Məhkəmə qərarları › İş №2(102)-6356/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6356/2019

09.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6356/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Pərvin Aftandil oğlunun, Cavabdeh və onun vəkili X6 oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(107)302/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, 3717,06 (üç min yeddi yüz on yeddi manat) manat sığorta ödənişi məbləğinin və 30,40 (otuz manat,40 qəpik) manat məbləğində dövlət rüsumunun, 7 (yeddi) manat notariat xərcinin 3.754,46 (üç min yeddi yüz əlli dörd manat, 46 qəpik) manat pulun Cavabdeh tutulub İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03.08.2013-cü il tarixdə, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində, Cavabdeh “VAZ 21063” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı-də sığortalanmış “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Şəki ŞRPŞ DYPBnin 07.08.2013-cü il tarix li, 188/4/1-1113 saylı arayışa əsasən **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs olaraq müəyyən edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı tərətindən “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 3.717,06 (üç min yeddi yüz on yeddi manat) manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilə dəymiş ziyana görə ödənilmiş 3.717,06 (üç min yeddi yüz on yeddi manat) manat məbləğ qanunvericilikdə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı dır. Şəki Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(075)-623/2018 saylı qətnaməsi ilə (hakim C.İmanov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 26 dekabr 2012-ci il tarixli, MİB-3378/2012 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş 3717,06 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 7 manat notariat xərci olmaqla, cəmi 3754,46 (üç min yeddi yüz əlli dörd manat, qırx altı qəpik) manat məbləğ cavabdehdən İddiaçı-nin xeyrinə tutulması tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) 31.05.2018-ci il tarixli, 2(107)-1372 /2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) 29.10.2018-ci il tarixli, 2(102)7063/2018 nömrəli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.V.Məlikov, A.A.Mahmudov və E.E.Zəkili) 16.05.2019-cu il tarixli, 2(107)-302/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 mart 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qeyd olunan mübahisəyə dair öhdəliklər üzrə icra müddəti bitmişdir. İddiaçıya öz hüququnun pozulması vaxtı əvvəlcədən məlum idi. Eyni zamanda, iddiaçı tərəfindən hansı məbləğdə ziyanın ödənilməsi barədə məlumat da məhkəməyə qədər heç bir məlumat verilməmiş və müvafiq sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfi ndən borcun tam ödənilmədiyini bildiyi halda 23.10.2017ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox daha gec bilmişdirsə bunu sübut etməlidir. Lakin iddiaçı bunu sübut edə bilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X6 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Pərvin Aftandil oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılması barə də qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 16.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Şəki Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05 dekabr 2013-cü tarixli 001279 saylı kassa məxaric orderinin təsdiq edilmiş surətinə əsasən, İddiaçı tərəfi ndən ASC MİB-3378/12 saylı sığorta müqaviləsinin şərtlərinə əsasən 05 dekabr 2013-cü il tarixdə X2 3717,06 manat məbləğində sığorta ödənişi etmişdir. 26 dekabr 2012-ci il tarixli, MİB-3378/2012 saylı sığorta şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığortalanmış “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiqləyən 07 avqust 2017-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh “Vaz-21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03 avqust 2013-cü il tarixdə Şəki şəhəri ərazisində idarə edərəkən yol nəqliyyat hadisəsi törətmiş, X4 məxsus olan və İddiaçı Açıq Səhmdar Cəmiyyətində 26 dekabr 2012-ci il tarixli, 007232 saylı sığorta şəhadətnaməsi ilə fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növü ilə sığortalanmış «Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur. 03 avqust 2013-cü il tarixli AYP seriyalı, 992955 inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Vaz-21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03 avqust 2013-cü il tarixdə Şəki şəhəri ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, X4 məxsus olan “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur. 29 noyabr 2013-cü il tarixli, CM-392/2013 sa ylı zərərin hesablanması aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus olan “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4689 manat müəyyən edilmişdir. AB seriyalı, 859146 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Hyundai Accent” markalı, (buraxılış ili 2012, rəngi gümüşü metal, Ban-KMHCU41DBCU373140, tip-Sedan) **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 01 aprel 2019-cu il tarixli, 3090 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 2012-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avto ehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3963,00 manat müəyyən edilir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936-1-ci maddəsində subroqasiya hüququqna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməs i işin yuxarıda qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddətini tədbiq edərkən səhvə yol vermiş, Cavabdeh tələb olunan ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, onun üçüncü şəxs X1 idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlik olmasını, “İddiaçı“ ASC və Cavabdeh arasında hər hansı bir müqavilənin mövcud olmamasına, İddiaçı-nin Cavabdeh qarşı iddia tələbi müqavilədən deyil, sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçən tələb olmasını nəzərə almamış, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd e dilməsinə dair qanunsuz və əsassız olan qətnaməsini qəbul edərək səhvə yol vermiş, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. A zərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar əd alət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 386.1-ci maddəsində təsbit olunmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları aras ında müqavilə olmalıdır. Göründüyü kimi hazırkı halda iş üzrə tərəflər arasında hər hansı bir müqavilə olmamışdır və öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəlmişdir ki, bu cür iddialara da Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti şamil edilir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavavdeh Cavabdeh “Vaz21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03 avqust 2013-cü il tarixdə Şəki şəhəri ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. X4 məxsus olan və İddiaçı Açıq Səhmdar Cəmiyyətində 26 dekabr 2012-ci il tarixli, 007232 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış “Hyundai Accent” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur. Qeyd olunan hadisədə Cavabdeh təqsirli olması Şəki ŞRPŞ DYPB-nin protokolu və arayışı ilə təsdiqlənmişdir. İddiaçı-nin Sığorta Hadisəsinin Tənzimlənməsi Departamentinin 29 noyabr 2013-cü il tarixli, CM392/2013 saylı zərərin hesablanması haqqında aktına əsasən zərərin miqdarı 4689 manat müəyyən edilmişdir. “Vaz-21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” İddiaçı-də sığortalandığından dəymiş zərər olan 4689 manat, sığorta ödənişi dəymiş zərərin sığortalanmış 85,67%-dən, yəni 4017,06 manatından MİB-3378/2012 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 300 manat azad olma məbləği çıxılmaqla 3717,06 manat sığorta ödənişi ödənilmişdir. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin: 21.1cimaddəsinəəsasənhüququpozulmuşşəxsonavurulmuşzərərinəvəzinintamödənilməsinitələ bedəbilər, buşərtləki, qanundavəyamüqavilədəzərərinəvəzinindahaazmiqdardaödənilməsinəzərdətutulmasın. 916.1cimaddəsinəəsasənəgərsığortalızərərinəvəziniödəməktələbiniüçüncüşəxsqarşısındairəlisü rəbilərsə, həmintələbsığortaçıyabuşərtləkeçirki, o, zərərinəvəzinisığortalıyaödəmişolsun. 936.2cimaddəsinəəsasənfaydalananşəxsinzərərvuranşəxsəqarşızərərinəvəziniödəməktələbi ( iddiası) iləbağlıhüquqəmlaksığortasıüzrəsığortaçıödənişinivermişsığortaçıyasubroqasiyaqaydasınd aonunverdiyisığortaödənişiməbləğindəkeçir. 936.5cimaddəsinəəsasənsığortaçısubroqasiyahüququndanzərərvuranşəxsinözünəvə (vəya) müvafiqsığortahadisəsiiləbağlırisklərüzrəhəminşəxsinməsuliyyətinisığortalamışsığortaçıya, həmçininqanunvericiliyəəsasən, də yənzərərəgörəsığortalıvəyafaydalananşəxsqarşısındamaddiməsuliyyətdaşıyabiləndigər şəxsəqarşıistifadəedəbilər. 1097-cimaddəsinəəsasənmülkihüquqpozuntusu (delikt) nəticəsindəfizikişəxsinşəxsiyyətinəvəyaəmlakınavurulmuşzərərin, habeləhüquqişəxsinəmlakınavəişgüzarnüfuzunavurulmuşzərərinəvəzizərərvurantərəfindən tamödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1cimaddəsinəəsasənətrafdakılarüçünyüksəktəhlükəilənəqliyyatvasitələrindəistifadəedilməsi nəticəsindəmülkihüquqpozuntusutörətmişfizikivəhüquqişəxsləryüksəktəhlükəmənbəyininvu rduğuzərərinəvəziniödəməyəborcludurlar. Zərərinəvəziniödəməkvəzifəsiyüksəktəhlükəmənbəyinəmülkiyyəthüququiləvəyadigərqanun iəsasla (icarəhüququilə, nəqliyyatvasitəsiniidarəetməkhüququnadairetibarnaməüzrəvəi.a.) sahiblikedənfizikivəyahüquqişəxsinöhdəsinəqoyulur. 1108.2-cimaddəsinəəsasənyüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ö dəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin ümumi iddia müddətinin tətbiqi ilə bağlı səhvə yol verilmsi ilə bağlı dəlillə kassasiya kollegiyası razılaşmayaraq, yuxarıda qeyd edilənlərə əlavə olaraq qeyd edir ki hazırki iddia tərəflər arasında bağlanmış hər hansı müqavilədən əmələ gəlmədiyindən 3 illik iddia müddətinin bu münasibətlərə tətbiqi doğru olmaz. Tələb vurulmuş zərərdən irəli gəldiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq bu münasibətlərə ümumi olan 10 illik iddia müddətinin tətbiqinin nəzərdə tutulması ilə bağlı qənaətə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 16.05.2019-cu il tarixli, 2(107)-302/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar