Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-830/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqı, mənəvi zərər) 26.01.2021 Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı «ştat vahidinin ixtisarı ilə əlaqədar işdən çıxarılması əmrin qanunsuz hesab edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının və vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunmağı və məcburi iş buraxma müddətində ona dəyən maddi ziyanın ödənilməsi, həmçinin AR ƏM-nin 290-cı maddısinin 3-cü bəndinin tələbinə uyğun olaraq, Qaradağ rayonu 38-ci polis bölməsində barəsində yalan məlumat yaymaqla yazılı şikayət məktubu göndərərək, ona mənəvi ziyan vurduğuna görə, cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində ödəni şin tələb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MMC-də xx.xx.2003-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə Keyfiyyətə Nəzarət Departamentində (QA/QC), keyfiyyətə nəzarət üzrə inspektor (QC İnspektor) inspektor vəzifəsində ixtisası üzrə işləmişdir. Ali savadlıdır, qaynaq istehsalı avadanlığı və texnologiyası ixtisası üzrə 1983-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Cavabdeh şirkətinin göndərişi ilə 2015-ci ildə Kembrid Universitetinin Təlim-Tədris kurslarını (TWİ) keçərək imtahan verib 3.1 (welding inspector-qaynaq üzrə inspektor) ixtisası üzrə səviyyəli Beynəlxalq dərəcəli sertifikarta sahib olaraq Cavabde h şirkətinə təqdim etmişdir. Ümumilikdə 44 il əmək stajı var, onlardan 29 ili keyfiyyətə nəzarət sistemində, onlardan 16 ilə yaxın Cavabdeh şirkətində nəzarət üzrə inspektor vəzifəsində çalışmışdır. Uşaqlıqdan 3-cü qrup əlildir, xx.xx.2018-ci il tarixindən işdən azad edilmişdir. Cavabdeh MMC-də iş yükünün kəskin şəkildə azalması səbəbindən xx.xx.2018-ci il tarixində verilmiş 1079/18İR saylı əmrə istinad edərək “Anbardar keyfiyyətə nəzarət üzrə inspektor işlədiyi ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməkdə işdən azad olunmuşdur” yazısına nəzər yetirəndə görünür ki, əmr ziddiyyətlidir. Tələsik və qanun pozuntuları ilə hazırlanmışdır. Belə ki, onun işlədiyi ştat vahidin adı əmək müqaviləsində QC inspector-keyfiyyətə nəzarət üzrə inspektor kimi göstərilmişdir. Lakin əmrdə ixtisar edilən ştat vahidinin adı “anbardar keyfiyyətə nəzarət üzrə inspektor” kimi qeyd olunmuşdur. Həmçinin, ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verildikdə həmkarlar ittifaqının mütləq razılığı alınmalıdır. Lakin xx.xx.2018-ci il tarixdə təqdimat verilmiş, bir gün sonra isə heç bir araşdırma aparılmadan razılıq verilmişdir. xx.xx.2018-ci il tarixdə keçirilən ixtisarla bağlı yığıncaqda dörd nəfər işçi iştirak etmişlər. Həmin vaxtı ona xəbərdarlıq məktubu təqdim olunsa da, o məktub şəklində deyil, adi möhürsüz, imzasız kağız olmuşdur. Ona görə də həmin xəbərdarlıq məktubu ilə tanış olmamışdır. Daha sonra onlara işdə qalmaqda üstünlük hüququnun olduğunu və lazımi sənədləri təqdim edə bildiyini bildirmişdir. Bu barədə razılaşdıqdan sonra xx.xx.2018 və xx.xx.2018-ci il tarix lərdə həmin sənədləri menecerə təqdim etmişdir. Orada ona həmin sənədlərə baxılması və müvafiq yazılı cavab verilməsi ilə bağlı məlumat verilsə də, dəfələrlə maraqlanmağına baxmayaraq, son ixtisar gününə qədər ona heç bir cavab verilməmişdir. Həmçinin, xəbərdarlıq məktubunun imza olunmasından imtina barədə aktın tərtib olunmasında da saxtakarlığa yol verilmişdir. Belə ki, həmin akta imza atan şəxslər rəhbərliyin tabeliyində olan işçilərdir və yığıncaqda onlar iştirak etməmişlər. Biri isə ümumiyyətlə şirkətin işçisi olmamışdır. Eyni zamanda 4 nəfərin ixtisara düşməyi nəzərdə tutulsa da, yalnız onu işdən çıxartmışlar. Göründüyü kimi, şirkət ona qarşı qərəzli mövqedə olmuş, ayrı-seçkilik etmişdir. Əmək qanunvericiyinə görə ştatlar ixtiar edildikdə, işdə daha yüksək peşəkarlığa malik işçilər in işdə saxlanmaq hüququna malikdirlər. Bu halda iş təcürbəsi az olan inspektorlar işdə saxlanlmış, ali texniki təhsilli yüksək sertifikatı olan 16 ilə yaxın həmin şirkətdə iş təcrübəsi olan bir işçi olaraq onu işdən çıxartmışlar. Həmçinin, həmin şirkətdə keyfiyyətə nəzarət üzrə böyük inspektor vəzifəsində çalışan atanın tabeçiliyində ölu inspektor vəzifəsində işləyərək, heç bir ixtisara düşməmişdir. Lakin onun həmin iş yeri yeganə qazanc yeri olmaqla, ailədə tək onun işlədiyi halda işdən çıxardırlar. Həmin şirkətdə ondan daha aşağı ixtisasa malik şəxslər işdə saxlanılmışlar. Qardaşının 1-ci qrup əlil olduğunu qeyd edərək, onun öhdəsində olduğunu təsdiq edən sənədi şirkətə təqdim etmişdir. O, maddi yardıma ehtiyacı olan 1-ci qrup əlil olan qardaşına köməklik edir. İşdən çıxmaqla onun özünü nü ailəsi ilə yanaşı, 1-ci qrup əlil olan qardaşının da ailəsi maddi cəhətdən pis vəziyyətə düşmüşdür. Onun ixtisarla işdən çıxarılmağının bəhanə olduğunu qeyd etmişdir. Əmək müqaviləsinə xitam verilməsi heç bir əsaslandırma olmadan həyata keçirilmişdir.Hesab edir ki, onun işdən çıxarılması tamamilə şirkətin ona qərəzli münasibəti olmuşdur. Əks halda ondan peşəkarlıq səviyyəsi aşağı olan işçiləri azad etməli idilər. Cavabdehin ona qarşı qərəzli mövqedə olması bir çox sübutlarla təsdiq olunur. Ona görə də o, işdən çıxarılmasının qanunsuz və qərəzli olduğunu hesab edir. Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verərək işdən azad etməsi qanunsuzdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxx 2019-cu il tarixli, 2(002)-*****/2019 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 1249/18ir nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanılaraq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh işəgötürən Cavabdeh MMC tərəfindən işçi qismində çıxış edən İddiaçı ilə ştat vahidlərinin ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləs inin 71, 76, 77, 80ci maddələrinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan, iddiaçının iddia tələbi əvvəlki işinə bərpa olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddia tələbinin İddiaçı işləmiş olduğu əvvəlki iş yerinə bərpa olunması hissəsində təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə bildirmişdir ki, iddiaçının cavabdeh tərəfindən onun barəsində yalan məlumatlar yaymaqla, ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkə mə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etsə də, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, ona görə də ərizə təmin olunmamış, iddia müddətinin ötürülməsi əsası tətbiq olunmamışdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71.1, 71.3, 74.2, 76.2, 77.1, 77.2, 77.3, 80.1, 80.2, 287, 288, 290, 292, 296, 300.1, 301-ci maddələri, “Əmək müqaviləsinin bağlanılmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 1993-cü il tarixli Ali Məhkəmənin Plenumunun 5 №-li Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Aida Hüseyn- sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)****/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-****/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan və işdə saxlanmasına üstünlük verilən əsaslar mövcud deyil. Əmək Məcəlləsinin 79-cu madəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmişdir ki, bunlara İ qrup əlil ailə üzvü olan işçilər də aid edilmişdir. Qanunvericilik əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hal kimi İ qrup əlil olan ailə üzvünün olmasını qeyd edir. Ailə Məcəlləsinin 2.1-ci maddəsində ailə üzvləri kimi ər-arvad, valideynlər və uşaqlar müəyyən edilmişdir. Yəni iddiaçının hər hansı qohumuna yardım etməsi və ya qayğısına qalması əmək müqaviləsinin ləğv edilməsini qadağan edən hal kimi müəyyən edilməmişdir. Mənəvi ziyanın tutulması hissəsi ilə bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən polisə müraciət olunması nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasın ı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə apelyasiya kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1, 2 və 4-cü bəndlərində qeyd olunur ki,
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qəra r işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Apelyasiya kollegiyası isə qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmri xx.xx.2018-ci il tarixdə almış və Əmək Məcəlləsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti olan 1 aylıq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyas ının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxxxx 2020-ci il tarixli, 2(102)-****/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək iddiaçının xx.xx.2018-ci il tarixli əmrin surətini elə həmin tarixdə aldığı qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasında gəldiyini açıqlamamışdır. İş materiallarında, o cümlədən adı çəkilən əmrin özündə, yaxud digər sənədlərdə də bu halı təsdiq edən hər hansı qeyd yoxdur. Kasasiya kollegiyası hesab etmişdir ki, əmrin, əmək kitabçasının, son haqq-hesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadan iddiaçının iddia müddətini buraxmış olduğu qənaətinə gəlinməsi onun məhkəmə müdafiə hüququnun və ədalətli araşdırmaya olan hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də işə yenidən baxılarkən bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Kasasiya kollegiyası qeyd etmişdir ki, iddiaçının Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməməsinin səbəbi, onun həmin iclasa dəvət olunub-olunmadığı işdən aydın deyil. Kasasiya kollegiyası hesab etmişdir ki, obyektiv qərar qəbul edilməsi baxımından hər bir halda həmkarlar ittifaqının iclasında iddiaçının özünün şəxsən iştirakı təmin olunmalı idi. İş materiallarından isə iddiaçının həmkarlar ittifaqının iclasına çağrıldığı, yaxud dəvət olunduğu, eləcə də ondan izahat tələb olunduğu görünmür. Yuxarıda qeyd olunduğu kimi, Həmkarlar İttifaqı Komitəsinin üzvləri işçinin Həmkarlar İttifaqına müraciət etməməsini əsas göstərərək əmək müqaviləsinin ləğvinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası belə bir müraciətin qəbul ediləcək qərara nə kimi təsir edəcəyini, yaxud belə bir müraciətin zəruriliyinin hüquqi əsasının nədən ibarət olduğunu qərarın məzmunundan müəyyən edə bilmədi. Nəhayət, həmkarlar ittifaqı təşkilatının qərar qəbul edərkən əsas kimi götürdüyü Baş direktorun xx.xx.2018-ci il tarixli ****/18 saylı əmrinin məzmununun n ədən ibarət olduğu, iddiaçı ilə əmək müqaviləsinin ləğv olunmasına razılıq verilməsi üçün onun nə kimi əhəmiyyət daşıdığı da işdən aydın deyil. Kassasiya şikayətinin başqa bir dəlili əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən onun peşəkarlıq səviyyəsinin nəzərə alınmaması və apellyasiya instansiyası məhkəməsinin bunu düzgün qiymətləndirməməsi barədədir. Kasasiya kollegiyası qeyd etmişdir ki, işçinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğunluğunun müəyyən edilməsi hər hansı vəzifə sahibinin verdiyi xasiyyətnamə əsasında deyil, Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə yaradılan attestasiya komissiyası tərəfindən müəyyən edilə bilər. İşəgötürən tərəfindən belə bir attestasiya komissiya sının yaradılması və iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılması isə hazırkı işdən görünmür. Kasasiya kollegiyası qeyd olunanlarla yanaşı işə yenidən baxan məhkəmənin diqqətini işəgötürənin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli əmrində olan uyğunsuzluqlara da cəlb etmiş və göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun vəzifəsi “QC İnspektor” göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə onun vəzifəsinin “anbardar keyfiyyətə nəzarət üzrə inspektor” olduğu qeyd edilmişdir. İşə yenidən baxılarkən bu uyğunsuzluğun səbəbi aydınlaşdırılmalı, iddiaçının vəzifəsinin sonradan dəyişdirilib-dəyişdirilmədiyi müəyyən edilməlidir. Kasasiya kollegiyası hesab etmişdir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən əmək müqavilə sinin ləğv edilmə əsasları bir daha ətraflı araşdırılmalı, işəgötürən tərəfindən işçiyə qarşı hər hansı ayrı-seçkiliyə, qərəzli münasibətə yol verilib-verilməməsi aydınlaşdırılmalıdır. Kasasiya kollegiyası həmçinin hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının öhdəsində 1-ci qrup əlil olan ailə üzvünün olub-olmadığı bir daha öyrənilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-****/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsinin “Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1249/18ir nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanılaraq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələblərinin təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassa siya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apelyasiya kollegiyası kasasiya kollegiyasının göstərişləri üzrə araşdırma apararaq göstərişlər üzrə pozuntular ilə razılaşmış və qəbul etdiyi qətnamədə göstərişlər üzrə geniş əsaslandırma həyata keçirmişdir. Bütün göstərilənlərlə belə kollegiya hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 4 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır. Belə ki, işin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi tarixdə xəbərdar olmuş, o nunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Bu səbəblə kollegiya hesab etmişdir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 5 saylı region üzrə X4 ə müraciət etmiş və həmin müfəttişliyin məktubunu xx.xx.2019-cu il tarixdə aldıqdan sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müfəttişliyin cavabını aldıqdan sonra məhkəməyə müraciət etməsi səbəbindən iddiaçı tərəfindən iddia müddətinin ötürməmişdir. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 iddiaçının işdən çıxarılması barədə əmrin qanunsuz olaraq verilməsini müəyyən etsə belə həmin əmri ləğv etmək və iddiaçını işə bərpa etmək səlahiyyətində deyil, qeyd edilən orqan işçinin işə bərpa edilməsi ilə bağlı məsələlərə deyil, digər əmək mübahisələrindən yaranan hallarla bağlı m üvafiq qərar qəbul etmək səlahiyyətindədir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinin imperativ şərti onu deməyə əsas verir ki, digər əmək mübahisəsi barədə müvafiq orqan tərəfindən qərar qəbul edildiyi gündən 1 aylıq iddia müddətinin hesablanması başlanmalıdır. Buna görə də Əmək Məcəlləsinin qeyd edilən maddəsi hazırki iş üzrə tətbiq edilə bilməz və bununla da kollegiya hesab edir ki, iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün əmək müfəttişliyinə deyil, məhkəməyə müraciət etməli idi. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmri xx.xx.2018-ci il tarixdə almış və Əmək Məcəlləsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti olan 1 aylıq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixi əmrin surətini, elə min tarixdə aldığı qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasinda gəldiyini açiqlamamişdir. Belə iş materiallarinda, o cümlədən adi çəkilən əmrin özündə, yaxud digər sənədlərdə - bu halı təsdiq edən hər hansı qeyd yoxdur. Çünki, AR Əmək Məcəlləsinin (bundan sonra AR ƏM) 296.3-cü maddəsində nəzərdə tutulan sənədlərin işçiyə təqdim olunduğunu sübut etmək vəzifəsi işçinin deyil, məhz işəgötürənin üzərinə düşür. Belə ki, əmrin, əmək kitabçasinin, son haqq-hesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadığı halda, hakimin iddiaçının iddia müddətini buraxmiş olduğu qənaətinə gəlməsi, İddiaçı məhkəmə müdafiə və ədalətli araşdırma hüquqlarinin pozulmasi ilə nəticələnə bilər. Ona görə də, Ali Məhkəmədə işə yenidən baxılarkən, bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarina uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. xx.xx.2020-ci il tarixli 2(103)-****/2020 saylı qətnamədə yanlış olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixli ****/**İR saylı əmrin verilməsindən 4 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini buraxmışdır və işdən çıxar barədə əmrdən, əmrin verildiyi tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Halbuki, iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın qərar qəbul etdiyi gündən başlanır. AR ƏƏSMN haqqında Əsasnamənin və onun strukturuna daxil olan X2 Əsasnaməsindən də aydın olur ki, bu orqan əmək mübahisələrinə baxan məhkəməyə qədər orqandır. Qeyd etmək lazımdır ki, İddiaçı ixtisar olunması barədə xx.xx.2018-ci il tarixli ***/**İR saylı əmri xx.xx.2018-ci il tarixdə almışdır və AR ƏM-nin 292-ci madd əsinə əsasən, fərdi əmək mübahisələrini həll edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə, yəni Dövlət Nəzarətini həyata keçirən orqana xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Baxmayaraq ki, bu Nazirliyin və onun strukturunda olan X1 işəgötürən tərəfindən qanunsuz verilən işdən çıxarılma əmrinin ləğv etmək və iddiaçının işə bərpa səlahiyyətləri aydın göstərilmişdir. Lakin X2 Əsasnaməsini təhlil etmədən və baxılan mülki işin materiallarını dərindən araşdırmadan, apelyasiya məhkəməsinin hakimi öz mülahizələrində əmək müfəttişliyi xidmətinin səlahiyyətlərini şübhə altına alaraq və yanlış olaraq gəldiyi qərarın əsas dəlili hesab edərək xx.xx.2020-ci il tarixli 2(103)-****/2020 saylı ədalətsiz qətnaməsi ilə Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)- ****/19 saylı qətnaməni ləğv etmişdir. Digər tərəfdən, ARƏM-in 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Bu halda da hakimin təhlili tam olmamışdır. Qətnamədə qeyd olunduğu kimi, işdən çıxarılma barədə əmrin surəti xx.xx.2018-ci il tarixdə iddiaçıya verilsə də, son haqq-hesab tam aparılmamışdır və axırıncı ödəniş 2019-cu il yanvar ayında olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq etirazında iddia tələbində iddiaçının göstər diyi halların əsassızlığını izah etmiş və iddia müddətinin ötməsinə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 294.2. Kollektiv müqavilələrdə nəzərdə t utulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Maddə 294.4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində mürac iət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tələbi rədd olunan hissəsində qətnaməni mübahisələndirməmişdir. Qətnamə cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdi r. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində iddia tələbinin rədd edilməsi əsası kimi müəyyən edilmiş iddia müddətinin onun tərəfindən ötürülməməsinə dəlil olaraq istinad etsə də, iddiaçının dəlili üzrə qeyd edilməlidir ki, əmək mübahisələri üzrə iddia müddətinin başlanması anı 296.2 və 296.3-cü maddələrində dəqiq olaraq müəyyən edilmişdir. İşə mahiyəti üzrə baxmış apelyasiya kollegiyası qeyd edilən maddi hüquq normalarına istinad etməklə iddia tələbinin rədd edilməsində haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 294.1-ci maddəsində də aydın olaraq göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Qeyd edilən maddənin ikinci hissəsində kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılması, nizama salınması müəyyən edilmişdir. Hazırki tərəflər arasında isə qeyd edilən xüsusatla bağlı hər hansı hal mövcud olmadığından adıçəkilən maddənin birinci hissəsinin tələblərinə riayət edilməklə 296-cı maddədə müəyyən edilən 1 aylıq müddətdə məhkəməyə müraciət edilməli idi. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.