Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6144/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-xx/18) İddiaçı Cavabdeh qarşı “alimentin tutlması və əlavə xərclərin ödənilmə si” tələbinə dair iddiası qismən təmin edilərək, xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxx 2011-ci il təvəllüdlü X3 və 23 mart 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, hakimlər V.Həsənov və Ş.Məmmədova, iş № 2 (103)-xx/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv olun muş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, 9 oktyabr 2018-ci il tarixdən başlayaraq xx xxx 2011-ci il təvəllüdlü X3 və 23 mart 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirinin) 1/3 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin tutulması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2018-ci il tarixdən başlayaraq xx xxx 2011-ci il təvəllüdlü X3 və 23 mart 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin və xx xxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatdıqdan sonra da müalicəsi üçün hər ay ödənilməli olan 200 manat olmaqla sabit pul məbləğində tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı di nlənilmədi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasi bətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat vermədiyinə və işə onun iştirakı olmadan baxdığına görə qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı 03.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları olmuşdur: 01.09.2001-ci il təvəllüdlü Tair və 23.03.2005-ci il təvəllüdlü Nəzrin. Azərbaycan Respu blikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 01.10.2018-ci il tarixli 3041 nömrəli arayışından görünür ki, X7 3-cü dərəcəli skalioz xəstəsidir.11.03.2017-ci il tarixli, 661 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” Aktına əsasən 2001-ci il təvəllüdlü X6 yüngül kəmağıllıq nitq qüsuru diaqnozu qoyulmuşdur. Ödəniş qəbzlərindən gürünür ki, İddiaçı X1 bərpası üçün 12 oktyabr 2018-ci il, 19 oktyabr 2018-ci il, 31 oktyabr 2018-ci il tarixlərdə 150 manat, cəmi 450 manat ödəniş etmişdir. N saylı Hərbi Hissənin 17.11.2018-ci il tarixli 1204 saylı arayışına əsasən polkovnikleytenant Cavabdeh 17.07.2017-ci ildən N saylı həqiqi hərbi xidmətdədir. Həmin Hərbi Hissənin 17.11.2018-ci il tarixli 232 saylı arayışına əsasən polkovnikleytenant Cavabdeh 22.04.2003- cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda N saylı hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edir. Onun aylıq pul təminatı vergi və tutulmalardan sonra 1284,81 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən Ailə Məcəlləsinin 76.1.2-ci, 78.1-ci, 78.2-ci maddələrinə istinad etmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum do lanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsassən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin hərbçi olması, aylıq pul təminatının 1284,81 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Belə olan halda, 2 uşağa görə cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyinə uyğun hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “01.09.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatdıqdan sonra da müalicəsi üçün hər ay ödənilməli olan 200 (iki yüz) manat olmaqla sabit pul məbləğinin tutulması” tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas müstəsna halların – ağır xəstə, şikəst uşaqların mövcudluğudur. İddiaçı iddia ərizəsinə həqiqətən uşağın ağır xəstəlik və ya şikəstlikdən əzab çəkməsini təsdiq edən sübutlar təqdim etməmişdir. Belə ki, uşağa qoyulan diaqnozlar uşağın ağır xəstə və şikəst olması qənaətinə gəlməyə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi apellyatorun cavabdehin zəruri vəsaitə malik olmasına görə əlavə xərclərdə iştirak etməsi ilə bağlı qeyd etmişdir ki, apellyatorun qeyd etdiyi hal, mübahisənin həllinin qanuni əsasını təşkil e dən Ailə Məcəlləsinin 81-ci maddəsinin dispozitiv şərtlərində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-c i maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya in stansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Q ətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6144/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6144/2019
08.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver