Məhkəmə qərarları › İş №2(102)-63/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-63/2020

08.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-63/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, xxx və xxx qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvi və mənzilin mülkiyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-9756/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs2, X3 və x5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X1 prospektində istifadədə olan 0,11056 ha. torpaq sahəsində yerləşən 58 saylı evin ümumi sahəsi 76,58 kv.m., yaşayış sahəsi 44,8 kv.m. olan üç otaqlı 17 nömrəli mənzilinə dair xx xxxx 2018-ci il tarixdə xxx saylı notariat kontorunda bağlanılmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvi və həmin mənzilin iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov ) xx xxxx 2019-cu il tarixli, 2(006)-785/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2018-ci il tarixli (reyestrdə 4Ə-300 nömrə ilə qeyd edilmiş) daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və xxx saylı mənzilin İddiaçı mülkiyyətinə geri qaytarılması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) xx xxxx 2019- cu il tarixli 2(103)9756/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-785/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər xxx, Maraqlı şəxs2 və xxx qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvi və mənzilin mülkiyyətə qaytarılması” tələbinə dair iddianın təmin olunmaması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-9756/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi bardə yeni qərar qəbul edilməsini xahiş etmişd irlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlar və proses iştirakçılarının izahatları əsasında müəyyən edilmişdir ki, xxx Saylı notariat kontorunda reyestrdə 42-300 nömrə ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə İddiaçı ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti xx saylı evin xx saylı mənzilini oğlu Cavabdeh bağışlamışdır. Lakin mənzil bağışlandıqdan sonra hədiyyə alan Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verən - atası (iddiaçı) barəsində üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Ona görə də, iddia əsaslı olduğu üçün təmin edilməli olsa da apellyasiya məhkəməsi qanunsuz olaraq iddianı rədd etmişdir. Apellyasiya instans iyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 673.1.2 və 673.4-cü maddələrinin tələblərini pozmuş, maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmiş, nəticədə ədalətə söykənməyən, obyektiv həqiqəti əks etdirməyən, mübahisəni həll etməyən qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün he sab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktik i hallardan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, xx saylı evin xx saylı mənzilini xx saylı notariat kontorunda bağlanmış xx xxxx 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə oğlu olan Cavabdeh bağışlamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, məhkəmə qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, habelə birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməlidir. Belə ki, bağışlama müqaviləsi hər hansı öhdəliklə şərtləndirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qətnaməsinin onunla əsaslandırmışdır ki, cavabdeh atası olan iddiaçı barəsində üzə rinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın hədiyyə verən barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin hər hansı pozuntusu deyil, kobud pozuntusu bağışlamanın ləğvi üçün əsas ola bilər. Hazırki iş üzrə isə nə iddiaçı iddia ərizəsində, nə də ki, həmin iddianı təmin edən birinci instansiya məhkəməsi nəinki hər hansı pozuntu barədə sübuta istinad etmiş, hətta belə pozuntunun mövcudluğunu, onun nədən ibarət olmasını əsaslandırmamışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır (Mülki Məcəllənin 666.1, 666.2 və 666.3-cü maddələri). Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə ala n şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə m ünasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəz ifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Lakin iş materiallarından iddiaçının maddi yardıma ehtiyac olması, onun bu yardımla əlaqədar cavabdehə müraciət etməsi və cavabdehin yardımdan, atasına qayğı göstərməkdən imtina etməsi halları müəyyən olunmamış və bununla əlaqədar hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Bu halı təsdiq etmək üçün məhkəməyə təqdim edilən şahid Maraqlı şəxs2 ifadəsi isə Maraqlı şəxs2 İddiaçı həyat yoldaşı olmaqla, mübahisənin sonuncunun xeyrinə həll olunmasında maraqlı olduğuna görə mötəbər sübut hesab edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstəri lən tələblərini nəzərə alıb, düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillər isə qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9756/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar