Məhkəmə qərarları › İş №2(102)-6396/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6396/2021

06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6396/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi, mütəxəssis rəyinin sübut kimi qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-144/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 31 may 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, ailə həyatı qurandan sonra ünvan 1 ünvanına gəlin köçmüş, cehiz əşyalarını ora yerləşdirmiş, ailə münasibətləri pozulanadək orada yaşamış, birgə nikahlarından 18 imart 2015-ci il təvəllüdlü X4 adlı bir azyaşlı uşaqları olmuşdur. Hazırda tərəflərin ikahları pozularaq ayrı yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, cavabdehdən ona hə diyyə kimi verilmiş qızıl-zinət əşyalarının, yəni dəyəri 3000 manat olan 1 dəst komplekt briliant dəstin (9 qaşlı üzük, sırğa abadok), dəyəri 800 manat olan 1 ədəd qalın toxunuşlu sarı qızıl qolbağın, dəyəri 900 manat olan 1 ədəd qalın toxunuşlu sarı qızıl boyunbağının, dəyəri 500 manat olan 1 ədəd ağ qızıl boyunbağının, dəyəri 1200 manat olan 1 ədəd tək qaşlı briliant kənarlarda tökmə nişan üzüyünün, dəyəri 500 manat olan 1 ədəd sarılı-ağlı yumru içində ürək briliant qaşlı klonun alınaraq ona verilməsi, göstərilən əşyalar olmadığı təqdirdə isə cavabdehdən onların dəyəri kimi 6400 manat pulun, həmçinin məhkəməyə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri 2018-ci ilin may ayına kimi normal olmuş, may ayından etibarən cavabdehin xarakteri dəyişməyə başlamış, ona toy və nişan günləri hədiyyə olaraq bağışlanmış qızıl-zinət əşyalarını ondan almışdır. Hətta nişan üzüyünü də onlan almışdır. Cavabdeh ondan xəbərsiz nikahlarının pozulması üçün müraciət etmiş, münasibətləri daha da pisləşmişdir. Cavabdeh ailələrinin dağılmasına təkid etmiş, o da bu vəziyyətdə əmisinə zəng vurmuşdur ki, onu onlara gətirsinlər. Cavabdeh atasından ona yadigar qalan qızıl zinət əşyalarını qaytarmış, lakin iddia ərizəsində göstərilən, ona hədiyyə kimi verilmiş ümumi dəyəri 6400 manat olan qızılzinət əşyalarını qaytarmaq istəmir. Həmin əşyalar iddiaçıya nikah zamanı və nikahdan əvvəl hədiyyə olaraq bağışlanmışdır. Məhkəmə iclasında cavabdehin səl ahiyyətli nümayəndəsi və vəkili Məmmədova Adilə iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının ona hədiyyə kimi verilən qızılların gəlin köçərək yaşadığı evdə qapısı bağlı otaqda saxlanması barədə heç bir sübutu yoxdur. İddiaçı həmin evdən çıxıb gedərkən məcburi çıxarılmamışdır. O, özünə və uşağına aid əşyaları götürmüşdür. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 19 dekabr 2018-ci il tarixli, 2(004)-9389/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qızıl-zinət əşyalarının iddiaçı tərəfindən götürülüb-götürülməməsi məsələsi işin mübahisəli halını təşkil edir. Bir sözlə, ididaç ı irəli sürdüyü tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, hazırki iddia tələbi sübuta yetirilmədiyindən rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Fuad Talışınski) 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələ bi qismən təmin edilmiş, dəyəri 2200 manat olan 1 ədəd briliant qaşlı dəst (9 qaşlı üzük, abadok formalı sırğa), dəyəri 750 manat olan 1 ədəd qolbaq (qalın toxunuşlu sarı qızıl), dəyəri 800 manat olan 1 ədəd boyunbağı (qalın toxunuşlu sarı qızıl), dəyəri 400 manat olan 1 ədəd boyunbağı (ağ qızıl), dəyəri 400 manat olan 1 ədəd kulon (yumru, sarı qızıl) və dəyəri 900 manat olan 1 ədəd nişan üzüyü (brilliant qaşlı, kənarları tökmə qaşlarla) və ya onların ümumi dəyəri olan 5450 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddia edilən qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq etmiş, lakin etirazının əsası kimi onların iddiaçı tər əfindən evi tərk edən zaman aparılmasını və dəyərlərinin şişirdilməsini göstərmişdir. İddia edilən qızıl-zinət əşyalarının mövcudluğu həmçinin işdə olan digər sübutlarla da (tərəflərin izahatları, fotoşəkillər və s.) müəyyən edilir. Qeyd edildiyi kimi, cavabdeh tərəf iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğunu, onların iddiaçıya hədiyyə olunmasını təsdiq etsə də, qeyd olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən cavabdehlə birgə yaşadıqları evi tərk edərkən aparıldığını göstərmiş, lakin etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübuta yetirə bilməmişdir. Eyni zamanda işdə olan sübutlardan, həmçinin tərəflər arasında aparılmış «Watsapp» yazışmalarından və baxış keçirilmiş video görüntülərdən qızıl-zinət əşyalarının cavabdehdə qalması, iddiaçı həmi n əşyaları tələb etdikdə isə cavabdehin onları qaytarmaqdan imtina etməsi müəyyən olunur. Cavabdehin nümayəndəsi həmin yazışma və sübutların qanunsuz yolla əldə olunmasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, həmin yazışmalar tərəflərə aid olmaqla onlar tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarındakı hüquqi mövqeyinə görə, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özl üyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia olunan və həqiqiliyi mübahisə doğurmayan iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindədir, bu səbəbdən də iddiaçı onları tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf isə bunun əksi ni təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin digər etirazı isə qızıl-zinət əşyalarının dəyərinin şişirdilməsi ilə bağlı olmuşdur (lakin, cavabdehin nümayəndəsi onların dəyərini konrket olaraq bildirməmişdir). Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının obyektiv dəyərinin müəyyən olunması üçün qiymətləndirici təyin etmişdir. İşdə olan qiymətləndiricinin rəyi ilə ("xxxx" MMC-nin 15 aprel 2021-ci il tarixli rəyi) müəyyən edilmişdir ki, iddia olunan – 1 ədəd briliant qaşlı dəstin (9 qaşlı üzük, abadok formalı sırğa) dəyəri 2200 manat, 1 ədəd qolbağın (qalın toxunuşlu sarı qızıl ) dəyəri 750 manat, 1 ədəd boyunbağının (qalın toxunuşlu sarı qızıl) dəyəri 800 manat, 1 ədəd boyunbağının (ağ qızıl) dəyəri 400 manat, 1 ədəd kulonun (yumru, sarı qızıl) dəyəri 400 manat və 1 ədəd nişan üzüyünün (brilliant qaşlı, kənarları tökmə qaşlarla) dəyəri 900 manat olmaqla ümumi dəyərləri 5450 manat təşkil edir. Məhkəmə rəyə əsasən müəyyən etmişdir ki, tələb olunan qızıl-zinət əşyalarının dəyəri iddia ərizəsində göstərilən qiymətlərdən fərqli olmaqla, aşağı qiymətləndirilmişdir. Tərəflər apellyasiya baxışı zamanı qiymətləndiricinin rəyinin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı etiraz və ya sübut təqdim etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən əsaslıdır. Cavabdeh mübahisə predmeti qızıl-zinət əşyalarını özündə saxlamaqla, iddiaçının həm in əşyalar üzərində olan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən də, həmin qızıl-zinət əşyaları cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən rəy verilməsi üçün məhkəmə tərəfindən iddia olunan qızıl-zinət əşyalarının toplam dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici təyin olunmuş, lakin qızıl-zinət əşyaları əldə olmadığı üçün, yəni sadəcə fotoşəkillər vasitəsilə qiymətləndirməni həyata keçirmək mümkün olmamışd ır. Buna baxmayaraq, qızıl-zinət əşyaları olmadığı üçün qiymətləndirmənin həyata keçirilməsi mümkün olmasa da, sonradan "xxxx" MMC tərəfındən qızıi-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmiş, iddiaçı tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının toplam dəyəri əsassız olaraq 6400 manat qeyd edilsə də, işdə olan qiymətləndiricinin də rəyindən göründüyü kimi iddia olunan qızıl-zinət əşyalarının toplam dəyəri 5450 manat müəyyən olunmuşdur. Lakin “HEBA Consulting" MMC-nin qızıİ-zinət əşyalarının qiymətləndirilməsinə dair rəyi mötəbər deyildir. Belə ki, qiymətləndirici tərəfindən qızıl-zinət əşyaları əldə olmadan, sadəcə fotoşəkillər vasitəsilə rəy verilmişdir. Fotoşəkillər vasitəsilə qeyd edilən qızıi-zinət əşyalarının dəyərinin müəyyən edilməsi isə qeyri-mümkündür. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin olunan hissəsini mübahisələndirdiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili mütəxəssis rəyinin əsassız olması, qiymətləndirmənin fotoşəkillər əsasında aparılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə aparılarkən mübahisə predmeti olan qızıl-zinət əşyalarının fotoşəkilləri təqdim edilmiş, cavabdeh tərəf həmin əşyaların mövcudluğunu mübahisləndirməmişdir. Hə mçinin qiymətləndirmə həmin əşyaların ölçüsü, çəkisi, əyarı, briliyant daşlarının sayı nəzərə alınmaqla aparılmış, həminçinin qızıl-zinət əşyalarının anoloji satışlar üzrə dəyəri müəyyən edilmişdir. Mütəxəssis rəy verərkən X1 (İVS), X2 (İVA), Beynəlxaql Təlimatlar (GN) qiymətləndirmə standartları və metodologiyası tətbiq edilmişdir. Mütəxəssi rəyi ətraflı əsaslandırılmış, tətbiq edilən metodologiya göstərilmiş, rəyin mötəbərliliyinə şübhə doöruacaq hallar müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi mübahisəli əşyaların qiymətini müəyyən edərkən düzgün olaraq rəyə istinad etmiş, məhkəmə sübutları MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirmiş, prosessual normaların pozulması və ya düzgün tətbiq edilməməsi Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-144/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar