Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6293/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil1, cavabdehin nümayəndəsi və vəkil2 iştirakı ilə, İddiaçının və cavabdehin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Ş.Mirzəzadə) 2(004)- 4850/17 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh2 MTK və cavabdeh1 arasında Yasamal rayonu, ünvan1 35 saylı mənzilə dair bağlanmış 18 may 2009-cu il tarixli müqavilə və 18 may 2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdeh2 MTK-nın üzərinə iddiaçıya məxsus mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva) 2(103)-1025/2018 nömrəli, 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/17 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) 2(102)-5425/2018 nömrəli, 31 avqust 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1025/2018 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh1, cavabdeh2 və maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/17 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı hazırkı iddia tələblərinin təmin edilməməsi, həm İddiaçı, həm də cavabdehə cavabdeh2 MTK –ya qarşı müqavilə öhdəliyinə uyğun olaraq həmin ölçüdə (başqa) mənzilin verilməsi və ya müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun mənzilin hazırkı günə real dəyərinin ödənilməsinə dair ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunması, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçıya, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdeh1 və cavabdeh2 aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh2 MTK və cavabdeh1 qarşıı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdeh2 MTK ilə cavabdeh1 arasında, Yasamal rayonu, ünvan1 35 saylı mənzilə dair bağlanmış 18 may 2009-cu il tarixli müqavilə və 18 may 2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 MTK-nın üzərinə mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması və həmin mənzilə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs maraqlı şəxs iddiaya qarşı etiraz edərək bildirmişdir ki, o, cavabdeh MTK ilə 10.08.2007-ci ildə etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, həm iddiaçının, həm də 2-ci cavabdehin müqaviləsi həmin mənzil ona satıldıqdan sonra bağlandığından həmin müqavilələr etibarsızdır, iddia rədd olunmalı və mənzil ona təhvil veri lməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, onun ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİY A ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçı və cavabdeh2 kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi və vəkili2 da öz növbələrində verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, MTK-nın həm iddiaçıya, həm də 2-ci cavabdeh münasibətdə konkret olaraq 35 saylı mənzillə bağlı olmasa da, bağladığı müqavilələrdə nəzərdə tutulmuş ölçülər hədd ində onlara mənzil vermək öhdəliyi mövcuddur. Belə ki, məhkəmə kollegiyasının iclasında şəxsən iştirak edən MTK-nın sədri C.Alışov hər üç müqavilə üzrə müqavilə tərəfi kimi-həmin müqavilələri və müvafiq olaraq verilmiş maliyyə arayışlarını imzalamış səlahiyyətli şəxs olaraq həmin müqavilələri tanıdığını, onların həqiqi olduğunu və həmin müqavilələr üzrə MTK-nın icra edilməyən öhdəliyinin olduğunu aydın şəkildə təsdiq etmişdir. Bu isə həm iddiaçı, həm də 2-ci cavabdeh ilə MTK arasında bağlanmış müqavilələrin, mənzilin sayına dair hissə istisna olmaqla, qalan hissələrdə (həmin müqavilələrdə müəyyən olunmuş ölçülər həddində mənzillərin onlara təhvil verilməsi və s.) etibarlı olduğuna dəlalət edir (maddə 352). Buna görə də apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, həm iddi açı, həm də 2-ci cavabdehə MTK-ya qarşı müqavilə öhdəliyinə uyğun olaraq həmin ölçüdə (başqa) mənzilin verilməsi və ya müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun mənzilin hazırkı günə real dəyərinin ödənilməsinə dair ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki,mənzil ilkin olaraq 10.08.2007-ci il tarixində etibarlı müqaviləyə əsasən maraqlı şəxsə satılmış, mənzilin müqavilə ilə müəyyən olunmuş dəyəri onun tərəfindən tam olaraq ödənilmiş, demək ki, həmin mənzil qanuni əsaslarla ona məxsusdur. Bu səbəbdən də həmin mənzil sonradan nə iddiaçıya, nə də 2-ci cavabdehə satıla bilməzdi. Buna görə də iddiaçının hazırkı iddia tələbləri məhz 35 saylı mənzilə münasibətdə əsaslı deyildir və təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin maddi əsası kimi Azərbaycan Respublikası MM-nin 178.8, 452.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmamaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, hazırkı mübahisə cavabdeh MTK tərəfindən Bakı şəhəri, ünvan1 35 saylı mənzillə, yəni onun kimə məxsus olmasıyla bağlıdır. İddiaçı iddia etmişdir ki, o, 05.12.2012-ci ildə cavabdeh MTK ilə həmin mənzilə dair etibarlı müqavilə bağlamış və mənzilin dəyərini tam ödəmişdir, mənzil ilkin olaraq ona satılmışdır, cavabdeh MTK ilə 1-ci cavabdeh arasında ilkin müqavilə 43 saylı mənzilə dair olmuş, həmin mənzilin başqa şəxsə məxsus olduğu ortaya çıxdığından sonra, MTK 1-ci cavabdehlə onun mənzilinə dair, həm də arxa tarixə müqavilə bağlamışdır, o, həm də 1-ci cavabdehi mənzilin ona aid olması barədə ilk gündən xəbərdar etmiş və mənzildə təmir işlərinin aparılmasını dayandırmasını tələb etmişdir, bu səbəbdən də MTK ilə 1-ci cavabdehin arasında bağlanmış həmin müqavilə etibarsızdır, mənzil ona təhvil verilməlidir. Cavabdeh MTK-nın iddiaya etirazının əsaslarından görünür ki, hər üç müqavilə üzrə alıcıların zərərçəkən olduğunu bildirərək, hazırkı mülki iş üzrə məhkəmə kollegiyasından qanuni qərar qəbul edilməsini xahiş etmişdir. 1-ci cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, o, MTK-nın səlahiyyə tli şəxsləriylə etibarlı müqavilə bağlamış, mənzilin dəyərini tam ödəmiş, onun müqaviləsi tarix baxımından iddiaçının müqaviləsindən qabaq bağlanmışdır, o, mənzildə bir sıra təmir işləri aparmış, mənzilin mübahisəli olmasını sonradan bilmiş, buna görə də iddia rədd edilməlidir. İşin materiallarından görünür ki, cavabdeh MTK ilə alıcı maraqlı şəxs arasında bağlanmış 10.10.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş cavabdeh MTK-nın tikilməkdə olan binasında 1-ci girişdə, 6-cı mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kv.metr olan, 35 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri o lan 42075 manat alıcı maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Cavabdeh2 MTK ilə alıcı cavabdeh1 arasında bağlanmış 18.05.2009-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş cavabdeh2 MTK-nın tikilməkdə olan binasında 1-ci girişdə, 7-ci mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kv.metr olan, 43 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri olan 46530 manat alıcı Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Cavabdeh2 MTK ilə alıcı iddiaçı arasında bağlanmış 05.12.2012-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh2 MTK-n ın tikilməkdə olan binasında 1-ci girişdə, 6-cı mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kv.metr olan, 35 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və mənzil haqqını ödəməyi öhdəsinə götürür. Eyni tarixli maliyyə arayışının surətindən məlum olur ki, mənzilin dəyəri olan 44550 manat alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin təsdiq etdiyi X5 Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə noyabr 2017-ci il tarixli ittiham aktının surətidən məlum olur ki, həmin cinayət işi üzr ə aparılan araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə olan binada 2007-2010-cu illərdə satılmış mənzillərin qeydiyyatının aparıldığı «hesabat»- siyahı götürülərək cinayət işinə əlavə olunmuşdur. Qeyd edilən ittiham aktından görünür ki, MTK-da tərtib olunmuş «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək satılmış mənzillərin hesabat» başlıqlı siyahıda 22-ci sırada olan qeydə əsasən həmin binadakı 99 kv.metr sahəsi olan 35 saylı mənzil 10.08.2007-ci il tarixli müqaviləyə əsasən Maraqlı şəxs satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticələrə gələrkən işin bu halına diqqət yetirməmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh2 MTK-nın tikilməkdə ol an binasında 1-ci girişdə, 6-cı mərtəbədə, iki otaqlı, ümumi sahəsi 99,0 kv.metr olan, 35 nömrəli mənzili Cavabdeh2 MTK ilə hazırda CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən X9 arasında bağlanmış 01.03.2007-ci il və 25.12.2008-ci il tarixli podrat müqavilələri üzrə sonuncunun podrat müqavilələri üzrə üzərinə götürdüyü işlərin dəyəri kimi ona verilmişdir. Cavabdeh2 MTK ilə alıcı maraqlı şəxs arasında bağlanmış 10.10.2007-ci il tarixli alğı-satqı müqaviləsinin də məhz bu podrat müqaviləsi əsasında olması işin materiallarında olan Binəqədi rayon məhkəməsinin 16.07.2015-ci il tarixli qətnaməsinin məzmunu ilə təsqiq edilir. Sözügedən qətnamənin məzmununa əsasən iddiaçı Cavabdeh2 MTK-nın cavabdeh X6 qarşı sonuncu ilə MTK arasında bağlanmış 01.03.2007-ci il və 25.12.2008-ci il tarixli podrat müqavilələri üzrə cavabdehin həmin müqaviləyə əsasən gördüyü işlərin dəyərini aşan və cavabdeh tərəfindən əsassız mənimsənilmiş tikinti sahələri olan mənzillər, o cümlədən 35 saylı mənzil və s. sahələrin ondan alınması və digər iddia tələbləri irəli sürmüşdür. Qeyd olunan qətnamə ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MTK ilə cavabdeh X9 arasında bağlanmış 01.03.2007-ci il və 25.12.2008-ci il tarixli podrat müqavilələri üzrə sonuncunun gördüyü işlərin dəyərini aşan və tikinti sahələri olan, o cümlədən 35 saylı mənzilin digər sahələrin məbləğinin cavabdehdən alınaraq Cavabdeh2 MTK-ya verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxsə mübahisəli mənzil podrat müqaviləsi əsasında verilməsi faktı mövcud olduğu üçün həmin müqaviləni bağlamış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsina dair iş üzrə məhkəmə nəticəsinin işin materialların olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Kollegiyanın qənaətinə görə Cavabdeh2 MTK ilə alıcı Maraqlı şəxs arasında bağlanmış 10.10.2007ci il tarixli alğı-satqı müqaviləsinin kökündə Cavabdeh2 MTK ilə hazırda CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən X9 arasında bağlanmış podrat müqaviləsi üzrə müəyyən edilmiş hallar olduğu halda apellyasiya instansiyası məhkəməsi maraqlarına toxunan şəxsin ona ziyan vuran şəxşə qarşı iddia qaldırmalı olmasına işin araşdırılmış halları üzrə hüquqi qiymət verməli idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4850/17 saylı, 14 iyul 2017-ci il tarixli qətn aməsinin ləğv edilib, iş üzrə yeni qətnamə qəbul etməklə İddiaçı hazırkı iddia tələbləri təmin edilməməsi qənaətinə gəlməsi ilə iş üzrə qeyri-müəyyənlik yaratmışdır. Belə ki, iz üzrə tələb həmçinin İddiaçı cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında, Yasamal rayonu, ünvan 1 35 saylı mənzilə dair bağlanmış 18 may 2009-cu il tarixli müqavilə və 18 may 2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədədir. Apellyasiya instansiyası məhkəməsinin hazırki nəticəsi ilə həmçinin həm İddiaçı, həm də cavabdehə Cavabdeh1 MTK-ya qarşı müqavilə öhdəliyinə uyğun olaraq həmin ölçüdə (başqa) mənzilin verilməsi və ya müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun mənzilin hazırkı günə real dəyərinin ödənilməsinə dair ümumi qaydada iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsa da, məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq Maraqlı şəxs ilə 10.08. 2007-ci il tarixində, Cavabdeh1 ilə 18.05.2009-cu il tarixində, İddiaçı ilə 05.12.2012-ci il tarixində bağlanmış müqavilələrin hər üçün hazırki vaxta kimi qüvvədə qalmasına hüquqi qiymət verilməmişdir. Bu hal da kollegiyanın qənaətinə görə mübahisənin apellyasiya instansiyası məhkəməsi tərəfindən tam həll edilməməsi, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamasını təsdiq edir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməs i ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-nin 178.8-ci və 452.1-ci maddəsinin hazırki mübahisəyə tərəflərdən hansının mövqeyi baxımından tətbiq edilməsini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi mənzil ilkin olaraq 10.08.2 007-ci il tarixində etibarlı müqaviləyə əsasən Maraqlı şəxs satılması, mənzilin müqavilə ilə müəyyən olunmuş dəyəri onun tərəfindən tam olaraq ödənilməsi və demək ki, həmin mənzil qanuni əsaslarla ona məxsus olmasının birmənalı olaraq müəyyən edilməsini göstərməsinə baxmayaraq özü tərəfindən qeyd edilmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətinin iş üzrə digər tərəflərin müqavilələrin etibarsız sayılmasına dair hissəsi də əhəmiyyətsizdir, çünki həmin tələblər birinci instansiya məhkəməsində baxılmamışdır. İşin materiallarından Maraqlı şəxs iş üzrə digər tərəflərin müqavilələrini mübahisələndirməsi ilə iddia tələbi ilə müraciət etməsi görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin həmin mənzilin demək olaq ki, qanuni əsaslarla Maraqlı şəxs məxsusluğuna dair apellyasiya in stansiyası məhkəməsinin nəticəsini kollegiya qanuni və əsaslı saymır. Kollegiya hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəy yən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, MPM-nin 80 və 81-ci maddəsinə əsa sən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərdə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit ol unmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məh kəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının h üququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkə nmaddi və prosessual hüquq normalar ıpozulmuş və düzgün tətbiq edilməmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin normaya əsasən isə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsin in qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Lakin kassasiya şikayətləri qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və cavabdeh Əfədiyeva Mətanət Mehman qızının kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1305/2019 nömrəli iş üzrə 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-6293/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6293/2019
17.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver