Məhkəmə qərarları › İş №2(102)-640/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-640/2020

04.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-640/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş № 2(002)-xx/19) İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin lə ğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxx 2018-ci il tarixli 1249/18ir nömrəli əmrin ləğv olunması, İddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(1 03)xx/19) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iş üzrə yenidən araşdırılma aparılaraq iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması və məcburi işburaxma müddətində ona dəyən maddi ziyanın ödənilməsi, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3- cü bəndinin tələbinə uyğun olaraq, Qaradağ rayonu, 38-ci polis bölməsində barəsində yalan məlumat yaymaqla yazılı şikayət məktubu göndərərək ona mənəvi ziyan vurduğuna görə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili A.Cavadov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi Z.Həsənli Azərbaycan Respublikası MPM-nin 67-c i maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili A.Cavadovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsiləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddi açı ilə Cavabdeh MMC arasında 02.01.2002-ci il tarixdə 425 nömrəli müddətsiz əmək müqaviləsi imzalanmışdır. İddiaçı son olaraq 04.03.2014-cü il tarixdən keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə keçirilmişdir. Cavabdeh tərəfindən verilmiş 09.08.2018-ci il tarixli 1079/18ir nömrəli əmrə əsasən 19 vəzifə üzrə 35 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır. Əmrə əlavədən görünür ki, ixtisar edilən ştat vahidlərinin içərisində 4 ədəd keyfiyyətə nəzarət üzrə ştat vahidi də mövcuddur. 28.08.2018-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh həmin xəbərdarlıq məktubunun iddiaçı tərəfindən alınmasından imtina edilməsi barədə 28.08.2018-ci il tarixli akt tərtib etmişdir. Cavabdeh tərəfindən verilmiş 19.12.2018-c i il tarixli 1249/18ir nömrəli əmrə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin ləğvinə dair cavabdehin əmrinin qanunsuz olduğunu bildirərək “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi”tələbinə dair iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış, lakin apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnaməni ləğv etmiş və iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı ilə əmək müqaviləsi ləğv olunarkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçini n hesab etmişdir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq iddia müddətini ötürmüşdür. İddiaçı isə kassasiya şikayətində bunun əksinə olaraq onunla əmək müqaviləsi ləğv olunarkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu, eləcə də iddia müddətinin düzgün tətbiq olunmadığını göstərmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv ediməli, iş yeni apellyasiya baxışına qaytarılmalı və işəgötürən tərəfindən əmək qanunvericliyinin tələblərinə əməl olunub-olunmadığı bir daha yoxlanılmalı və qiymət verilməlidir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi əsas dəlil iddiaçı tərəfindən pozulmuş hüququn müdafi əsi üçün qanunla müəyyən olunmuş bir aylıq müddətin buraxılmasıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmri 19.12.2018-ci il tarixdə almış, məhkəməyə müraciət etmə müddəti olan 1 aylıq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmə k kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək iddiaçının 19.12.2018-ci il tarixli əmrin surətini elə həmin tarixdə aldığı qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasında gəldiyini açıqlamamışdır. İş materiallarında, o cümlədən adı çəkilən əmrin özündə, yaxud digər sənədlərdə də bu halı təsdiq edən hər hansı qeyd yoxdur. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan sənədlərin işçiyə təqdim olunduğunu sübut etmək vəzifəsi işçinin deyil, məhz işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, əmrin, əmək kitabçasının, son haqq-hesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadan iddiaçının iddia müddətini buraxmış olduğu qənaətinə gəlinməsi onun məhkəmə müdafiə hüququnun və ədalətli araşdırmaya olan hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də işə yenidən baxılarkən bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlid ir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya şikayətinin dəlillərindən biri də apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin düzgün tətbiq olunmaması barədədir. İşdən göründüyü kimi, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasına münasi bət bildirilməsi üçün 31.10.2018-ci il tarixli təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş və ertəsi gün 01.11.2018-ci ildə Həmkarlar İttifaqı Komitəsi əmək müqaviləsinin ləğvinə etiraz etmədiyi barədə qərar qəbul etmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməmiş, Həmkarlar İttifaqı Komitəsinin üzvləri isə işçinin Həmkarlar İttifaqına müraciət etməməsini əsas göstərərək əmək müqaviləsinin ləğvinə etiraz etmədiklərini bildirmişlər. Həmkarlar İttifaqı Komitəsi də öz növbəsində Baş direktorun 28.06.2018-ci il tarixli 958/18 saylı əmrini nəzərə alaraq əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə etiraz etmədiyi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının Həmkarlar İtt ifaqı Komitəsinin iclasında iştirak etməməsinin səbəbi, onun həmin iclasa dəvət olunubolunmadığı işdən aydın deyil. Məhkəmə kollegiyası hesab edir ki, obyektiv qərar qəbul edilməsi baxımından hər bir halda həmkarlar ittifaqının iclasında iddiaçının özünün şəxsən iştirakı təmin olunmalı idi. İş materiallarından isə iddiaçının həmkarlar ittifaqının iclasına çağrıldığı, yaxud dəvət olunduğu, eləcə də ondan izahat tələb olunduğu görünmür. Yuxarıda qeyd olunduğu kimi, Həmkarlar İttifaqı Komitəsinin üzvləri işçinin Həmkarlar İttifaqına müraciət etməməsini əsas göstərərək əmək müqaviləsinin ləğvinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası belə bir müraciətin qəbul ediləcək qərara nə kimi təsir edəcəyini, yaxud belə bir müraciətin zəruriliyinin hüquqi əsasının nədən ibarət olduğunu q ərarın məzmunundan müəyyən edə bilmədi. Nəhayət, həmkarlar ittifaqı təşkilatının qərar qəbul edərkən əsas kimi götürdüyü Baş direktorun 28.06.2018-ci il tarixli 958/18 saylı əmrinin məzmununun nədən ibarət olduğu, iddiaçı ilə əmək müqaviləsinin ləğv olunmasına razılıq verilməsi üçün onun nə kimi əhəmiyyət daşıdığı da işdən aydın deyil. Kassasiya şikayətinin başqa bir dəlili əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən onun peşəkarlıq səviyyəsinin nəzərə alınmaması və apellyasiya instansiyası məhkəməsinin bunu düzgün qiymətləndirməməsi barədədir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peş əkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işəgötürən iddiaçının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi barədə müvafiq sənədləri məhkəməyə təqdim etmiş və əmək qanunvericiliyində də göstərildiyi kimi peşəkarlıq səviyyəsi işəgötürən tərəfindən müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsaslı saymır və qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğunluğunun müəyyən edilməsi hər hansı vəzifə sahibinin verdiyi xasiyyətnamə əsasında deyil, Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə yaradılan attest asiya komissiyası tərəfindən müəyyən edilə bilər. İşəgötürən tərəfindən belə bir attestasiya komissiyasının yaradılması və iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılması isə hazırkı işdən görünmür. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı işə yenidən baxan məhkəmənin diqqətini işəgötürənin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 19.12.2018-ci il tarixli əmrində olan uyğunsuzluqlara da cəlb edir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun vəzifəsi “QC İnspektor” göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə onun vəzifəsinin “anbardar keyfiyyətə nəzarət üzrə inspektor” olduğu qeyd edilmişdir. İşə yenədən baxılarkən bu uyğunsuzluğun səbəbi aydınlaşdırılmalı, iddiaçının vəzifəsinin sonradan dəyişdirilib-dəyişdirilmədiyi müəyyən edilməlidir. Əmək Məc əlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən əmək müqaviləsinin ləğv edilmə əsasları bir daha ətraflı araşdırılmalı, işəgötürən tərəfindən işçiyə qarşı hər hansı ayrı-seçkiliyə, qərəzli münasibətə yol verilib-verilməməsi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası xatırladır ki, əmək münasibətlərində hüquqların məhdudlaşdırılmasına, ayrı-seçkiliyə və s. hallara yol verilməsi Əmək Məcəlləsinin 16-cı maddəsinin tələbinə görə qəti qadağandır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının öhdəsində 1-ci qrup əlil olan ailə üzvünün olub-olmadığı bir daha öyrənilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunma sını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əs aslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar