Məhkəmə qərarları › İş №2(102)-6212/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6212/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6212/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə, 3-cü şəxslər "xxxx" Sığortaya (hazırda İpək Yolu Sığorta) və "xxxx" QSC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6212/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh "xxxx" MMC-nin vəkili X18 oğlunun və 3-cü şəxs "xxxx" QSCnin nümayəndəsi X8 iştirakları ilə, Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-3359/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X26 Services” MMC-yə, 3-cü şəxslər "xxxx" Sığortaya (hazırda İpək Yolu Sığorta) və "xxxx" QSC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000.000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X26 Services” MMC-nin adının dəyişdirilməsi ilə iddia tələbinin "xxxx" MMC-yə münasibətdə təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X20 12 iyul 2009-cu il tarixdə Bakı şəhər Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən "X27 Servises” MMC-nin Mİ8MTV1 tipli 4K-27038 nömrəli vertolyotunun kapitanı vəzifəsində vertolyotun hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs kimi ARDNŞ-nin "Azneft" İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsinin Xəzər dənizində yerləşən dərin dəniz özüllərinə sərnişinləri və yükləri verilmiş marşrut üzrə daşımaq barədə uçuş tapşırığının icrası ilə əlaqədar olaraq 1808 saylı reysdə yerli vaxtla saat 16:16-da göyərtəsində ikinci pilot X4, bort mexanik X16 və 3 nəfər sərnişin olmaqla "28 May” Neft və Qa zçıxarma İdarəsinin Bakı şəhəri, Xəzər rayonu Günəşli yatağında yerləşən 4 saylı dərin dəniz özülünə cənubdan 350 dərəcə maqnit kursu istiqamətində enmə yerinə yetirərkən X14 Təşkilatının (İCAO) "Vertodromlar üzrə təlimatının” 1.4.5-ci bəndi. “Gəmilərdə və su üzərində qaldırılmış özüllərdə vertolyotların uçuşlarının təmin edilməsi vasitələrinin ümumi aviasiya tələblərinin" 3.24-cü maddəsi, “Mİ-8MTV vertolyotunun X12” 2.5.8.3, 4a. 12.3.1 -ci bəndləri və “Azərbaycan Aviasiya Qaydalarının" X1 dair 3.400-cü maddəsinə əsasən həmin vaxtı özüldəki uçuş meydançasının hüdudlarından aralıda işçi sahəsinin kənarından 20 metrə qədər məsafədə 1 metrdən yüksək maneələr olması qadağan edildiyinə görə uçuş təhlükəsizliyinin təmin edilməsi üçün yükqaldırıcı kranın uçuş meydançasının kominqsindən azı 11.6 m etr məsafəyə çəkilməsini tələb etməli, meydançanın ətrafında nəzarət uçuşunu yerinə yetirməli, meydançanın ətrafında olan maneələrin vertolyotun təhlükəsiz ikinci dövrəyə getməsinə imkan verməsinə əmin olmalı, əks halda bunları etməyərək qeyd edilən normaların tətləblərini pozub özünə güvənərək nəzarət vərəqəsini və nəzarət uçuşunu icra etmədən vertolyotla 4 saylı özülün uçuş meydançasına təhlükəli enmə yerinə yetirmiş, həmin gün saat 16:18-də isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) "Vertodromlar üzrə təlimatının” 1.4.5-ci bəndi. “Gəmilərdə və su üzərində qaldırılmış özüllərdə vertolyotların uçuşlarının təmin edilməsi vasitələrinin ümumi aviasiya tələblərinin” 3.24-cü maddəsi. "Mİ-8MTV vertolyotunun X12" 2.5.8.3-cü bəndi, “Uçuşların keçirilmə Təlimatının” (hissə “A") 7.1.13.5, 7. 1.16.1 -ci maddələri. "Estekada üzləri ilə avtonəqliyyat, gəmi və vertolyotlarla adamların daşınmasına dair təhlükəsizlik qaydalarının“ 13.2.3. 13.10. 13.13-cü bəndləri, “Azərbaycan Aviasiya Qaydalarının" X1 dair 3.085-ci maddəsinin “a” bəndi, “e" bəndinin 1 və 6-cı yarımbəndlərinin tələblərinə əsasən özüldəki kranın kənara çəkilməsi, özü və ya bort mexanik tərəfindən vertolyotun göyərtəsində olan sərnişinlərə xilasetmə jiletindən istifadə, qəza zamanı vertolyotu tərk etmə çıxışları və özünü aparma haqqında təlimat keçirilməsi, sərnişinlərin təhlükəsizlik kəmərini bağlamaları və xilasedici jilet geyinmələri təmin edilmədən meydançadan uçmamalı olduğu halda bunu etmiş, havaya qalxarkən "Mu-8MTV" vertolyotunun uçuş istismarı “Təlimatının” bu tələblərini də pozaraq 30-40 dərəcə maqnit kursu ü zrə hərəkət etmək məqsədi ilə meydançadan cəmi 1 metr yuxarıya qalxdıqda sağa 90 dərəcə dönmə əməliyyatı yerinə yetirmiş və saz vəziyyətdə olan vertolyotu geriyə idarə etməsi nəticəsində vertolyotun quyruq hissəsinin maneələr sektoruna daxil olaraq sükan vintinin pərlərini kranın trosları ilə toqquşmasına sükan vintinin qopmasına və kranın 2 trosunun qırılaraq oxunun özül meydançasına 48.462 manat məbləğində maddi ziyan vurmaqla düşməsinə, 477.466 manat dəyərində vertolyotun istiqamət üzrə idarəetməsinin itirilərək, sağ krenlə meydança səthinə çırpılıb Xəzər dənizində batmaqla tam dağılmasına, sərnişinlərdən ARDNŞ-nin X30 Donanması Dalğıc və Qəza-Xilasetmə işləri idarəsinin dalğıcı X7 və “28 May” NQÇİ-nin 13 saylı dərin dəniz özülünə kranın təmirini yerinə yetirməyə gedən kran mütəxəssisi X3 ölümünə, ARDNŞ-nin "Azneft” İB-nin "28 May” Neft və Qazçıxarma İdarəsinin kompressor-maşinisti işləyən Aydın Talıbovun isə yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2010- cu il tarixli, 1(101)-1392/2010 saylı hökmünə əsasən X20 Azərbaycan Respublikası CM-in 262.3-cii maddəsi ilə təqsirli bilinmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 dekabr 2010- cu il tarixli 1(101)-1392/2010 saylı hökmü qanuni qüvvəyə minmişdir. Hökm göstərilmişdir ki, X20 Azərbaycan Respublikası CM-in 262.3 maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, cəzasl şəıti h esab edilərək üzərində 1 il sınaq müddəti məyən edilmişdir. Baş vermiş hadisə hökmdən də göründüyü kimi "X27 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşının təqsiri ucbatlndan baş vermişdir. Həmçinin yüksək təhlükə mənbəyinin sahibinin “X27 Servises” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması iş materiallarından açıq-aşkar görünür. Hal-hazıra kimi atasının vəfat etməsilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş hökmlə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum atasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq mənə, dəymiş 5.000.000 manat məbləğində mənəvi zərər cavabdeh “X27 Servises” MMCdən alınaraq ona ödənilməlidir. İşin hallarına əsasən cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun fiziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi şəkildə ölməsi onu çox sarsıtdı. Hər bir insanın özünə əziz sayılan ailə üzvləri var. Yalnız bu halda onun hər gün təkrar-təkrar eyni fikirin təsirindən hansı iztirablara, sarsıntılara, depresiyalara, əzablara məruz qaldığı anlanılar. Bu səbəbdən o, keşiridiyi və hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mənəvi zərərin əvəzi olaraq 5.000.000 manat məbləğində pul cavabdeh “X27 Servises” MMC-dən alınaraq ona ödənilməsi ədalətli olar. Hesab etmişdir ki, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdeh hüquqi şəxs olmaqla yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitəsilə -helikopterlə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, onun keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkəcəklər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2020-ci il tarixli 2(003)-1844/2020 nömrəli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsasl andırmışdır ki, İş materiallarında olan "xxxx" QSC-nin adından X9, vərəsələr adından İddiaçı, şahid X13 arasında bağlanmış barışıq razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, vərəsə və digər vərəsənin səlahiyyətli nümayəndəsi kimi 25 000 ABŞ dolları məbləğində ekvivalent olan və bu razılaşmanı imzaladığı tarixdə Azərbaycan Respublikası Milli Bankının rəsmi mübadilə məzənnəsinə əsasən Azərbaycan manatına konvertasiya edilərək kompensasiya İddiaçı ödənilir. -Razılaşmaya əsasən Vərəsələr Ümumi məbləği (aşağıda müəyyən edildiyi kimi) qəbul etməyə və AZAL Ümumi məbləğin ödənilməsini təmin etməyə razılaşırlar.Aşağıdakı 2-ci bəndin müddəalarını nəzərə almaq şərtilə, Vərəsələr razılaşırlar ki, bu Ümumi Məbləğ Azərbaycan Respublikasının müvafiq qnunvericiliyinə əsasən Bədbəxt Hadisə ilə ba ğlı Vərəsələrə vurulan hər hansı maddi və ya mənəvi zərərin və ya itkilərin, o cümlədən, heç bir məhdudiyyət olmadan, hər hansı faizin və xərclərin (qanunvericilik, müqavilə və digər əsasla) əvəzinin ödənilməsi kimi tam və yekun məbləğ şəklində ödənilir. -Ödənilən ümumi məbləğin alınması əvəzində vərəsələr AZAL-ı tam və birdəfəlik olaraq a) bədbəxt hadisədən b) X3 həlak olmasından və c) bədbəxt hadisə nəticəsində X3 şəxsi əmlakının itirilməsindən və onlara ziyanın vurulmasından irəli gələn bu hadisələrdən nəticələnən və ya onlarla bağlı AZALA-a qarşı hal-hazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialardan və tələblərdən, o cümlədən hal-hazırda vərəsələrə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir. -Əgər Vərəsələr və ya onların adından və ya onların xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən AZAL-a qarşı X3 həlak olması ilə əlaqədar vurulmuş hər hansı ziyana və ya zərərə görə( o cümlədən,mənəvi zərərə görə) hər hansı iddia və ya tələb irəli sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Vərəsələr bununla razılaşırlar ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər Vərəsələr tərəfindən AZAL-a tam şəkildə ödəniləcək. -Bu Razılaşmanın məqsədləri üçün AZAL onun hüquq varislərini, həvalə edilən şəxslərini, əlaqəli şirkətlərini (o cümlədən, lakin bununla məhdudlaşmadan, “X23 Services” MMC-ni), və ya hüquqi şəxslərini afilə olunmuş şəxslərini və ya törəmə cəmiyyətlərini, ortaqlarını, birgə müəssisələrini, podratçı larını, subpodratçılarını, ayrı-ayrılıqda və ya birlikdə, həmçinin bütün onların sığortaçılarını, təkrar sığortaçılarını, qanuni nümayəndələrini, sığorta üzrə dəymiş ziyanın qiymətləndiricilərini və onların direktorlarını, vəzifəli şəxslərini, işçilərini, agentlərini və ya hər hansı digər əlaqəli tərəfi nəzərdə tutur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq razılaşmasına əsasən hazırki iş üzrə iddiaçıya vurulmuş ziyanla bağlı 25 000 ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. Beləliklə, həmin ödənilən məbləğ ümumilikdə həmin hadisə nəticəsində yaranmış zərəri də özündə ehtiva etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazıki tələbə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə, göstərilə nlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 375.2, 384.0.3, 881.1, 881.2, 1096.1, 1097.1, 1099.1, 1099.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Nəriman Sadıqov) 2(103)-3359/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bak ı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(003)-1844/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya delikt nəticəsində maddi zərər vurulması halı öz təsdiqini tapmamış, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş, həmin hal iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya ş ikayətlərinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, məhkəmə sübutları birtərəfli qiymətləndirməklə "xxxx" MMC-nin raqlarım tam həcmdə müdafiə etmiş, işə hərtərəfli qiymət verməmişdir. Məhkəmə razılaşmanın əsas müddəalarına - 1-ci səhifənin 3-cü və 4-cü bəndlərinə nəzər salmamış, ya da buna göz yummuşdur. 10 noyabr 2009-cu il tarixli Barışıq Razılaşmasının həmin bəndləri aşağıdakı qaydada göstərilmişdir: AZAL həlak olmuş X3 Vərəsələrinə (aşağıda müəyyən edildiyi kimi) baş vermiş Bədbəxt Hadisə ilə ə laqədar iyirmi beş min X11 dolları (25,000) məbləğinə ekvivalent olan kompensasiyanın (sığorta məbləğinin) (Kompensasiya) ödənilməsini təklif edir; X3 həlak olması ilə əlaqədar Kompensasiya almaq hüququ olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən və təqdim edilmiş sənədlərə müvafiq olaraq müəyyən edilmiş onun aşağıdakı ailə üzvləridir: oğlu- X2 - Vərəsə kimi; qızı- İddiaçı Vərəsə kimi. Məhkəmə razılaşmanın bu bəndində göstərilənləri nəzərə almamış və sığorta ödənişi sözünü ümumiyyətlə vurğulamamışdır. Müqavilənin bu bəndlərinə məhkəmə qiymət verməmişdir ki, sığorta ödənişini AZAL sığorta aparır və onun yalnız helikopterin qəzaya uğraması nəticəsində 3-cü şəxslərin həyatına vurulan ziyana görə sığorta ödənişini etmək AZAL-ın birbaşa olaraq vəzifəsi idi. Bundan başqa, məhkəmə nəzərə almayıb ki, hazırki iddia "xxxx" sığortaya qarşı deyil, müstəqil balansa mənsub olan hər hansı bir tabeçilik münasibətləri olmayan, özünün şəxsi büdcəsi, nizamnamə kapitalı olan "xxxx" MMC-yə qarşı verilmişdir. Həmçinin, məhkəmə nəzərə almayıb ki, hazırki iddia "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı deyil müstəqil balansa mənsub olan hər hansı bir tabeçilik münasibətləri olmayan, özünün şəxsi büdcəsi, nizamnamə kapitalı olan "xxxx" MMC-yə qarşı verilmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, cavabdeh "xxxx" MMC-dən sığorta ödənişi tələb edilmir, cavabdehdən yüksək təhlükə mənbəyinin sahibinə görə məsuliyyət daşıması və həmçinin cavabdehin əməkdaşının, işçisinin vurduğu mənəvi ziyanı tələb edir. Məhkəmə qətnaməsinin 5-ci səhifəsinin 3-cü abzasında göstərmişdir ki, ö dənilən ümumi məbləğin alınması əvəzində vərəsələr AZAL-ı tam və birdəfəlik olaraq a) bədbəxt hadisədən b) X3 həlak olmasından və c) bədbəxt hadisə nəticəsində X3 şəxsi əmlakının itirilməsindən və onlara ziyanın vurulmasından irəli gələn bu hadisələrdən nəticələnən və ya onlarla bağlı AZALA-a qarşı halhazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialardan və tələblərdən, o cümlədən halhazırda vərəsələrə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir. Məhkəmə qətnaməsində də bu bəndə istinad etsə də yenə nəzərə almamışdır ki, bu bənd vərəsələri AZAL-a qarşı iddia qarşı iddia qaldırmaq hüquqlarından məhrum edir. Bu bənd hüquqi nəticə yaratmasa belə bu bənddən də aydın olur ki, iddiaçı hazırki cavabdeh "xxxx" MMC-yə qarşı mənəvi ziyan tələb etməkdə haqlıdır. Çünki idd iaçı AZAL sığortadan mənəvi ziyan tələb etmir. Həmçinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən də hər hansı bir mənəvi ziyan tələb etmir. Əslində müqavilənin bu şərtləri də iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Çünki AZAL Sığorta sığorta ödənişini verir və belə desək iddiaçının gələcəkdə ona və ya əlaqəsi olmayan hər hansı bir quruma qarşı hər hansı bir iddia qaldırmaq hüququnu əlindən almaqla hüquqdan məhrum edir. Bir də ki, o, sığorta məbləğini almışdır və hazırki iddiası da sığorta məbləğinin düzgün verilməməsi, onun məbləğinin mübahisələndirilməsi və ya sığorta şirkətinə qarşı mənəvi ziyan tələb etməyi ilə bağlı deyildir. O, ümumiyyətlə AZAL sığorta şirkətindən narazı qalmamışdır ki, bu barədə məhkəməyə müraciət etsin. Əgər o, AZAL-a qarşı mənəvi ziyan b arədə məhkəməyə müraciət etsə idi, bəlkə də məhkəmə iddianı rədd etməkdə haqlı olardı. Məhkəmə qətnaməsinin 5-ci səhifəsinin 5-ci abzasında göstərmişdir ki, bu Razılaşmanın məqsədləri üçün AZAL onun hüquq varislərini, həvalə edilən şəxslərini, əlaqəli şirkətlərini (o cümlədən, lakin bununla məhdudlaşmadan, “X23 Services” MMC-ni), və ya hüquqi şəxslərini afilə olunmuş şəxslərini və ya törəmə cəmiyyətlərini, ortaqlarını, birgə müəssisələrini, podratçılarını, subpodratçılarını, ayrı-ayrılıqda və ya birlikdə, həmçinin bütün onların sığortaçılarını, təkrar sığortaçılarını, qanuni nümayəndələrini, sığorta üzrə dəymiş ziyanın qiymətləndiricilərini və onların direktorlarını, vəzifəli şəxslərini, işçilərini, agentlərini və ya hər hansı digər əlaqəli tərəfi nəzərdə tutur. Məhkəmənin razılaşmanın bu bəndinə istinad edərək iddianı rədd etməsi qanunvericiliyin tətbiqi baxımından düzgün deyildir. Bu bəndin nəyi ifadə etməsi razılaşmanın şərtlərindən aydın görünmür. Bu bəndə də nəzər salınsa "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" sığorta şirkəti adından hansısa əqdi – barışıq razılaşmasını bağlaması da qanunvericiliyin tələbləri baxımından düzgün deyildir. Cünki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti müqavilə bağlayır ki, sığorta ödənişini AZAL sığorta ödyəcək. Bu absurddur. AZAL sığorta müstəqil balansa mənsubdur, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə hər hansı bir | hüquqi (fılal və ya nümayəndəsi olmadığından) bağlılığı yoxdur. Belə olan halda məhkəmənin razılaşmanın sözügedən bu bəndini iddiaçının “X23 Services” MMC-yə -hazırki cavabdehə qarşı iddia irəli sürə bilməməsi kimi təhrif et məsi qanunsuzdur. Məhkəmə qətnaməsinin 6-cı vərəqinin 5-ci abzasında göstərmişdir ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq razılaşmasına əsasən hazırki iş üzrə iddiaçıya vurulmuş ziyanla bağlı 25 000 ABŞ dolları miqdarında kompensasiya ödənilmişdir. Beləliklə, həmin ödənilən məbləğ ümumilikdə həmin hadisə nəticəsində yaranmış zərəri də özündə ehtiva etmişdir.Məhkəmə iddiaçıya vurulmuş ziyanla bağlı 25.000 ABŞ dolları kompensasiyanın ödənilməsini qeyd edir, lakin həmin kompensasiyanın sığorta ödənişi olmasını vurğulamır. Həmçinin məhkəmənin ödənilən məbləğin ümumilikdə həmin hadisə nəticəsində yaranmış zərəri də özündə ehtiva etməsi nəticəsinə gəlməsi, yanlışdır. Çünki, sözügedən ödəniş hansısa zərərin əvəzinin ödənilməsini deyil, məhz sığorta ödənişinin verilməsi ba rədədir. -Məhkəmə nəzərə almamışdır ki, “Barişıq razılaşması” 10 noyabr 2009-cu ildə ış, lakin iş üzrə “X27 SERVİSES” MMC-nin əməkdaşı Əliyev Əzizoviçin təqsirli bilinməsinə dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü 27 dekabr 2010-cu ildə çıxarılmış və həmin hökm qanuni qüvvəyə minmişdir. Yəni, barışıq razılaşması olduğu tarixdə “X27 SERVİSES” MMC-nin əməkdaşının təqsirliyi mövcud olmamışdır. Bu onu deməyə əsas verir ki, "xxxx" sığorta şirkəti ödədiyi məbləğ sığorta ödənişi olmuşdur. Çünki həmin vaxtı “X27 SERVİSES” MMC-nin əməkdaşının təqsiri hələ də müəyyən edilməmişdir. Onların mənəvi ziyan tələb etmək hüquqları qanuni qüvvəyə minmiş hökmdən sonra yaranmışdır. Həmçinin məhkəmə istinad etdiyi barışıq razılaşmasını əsas tərəfi olan "xxxx" Qapalı Sə hmdar Cəmiyyəti və "xxxx" sığorta şirkətini də iş üzrə bizim vəsatətimizdən sonra cəlb etmiş və onların da nümayəndəsi izahatında göstərmişdir ki, hadisə baş verib və biz hava gəmisinin sahibi kimi öz məsuliyyətimizi sığorta pulu ilə təmin etmişik. Əlavə olaraq bildirmişdir ki, ödənilən məbləğ sığorta məbləği olmuşdur. Ödənişi sığorta onlara ödəmiş və onlar da tərəfə ödəmişlər. Helikopterə görə sığorta ödənişi 25.000 dollar olmuşdur. Məhkəmə iclasında yenə də tərəflərindən verilmiş vəsatətə əsasən izahatı alınmış "xxxx" Sığorta (hazırda İpək Yolu Sığorta) ASC-nin nümayəndələri X10 və X5 izahatlarında sığorta hadisəsi baş verdiyi üçün şirkət tərəfindən "xxxx" QSC-yə sığorta ödənişi edilməsini bildirmişlər. Bundan başqa, məhkəməyə onlara verilən 25.000 ABŞ dollarının sığorta ödənişi olmasını təsdiq edən məhkəmə qətnamələrini təqdim etsələr də Bakı Apellyasiya məhkəməsi həmin qətnamələrə istinad etməyib. Göründüyü kimi predusiyal əhəmiyyət kəsb edən bu məhkəmə qətnamələri ilə də bir daha təsdiq olunur ki, ona ödənilən 25.000 ABŞ dolları məbləğ sığorta ödənişi olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" MMC məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq ərizəsində göstərmişdir ki, kassatorun şikayətində İİ instansiya məhkəməsinin məhz hansı maddi və prosessual hüquq normasını pozduğunu müəyyən etmək mümkün deyil, iddiaçı işin hallarını sadalayaraq öz mülahizələrini irəli sürüb MPM 416.1-ci maddəsinin tələblərinə zidd olaraq kasasiya instansiyasına sübutların araşdırılmasını təklif edir. İlk öncə onu qeyd edilməlidir ki, iddiaçı tərə findən imzalanmış Barışıq Razılaşma mübahisələndirilməyib və əqd qüvvədir. X6 "xxxx" MMC (sabiq X24 Services” MMC)-yə aid olmadığı dəlilini irəli sürür. Bununla bağlı qeyd edilməlidir ki, barışıq Razılaşmasında iddiaçıya aid birbaşa öhdəlik qeyd olunsada, kasator sözügedən mülki maddi normanın tələbinə, habelə əqdlə üzərinə götürdüyü öhdəliyə zidd olaraq qeyri-müəyyən olunmuş hüquqlarına istinad edir. İddiaçının “sığorta ödənişi kompensasiya deyil, biz kompensasiya tələb edirik”, fikri ilə əlaqədar qeyd edilməlidir ki, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 1.1.21-ci maddəsinin tələblərinə əsasən sığorta ödənişi— sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Bu barə də həm İ, həm İİ instansiya məhkəmələrində dəfələrlə bildirilmişdir. Kassator isə “sığorta ödənişi” hüquqi termininə maddi norma ilə müəyyən edilmiş anlayışdan fərqli şərh verməyə çalışır. Kassatorun “məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması” dəlili ilə əlaqədar qeyd edilməlidir ki, pul kompensasiyası müqabilində kassator könüllü iradəsinə əsasən ziyanla bağlı gələcəkdə pul, əmlak və qeyri-əmlak tələbin irəli sürülməməsi öhdəliyi üzərinə götürmüşdür. Burada qeyd edilməlidir ki, həmin öhdəlik yalnız 12.07.2009-cu il baş vermiş hadisə ilə bağlıdır. Kassatorun hadisə ilə bağlı maddi normanın “mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi” tələbinin müqavilədə realizə olunmasını hüququn məhdudlaşdırılması kimi qiymətləndirilməsi təhlil edilən maddələrin tələblərinə və məntiqinə z iddir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və 3-cü şəxs "xxxx" Sığortanın (hazırda İpək Yolu Sığorta) səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirsak edən cavabdeh "xxxx" MMC-nin vəkili X18 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin əsssız olduğundan təmin edilməməsini, apelyas iya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi X17 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmas aydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas asiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edi r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayətində də iddiaçı ona ödənilmiş vəsaitin sığorta ödənişi olduğuna, sığorta ödənişinin hazırk i cavabdehə aidiyyətinin olmadığına və s. bu kimi hallara dəlil olaraq istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarında hazırda da qüvvədə olan və mübahisələndirilməmiş tərəflər arasında bağlanmış Razılaşma mövcuddur ki, həmin razılaşmanın şərtlərində iddiaçıya ödənilmiş məbləğlə onun maddi, mənəvi tələbatları barədə məbləğin tam əhatə olunması dəqiq və aydın olaraq ifadə olunmuş, iddiaçı bu bəndlə razılaşaraq müqaviləyə imza etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə istinad edə və əsaslandıra bilməsə də, ümumi kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3359/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar