Məhkəmə qərarları › İş №2(102)-6221/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6221/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6221/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X2, ana qrafasında isə X5 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 04.06.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 04.06.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Volvo yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyy at vasitəsinin sahibi şirkətinin Azərbaycan Respublikasındakı filialıdır. Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin 31.03.2021-ci il tarixli məktubundan görünür ki, X1 şirkətinin Azərbaycan Respublikasındakı filialında 01.10.2013-cü il tarixdə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 13.11.2014-cü il tarixdə ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsininin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3.-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdir ilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 04 iyun 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 06.05.2015-ci il tarixli, 1(103)-86/2015 saylı qərarından görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsininin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməs inin 13 noyabr 2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib, onu 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın əvvəli barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi gündən, yəni 04 iyun 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 may 2015-ci il tarixli, 1(103)-86/15 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin X6 barəsində olan 13 noyabr 2014cü il tarixli hökmünün dəyi şdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2016-cı il tarixli, 1(102)200/2016 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının məhkum X6 barəsində olan 06 mart 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin əsas halları ondan ibarətdir ki, məhkum olunmuş X6 etibarnamə əsasında idarə etdiyi “Volvo” markalı, 11027283 dövlət nömrə nişanlı Yük avtomobillə 04 iyun 2014-cü il tarixdə saat 10:52 radələrində Bakı şəhəri, Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Favorit marketin qarşısında “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinin kobud şəkildə pozmuş, hərəkət ə başlamazdan əvvəl müvafiq istiqamətə təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu, nizamlanan piyada keçidlərində işıqforun icazə siqnalı yandırıldıqda, həmin istiqamətin hərəkət hissəsindəki piyadaların yolu keçməsini başa çatdırmalarına imkan verməli, piyada keçidində nəqliyyat vasitələrin hərəkəti nizamlayıcı tərəfindən və ya işıqfor vasitəsilə nizamlanmadığı halda, sürücü yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı olduğu, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda qaydaya riayət etməyib, avtomobilin qabaq tərəfi ilə yolu keçən piyadalar Telman Nəcəfov və Ziba Nəcəfovanı vuraraq yol hərəkət i qaydalanın pozmaqla ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində Telman Nəcəfov müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq hadisə yerində, Ziba Nəcəfova isə müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq xəstəxanada ölmüşlər. Vəfat edən şəxslər valideynləri idi. Təqsirləndirilən şəxs X3 təqsiri, yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X6 hadisəni törədərkən Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialında sürücü işləmiş, cinayət hadisəsini də birbaşa olaraq sürücüsü olduğu şirkətə məxsus Volvo markalı 11027283 dövlət nömrə nişanlı a vtomobillə törətmişdir. Göründüyü kimi ana və atasının vəfatı Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bir övlad kimi mənəvi zərər dəymiş, valideynlərinin birdən birə hər ikisini itirmişdir. Valideynlərinin faciəvi şəkildə həlak olmasından sonra psixi durumu pisləşmiş, səhhətində müxtəlif problemləri yaranmışdır. Bu günədək valideynlərinin faciəli ölümünün ağrı acı-iztirabı nı çəkir. İşin hallarına əsasən cavabdeh qurumun işçisinin hüquqazidd hərəkəti nəticəsində onun faktiki mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulan məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyun 2014-cü il tarixli 64 saylı rəyindən görünür ki, Telman Nəcəfovun meyitində - başın təpə-gicgah nahiyyəsində sıyrıq, üzün sağ yarısında və qulaq seyvanında əzilmiş yara, qançır ilə sıyrıqlar, sağ əldə əzilmiş-cırılmış yara, sağ qılça, qasıq və bud nahiyyələrində geniş sahəli əzilmiş-soyulmuş yara, sol bud-çanağı oynağında sıyrıq, döş və sağ körpücük sümüklərinin, hər iki tərəfdə İİ-İX qabırğaların qapalı yerdəyişmiş sınıqları, hər iki ağ ciyərin cırılmış yaralanmaları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatı olub mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid olub bilavasitə onun ölümünə səbəb olmuşdur. Telman Nəcəfovun ölümünə səbəb bədəninin küt travması nəticəsində skelet sümüklərinə çoxsaylı sınıqlarından və ağ ciyərlərin cırılmış yaralanmadığından yaranmış travmatik və hemoraggik şok olmuşdur. Ölümünün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əmələ uyğun gəlir. Telman Nəcəfovun meyidinin bədənində aşkar edilmiş xəsarətlər qərarının təsviri hissəsinin göstərilən şəraitdə hərəkətdə olan avtomobilin piyadanı vurması və sonuncuda həmin avtomobilin təkəri nin bədən hissələrinin üzərindən keçməsi nəticəsində gələ bilər. Həmçinin iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyul 2014-cü il tarixli rəyindən görünür ki, Ziba Nəcəfovanın meyidində üzün sağ yarısında və burnunda sıyrıqlar, sağ əldə qançır və sıyrıq, sağ bud nahiyyəsində geniş qançır, hər iki baldır nahiyyələrində aşıq-baldır oynaqlarında və aşağı pəncələrində geniş sahəli əzilmişsoyulmuş yaralar, hər iki bud sümüklərinin aşağı 1/3-nin, hər iki baldır sümüklərinin, aşıqbaldır oynağı və ayaq sümüklərinin çoxsaylı açıq qəlpəli sınıqları aşkar edilmişdir. Göstərilən xəsarətlər həyatı olub bərk küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, bilavasitə onun ölümünə səbəb olmu şdur. Baş vermiş cinayət hadisəsi nəticəsində valideynlərinin faciəvi şəkildə ölməsindən sonra onun düşdüyü durum və hər gün bu halı müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananlar mərhum valideynlərinin ölmüş bədənləri gözünün önündə canlanır. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərər, ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum valideynlərinin faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona, dəymiş üç milyon manat məbləğində mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmədən cavabdeh Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialından ******* (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-1037/2021) iddia qismən təmin edilərək, cavabdeh Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialından mənəvi ziyanın əvəzi olaraq 40000 (qırx min) manat məbləğində kompensasiya tutularaq İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Arif Yusifovun qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialı məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb edilən 3.000.000 manat məbləğini yüksək hesab edərək belə qənaətə gəlir ki, tələb edilən məbləğ onun pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox onun zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Bu səbəbdən də, iddiaçıya dəymiş mənəvi zərərin 40000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və əd alətli əvəzi kimi qəbul edilə bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edərək şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi hüquqi şəxsin filialından tələb edilə bilməz. X6 əmək müqaviləsi ilə Çexiyanın Sintex EU S.R.O şirkətində sürücü vəzifəsində çalışıb. A.Yusifov 2014-cü ildə ehtiyatsızlıqdan qəza törədərək Nəcəfov Telman və Nəcəfova Zibanı yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan törətdiyi əməl nəticəsində Telman Nəcəfov müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq hadisə yerində, Ziba Nəcəfova isə müxtəlif dərəcəli, o cümlədən həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər alaraq xəstəxanada ölmüşlər. İdd iaçı mənəvi ziyan tələbi üzrə məhkəməyə müraciət edərkən cavabdeh qismində yalnız Çexiyanın Sintex EU S.R.O şirkətini cəlb etmişdir, lakin zərər birbaşa A.Yusifov tərəfindən törədildiyi üçün cavabdeh olaraq iddia tələbi üzrə cəlb edilməli idi. Qeyd edək ki, A.Yusifov təqsiri törətdiyi üçün bu kimi əməlin hansı dərədəcədə mənəvi ziyan törədəcəyini dərk edərək həmin mənəvi ziyan məbləğini hadisəni törədən şəxs kimi birbaşa öz məsuliyyətinə götürmək istəməyini nəzərə alaraq iddiaçı cavabdeh qismində A.Yusifovu da cəlb etməli idi. Belə A.Yusifov hadisəni öz ehtiyatsızlığından törətdiyi üçün təqsiri birbaşa ödəmə məsuliyyətinə malikdir və tələb birbaşa A.Yusifova yönəlməlidir. Cinayət Məcəlləsinə görə A.Yusifovun törətdiyi cinayət ehtiyatsızlıqdan törədilən cinayətdir. Ehtiyatsızlıqdan törədilə n cinayət mənəvi zərər tutma üçün əsas ola bilməz. Belə ki, həmin növ cinayət qəsdən, bilərəkdən törədilmədiyi üçün A.Yusifov tərəfindən iddiaçıya mənəvi zərər vurulması nəzərdə tutula bilməz. Bundan əlavə olaraq qeyd edir ki, işəgötürən işçinin hərəkətlərinə nəzarəti yalnız həmin inzibati idarə daxilində nəzarət edə bildiyi üçün işçinin inzibati ərazinin kənarında törətmiş qəza həmin işə götürəni məsuliyyətə cəlb edə bilməz. İşçilər hər gün səhər sürücü kimi yola çıxmazdan əvvəl inzibati ərazidə onların əqli fəaliyyəti, sərxoşluq halları və ya digər müəyyən hallar üzrə yoxlanıldıqdan sonra avtomobilləri yükdaşımasını yerinə yetirir. Həmçinin işçinin istifadəsinə verilmiş avtomobillər hər gün səhər sazlığı tam olaraq yoxlanılır və ümumi sadaladığı amillərdən hamısı qaydasında olduqdan sonr a yol vərəqəsi verilərək yola salınır. İşçilər artıq yola düşdükdə isə onlar inzibati binanın daxilindən çıxdığı üçün onlar nəzarət altında fəaliyyət göstərən işçi qrupuna aid edilə bilməz. Belə ki, işəgötürən işçiyə hər hansı yalnış hərəkət anında ona müdaxilə edə bilməsi halında həmin işçi nəzarət altında fəaliyyət göstərən işçi hesab edilə bilər. Belə olan halda iddia tələbi Çexiyanın Sintex EU S.R.O şirkətinin Azərbaycan Respublikasındakı filialına yönələ bilməz. Bundan başqa "xxxx" ASC hadisə nəticəsində iddiaçıya itirdiyi hər valideynə görə 5000 manat, ümumilikdə 10.000 (on min) manat məbləğində “Sağlamlığa dəyən zərəri” ödəmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.B abayev, iş № 2(103)-6323/2021) cavabdeh Çexiyanın "Sintex EU S.R.O Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1037/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin işçisi olmuş X3 “Çexiyanın Sintex EU S.R.O şirkəti”nin Azərbaycan Respublikasındakı filialına məxsus “Volvo” yük markalı, H027283 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən, cinayət əməli törətmişdir. Qeyd olunan hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 13.11.2014-cü il tarixli, 1(101)-1065/2014 saylı hökmü ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ha qlı olaraq, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 40.000 manat məbləğində pul vəsaiti tutmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbini iddiaya cavab verməli olan şəxsə qarşı qaldırmışdır. Kollegiya qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır, cavabdehin subyektiv mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Çexiya Sint ex EU S.R.O Şirkətinin Azərbaycan Respublikasındakı filialı (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin o lunmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki ha llarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş və qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfi ndən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusu dur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ları n pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün ha disənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Çexiya Sintex EU S.R.O Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2021 nömr əli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi mübahsələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar