Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6363/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6363/21 (Açar sözlər: əmək haqqı) Bakı şəhəri, 16 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun məzuniyyətdə olduğu müddət, ona ödənilməli olan əmək haqqının hər ay 400 manatdan hesablanmaqla və son haqq hesab daxil olmaqla ona ödənilməsi, 06.08.2019dan 04.09.2019 tarixədək və iyul ayı üçün əmək haqqı şirkətin laqeydliyi ucbatından ödənilmədiyinə görə həmin müddətin ona iş günü kimi hesablanması, 15.06.2018-ci ildən 10.02.2019-cu ilə kimi o, iki deponun gözətçisi olmuş və ona görülən iş müqabilində əmək haqqının ödənilməsi, işlədiyi 16 ay ərzində bütün bayram günlərində işləmiş və onun müqabilində əmək haqqı ödənilməsi, 27.06.2019-cu ildən 04.09.2019-cu ilə kimi müqavilədə göstərilən qaydada yemək pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15.04.2018-ci ildən “NET MMC” mağazalar şəbəkəsində anbar mühafizəçisi vəzifəsində işləyir. Həmin işə başlamazdan əvvəl depo müdiri Bülent Dalğa ilə şifahi danışıq aparıb razılaşdıqdan sonra əmək müqaviləsi bağlamışlar. Bülent Dalğa şifahi sövdələşmə zamanı ona bildirmişdir ki, ilk iki ay müddətində aylıq maaşı hər ay üçün 400 AZN olacaq. Sonrakı aylarda isə maaşı artırılacaq və işə gedib-gəlməsi üçün servis xidməti təşkil olunacaq. Bundan başqa, onun vəzifəsi deponun girişində onun üçün ayrılmış səyyar o taqdan depoya gəlib-gedən maşınlara və insanlara nəzarət etməkdir. İş həftəsi 6 iş günü, iş günü saat 8:00-dan 18:00a qədər, şənbə günləri isə 8:00-dan 14:00-a qədər, bazar günləri isə istirahət günü olacaq. Bülent Dalğa ona bildirmişdir ki, sutkanın gecə saatlarında deponun təhlükəsizliyini digər iki mühafizəçi təşkil edəcək. O, işə başladıqdan iki ay sonra deponu iki hissəyə bölüb bir hissəsini Zaur və Pərvin adlı şəxslərə aid şirkətə icarəyə verdi və həmin hissənin də keşikçiliyini ona həvalə etdi. O, Bülənt bəyə iş sövdələşməsində belə danışıqlarının olmadığını bildirmişdir. Ona cavabı belə oldu ki, “narahatçılığa heç bir səbəb yoxdur və görəcəyi əlavə işin müqabilində artıqlaması ilə ödəniş olunacaq”. Bir neçə dəfə o, Bülənt bəyə etirazını bildirmiş və hər dəfəsində ona əlavə ödəniş o lunacağını vəd edərək aldatmışlar. Bülənt bəy eyni əməlləri tək ona yox, depoda işləməyə gələn bütün işçilərə qarşı etmişdir. O, bütün kollektivi saat 8:00-dan 22:00-a qədər işlədirdi. Yeganə və Bahar adlı iki xanım əmək müqaviləsində göstərilən iş saatından əlavə işləməyəcəklərini bildirmişlər. Bundan iki gün sonra isə Şahin və Cavid adlı işçilər eynilə, əmək müqaviləsində göstərilən iş saatından əlavə işləməyəcəklərini bildirdilər. Bu hadisədən bir neçə gün sonra Bülənt bəy kollektivi oğurluqda ittiham edərək eyni gündə 7 nəfəri işdən uzaqlaşdırdı (Bahar, Yeganə, Şahin, Cavid, Lətif, Səməndər və Emin). Bu şəxslər işdən ayrıldıqdan sonra depoda işçi olmadığı üçün Faiq (operator) və İsmayılı (depo müdiri) eyni vədlərlə aldadaraq (əlavə ödəniş olunacaq) bütün işləri gördürdü və nəhayətində heç bir ödəniş olunmadı. Bu vəziyyət bir ay yarım davam etdi. Sonra 6 nəfər yeni işçi işə qəbul olundu: Ramin, Şamxal, Sərxan, Anar, Gülayət və Günay. Ramin, Şamxal və Sərxan da eynilə digər yerlərdə heç bir aidiyyatı olmayan işlərə cəlb olunurdu (mağazalarda təmirtikinti, həmyerlisi Lətif bəyin sərgisində fəhlə olaraq). Həmin işçiləri də gecə saatlarına qədər işləməyə məcbur edirdi. Həmin işçilər əlavə iş saatının və görülən işlərin haqqının ödənməsini tələb etdikdə Bülənt bəyin cavabı “siz deponun işçilərisiniz, bu işləri də görməli idiniz və heç bir əlavə ödənişdən söhbət gedə bilməz” oldu. Bu söhbətdən dərhal sonra (həmin gün) Sərxan və Şamxala “sabahdan işə gəlməyin!” dedi. Ramin və Faiqə isə İsmayıl vasitəsilə əlavə ödəniş olacağı vədini verdi. Bir ay yarım müddət keçdikdən sonra i sə həmin işçilər əməkhaqlarını tələb etdiklərinə görə onları da işdən qovduğunu bildirdi. Həmin işçilər Əmək müfəttişliyinə bu barədə müraciət etsələr belə, onlara əlavə ödəniş etmədən sadəcə əməkhaqlarını verərək işdən uzaqlaşdırdı. 20 gün sonra daha iki nəfər işə qəbul olundu (Tərlan və Rafiq). Həmin işçilər də bir ay müddətində eynilə gec saatlara qədər Lətif bəyin yanında müxtəlif işlərə cəlb olunurdu. Bir aydan sonra onlar bu cür işləmək istəmədiklərini bildirdikdə Bülənt bəy onların iş yerlərini dəyişdirərək köhnə depoda soyuducu kameranın quraşdırılmasında işləməyə göndərdi. Həmin şəxslər bu işlərin onlarla bağlanan əmək müqaviləsinə uyğun olmadığını bildirdikdə onlara da işdən azad olunduqlarını bildirdi. İşlədiyi müddətdə “NET MMC”-də heç bir bayram günlərinə görə işçilərə nə isti rahət, nə işə gəldiklərinə görə ödəniş olunduğunu görməmişdir. Bülənt Dalğa qanunsuz olaraq hər bir işçinin hər ay alacağı əməkhaqqının 50 AZN-ni nəğd pulla ödəməyərək 50 AZN miqdarında “NET MMC” marketlərindən məcburi alış-veriş etməyə məcbur edir. İşdən çıxarılan və ya özü çıxan işçilərin əməkhaqlarının ödənilməsi süni şəkildə get-gələ salınmaqla ən azı 10-15 gün uzadılır. İşlədiyi depo “Sərin MMC”-yə aiddir. Deponun icarə haqqı gecikdirildiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edilməyinə baxmayaraq “NET MMC” icarə haqqını ödəmədi və 12.07.2019-cu il tarixdə deponun açarları ondan tələb edildi və o bu barədə Bülənt bəyə telefon vasitəsilə xəbər verdi. Bülənt bəy ona bildirdi ki, açarları “Sərin MMC”-in işçilərinə təhvil versin. Bu hadisədən sonra Bülent bəy ona bildirdi ki, xəbər gözləs in və o bu məsələni qaydasına salıb ona xəbər edəcək. Keçən müddət ərzində iki dəfə (3-4 aralıqlarla) ona depoya yaxınlaşması və öz vəzifəsini icra etməyə başlamasını bildirsə də onu “Sərin MMC”-in işçiləri depoya buraxmadılar və icarəhaqqının ödənilməsi məsələsi həll edilə bilmədi. 02.08.2019-cu il tarixdə Bülənt bəy ona zəng edərək məzuniyyətə çıxmasını tələb etdi. O, ofisə yaxınlaşıb məzuniyyətə çıxmaq barədə ərizə yazmaq istəyərkən ofisin işçiləri Bülənt bəyin münasibət bildirməsinin lazım olduğunu dedilər və o, Bülənt bəyə zəng etdi. Bülənt bəy isə onun xəbəri olmadan ofisə yaxınlaşmasını bəhanə edərək onun iyul ayına görə alacağı məvacibi ödəməyəcəyini bildirdi. O, isə ərizə yazaraq məzuniyyətə çıxdı və ona məzuniyyəthaqqı ödənilmədi. Hal-hazırda “NET MMC” iyul ayının əməkhaqqı və mə zuniyyət pulunu ödəməyib. Artıq 4 dəfə ofisə gedib-gəlsəm də pul olmadığını bildirib ödəniş etmirlər. O, 19.08.2019-cu il tarixdə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X2 Xidməti 3 saylı region üzrə X1 şikayət ərizəsiylə müraciət etdi. Qurumdan ona cavab olaraq bildirildi ki, Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsi tətbiq edilməklə İnzibati Protokol tərtib edilmişdir. Lakin, bu da ona əmək haqqı ödənilməsində heç bir dəyişikliyə səbəb olmadı. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 sentyabr 2020-ci il tarixli, 2(007)-587/2020 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 2075 manat məbləğində əmək haqqının İddiaçı xeyirən t utulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 30 manat məbləğində pulun alınaraq dövlət nəfinə köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə 01 may 2018-ci il tarixli əmək müqaviləsi bağlayaraq, Cavabdeh MMC-yə anbar mühafizəçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının əmək münasibətlərinə 26 dekabr 2019-cu il tarixdə xitam verilməsinə baxmayaraq, 2019-cu ilin iyul ayından etibarən işəgötürən tərəfindən iddiaçının əməkhaqqı ödənilməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30 iyul 2020-ci il tarixli məktubla göndərdiyi siğort aolunan hesabı barədə məlumatdan görünür ki, İddiaçı 2019-cu ilin iyul ayı üçün 200 manat, avqust ayı üçün 200 manat, sentyabr, oktyabr noyabr ayları üçün 250 manat və dekabr ayı üçün 925 manat hesablanmış, lakin ödənilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 54, 154, 172, 294.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (haki mlər – Akif İsgəndərovsədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 14 aprel 2021-ci il tarixli, 2(103)3574/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(007)-587/2020 saylı qətnaməsinin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsinin əsaslılığını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları yalnız birinci instansiya məhkəməsi tərə findən təmin olunan hissədə sübuta yetirə bilmişdir. Bu baxımdan məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddianın təmin olunmayan hissəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri apellyasiya baxışının predmeti hissəsində qətnamənin ləğvi üçün əsas deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və tələbinin tam təmin edilməsi ba rədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi qətnaməsini əsaslandıra bilməmişdir. Qətnamə onun mənafeyinə ziddir. Belə ki, apelyasiya məhkəməsi bir dənə də olsun tutarlı əsas göstərilməmişdir ki, nə səbəbdən onun iddia tələbi tam təmin edilməməlidir. İş materiallarından göründüyü kimi, onun tələbi qanuni və əsaslıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi və 3cü şəxs AR ƏƏSMN yanında X2 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 178.1. İşəgötürən maliy yə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində qətnamənin onun mənafeyinə uyğun olmadığını və qətnamənin əsaslandırılmadığını, buna görə qətnamənin qanunsuz və əsasız olmasını dəlil olaraq göstərsə də, bildirilməlidir ki, qətnamənin iddiaçının mənafeyinə uyğun olmaması həmin qətnamənin əsaslandırılmaması demək deyildir. Çünki, kasasiya yoxlaması nəticəsində də görünür ki, iddiaçı iddia tələbinin təmin olunmayan hissəsini apelyasiya qaydasında mübahisələndirmiş, apelyasiya kollegiyası apelyasiya şikayətini təmin etməməsi barədə qətnaməsini iddiaçının bu hissə üzrə hər hansı sübuta istinad edə bilməməsi və ya təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Buradan da görünür ki, qətnamə kifayət qədər əsaslandırılmışdır. Həqiqətən də kasasiya yoxlaması nəticəsində iddiaçının mübahisələndirdiyi hissə üzrə tələbini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında müəyyən edilməmişdir. Odur ki, apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3574/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.