Məhkəmə qərarları › İş №2(102)-633/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-633/2023

21.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-633/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası, bir mənzilin bir neçə şəxsə satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1587/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki Cavabdeh) qarşı “yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) üzərinə 12 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliyi olan ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13cü mərtəbəsində yerləşən sahəsi 52 kv.m təşkil edən 1 (bir) otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı bildirir ki, cavabdehlə aralarında bağlanmış 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən, MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış evinin 1-ci blokun un (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilini 13.572 manat dəyərini tam ödəməklə almış və ona bu barədə maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzili təhvil verməmiş və buna görə də, həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Belə olan halda, onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmamışdır.

3. Cavabdeh bildirir ki, mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsi yoxdur, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmamışdır.

4. Maraqlı şəxs bildirir ki, iddiaçının müqaviləsi etibarsızdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mənzilin onun mülkiyyəti olması təsdiq olunmuşdur. Həmin məhkəmə mübahisələrində MMC, mənzilin hazırkı iş üzrə iddiaç ıya satılması barədə məlumat verməmişdir. İddiaçı, cavabdeh MMC-də nəzarətçi işləyir və müqavilə formal olaraq bağlanmışdır.

5. İşin mübahisəsiz halına əsasən, 12 mart 2007-ci il tarixli kooperativ binada mənzil tikintisi müqaviləsi ilə Cavabdeh inşa etdiyi ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzilin hər kv.metrinə görə 300 ABŞ dollarına razılaşmaqla ümumilikdə 15600 ABŞ dolları və ya 13572 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. 6. 12 mart 2007-ci il tarixli, 00026 nömrəli kassa mədaxil orderinə əsasən, Cavabdehnə mənzilə görə 15486 manat (17400 ABŞ dolları) pul ödənilmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-2126/2019 nömrəli, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (Z. Sadıqov) iddiaçı Maraqlı şəxs cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin məcburi icrası tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Maraqlı şəxs ilə Cavabdeh MMC arasında bağlanmış 20 may 2009-cu il tarixli “Kooperativ binada mənzil tikintisi” müqaviləsində nəzərdə tutulan ünvan 3 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilin tikintisinin başa çatdırılaraq, iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin iddiaçı Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq yuxarı instansiya məhkəm ələri tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.

8. Abşeron Rayon Məhkəməsinin 2(012)-2569/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçı Maraqlı şəxs cavabdehlər X2 və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddiasının qismən təmin edilməsi, icraçı "xxxx" MMC ilə X3 arasında bağlanmış Kooperativ binada mənzil tikintisi üçün bağlanmış 26.11 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X1 ünvan 4 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cu mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzilindən çıxarılaraq mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmiş, "xxxx" MMC-nin apellyasiya şik ayəti təmin edilməmiş, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-4015/2021 nömrəli, 6 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh (hazırda "xxxx" Məhdud Məsuliy yətli Cəmiyyəti) ilə İddiaçı arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi üzrə ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilə görə 13572 manat pulu Cavabdehnə ödədiyindən, onun hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı ötən müddət ərzində binanın tikilməsinə baxmayaraq, iddiaçıya təhvil vermədiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməli və ünvan 5 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzil İddiaçı təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.1, 448.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlı şəxs hesab olunması qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs iki dəfə bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmuşdur. Qətnamə hazırda qüvvədədir. İcra mərhələsində məlum olmuşdur ki, həmin mənzil Cavabdeh tərəfindən başqa bir şəxsə satılmışdır. Bununla bağlı, təkrarən iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə iddia qismən təmin edilmiş və mənzilin ikinci dəfə satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamə də hazırda qüvvədədir. Qətnamələrdən də görünür ki, həmin mənzilin İddiaçı satılmasına dair məhkəmədə heç bir məlumat olmamışdır. Məhkəmədə eyni vaxtda, 1 ay fasilə ilə eyni mənzilə dair iki qətnamə qəbul edib. İddiaçı ilə bağlanılmış müqavilə qanunsuzdur. İddiaçı cavabdeh təşkilatda mühafizəçidir və orada payçı ola bilməzdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, maraqlı şəxs ilə cavabdeh arasında müqavilə 2009-c u ildə, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə isə bundan daha əvvəl, 2007ci ildə bağlanılmışdır. Cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Mənzil iddiaçıya xx.xx.2012-ci ildə təhvil verilib. Halhazırda həmin ünvanda İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Maraqlı şəxs müqaviləsinin qüvvədə olması və ödəniş etməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. İki cinayət işi üzrə araşdırma aparılıb və Maraqlı şəxs heç bir işdə zərərçəkmiş şəxs qismində tanınmayıb.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1587/22 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev ) apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, maraqlı şəxs apellyasiya şikayətində mənzilə dair müqavilələrin etibarsız hesab edilməsini bildirsə də, hazırkı işin əsasını təşkil edən Cavabdeh ilə İddiaçı arasında bağlanmış ünvan 2 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin satılmasına dair 12 mart 2007-ci il tarixli müqavilə qanuni qüvvəsindədir, hər hansı formada mübahisələndirilməmiş, məhkəmə qaydasında ləğv və ya etibarsız hesab edilməmişdir. Bundan başqa, iş materiallarında olan aktdan görünür ki, mübahisəli mənzil iddiaçıya təhvil verilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 152.1, 152.5, 152.6, 152.7, 157.4, 178.8, 385.1, 445.1, 448.1, 421.1, 442.1, 425.1, 752.1, 755-ci maddələrinə, MPM-in 14.2, 77.1, 384.0.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Maraqlı şəxs kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqavilə etibarsızdır. Buna istinad olaraq, maraqlı şəxsin mülki icraat üzrə tərəf olduğu məhkəmə qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasını n xx.xx.2020-ci il tarixli, 2(102)-3141/20 nömrəli qərarı göstərilmişdir. Maraqlı şəxs ilə "xxxx" MMC arasında iki müxtəlif iddia tələbi olmuş və hər iki iddia üzrə məhkəmələrdə işə baxılarkən "xxxx" MMC nümayəndələri iddia tələblərinə edilmiş etirazlarda, verilmiş apellyasiya və kassasiya şikayətlərində mübahisə predmeti olan mənzilin iddiaçıya satılması barədə heç nə bildirilməmişdir. Hesab edilir ki, ümumiyyətlə tərəflər arasında belə bir müqavilə olmamış, cavabdeh qətnaməni icra etməkdən boyun qaçırmaq məqsədi ilə yalandan müqavilə bağlayaraq məhkəməyə müraciət etmişlər.

21. Kassasiya şikayətinin digər dəlili kimi göstərilmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və təqdim olunmuş sübutlara, eləcə də iş materiallarına əlavə edilmiş məhkəmə qətnamə ləri ilə hazırkı mübahisə arasında olan əlaqəyə münasibət bildirib hüquqi qiymət verməmişdir. Belə ki, iş üzrə ətraflı araşdırma aparmamış İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) arasında ümumiyyətlə müqavilənin olub-olmamasını araşdırmamış, əgər həqiqətən tərəflər arasında 2007-ci il tarixdə müqavilə bağlanmışdırsa, 15 il ərzində müqavilənin icrası ilə bağlı heç bir addım atmamasının səbəbini araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çək inməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tam amilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

35. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışın ın hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə maraqları pozulan şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş sübutları araşdırmamış, onlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir.

40. İşin halları bölməsində sadalanan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, birinci iş üzrə mübahisəli mənzilin tikintisinin başa çatdırılaraq Maraqlı şəxs təhvil ve rilməsi, ikinci iş üzrə isə həmin mənzilə dair Mehparə İbrahimovayla bağlanmış müqavilənin etibarsız sayılaraq onun həmin mənzildən çıxarılması qət edilmişdir.

41. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnamələri ilə mübahisəli mənzilin Maraqlı şəxs mənsubluğu təsdiqləndiyi halda işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və qiymət verməmişdir.

42. Həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki Cavabdeh) mübahisəli mənzilin İddiaçı satılmasına dair hər hansı dəlil irəli sürməmiş, həmin halı təqdim etdiyi şikayətlərdə qeyd etməmiş, məhkəmə iclaslarında verilən izahatlarda etirazın əsası kimi həmin hala istinad etməmişdir.

43. Belə ki, iddiaçı X4 cavabdehlər X2 və "xxxx" MMC-yə qarşı “müqavilənin eti barsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin nümayəndəsi mübahisəli mənzilə dair İddiaçıla bağlanmış 12 mart 2007-ci il tarixli müqavilənin olması barədə məhkəməyə məlumat verməmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində də həmin dəlili qeyd etməmişdir.

44. Digər tərəfdən, hazırkı iş üzrə birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin olmaması, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmaması barədə yanıldıcı izahat vermişdir.

45. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadan iddiaçı ilə bağlanan müqavilənin Maraqlı şəxs mübahisəl i mənzillə bağlı tələblərindən yayınmaq üçün görünüş məqsədi yaratmaq üçün bağlanan əqd olubolmamasını araşdırmamış və qiymət verməmişdir. 46. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etiba rlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

47. Bundan başqa işin hallarından mübahisəsiz qaydada görünür ki, İddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi barədə iddiasını məhkəməyə xx.xx.2021-ci il tarixdə verdiyi halda qanuni qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə artıq həmin mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir.

48. Bununla yanaşı Maraqlı şəxs həmin mənzilin qanuni sahibi kimi bundan sonra mübahisəli mənzillə bağlı MMC ilə İbrahimova Mehparə arasında bağlanmış xx.xx.2013cü il tarixli müqavilənin etibarsızlığı və sonuncu tərəfindən mə nzilin boşaldılması barədə iddia vermiş və onun bu iddiası Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.

49. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianı verməmişdən əvvəl mübahisəli mənzil Maraqlı şəxs sahibliyinə keçdiyindən MMC ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə ehtimal olaraq etibarlı bir müqavilə kimi qəbul edildiyi halda da bu hal Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə əsasən İddiaçı iddiasının təmin edilməsinə əsas ola bilmişdir.

50. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona ver ilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə çıxarılmışdır. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixl i Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına ala n, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

54. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda şərh edilən göstərişlərə uyğun olaraq mübahisəni həll etməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1587/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar