərəkətlərinə bəraət qazandıran hal kimi qiymətləndirilə bilməz. Həmin müqavilə iddiaçının müəssisənin adından şəxsi məqsədlər üçün istifadə etdiyi kreditə görə cavabdeh qarşısında xx.xx.2019-cu il tarixədək 100000 ABŞ dolları məbləğində maliyyə öhdəliyini ehtiva edir. xx.xx.2018-ci il tarixli Kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün zaminlik və girov təminatının verilməsi ilə bağlı iddiaçının dəlilləri ilə bağı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu təminatlar kredit alınması üçün zə ruri olan şərt olmuşdur və iddiaçının bu addımı (kreditə zamin durması, girov qoyması) onun “qabaqcadan razılıq əldə olunması barədə” dəlillərinə haqq qazandıra bilməz, çünki, həmin xüsusat heç nə ilə təsdiq olunmur. Kollegiya hesab edir ki, iddiaçı zaminlik və girov (ipoteka) məsələsi ilə bağlı müstəqil şəkildə mübahisə aça bilər. Əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürərənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələri ndəndir; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə əsasən isə tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir; 70-ci maddəsinin “ç” maddəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əssasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksi yasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinin tələbinə görə, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir; 311-ci maddəsinə əsasən, işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı madddənin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir; 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetir dikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü verə bilər. Cavabdeh MMC-nin nizamnaməsinin 9.1.2.2-ci maddəsinin tələbinə görə, direktorun təyin edilməsi və vəzifədən azad edilməsi barədə qərarların qəbulu Cavabdeh MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğundan xx.xx.2018-ci il tarixdə Cavabdeh MMCnin təsisçilərinin növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda 20% payın sahibi kimi iddiaçının özü də iştirak etmişdir. Yığıncaqda bir neçə məsələlər üzrə qərarlar qəbul edilmişdir. Yığıncaqda qəbul edimliş qərarlardan biri - iddia çının direktor vəzifəsindən azad edilməsi olmuşdur. Bu qərar yekdilliklə qəbul edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının özü də direktor vəzifəsindən azad edilməsinə səs vermişdir və bu faktı yığıcağının qərarını imzalamaqla təsdiq etmişdir. Həmçinin, xx xxxxxxx 2018-ci il tarixdə tərtib edilmiş aktda cavabdehin təsisçiləri tərəfindən iddiaçının fəaliyyətinə qiymət verilmiş və onun törətdiyi qanun pozuntuları göstərilərək, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinin zəruriliyi əsaslandırılmışdır. Qeyd olunalara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı direktor vəzifəsi tutduğundan, onun həmin vəzifədən azad edilməsinin müəssisənin təsisçilərinin ümumi yığıncağının qərarı əsasın da qanuni əsaslarla həyata keçirilməsi qənaətinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi hazırda qüvvədə olan “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1993-cü il tarixli 5 saylı Qərarına istinad etməklə Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının qərarında iddiaçının işdən çıxarılmasının hüquqi əsası kimi Əmək Məcəllənin 72-ci maddəsinin “e” bəndinə istinad edilməsini yalnışlıq hesab edərək, həmin ifadəni qüvvədə olan qanunvericiliyə uyğunlaşdırılmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinin əsasının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin olmasını müəyyən etməkdə də haqlı olmuşdur. Belə ki, xx xxxxxxx 2 018-ci il tarixdə elektron sistemdə qeydiyyata alınmış “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən də aşkar şəkildə göürünür ki, iddiaçı ilə əmək müqaviləsinə məhz Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin “ç” maddəsi ilə xitam verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarının mövcudluğu öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək müqaviləsinə əsaslı olaraq xitam verilməsi qənaətinə gələrək, müəssisənin növbədənkənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının müəssisəni n direktoru vəzifəsinə bərpa edilməsi barədə iddia tələblərini təmin etməmişdir. Həmçinin, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə qərarın ləğv edilməsi və işə bərpa hissəsində əsassız hesab edilməklə təmin edilmədiyindən, müvafiq olaraq iddia tələbinin məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsi də təmin edilə bilməz. Apellyasiya şikayətinin iddiaçının istifadə edilməmiş əmək məzuniyyətinin düzgün hesablanmaması ilə bağlı dəlilinə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 7500 manat əmək haqqı aldığını iddia etsə də, əmək müqaviləsinə 2017-ci ildə edilmiş dəyişikliyə əsasən, onun əmək haqqı 1600 manat olmuşdur (xx.xx.2017-ci ildə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”). Hə min məbləğdən artıq əmək haqqı alması (əlavə, müavinət, bonus, mükafat və s.) barədə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi həmin tələblə bağlı da düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hüquqi yardıma görə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı dəlilinə də qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, belə ki, bir tərəfdən iddia tələbləri əsas hissədə (işə bərpa və məcburi işburaxma) təmin edilməmiş, digər tərəfdən isə hüquqi xidmətə görə çəkilmiş xərc barədə hesab təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Ancaq məhkəmə xərcləri işdə iştirak edən şəxslərə ödənilmiş tələblərin məbləğinə münasib olara q aid edilir. Yəni, çəkilmiş xərclərin ödənilməsini xeyrinə məhkəmə aktı qəbul olunmuş tərəf tələb edə bilər. Ziyanına qərar qəbul edilmiş tərəf isə belə bir tələblə çıxış edə bilməz (məhkəmə xərcləri iddia tələbi hesab olunmur). Eləcə də nəzərə almaq lazımdır ki, vəkilin göstərdiyi yardıma görə xərclər konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, özü də ağlabatan həddə ödənilir. Lakin hazırki işdə bir tərəfdən qətnamə iddiaçının xeyrinə çıxarılmamış, digər tərəfdən isə iddiaçı vəkilə ödədiyi məbləğ barədə hesab (qəbz) təqdim etməmişdir. Həmçinin, işdə iddiaçının mənafeyini təmsil etmiş 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə “xxxx” MMC ilə nə kimi əlaqəsinin olması da aydın olmamışdır. Qeyd edilənlərə əsasəmn apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmiş dir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şi kayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8762/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar