Məhkəmə qərarları › İş №2(102)-6162/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-6162/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6162/2022 31.10.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-xxx/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Cavabdeh kassasiya şikayət ində kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş, yalnız işin faktiki halları və qanunvericiliyin normaları sadalanmışdır. İstinad olunan normalarin isə hazırkı mübahisəyə aidiyyatı, düzgün tətbiq olunmaması və ya məhz həmin normaların tətbiq olunmalı olması əsaslandırılmamışdır. MPM-in 407-ci maddəsi kassasiya şikayətinin formasını, məzmununu və əlavə edilən sənədləri müəyyən edir. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkə mə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verməyən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müdd ətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.1.5, 408.1.5, 409cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-827/2022 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya ş ikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar