Məhkəmə qərarları › İş №2(102)-6300/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6300/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6300/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya tələbinin təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1826/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 010324 saylı Sığorta Aktının təsdiq edilmiş surətindən görünür ki, 06 sentyabr 2014cü il tarixdə Qusar şəhəri H.Əliyev prospektində “VAZ 2101” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış “Mitsubishi Pajero” (H027 367) avtomobillə toqquşmuşdur, cəmi 2370 (iki min üç yüz yetmiş) manat zərər dəymişdir. 4589 nömrəli, 23 sentyabr 2014-cü il tarixli Ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta tərəfindən "xxxx" Firmasına 2370 (iki min üç yüz yetmiş) manat ödənilmişdir. 31 yanvar 2020-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 CYP 399090 saylı 06.09.2014-cü il tarixli protokola əsasən Azərbaycan Respublikasının İXMnin (qüvvədən düşmüş) 151.2-ci maddəs i ilə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Ödəniş qrafasında cərimənin ödənildiyi qeyd edilmişdir. Qusar rayon Məhkəməsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış 04 fevral 2020-ci il tarixli G-029-77/2020 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 06.09.2014-cü il tarixdə törətdiyi inzibati xətaya görə 08.09.2014-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 151.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 02 mart 2020-ci il tarixli 016-20347/220 saylı cavab məktubundan görünür ki, DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “VAZ 2101” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil 19.12.2007-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyata alınmışdır. Qeyd olunan avtomobil 03.11.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. (nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə verilmiş etibarnamə qüvvədən düşmüş hesab olunur) Qusar RPŞ tərəfindən verilmiş C4P-399090 saylı Arayışdan görünür ki, 06 sentyabr 2014-cü il tarixdə saat 16:10-da Qusar şəhəri H.Əliyev prospektində yol nəqliyyat hadisəsi nəticəsində Mitsubishi Pajero H027367 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısı əzilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BP Expl oration (Caspian Sea) LTD” Şirkətinə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat, cəmi 2400.40 (iki min dörd yüz qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 06 sentyabr 2014-cü il tarixdə idarə etdiyi “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən manevr qaydalarını pozmuş, “BP Exploration (Caspian Sea) LTD” Şirkətin ə məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə ziyan dəymişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan “VAZ 2101” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DİN BDYPİ-nin X1 iş üzrə Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı "xxxx" Firmasının təqdim etdiyi 09 saylı 12.09.2014-cü il tarixli Sifariş-Naryadına uyğun olaraq, həmin avtomobilə 2370 (iki min üç yüz yetmiş) manat ziyan dəymişdir. **********1 saylı sığorta müqa viləsinə və № 010324 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2370 (iki min üç yüz yetmiş) manat sığorta ödənişi həyata keçirmişdir. Odur ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 2370 (iki min üç yüz yetmiş) manat dəymiş zərər məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qusar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov, iş № 2(029)-224/2021) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2370 (iki min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti vermiş və onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. 06 sentyabr 2014-cü il tarixdə o, qardaşı Cavabdeh2 məxsus “VAZ 2101” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobillə Qusar şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən “Mitsubishi Pajero” markalı H027367 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə “Mitsubishi Pajero” markalı avtomobili idarə edən xarici vətəndaş olan Erikin ucbatından baş ve rmişdir. O, hadisə ilə bağlı 102-ə zəng etmişdir. Hadisə yerinə gələn Qusar rayon DYP-nin bölmə rəisi vəzifəsində işləmiş Hacı hadisənin onun təqsiri ucbatından baş vermədiyini və ona narahat olmamağını bildirmişdir. Lakin onun barəsində inzibati protokol tərtib edilmiş və o, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin cərimə keçmiş DYP bölməsinin rəisi Hacı tərəfindən ödənilmişdir. Həmçinin Hacı ona gələcəkdə sığorta ilə bağlı heç bir probleminin olmayacağını bildirmişdir. Avtomobilə dəymiş ziyan yüksək göstərilmişdir. Həmin məbləğlə razı deyil. Bundan başqa hadisə baş verən vaxtdan uzun müddət keçmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(029)-224/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və L.Məmmədova, iş № 2(105)-1826/2021) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin iş üzrə 25 fevral 2021-ci il tarixli 2(029)-224/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehə məxsus olan avtomobilin İcbari Sıgortası olmadıgı üçün, iddiaçı onlardan subroqasiya tələbi irəli sürməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini o nunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1826/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Sığorta Şirkəti ASC kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 20 21-ci il tarixli 2(105)1826/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayət verən cavabdehin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik oldu ğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tər əflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkə mə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1826/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarix li qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar