Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6371/2018 17.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 17 sentyabr 2018-ci il İş № 2(102)-6371/2018 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Cavabdeh4 "xxxx" MMC-nin direktoru X14 tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-817/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(075)-88/ 2017 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçılar İddiaçı1, İddiaçı4, X3 və İddiaçı3-ün iddiaları təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı4, X3 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarının adından iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən Şəki rayon Torpaq Şöbəsinin 18 mart 1999-cu il tarixli dövlət aktına əsasən özlərinə məxsus olan, Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsininin Cavabdeh4-ə satılması ilə bağlı Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 avqust 2005-ci il tarixli, 4 Ə-290 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı 4, X3 və İddiaçı3 iddia ərizəsi ilə bağlı dövlətə ödədikləri 10 manat məbləğində dövlət rüsumu xərcinin özlərinə aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatı xərci olan 100 manatın iddiaçılar İddiaçı1ndan və İddiaçı4 alınaraq dövlət büdcəsinin hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1392/2017 nömrəli 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Vidadi Qasımov, Mahir Əsədli) Cavabdeh4 "xxxx" MMC-nin direktoru X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(075)-88/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı4, X3 və İddiaçı3 cavabdehlər Şəki ray onu 2 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1, Cavabdeh4-ə və Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh4 arasında 06 avqust 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 4 Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən rədd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli 2(102)-8633/2017 nömrəli qərarı ilə (hakimlər Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vafəddin İbayev) iddiaçılar İddiaçı1, X3, İddiaçı4 və İddiaçı3 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 26 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Gündüz Abbasov) 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 14 fevral 2017ci il tarixli, 2(075)-88/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı4, X10 və İddiaçı3 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh1 və Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 06 avqust 2005-ci il tari xdə təsdiq edilmiş 16 hektar torpaq sahəsinin alqı-satqısına dair onlarla Cavabdeh1 arasında bağlanıldığı iddia edilən müqavilənin etibarsız hesab edilməsi, sonradan həmin müqavilə əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan İddiaçı1 və iddiaçılar İddiaçı2 və X3 nümayəndəsi X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4-nin iş üzrə cəlb edilməsini və iddiaçılarla Cavabdeh4 arasında 06 avqust 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 4 Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmas ını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, islahatla bağlı iddiaçıların 18 nəfərdən ibarət ailə üzvlərinə 14 hektar pay torpaq sahəsi ayrılmışdır. Onlar kasıb ailə olduqlarına görə ailələrini dolandırmaq məqsədi ilə həmin torpaq sahəsini 10 il müddətinə icarəyə vermək qərarına gəlmişlər. 2004-cü ildə "xxxx" MMC-nin müdiri X15 onların evinə gəlmiş və bu barədə İddiaçı1 ilə danışmışdır. İddiaçı1 da həmin torpaq sahəsini icarəyə verməsi ilə bağlı X15lə razılaşmışdır. Bundan sonra iddiaçı1 X2dən həmin torpaq sahəsini 10 il müddətinə icarəyə verməsi ilə əlaqədar ******* manat pul almışdır. Həmin pulu alan zaman X15 İddiaçı1-ə və onun həyat yoldaşı olan digər İddiaçı4 ağ kağıza imza etdirmişdir. Onların imza etdikləri həmin kağızda hər hansı bir müqavilənin mətni olmamışdır. Həmin vaxt X15 onlara imzaladıqları ağ kağızda icarə müqaviləsinin mətnini yerləşdirəcəklərini bildirmişlər. Bundan sonra X15 onlardan qeyd edilən torpaq sahəsi ilə bağlı dövlət aktının əslini götürmüşdür. Onlar həmin torpaq sahəsini 10 il müddətinə icarəyə vermələri və bunun qarşılığı olaraq almalı olduqları icarə pulunu əvvəlcədən aldıqları üçün 10 il həmin torpaq sahəsi ilə maraqlanmamışlar. 10 il bitdikdən sonra iddiaçı1 X2-dən sənədini almaq istədikdə, X15 həmin torpaq sahəsinin başqasının adına rəsmiləşdirildiyini, həmin torpaq sahəsini geri ala bilməyəcəyini bildirmişdir. Halbuki, həmin torpaq sahəsi ilə bağlı iddiaçılarla digər şəxslər arasında hər hansı bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Buna görə də iddiaçılar məhkəməyə müraciət etməli olmuşlar və işin məhkəmə gedişi zaman ı məlum olmuşdur ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçıların adında eyni gündə iki alqı-satqı müqaviləsi bağlanmış və bağlanmış həmin alqı-satqı müqavilələrindən biri əsasında qeyd edilən torpaq sahəsi Cavabdeh4-ün adına rəsmiləşdirilmişdir. Halbuki, eyni torpaq sahəsi ilə bağlı eyni gündə iki alqı-satqı müqaviləsinin bağlanması mümkün deyildir. Çünki, qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi bağlanılarkən daşınmaz əmlaka aid sənədin əsli alıcıya verilir və bu halda daşınmaz əmlakı satan şəxs də daşınmaz əmlaka aid sənədin əsli qalmadığından onun ikinci dəfə belə bir müqavilə bağlaması mümkün deyildir. Bu əsasla mübahisə predmeti olan və iddiaçılara məxsus torpaq sahəsi ilə əlaqədar iddiaçıların adından eyni gündə iki alqı-satqı müqaviləsinin bağl anması mümkün ola bilməyəci bu müqavilələrin saxta yolla bağlanmasını bir daha təsdiq edir. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı4 yalnız ağ kağıza imza etdiklərindən iş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının rəyində Şəki rayon Torpaq Şöbəsinin 18 mart 1999-cu il tarixli dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı4, X7 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarına məxsus olan, Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsinin Cavabdeh1 satılması ilə əlaqədar Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsindəki imzaların iddiaçılar İddiaçı1na və İddiaçı4 məxsus olduğu göstərilmişdir. Halbuki, bir gündə bağlanılmış iki alqı-saqtı müqaviləsi həmin müqavilələrin saxta yolla bağlanması qənaətinə gəlinməsi üçün əsasdır. Odur ki, həmin alqı-satqı müqavilələrindən yalnız biri əsasında hüquq-müəyyənedici sənədlər alındığından iddiaçı üçün əsas tələb kimi iddiaçılarla Cavabdeh4 arasında 06 avqust 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 4Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş digər hüquq-müəyyənedici sənədlərin ləğv edilməsi tələbi maraqlıdır. Bundan başqa məhkəməyə müraciət etməmişdən bir-neçə ay əvvəl həmin torpaq sahəsi ilə bağlı qeyd edilən müqavilənin birinin bağlanmasından xəbərləri olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh4 "xxxx"MMC-nin direktoru X14 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-817/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxm ayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-817/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci i l tarixli qətnaməsi Cavabdeh4 "xxxx"MMC-nin direktoru X14-ə münasibətdə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-817/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsindən yalnız Cavabdeh4 "xxxx"MMC-nin direktoru X14 kassasiya şikayəti verdiyindən qətnamə yalnız onun kassasiya şikayətinə əsasən ona münasibətdə kassasiya qaydasında yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 07 yanvar 1998-ci il tarixli, JN 120 nömrəli dövlət aktına əsasən, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 41 saylı qərarına əsasən iddiaçılar İddiaçı1na, İddiaçı4, X7 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarına Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktına əlavə edilmiş, mülkiyyətə verilmiş torpaq sahəsinin planına (cisgisinə) nəzər yetirdikdə həmin torpaq sahəsinin 2,8958 hektar, 11,6413 hektar və 1,46 hektar olmaqla, üç hissədən ibarət olduğu müəyyən edilir. İddiaçılar İddiaçı1, İddiaçı4, X3 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarının adından İddiaçı1 və İddiaçı4 ilə Cavabdeh4 arasında bağlanmış, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı4 Şəki rayon Torpaq Şöbəsinin 18 mart 1999-cu il tarixli dövlət aktına əsasən özlərinə məxsus olan, Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsini Cavabdeh4-yə satmışlar. İddiaçılar İddiaçı1, İddiaçı4, X3 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarının adından İddiaçı1 və İddiaçı4 ilə Cavabdeh1 arasında bağlanmış, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı4 Şəki rayon Torpaq Şöbəsinin 18 mart 1999-cu il tarixli dövlət aktına əsasən özlərinə məxsus olan, Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsini Cavabdeh1-ə satmışlar. Azərbaycan Respublikası DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tari xli məktubda göstərilmişdir ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən, İddiaçı1, İddiaçı4, X3, İddiaçı3, X1, X4 və X5 adlarına paylı mülkiyyətdə olan 16 hektar torpaq sahəsi Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 06 avqust 2005-ci il tarixli, 4Ə-290 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4-ə satılmış, 13 oktyabr 2008-ci il tarixdə hüquqların dövlət qeydiyyatı aparılaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda qeyd edilən torpaq sahəsinin Cavabdeh1 satılması barədə Xidmətin 12 saylı Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 2,8958 he ktar torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh4nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 11,6413 hektar torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh4-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 oktyabr 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Qayabaşı kəndində yerləşən 1,46 hektar torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh4-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 dekabr 2016-cı il tarix li, 23590 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 06 avqust 2005-ci il tarixli, 4Ə-290 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsindəki «İmzalar» qrafasında «1» rəqəminin qarşısındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 06 avqust 2005-ci il tarixli, 4Ə-290 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsindəki «İmzalar» qrafasında «2» rəqəminin qarşısındakı imza İddiaçı4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 06 avqust 2005-ci il tarixli, 4Ə-290 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş alqı-satqı müqaviləsindəki «İmzalar» qrafasında «1» və «2» rəqəmləri qarşısındakı imzalarda-imzaların qəsdən dəyişdirilməklə icra olunmalarını xarakterizə edən əlamətləri müşahidə edilmədi. Eyni zamanda e kspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırda iddiaçı tərəf özlərinə məxsus olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı hər hansı bir şəxslə müqavilə bağlamadıqlarını, yalnız iddiaçılardan Şahbaz və Qaratelin icarə müqaviləsi bağlamaq niyyəti ilə boş kağızı imzaladıqlarını, özlərinə məxsus torpaq sahəsini kimsəyə satmadıqlarını əsas göstərərək hazırki tələblə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfi nə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlak dan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2.1-ci maddəsinə əsasən şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədiyi hallar vacib əhəmiyyətli yanılma hesab edilir. Həmin Məcəllənin 347.2.2-ci maddəsinə əsasən şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etdiyi hallar vacib əhəmiyyətli yanılma hesab edilir. Həmin Məcəllənin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşı nmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır. Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimatın” 24-cü maddəsində göstərilir ki, pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır. Təlimatın 25-ci maddəsində göstərilir ki, əlavə yazılar və düzəlişlər lazımi şəxslərin (əqd iştirakçılarının və əqdi, ərizəni və s. imzalamış digər şəxslərin) imzasından əvvəl şərtləndirilməli və təsdiq qeydinin sonunda təkrar olunmalıdır, həm də düzəlişlər elə edilməlidir ki, səhvən yazılan və sonra üstündən qələm çəkilən nə varsa, hamısını ilk mətndə oxum aq mümkün olsun. Sənədin mətnində tərəflərin imzalamadıqları düzəlişlər yalnız təsdiq qeydinin sonunda notarius tərəfindən şərtləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün isə qanunvericilik yazılı mü qavilənin bağlanmasını şərtləndirməklə bu cür müqavilələrin bağlana bilməsi üçün müqavilə tərəflərinin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. İş üzrə toplanmış sənədlərə ümumilikdə hüquqi qiymət verərək, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 06 avqust 2005-ci il tarixli alqı-satqı müqavilələrində eyni şəxslərə məxsus olan, Şəki rayonu Qayabaşı kəndi ərazisində eyni cizgidə göstərilən sərhədlər daxilində yerləşən, 2,8958 hektar, 11,6413 və 1,46 hektar olmaqla, üç hissədən ibarət 16 hektar torpaq sahəsinin eyni gündə iki müxtəlif şəxsə satılmasını, lakin, bunun qanuni cəhətdən mümkün olmamasını, bundan başqa iddiaçılarla C avabdeh4 arasında müqavilə bağlanılarkən Cavabdeh4-ni konkret olaraq hansı şəxsin təmsil etməsini müəyyən etməyin mümkün olmamasını, əksinə, iddiaçılarla Cavabdeh4 arasında bağlandığı iddia edilən notarial qaydada imzalanmış alqı-satqı müqaviləsinin əvvəlcədən üzərinə yazılmış yazıların ağardıcı vasitəsi ilə ağardılaraq yenidən yazılmasını, ağardıcı vasitənin altında qalmış yazıların xüsusi vasitədən istifadə etmədən, bu mövzuda xüsusi biliyə sahib olmayan şəxslərin də müəyyən edə biləcəyi şəkildə oxuna bilindiyini, müqavilənin 6-cı bəndindəki Cavabdeh4-nin altındakı yazının X20 sözü olduğunu, yenidən yazılan yazılarla əlaqədar həmin müqavilədə hər hansı bir qeydin olmamasını, müqavilənin bu şəkildə üzərində düzəltmələrlə imzalanmasının kargüzarlıq və notariat hərəkətlərinin aparılması qay dalarına uyğun olmadığını əsas götürərək məhkəmə, iddiaçılara hüquq və vəzifələrinin izah edilmədiyi, o cümlədən onların belə bir müqaviləni bağlamaq iradə ifadələrinin olmadığı qənaətinə gəlmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçılar İddiaçı1 və İddiaçı4 həmin vaxt 06 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsini imzalamış olsalar da, bu imzanı torpaq sahəsinin alqı-satqısı müqaviləsini bağlamaq üçün imzalamamışlar. Bu isə X11 aid hissədə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd olduğundan, Cavabdeh4-yə aid hissədə isə belə bir əqd mövcud olmadığından etibarsız sayılmalıdır. Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 06 avqust 2005-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı4 ilə Cavabdeh4 arasında bağlandığı iddia edilən həmin alqı-satqı müqaviləsinə d iqqət yetirdikdə müəyyən edilir ki, iddiaçılar Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 18 mart 1999-cu il tarixli dövlət aktına əsasən özlərinə məxsus olan torpaq sahəsini satmışlar. Halbuki, iş materiallarından iddiaçılar İddiaçı1 və İddiaçı4 və onların ailə üzvlərinin adlarına Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 18 mart 1999-cu il tarixli dövlət aktının, həqiqətən də, mövcud olduğu müəyyən edilməmişdir. Əksinə, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli 41 saylı qərarına əsasən iddiaçılar İddiaçı1na, İddiaçı4, X7 və İddiaçı3 və hazırki iş üzrə iddiaçı olmayan X5, X6 və X7 uşaqlarına Şəki rayonu Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində yerləşən 16 hektar torpaq sahəsinin ayrılması ilə bağlı Şəki rayon Torpaq Şöbəsi tərəfindən 0 7 yanvar 1998-ci il tarixli, JN 120 nömrəli dövlət aktı verilmişdir. Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş 07 yanvar 1998-ci il tarixli, JN 120 nömrəli dövlət aktı əsasında isə iddiaçılara məxsus olan torpaq sahəsinin hər hansı bir şəxsə satılması ilə bağlı məhkəməyə hər hansı bir alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, Cavabdeh4-ün iddiaçılarla arasında bağlanmış alqı-satqı müqaviləsinin qanuni şəkildə bağlandığı halda belə, Cavabdeh4 müqavilədə satılması nəzərdə tutulmayan dövlət aktında göstərilən, yəni iddiaçılara məxsus olan torpaq sahəsini adına qeydiyyata aldırmaqla müqavilənin şərtlərindən kənara çıxmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların Cavabdeh4 arasında 06 avqust 2005-ci il tarixdə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda 4 Ə-290 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibrsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbi əsaslı və qanuni olduğundan onların iddialarını təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 şikayətə əlavə təqdim etdiyi ərizədə göstərilmiş hazırki müqavilənin 06 avqust 2005-ci ildə bağlandığından və iddiaçıların isə 2016-cı ildə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürülməsi halı ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə vermək mübahisələndirilən əqdlər üzrə cavabdehin hüquqi müdafiə vasitəsidir və iddia müddəti ötür üldüyü halda bu müddəti tətbiq etməklə iddianı rədd etmək işə baxan məhkəmənin vəzifəsidir. Lakin hazırkı mülki işdə iddia müddəti tətbiq edilə bilməsi ona görə qeyri-mümkündür ki, bu qaydanın tətbiqi mövcudluğu mübahisə predmeti olmayan, qanunda nəzərdə tutulan forma və məzmuna riayət edilməklə bağlanan əqdlərə münasibətdə tətbiq edilə bilər. Yəni tərəflər notarial qaydada təsdiq edilməli olan əqdi notarial qaydada bağlayıblarsa, lakin həmin əqd qanunda nəzərdə tutulan müəyyən şərtlərin pozulması ilə bağlanıbsa, əqd üzrə tərəflərdən biri bu əqdin qanunda nəzərdə tutulan müəyyən şərtlərin pozulması ilə bağlandığını göstərməklə həmin əqdi mübahisələndirirsə, bu mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermək cavabdehin hüququdur və bu ərizəyə işə baxan məhkəmə tərəfindən münasibət b ildirilməlidir. Yuxarıda göstərilən qaydanın əks hala münasibətdə tətbiqi mümkün sayılmamalıdır. Belə ki, qanunverici olmayan bir əqd üzrə hüquq əldə etmiş şəxsin iddia müddəti vasitəsi ilə hüquqlarının qorunmasını tənzimləmir. Ona görə ki, bu qaydada tənzimləmə iddia müddətinin tətbiqi bu institutun xüsusiyyətlərinə zidd olardı. Azərbaycan Respublikası Mülki Məcəllənin: 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mü bahisə edilə bilər. Yuxarıda göstərilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi qanunverici etibarsız əqdlərin mübahisələndirilməsini müəyyən müddətlər çərçivəsində mümkün edir və bu müddətlərə riayət edilmədikdə müddətin tətbiqini mümkün saymır. Yəni bu maddədə göstərilən əqd dedikdə yuxarıda qeyd edildiyi kimi qanunda nəzərdə tutulmuş forma və məzmuna uyğun bağlanmış əqd nəzərdə tutulur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh4 "xxxx" MMC-nin direktoru X14-ün kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-817/2018 nömrəli iş üzrə 19 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh4 "xxxx" MMC-nin direktoru X14-ə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6371/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-6371/2018
17.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver