Məhkəmə qərarları › İş №2(102)-6219/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6219/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6219/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və qaytarılması, iddia müddətinin axımı) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin, Cava bdeh İddiaçı qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli 26.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes Benz VİTO CDİ minik” markalı nəqliyyat vasitəsi 02.07.2013-cü il tarixdə ** EU *** dövlət qeydiyyat nişanı təhkim edilməklə İddiaçı adına qeydiyyata alınmış, avtomobilə dair o, 24.10.2013-cü il tarixdə qardaşı X4 24.10.2015-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, sonradan - 18.06.2015-ci tarixdə X5, 22.08.2016-cı il tarixdə X1, 15.02.2017-ci il tarixdə Cavabdeh 15.02.2018-ci il ta rixə kimi qüvvədə olan etibarnamələr verilmiş, sonradan yenə Cavabdeh 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə verilmiş, Cavabdeh 02.07.2017-ci il tarixdə öz oğlu – Aqşin Süleymanova 06.04.2018-ci il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, 04.07.2017-ci il tarixdə avtomobil Aqşin Süleymanovla (nümayəndə qismində) bağladığı alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmiş, 19.07.2017-ci il tarixdə o, Aqşin Süleymanova12.08.2023-cü il tarixə kimi qüvvədə olan etibarnamə vermiş, sonuncu da 23.08.2017-ci il tarixdə X4 etibarnamə vermiş, 06.02.2018-ci il tarixdə isə X3 etibarnamələr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respubliyası DİN-nin Baş DYP İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adına alqı-satqı edilməsi üzrə əqdin etibarsız hesab olunmaqla, verilmiş 04.07.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Almaniya Respublikasının 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onun tərəfindən alınaraq Azərbaycan Respublikasına gət irilmişdir. Avtomobil 02.07.2013-cü il tarixdə AB №963689 qeydiyyat şəhadətnaməsinə əsasən ** EU *** dövlət qeydiyyat nişanı ilə onun adına rəsmiləşmişdir. Nəqliyyat vasitəsi daim İddiaçı istifadəsində olaraq müəyyən müddət satılmadığından dayanacaqda saxlanılmışdır. İddiaçı daim xaricdə olduğundan qardaşı Səməd Salman Müzəffər oğlunun adına 19.05.2014-cü il tarixdə Baş etibarnamə vermişdir. Etibarnamənin iyirmi il müddətinə verilmiş və Bakı şəhəri 1 saylı Notariat Kontorunda 7e-15/13857 reyestr qeydi ilə təsdiqlənmişdir. Nəqliyyat vasitəsindən iddiaçı qardaşı ilə bərabər istifadə etmişlər. Avtomobil hazırda da iddiaçının sərəncamındadır. Bu yaxınlarda ona məlum olmuşdur ki, onun mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsi cavabdeh tərəfindən öz adına sənədləşdirilərək yeni qeydiyyat ş əhadətnaməsi alınmış və faktiki özgəninkiləşdirilmişdir. Avtomobil 04.07.2017-ci il tarixdə AC №955944 saylı qeydiyyat şəhadətnaməsinə əsasən ** EU *** qeydiyyat nişanı ilə Cavabdeh adına keçirilmişdir. Halbuki iddiaçının həmin şəxsə maşın satmaq fikri olmamış və ona borcu yoxdur. Cavabdeh özünə bəlli olan səbəblərdən belə bir hərəkət etmiş və qanunsuz olaraq iddiaçının əmlakını öz adına salaraq faktiki özgəninkiləşdirmişdir. Cavabdeh iddiaçının qardaşının verdiyi etibarnamədən öz şəxsi məqsədləri üçün istfiadə edərək nəqliyyat vasitəsini öz adına keçirmişdir. Cavabdeh təmsilçi olaraq özü barəsində əqd bağlaya bilməzdi.

4. Cavabdeh qarşılıqlı iddia verərək, mülkiyyətində olan “Mercedes Benz VİTO CDİ” minik markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin və qeydiyyat şəhadətnaməsinin İ ddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı “Mercedes Benz VİTO CDİ” markalı avtomobili cavabdehin qardaşı Səməd Salman Müzəffər oğlundan 04.06.2017-ci il tarixdə etibarnamə ilə 15000 manata satın almış, 04.07.2017-ci il tarixdə isə AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi ** EU *** qeydiyyan nişanı alaraq adına rəsmiləşdirmişdir. Etibarnaməni başqa adamın adına alıb, sonra isə AR DİN Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı yolu ilə sənəd alınmışdır. Sənəd alınan zaman avtomobilin 500 manat məbləğindən çox cərimə borcu olduğu aşkar olunmuş və borcu qarşılıqlı iddiaçı ödəmişdir. Bu barədə cavabdehin qardaşına bildirmək istəmiş, lakin onu tapa bilməmişdir. Bir müddətdən sonra cavabd ehin qardaşını tapmış, avtomobilin vuruğu olduğu üçün qaytarmaq istəmiş, cavabdehin qardaşı o pulu olmadığını bəhanə gətirərək maşını geri almamış, ancaq satılmasına köməklik edəcəyini bildirmişdir. Qarşılıqlı iddiaçı ilə cavabdehin qardaşı Səməd Salman Müzəffər oğlu arasında razılaşma olub ki, sonuncu avtomobili satana qədər ayda 300 manata kirayəyə götürür. Bu məqsədlə qarşılıqlı iddiaçı avtomobili də, onun sənədlərini də cavabdehin qardaşına verib. Hazırda avtomobil bu səbəbdən cavabdehin istifadəsindədir, qaytarmır.

6. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞdə Cavabdeh ilə X2 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında 03.07.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin 04.07.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və Cavabdeh İddiaçı qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 567-ci maddələrinə istinad etmişdir.

8. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mülkiyyətçi olaraq avtomaşının istifadə olunması ilə bağlı qardaşına etibarnamə vermiş, qardaşı öz növbəsində Cavabdeh etibarnamə vermiş, sonuncu öz doğma oğluna etibarnamə vermiş və sonra oğlu ilə özü arasında alqı-satqı müqaviləsi bağlamaqla avtomaşını mülkiyətinə keçirməklə etibar edənin adından çıxış edərək özü üçün əqd bağlamış, mülkiyyətçiyə heç bir ödəniş etməmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12736/2019 saylı 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə hakimlər (Elnur Həsənov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova, Fuad Babayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)1510/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. b) Kassasiya instansiyası məhkəməsindəki İ icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1203/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə (V.İbayev (sədrlik edən, məruzəçi), A.Kalbalıyev, Ə.Əliyev) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

11. Kassasiya instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347.1, 354-cü maddələrinə istinad etmişdir. c) Apelyasiya instansiyası məhkəməsindək i İİ icraat

12. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5072/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov, Afaq Nuriyeva) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1510/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir.

13. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 324, 337.1, 339, 347.1, 359.3, 354.1 və 354.2-ci maddələrinə istinad etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. d) Kassasiya instansiyası məhkəməsindəki İİ icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)505/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (A.Abbasov (sədrlik edən, məruzəçi), E.Vəliyeva, E.Şamayev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5072/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiya məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 407.2, 416, 417.1.1, 418.1, 418.3, 420-ci maddələrinə istinad etmişdir. e) Apelyasiya instansiyası məhkəməsindəki İİİ icraat

17. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4692/2021 nömrəli, 26.05.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), Q.Əsgərov, V.Sadıqov) İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)1510/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tə ləbi təmin edilməmiş, Qarşılıqlı iddia tələbi təmin edilmiş, «Mercedes Benz VİTO CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin İddiaçı alınaraq Cavabdeh qaytarılması qət edilmişdir.

18. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 354-ci maddələrinə istinad etmişdir.

19. Nəticə etibarı ilə Apelyasiya Məhkəməsinin mövqeyiondan ibarət olmuşdur ki, ilk iddiaçının etibarsızlığını tələb etdiyi əqd həqiqətən etibarlı əqd deyil, lakin ilk iddiaçı əqdin etibarızlığı ilə bağlı bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən onun iddiası təmin oluna bilməz.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəyə iddia müddətinin tətbiqi düzgün olmamış, bununla bağlı kassasiya məhkəməsinin göstərişləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir.

25. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

26. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 27. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan t əmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət t ərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

31. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzind ə mübahisə edilə bilər.

33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

35. Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

42. Maddə 417.1.4. kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

43. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmələr həmin mübahisəyə təkrar-təkrar baxmaqla son nəticə olaraq işin faktiki hallarını müəyyən etmişlər. Beləki, mübahisəsi gedən avtomobil İddiaçı (ilkin iddiaçı) məxsu s olmuş, onun verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Səməd Salman mülkiyyətçinin məlumatı olmadan öz borcunun təminatı (girovu) kimi Cavabdeh adına etibarnamə vermiş, sonuncu ona verilən etibarnamədən istifadə edərək avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov atasına avtomaşının alqı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Bundan sonra da avtomaşın iddiaçının qardaşında qalmaqda davam etmiş və onun adına etibanamə rəsmiləşdirilmiş, sonuncu avtomaşını əvvəlki kimi başqa-başqa adamlara müvəqqəti istifadə etmək üçün vermiş və hazırda da avtomaşın iddiaçı tərəfin sahibliyindədir.

46. Göründüyü kimi ilkin iddiaçı (təmsil olunan), qardaşı Səməd Salmana həmin etibarnamə ilə onun ma raqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Səməd Salman onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək avtomobili borcunun təminatı qismində Cavabdeh vermiş, sonuncu da etibarnamə institutunun mahiyyətinə zidd olaraq öz oğluna etibarnamə vermiş və sonra avtomobili öz adına rəsmiləşdirmiş, avtomobilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq ilkin iddiaçıya (təmsil olunana) verilməmişdir. Ona görə məhkəmələr əqdin, yəni mülkiyyətçi ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız əqd olması ilə razılaşmışlar. Cavabdeh tərəf də bununla razılaşmışdır. Çünki, sonuncu Apelyasiya Məhkəməsinin mübahisə ilə bağlı qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış əqd etibarlı əqd dey il, lakin ilk iddiaçı əqdin etibarsızlığına dair bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adından (Aqşin Süleymanovun bağladığı) Süleyman Sülemanovla bağlanmış əqd əhəmiyyətsiz əqddir. Çünki həmin əqd hüquqi nəticəldər yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olmuşdur. Əslində həmin əqdi bağlayarkən tərəflər X9 Süleymanov arasında mövcud olmuş borc məsələsini təminatlandırmaq niyyəti güdmüşlər. Mülki Məcəllənin 340.2. maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

48. Mülki Məcəllənin 337.3. maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

49. Apellyasiya in stansiya məhkəməsi ilk iddianı rədd edərkən Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etməklə iddianı rədd etmişdir. Məhkəmə bir illik müddətin ötürülməsini belə əsaslandırmışdır: Mübahisəsi gedən avtomobil 04.07.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyata alındıqdan sonra o, yenidən X4 etibarnamə vermişdir və işin müəyyən olunan halına görə hazırda həm avtomobil həm avtomobilə dair sənədlər ilkin iddiaçıdadır. Deməli, iddiaçı 04.07.2017- ci il tarixdə mübahisəli avtomaşının Cavabdeh adına qeydiyyata alındığını bilmişdir. Mülki işə əlavə edilmiş BDYPİ Qeydiyyat-imtahan İdarəsinin 14 noyabr 2018-ci il tarixli məktubundan müəyyən edilir ki, cavabdeh tərəfindən X4 mübahisəli avtomaşın ilə bağlı etibarnamə 23.08.2017-ci il tarixdə verilmişdir. Beləliklə iddiaçı həmin tarixdən məhkəməyə müra ciət edərək avtomaşının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edə bilərdi. Lakin iddiaçı bu cür tələblə məhkəməyə bir il dörd ay sonra müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdü

50. Məhkəmə müddəti hesablayarkən səhvə yol vermişdir. Əvvəla, hazırkı işdə iddiaçı, X6 deyil, onun qardaşı İddiaçı Müzəffər oğludur. Ona görə Süleymanın Salmanın adına etibarnamə verməsini Pərvizin bilməsi vacibdir.

51. Bundan başqa, məhkəmələr əqdi etibarlı əqd hesab etməmişlər ona görə ki, X6 mülkiyyətçinin məlumatı olmadan avtomaşını öz borcuna görə Cavabdeh vermişdir. Ona görə iddia müddətini hesablamaq üçün X4 nə vaxt etibarnamə verilməsi əsas deyil, bu etibarnamə barədə iddiaçının nə vaxt məlumat almasıdır. Məh kəmələr iddiaçının həmin əqdlər barədə (avtomaşına dair Süleymanın adına etibarnamə verilməsi, Süleymanın oğlu Aqşinə etibarnamə verməsi, Aqşinin avtomaşını Süleymana satması, Süleymanın Salmana etibarnamə verməsi) məlumatlı olmasını müəyyn edə bilməmişlər. Süleymanın Salmana etibarnamə verməsi tarixindən kəsici müddətin hesablanması məntiqsizdir. Çünki elə iddiaçının tələbinin əsası ondan ibarət idi ki, o, son vaxtlar bilmişdir ki, qardaşı onun xəbəri olmadan Süleymana etibarnamə vermişdir.

52. Məhkəmə kollegiyası da qeyd edir ki, iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan hesablanır. Belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da əks olunub. (məs., B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərar).

53. Əvvəlki kassasiya qərarında da qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının mübahisələndirdiyi əqddən nə vaxt xəbər tutmasını müəyyən etməmişdir.

54. Kollegiya hesab edir ki, iddiaçı ümumiyyətlə əqdin etibarsızlığı ilə bağlı müddəti ötürməmişdir. Çünki yuxarıda qeyd oldunduğu kimi həmin əqdlər onun məlumatı olmadan həyata keçirilmişdir. Bu baxımdan ilk iddia təmin olunan iddiadır.

55. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür. Ona görə ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

56. Eyni zamanda qeyd olunur ki, qarşılıqlı iddia ilk iddianın rədd edilməsi nəticəsində təmin oluna bildiyindən və kollegiya ilk iddianın əsaslı olması qənaətinə gəldiyindən qarşılıqlı iddia təmin edilməməlidir.

57. Məhkəmə kollegiyası bildirir ki, etibarsız hesab olunan əqd bağlanarkən real olaraq pul alınması baş vermədiyi üçün alınanların geri qaytarılması ilə bağlı məsələ hazırkı qərarda həll edilə bilməz. Lakin, bununla yanaşı Cavabdeh izah edilir ki, X4 qarşı pul tələbi ayrıca mülki iddia irəli sürməklə həll edilə bilər.

58. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli 26.05.2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qərar qəbul edilsin. 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mercedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də Cavabdeh ilə İddiaçı arasında bağlanmış «nəqliyyat vasitəsinin alqısatqısı» haqqında 03.07.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin 04.07.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilsin. Cavabdeh İddiaçı qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılma sı» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri cavabdehə aid edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar