Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6268/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Vəkil oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-669/2021 nömrəli iş üzrə 01.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh YYY və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh 28.500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində əsas pulun, 9690 manat borcun vaxtında qaytarılmadığına görə faizin, mənəvi zərərin əvəz qismində 5000 (beş min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30(otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qohumudur. 2015-ci ilin yanvar ayında Cavabdeh ondan 35000 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh bildirmişdir ki, yaxın günlərdə həmin pulu qaytaracaqdır. Dəfələrlə, cavabdehə xəbərdarlıq etdikdən sonra müxtəlif vaxtlarda 6500 ABŞ dolları pul qaytarmışdır. Hazırda cavabdehin ona 28500 ABŞ dolları borcu qalmışdır. Bununla bağlı, o, Bakı şəhər Sabunçu rayon İdarəsinin 13-ci polis Bölməsinə şikayət ilə müraciət etmiş, bu barədə cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Araşdirmalar zamanı Cavabdeh izahatında bildirmişdir ki, puldan 7000 manat qaytarmış, qalanını isə qaytaracaqdır. Cavabdeh 28500 ABŞ dolları borcunu vaxtında qaytarmadığı üçün o, mənəvi gərginlik, əsəb, stress keçirmişdir. Cavabdeh məhkəmə iclasında Cavabdeh iddia ərizəsində göstərilənləri qismən qəbul etmiş və bildirmişdir ki, 35000 ABŞ dolları pulu iddiaçı ilə şərikli iş qurmaq məqsədilə almışdır. Qalan borcdan 3100 ABŞ dolları 1700 manat və 750 manat ödəniş etsə də, devalvasiyadan sonra hər hansı bir ödəniş etməmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim X4) 31 avqust 2020-ci il tarixli 2(012)-1767/2020 saylı qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək Cavabdeh 28.500 (iyirmi səkkiz min beş yüz) ABŞ dolları məbləğində pulun, qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalenti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20(iyirmi) manat məbləğimdə pul vəsaitinin alınıb İddiaçı verilməyi qət edilmişdir. Birinci İnstansiyası məhkəməsi müəyyən etmişdir ki, 2015-ci ilin yanvar ayında iddiaçı cavabdehə 35000 ABŞ dolları məbləğində borca pul vermişdir. İddiaçı iddia edir ki, həmin borcdan cavabdeh hissə-hissə olmaqla cavabdeh ona cəmi 6500 ABŞ dolları qaytarmış 28500 ABŞ dolları isə hələ də borclu qalmışdır. Cavabdehin izahatınd a da iddia olunan məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin borcdan cavabdeh tərəfindən iddiaçıya 3100 dollar,1700 manat və 750 manat qaytardığı etiraf olunsa da, göründüyü kimi iddiaçı qeyd olunan borcdan 6500 ABŞ dolları qaytarıldığını etiraf etdiyindən, iddiaçının izahatı əsas götürməklə cavabdehin iddiaçıya hal-hazırda 28500 ABŞ dolları borclu olması sübut olunmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.1, 449.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh həmin qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmiş, ona şərikli iş qurmaq üçün iddiaçı tərəfindən 27.200 manat, özü tərəfindən 30000 manat pul qoyulduğun u, sonra ziyana düşdüyünü, ilkin olaraq 5100 manat qaytardığını, sonradan 1700 manat, 750 manat pul verdiyini, bacısı vasitəsilə 8400 manat ödənildiyini, cəmi 15950 manat qaytardığını, borcun 10.570 manat müəyyən edilməli olduğunu göstərmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1, X3 və X6) 01 fevral 2021-ci il tarixli 2(105)-669/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(012)-1767/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı borclu qaldığı 28500 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtdan Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalenti alınıb verilməli və bu hissədə iddia əsaslı olmaqla təmin edilməli və iddia tələbinin 9690 manat qətnamənin çıxarıldığı gün üçün Milli Bank uçot dərəcəsini əsas götürməklə müvafiq faizlərin və 5000 manat mənəvi zərərin tutulması hissədə iddia tələbləri əsassız əldə olunduğundan təmin edilməməlidir. Bundan əlavə olaraq cavabdehin qətnamə çıxarıldıqdan sonra iddiaçıya 680 manat məbləğində pul ödəməsinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məsələyə qətnamənin icra zamanı tutulması nəzərdə tutulmuşdur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 21.2, 385.1, 739.1, 439.1, 449.1, və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şi kayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-669/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və idi tələbinin tam həcmdə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçının tələb etdiyi məbləğ iddia ərizəsinin verildiyi günün məzənnəsinə uyğun olaraq hesablanmışdır. O, 2014-cü ildə aralarında olan iddiaçının təklifi ilə şifahi razılıq əsasında ortaq fəaliyyəti üçün 27.200 manat məbləğində pul onun tərəfindən qalan 30.000 manat hissəsində onun tərəfindən sərmayə qoyulmuşdur. Onlar həm in pul məbləği ilə ortaq iş aparmaq niyyəti ilə, yəni ticarətlə məşğul olmaq üçün qab-qacaq alıb satmağı məqsəd qoyulmuşdur. Lakin ölkədə baş verən inflyasiya nəticəsində gəlir əldə edə bilməmişlər. Məhsulların satışında əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla 5100 manat məbləğində ilkin ödəniş tərəfindən həyata keçirilmişdir. Yalnız bundan sonra inflyasiya hökm sürdüyündən birgə fəaliyyəti üçün onun payına düşən qalan məbləği ödəməkdə çətinlik çəkmişdir. Bu zaman İddiaçı məhsulun ona qaytarılmasını tələb etsə də qəbul etməmişdir. 27200 manat vəsaitdən 16 630 manat qaytarmış, 10.570 manat borclu qalmışdır. O, məhkəmə iclasında iştirak etməmiş, bununla da heç bir sübut təqdim edə bilməmişdir. 06 oktyabr 2020-ci il tarixdə 680 manat pul məbləği onun tərəfindən ödənilmişdir. İddiaçı kassas iya şikayətinə dair yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəll əsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (borc verilərkən qüvvədə olan redaksiyada) Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formada da istifadə edilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin izahatında da iddia olunan məbləğdə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və həmin borcdan cavabdeh tərəfindən iddiaçıya 3100 dollar, 1700 manat və 750 manat qaytardığını etiraf etməsi tərəflərin arasında borc münasibətləri üzrə hüquq və vəzifələrin yaran masını təsdiq edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh YYY kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-669/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6268/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6268/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver