Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6305/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(002)-128/2019, hakim F.Ə.Hüseynov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rə dd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4844/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev, R.Ə.Qurbanov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 04 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 illik 20 faiz olmaqla, 36 ay müddətinə 31.870 dolları ABŞ məbləğində kredit verilmiş, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi sonuncuya məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ASC Cavabdeh1 və qey rilərinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, açıq hərracdan satılması barədə iddiası Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2016-cı tarixli qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. 13 sentyabr 2018-ci il tarixdə İddiaçı mənzilin onun razılığı olmadan ipoteka ilə yüklü edildiyinə istinad edərək, Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsitələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Mənzil hərracdan satıldıqdan sonra ipoteka qoyulması ona məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsin in və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehlə 14 aprel 1988-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğuna, Bakı şəhəri, Lökbatan qəsəbəsi, keçid 1594 ünavnlnda yerləşən 36 saylı evin 42 saylı mənzilini birgə nikah dövründə əldə etdiklərinə, lakin ərinin həmin mənzili onun razılığı olmadan ipoteka ilə yüklü etdiyinə, bundan yalnız mənzilə tutma yönəldikdən sonra xəbər tutduğuna istinad edərək mənzilə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair hazırki iddianı qaldırmışdır. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 məxsus mənizlin ipotekaya qoyulmasını etiraz etmədiyi barədə əriz ənin surəti təqdim edilmişdir ki, bu da iddiaçının evin ipoteka ilə yüklü edilməsindən xəbərsiz olması barədə dəlillərinin əsassız olmasın təsdiq edir. İpoteka müqaviləsinin etibarsızlığını şərtləndirən hər hansı hal mövcud deyil. Bundan başqa hazırda etibarsızlığı mübahisələndirilən ipoteka müqaviləsi Cavabdeh2 ASC-nin Cavabdeh1, X3, X4, İddiaçı qarşı iş üzrə mübahisənin predmetinə daxil olmuşdur. Belə ki, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və s. tələblərin təmin edilməsinin əsasını da məhz həmin ipoteka müqaviləsi təşkil etmişdir. İddiaçı həmin iş üzrə cavabdeh olmuş, məhkəmə aktından apellyasiya şikayəti vermiş və bu halı həmin məhkəmə prosesində mübahisələndirmək imkanına malik olduğu halda mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6305/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6305/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver