Məhkəmə qərarları › İş №2(102)-6237/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6237/2021

22.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6237/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X4, X1 və Cavabdeh3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə, iddianın etirafı, faktın etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər X4, X1 və Cavabdeh3 qarşı evə köçürülmə, evin sökülən hissəsinin cavabdehlər tərəfindən bərpa olunması və evdən istifadəsinə mane olan hərəkətlə rin cavabdehlərə qadağan edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4905/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 12 saylı evin (indiki Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi, 12 saylı ev, bundan sonra – mübahisəli ev) mülkiyyətçisi xxxx olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonr a – iddiaçı) X4, X1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə köçürülməsi, həmin evin sökülən hissəsinin cavabdehlər tərəfindən bərpa edilməsi, onun həmin evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum əri xxxx ilə 1956-cı ildə rəsmi nikaha daxil olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsində 0,10 ha torpaq sahəsində mərhum əri ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. 1963-cü ildə həmin evə dair mərhum həyat X5nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport da tərtib edilmişdir. Evdə artıq 60 ilə yaxındır ki, yaşayır. Ev onun və həyat yol daşının ümumi qazancı hesabına inşa edilmişdir və onların ümumi birgə mülkiyyəti olmuşdur. X5 2008-ci ildə vəfat etmişdir. Bundan sonra ailə başçısı kimi ev təsərrüfatını özü idarə etmişdir. X13 ailə qurandan sonra iki övladı və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2016-cı ildə X13 vəfat etmişdir. Bundan sonra oğlunun yoldaşı xxx onu evdə yaşamağa qoymamışdır. Elə həmin il məcbur qalıb qızı xxxxevinə köçmüşdür. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus olan evin bir hissəsini sökmüş, onun şəxsi əşyalarını dağıtmışlar. Bununla da cavabdehlər ona külli miqdarda zərər vurmuşlar. Bu barədə dərhal polisə məlumat vermiş və şikayətini bildirmişdir. Cavabdehlərin məqsədi həmin evi və həyətyanı sahəni ələ keçirməkdir.

4. Cavabdehlər məhkəməyə ərizələr təqdim edərək, iddiaçın ın mübahisəli evə köçürülməsinə etiraz etmədiklərini, evin müəyyən hissələri qəzalı vəziyyətdə olduğundan qəsəbədə aparılan abadlıq işləri ilə əlaqədar Bakı abadlıq tərəfindən söküldüyünü, öz vəsaitləri hesabına təmir-bərpa işləri aparıldığını qeyd etmişlər.

5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5227/2020 nömrəli iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia tələbi təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf iddia tələbini etiraf etdiyindən və cavabdehlərin iddianı etiraf etməsi qanunun tələblərinə uyğun olduğundan, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddia təmin edilməldir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 11.1, 11.2, 27,-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 13.4, 191.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

8. Qətnamədən cavabdeh xxxxxxqızı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin mübahisəli evin sökülən hissəsinin cavabdehlər tərəfindən bərpa edilməsi, iddiaçının evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iddiaçının mərhum oğlu X6 ilə 16 noyabr 1993-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və mübahisəli evə gəlin köçmüş, birgə nikahdan Cavabdeh3 və Cavabdeh2 anadan olmuşlar. Mübahisə li evə gəlin köçəndən uşaqları və qayınanası (iddiaçı) ilə bir yerdə yaşamış, qayınanası ilə münasibətləri çox yaxşı olmuş, aralarında heç bir münaqişə olmamışdır. Buna baxmayaraq iddiaçı 3 ilə yaxındır ki, qızı Maralın evinə gedərək orada yaşamağa başlamışdır. Mübahisəli ev köhnə tikili olduğundan həm özü uçub dağılmış, həm də Balaxanı qəsəbəsində abadlıq işləri ilə əlaqədar Bakı abadlıq tərəfindən sökülmüşdür. Onun həmin evdə yenidən təmir-bərpa işləri aparmağa maddi imkanı yoxdur. İddiaçının mübahisəli evə köçürülməsinə etiraz etməmişdir. Lakin iddia tələbinin qalan hissəsinə heç bir münasibət bildirmədiyi halda, məhkəmə qətnaməsində göstərilmişdir ki, onlar iddianı etiraf etmişlər. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən iddiaçının həmin evin hansı hissəsində yaşamasını və hansı hi ssəsinin bərpa edilməsini müəyyənləşdirməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4905/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

12. Qətnamədən cavabdeh xxxx qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

14. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, məhkəmə işə baxarkən MPM-in 9, 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət etməmiş, habelə hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclası barədə cavabdehə məlumat verilməmiş, iş onun iştirakı olmadan səhv araşdırılmışdır. Ona görə də qətnamə ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, habelə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq 20. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müq aviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər (maddə 53, İ hissə). Xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər (maddə 118). Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir (maddə 123).

21. MPM Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəf indən qəbul edilməsi göstərilə bilər (maddə 220.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik etirafla bağlı iki institut müəyyən etmişdir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191).

24. Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. MPM, həmçinin yazılı ərizədə ifad ə edilən iddianın etirafı üçün belə ərizənin nəticəsinin aydın surətdə şərh olunmasını tələb edir.

25. Bu iki institut zahiri cəhətdən və ifadə baxımından oxşar olsa da, hüquqi nəticələrinə görə fərqlənir. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla əgər faktın etirafı əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edirsə, iddianın etirafı tələbin təmin olunması üçün əsasdır.

26. Baxılan iş üzrə cavabdehlər birinci instansiya məhkəməsinə təqdim etdikləri yazılı ərizədə mənzilə köçürmə hissəsində iddianı etiraf etmişlər. Birinci instansiya məhkəməsi MPM-in 191-ci maddəsinə əsasən iddianı həmin hissədə təmin etməklə prosessual hüquq normasını düzgün tətbiq etmişdir.

27. Eyni zamanda cavabdehlər yazılı etirazlarında mübahisəli evin sökülməsi faktını da yazılı etiraf etdiklə ri üçün MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı həmin halı sübut etmək vəzifəsindən azad olmuşdur. Belə olan halda isə mübahisəli evin ona faktiki sahiblik edən cavabdehlərin təqsiri üzündən deyil, başqa səbəbdən və ya üçüncü şəxslər tərəfindən söküldüyünü sübut etmək vəzifəsi cavabdehlərin üzərində olmuşdur. Lakin məhkəmələr hesab etmişlər ki, cavabdehlər bununla bağlı hər hansı sübut təqdim edə bilmədikləri üçün iddia həmin hissədə də təmin olunmalıdır.

28. Məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən göründüyü kimi (i.v. 53), cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini qəbzə imza etməklə rəsmi qaydada almış, lakin hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4905/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar