Məhkəmə qərarları › İş №2(102)-6189/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6189/2019

01.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6189/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı Sadiq oğlu, vəkili X6, Cavabdeh və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı Sadiq oğlu və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(008)-1408 /2019, hakim İ.R.Burcayev) İddiaçı Sadiq oğlunun Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, 04 avqust 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 05 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment və 50 manat məbləğində əlavə xərcin alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5032/2019, hakimlər N.Ş.Cəfərov, Ş.A.Məmmədova, V.T.Həsənov) iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini, cavabdeh isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ondan X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 manat sabit pul məbləğində aliment və 25 manat məbləğində əlavə xərcin tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Sadiq oğlu ilə Cavabdeh 22 iyun 1991-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 08 mart 1992-ci il təvəllüdlü Günay, 04 avqust 2002-ci il təvəllüdlü Məhəmməd adlı uşaqları doğulmuşdur. Tərəflrə arasındakı nikah 14 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnamə ilə 08 mart 1992-ci il təvəllüdlü Günayın anası Cavabdeh, 04 avqust 2002-ci il təvəllüdlü Məhəmmədin atası İddiaçı yanında qalması qət edilmişdir. Məhəmməd “anadangəlmə uşaq serebral iflic i” xəstəsidir. 05 dekabr 2018-ci il tarixdə İddiaçı Sadiq oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 avqust 2002-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment və 50 manat məbləğində əlavə xərcin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, övladının xəstə olması, bütün ehtiyaclarının onun tərəfindən ödənməsi səbəbindən o işləyə bilmir və mad di cəhətdən çox çətinlik çəkir, cavabdeh isə ona heç bir köməklik göstərmir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İİ qrup əlil olmaqla 160 manat məbləğində müavinət alır və hər hansı başqa gəliri yoxdur. O, uşağına aliment ödəməkdən imtina etmir, lakin təyin edilmiş 50 manat məbləğində alimenti və 50 manat məbləğində əlavə xərci ödəmək iqtidarında deyildir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili, cavabdeh və vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində alimentin və əlavə xərclərin tutulması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 71.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi, tərəflər arasındakı nikah 2007-ci ildə pozulduqdan sonra uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı cavabdehin həmin vaxtdan uşağın saxlanılmasında, xəstəliyi ilə bağlı çəkilən xərclərdə ümumiyyətlə iştirak etmədiyini göstərmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78ci maddəsi ilə uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının əsasları müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə 50 manat sabit pul məbləğində alimentin tutulması barədə nəticəyə gəlmiş və hesab etmişdir ki, cavabdehin irəli sürdüyü dəlillər (işləməməsi, İİ qrup əlil olması, maddi vəziyyətinin aşağı olması və s.) onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsindən azad etmir. Eyni zamanda 04 avqut 2002-ci il təvəllüdlü Məhəmməd anadangəlmə uşaq serebral iflici sindromundan əziyyət çəkməklə mütəmadi müalicə alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac ı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə:ərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Hazırki vəziyyətdə də yetkinlik yaşına çatmayan Məhəmmədin müayinə və müalicəsinin davam etdirməsi zərurəti işdə olan sübutlarla təsdiq olunmaqla cavabdehin əlavə xərcl ərdə iştirakı üçün əsaslar mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normaları və uşağın mənafeyini, habelə onun xəstəliyi ilə bağlı mütəmadi olaraq xərc tələb edən müalicə kursları keçmək məcburiyyətində qalmasını və s. diqqətəlayiq halları nəzərə alaraq, hesab etmişdir ki, cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment və 50 manat məbləğində əlavə xərc alınaraq iddiaçıya verilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlməklə iddiaçının tutulması qət edilən aliment və əlavə xərc məbləğinin artırılması və cavabdehin isə həmin məbləğlərin azaldılması barədə dəlilləri birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş məbləğlərin dəyişdiri lməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar