Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3365/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X14 və X15 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1039/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, işə bərpa olunması və məcburi işburaxma müddətində ona dəyən maddi ziyanın ödənilməsi, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü bəndinin tələbinə uyğun olaraq, Qaradağ rayonu, 38-ci polis bölməsində barəsində yalan məlumat yaymaqla yazılı şikayət məktubu göndərərək ona mənəvi ziyan vurduğuna görə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində ödənişin tələb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Cavabdeh MMC-cə xx.xx.2003-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə X2 (QA/QC), keyfiyyətə nəzarət üzrə inspektor (QC İnspektor) inspektor vəzifəsində ixtisası üzrə işləmişdir. Ali savadlıdır, qaynaq istehsalı avadanlığı və texnologiyası ixtisası üzrə 1983- cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Cavabdeh şirkətinin göndərişi ilə 2015-ci ildə X8-Tədris kurslarını (TWİ) keçərək imtahan verib 3.1 (welding inspector-qaynaq üzrə inspektor) ixtisası üzrə səviyyəli Beynəlxalq dərəcəli sertifikarta sahib olaraq Cavabdeh şirkətinə təqdim etmişdir. Ümumilikdə 44 il əmək stajı var, onlardan 29 ili keyfiyyətə nəzarət sistemində, onlardan 16 ilə yaxın Cavabdeh şirkətində nəzarət üzrə inspektor vəzifəsində çalışmışdır. Uşaqlıqdan 3-cü qrup əlildir, xx.xx.2018-ci il tarixindən işdən azad edilmişdir. Cavabdeh MMC-də iş yükünün kəskin şəkildə azalması səbəbindən xx.xx.2018-ci il tarixində verilmiş 1079/18İR saylı əmrə istinad edərək Anbardar keyfiyyətə nəzarət üzrə inspektor Azad Əbülfət oğlu işlədiyi ştat vahidinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməkdə işdən azad olunmuşdur, yazısına nəzər yetirəndə görünür ki, əmr ziddiyyətlidir. Tələsik və qanun pozuntuları ilə hazırlanmışdır. Belə ki, onun işlədiyi ştat vahidin adı əmək müqaviləsində QC inspector-keyfiyyətə nəzarət üzrə inspektor kimi göstərilmişdir. Lakin əmrdə ixtisar edilən ştat vahidinin adı anbardar keyfiyyətə nəzarət üzrə inspektor kimi qeyd olunmuşdur. Həmçinin, ştatların ixtisarı ilə əmək müqaviləsinə xitam verildikdə həmkarlar ittifaqının mütləq razılığı alınmalıdır. Lakin xx.xx.2018-ci il tarixdə təqdimat verilmiş bir gün sonra isə heç bir araşdırma aparılmadan razılıq verilmişdir. xx.xx.2018-ci il tarixdə keçirilən ixtisarla bağlı yığıncaqda dörd nəfər işçi iştirak etmişlər.həmin vaxtı ona xəbərdarlıq məktubu təqdim olunsa da, o məktub şəklində deyil adi möhürsüz imzasız kağız olmuşdur. Ona görə də həmin xəbərdarlıq məktubu ilə tanış olmamışdır. Daha sonra onlara işdə qalmaqda üstünlük hüququnun olduğunu və lazımi sənədləri təqdim edə bildiyini bildirmişdir. Bu barədə razılaşdıqdan sonra xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə həmin sənədləri menecerə təqdim etmişdir. Orada ona həmin sənədlərə baxılması və müvafiq yazılı cavab verilməsi ilə bağlı məlumat verilsə də, dəfələrlə maraqlanmağına baxmayarq son ixtisar gününə qədər ona heç bir cavab verilməmişdir. Həmçinin, xəbərdarlıq məktubunun imza olunmasından imtina barədə aktın tərtib olunmasında da saxtakarlığa yol verildiyini bildirmişdir. Belə ki, həmin akta imza atan şəxslər rəhbərliyin tabeliyində olan işçilərdir və yığıncaqda onlar iştirak etmədiyini bildirmişdir. Biri isə ümumiyyətlə şirkətin işçisi olmamışdır. Eyni zamanda 4 nəfərin ixtisara düşməyi nəzərdə tutulsa da yalnız onu işdən çıxartmışlar.göründüyü kimi, şirkət ona qarşı qərəzli mövqedə olmuş, ayrı-seçkilik etmişdir. Əmək qanunvericiyinə görə ştatlar ixtiar edildikdə, işdə daha yüksək peşəkarlığa malik işçilərin işdə saxlanmaq hüququna malikdirlər. Bu halda iş təcürbəsi az olan inspektorlar işdə saxlanlmış, ali texniki təhsilli yüksək sertifakatı olan 16 ilə yaxın həmin şirkətdə iş təcrübəsi olan bir işçi olaraq onu işdən çıxartmışlar. Həmçinin, həmin şirkətdə keyfiyyətə nəzarət üzrə böyük inspektor vəzifəsində çalışan atanın tabeçiliyində ölu inspektor vəxifəsində işləyərək, heç bir ixtisara düşməmişdir. Lakin onun həmin iş yeri yeganə qazanc yeri olmaqla, ailədə tək onun işlədiyi halda işdən çıxardırlar. Həmin şirkətdə ondan daha aşağı ixtisaasa malik şəxslər işdə saxalnılmışlar. Qardaşının 1-ci qrup əlil olduğunu qeyd edərək, onun öhdəsində olduğunu təsdiq edən sənədi şirkətə təqdim etmişdir. o, maddi yardıma ehtiyacı olan 1-ci qrup əlil olan qardaşına köməklik edir. İşdən çıxmaqla onun özününü ailəsi ilə yanaşı, 1-ci qrup əlil olan qardaşının da ailəsi maddi cəhətdən pis vəziyyətə düşmümşdür. Onun ixtisarla işdən çıxarılmağının bəhanə olduğunu qeyd etmişdir.. əmək müqaviləsinə xitam verilməsi heç bir əsaslandırma olmadan həyata keçirilmişdir.Hesab edir ki, onun işdən çıxarılması tamamilə şirkətin ona qərəzli münasibəti olmuşdur. əks halda ondan peşəkarlıq səviyyəsi aşağı olan işçiləri azad etməli idilər. Cavabdehin ona qarşı qərəzli mövqedə olmasının bir çox sübutlarla təsdiq olunduğunu qeyd etmişdir. ona görə də o, işdən çıxarılmasının qanunsuz və qərəzli olduğunu hesab edir. O, qeyd etmişdir ki, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verərək işdən azad etməsi qanunsuzdur. Bu onun hüquqların kobud şəkildə pozulması deməkdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)- 1039/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1249/18ir nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanılaraq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun tamamilə ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində nəzədə tutulan qaydada, xx.xx.2018-ci il tarixdə digər işçilərlə bərabər İddiaçı da şirkətin ofisinə dəvət etmiş və 4 nəfər vəzifəli şəxsin və mütəxəssisin iştirakı ilə ona ən azı 9 həftə əvvəldən, onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edilməsi barədə yazılı rəsmi xəbərdarlıq edilmişdir. Lakin İddiaçı ixtisara və mövzuya aid olmayan müxtəlif izahatlar vermiş, əvvəllər də onun əmək hüquqlarının pozulması barədə əsassız fikirlər bildirmiş, xəbərdarlıqla tanış olduqdan sonra isə onu imzalamayacağını bildirmiş, iddiaçının xəbərdarlığa imza etməsindən imtina barədə akt tərtib edilmişdir. Bu halı iddiaçı iddia ərizəsində də təsdiq edir, lakin müxtəlif bəhanələr gətirməklə iddia ərizəsini imzalamadığını bildirir. Qətnamədə qeyd olunur ki, ixtisarlar aparılarkən o, həftədə 1 gün iş axtarmaq məqsədi ilə işdən azad olunmamış və iddiaçının hüquqları pozulmuşdur. Hakim məhkəmə iclasında dəfələrlə bildirdi ki, bu barədə müəssisə tərəfindən ayrı bir əmr də verilməli və həmin əmrdə də işçi həftədə 1 gün işdən azad olunmalı idi. Cavabdeh MMC də İddiaçı bu maddədə nəzərdə tutulan qaydada (bu isə imperativ normadır) yazılı rəsmi xəbərdarlıq təqdim etmişdir və həmin xəbərdarlıqda da xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə ona azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi qeyd olunmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan hüquqları və güzəştləri ona izah edilmiş, ixtisarların iş həcminin azalması ilə əlaqədar həyata keçirilməsi barədə izahat verilmiş, istədiyi vaxt həftədə bir gün işdən azad oluna bilməklə, işə gəlməmək hüququ olduğu bildirilmişdir. Qətnamədə qeyd edilir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli 1079/18 saylı əmr verilərkən, əmrə əlavə tərtib olunarkən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri pozulmuş, yalnız ixtisar olunan ştatlar göstərilmiş, ixtisarlar mötəbər sübutlarla əsaslandırılmamışdır. “Mötəbər sübut dedikdə” hakim hansı sübutu və ya normativ hüququ aktı nəzərdə tutur məlum deyil. Eyni zamanda onlar daha hansı işləri görməli, sənədləşmə və ya əsaslandırma aparmalı idilər. Əmək Məcəlləsinə əsasən bu normativ hüquqi aktı əgər hakim bilirsə bunu qətnamədə də qeyd etməlidir. Əmək Məcəlləsinin 71.3-cü maddəsi də müəssisədə hansı səbəblərdən ixtisarların aparılmasını nəzərdə tutur. Cavabdeh MMCdə “Şahdəniz 2” layihəsinin başa çatması və iş həcminin azalması da bu maddədə nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasıdır. İddiaçı Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə əməl etmişdir. Məhkəməyə təqdim olunan sənədlər də təsdiq edir ki, İddiaçı digər işçilərə qarşı peşəkarlığı və əmək vəzifələrini yerinə yetirməsi aşağı səviyyədə olmaqla qənaətbəxş olmamışdır. Cavabdeh MMC-də keyfiyyətə nəzərət üzrə inspektor vəzifəsi üzrə eyni vəzifədə 10 nəfər işçi olmuşdur. Məhkəməyə təqdim olunan sənədlər də sübut edir ki, işdə saxlanılmış işçilərin peşəkarlığı İddiaçı nisbətən yuxarı olmuş və ya Əmək Məcəlləsinin 78 və 79-cu maddələrində nəzərdə tutulan qaydada güzəşt və ya imtiyazları olmuşdur. Bu güzəştlər içərisində həmin işçilərin azyaşlı uşaqlarının, məcburi köçkün və himəyələrində ailə üzvü kimi 1-ci qrup əlil olan şəxslərin olması da olmuşdur. Bundan başqa İddiaçı hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən himayəsində 1-ci qrup əlil olan qardaşının olması nəzərə alınmamışdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi 16 il ərzində müəssisəyə belə bir sənəd təqdim etməmişdir. Hər hansı bir şəxsin öhdəsində 1-ci qrup əlil olması faktı 3 nəfər şəxsin notarial qaydada təsdiq olunmuş sənədlərlə sübut edilmir, normativ hüquqi aktlarla təsdiq olunur. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ailə üzvləri dedikdə: ər-arvad, valideynlər və uşaqlar nəzərdə tutulur. İddiaçı tərəfindən öhdəsində 1-ci qrup əlil olma barədə hər hansı bir sübut müəssisəyə və məhkəməyə təqdim edilməmişdir. Bir şəxsin qardaşına kömək etmək, ona baş çəkmək və ya qızının təhsil haqqını ödəmək iddiaçının öhdəsində 1-ci qrup əlil olma anlamına gəlmir. Qeyd olunan faktlar isə qohumluq və ya qardaşlıq əlamətlərinə görə insanların bir-birinə kömək etməsi deməkdir. Bundan başqa Həmkarlar Təşkilatı müstəqil təşkilat və ictimai birlikdir. İclasların keçirilməsi qaydası da bu təşkilatın özünün daxili qaydaları əsasında həyata keçirilir. Bu iclaslara işçilərin və ya hər hansı bir işçinin çağırılması barədə isə Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikası qanununda və ya Əmək Məcəlləsində imperativ və ya dispozitiv hüquq norması yoxdur. Eyni zamanda Cavabdeh MMC-nin Həmkarlar Təşkilatı da şirkətdə əvvəlcədən layihənin başa çatması və iş həcminin azalması ilə əlaqədar proseslərdə, o cümlədən də ştatların ixtisarı və işçilərin sayının azaldılmasında iştirak etmiş, Təşkilatın sədri Allahyar Əyyubov ixtisarların aparılması barədə olan Komissiyanın üzvü olmuş, iddiaçının qeyd etdiyi kimi Xəbərdarlığın verilməsində də bu Təşkilatın sədr müavini iştirak etmiş, təqdimata edilmiş müvafiq əsaslandırma sənədlərini araşdırmış, Təşkilatn komissiyasının əksər üzvünün razılığı olmuş və Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini əsas tutaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. İddiaçının Əmək Məcəlləsinin 84-cü maddəsinə əsaslanması da əsassızdır. Müəssisə tərəfindən əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin aşağıda göstərilən bütün tələblərinə əməl edilmişdir. Bundan başqa iddia qaldırılarkən prosessual müddətlər üzrsüz səbəbdən ötürülüb və bu əsasdan da iddia tələbləri rədd edilməlidir. Həmçinin iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan qaydada 1 ay müddətində məhkəməyə müraciət etməmiş və üzrsüz səbəbdən iddia müddətini buraxmışdır. İddiaçı hesab edir ki, o, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqana müraciət etmiş və bu orqanın çıxardığı qərarı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Halbuki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olsa da Əmək Məcəlləsinin 294-cü maddəsinin 2 və 4-cü bəndində, 296-cı maddənin 1-ci bəndində nəzərdə tutulan qaydada “Məhkəməyə qədər əmək mübahisələrinə baxan” orqan deyildir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9007/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-640/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək iddiaçının xx.xx.2018-ci il tarixli əmrin surətini elə həmin tarixdə aldığı qənaətinə gəlsə də, bu qənaətə hansı mötəbər sübutlar əsasında gəldiyini açıqlamamışdır. İş materiallarında, o cümlədən adı çəkilən əmrin özündə, yaxud digər sənədlərdə də bu halı təsdiq edən hər hansı qeyd yoxdur. Halbuki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan sənədlərin işçiyə təqdim olunduğunu sübut etmək vəzifəsi işçinin deyil, məhz işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, əmrin, əmək kitabçasının, son haqq-hesabın və s. sənədlərin işçiyə verilməsi qanunla müəyyən olunmuş qaydada mötəbər sübutlarla təsdiq olunmadan iddiaçının iddia müddətini buraxmış olduğu qənaətinə gəlinməsi onun məhkəmə müdafiə hüququnun və ədalətli araşdırmaya olan hüququnun pozulması ilə nəticələnə bilər. Ona görə də işə yenidən baxılarkən bu hal bir daha ətraflı aydınlaşdırılmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. şəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi üçün xx.xx.2018-ci il tarixli təqdimatla Həmkarlar İttifaqı Komitəsinə müraciət etmiş və ertəsi gün xx.xx.2018-ci ildə Həmkarlar İttifaqı Komitəsi əmək müqaviləsinin ləğvinə etiraz etmədiyi barədə qərar qəbul etmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etməmiş, Həmkarlar İttifaqı Komitəsinin üzvləri isə işçinin Həmkarlar İttifaqına müraciət etməməsini əsas göstərərək əmək müqaviləsinin ləğvinə etiraz etmədiklərini bildirmişlər. Həmkarlar İttifaqı Komitəsi də öz növbəsində Baş direktorun xx.xx.2018-ci il tarixli 958/18 saylı əmrini nəzərə alaraq əmək müqaviləsinə göstərilən əsasla xitam verilməsinə etiraz etmədiyi barədə qərar qəbul etmişdir. Həmkarlar ittifaqı təşkilatının qərar qəbul edərkən əsas kimi götürdüyü Baş direktorun xx.xx.2018-ci il tarixli 958/18 saylı əmrinin məzmununun nədən ibarət olduğu, iddiaçı ilə əmək müqaviləsinin ləğv olunmasına razılıq verilməsi üçün onun nə kimi əhəmiyyət daşıdığı da işdən aydın deyil. İşəgötürən tərəfindən belə bir attestasiya komissiyasının yaradılması və iddiaçının peşəkarlıq səviyyəsinin yoxlanılması isə hazırkı işdən görünmür. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı işə yenidən baxan məhkəmənin diqqətini işəgötürənin iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2018-ci il tarixli əmrində olan uyğunsuzluqlara da cəlb edir. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun vəzifəsi “QC İnspektor” göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə onun vəzifəsinin “anbardar keyfiyyətə nəzarət üzrə inspektor” olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının öhdəsində 1-ci qrup əlil olan ailə üzvünün olub-olmadığı bir daha öyrənilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir.” Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını həmin hissədə yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X17 ifadə verərək, iddiaçının bacısı olduğunu, qardaşalarından birinin 3-cü qrup, digərinin isə 1-ci qrup əlil olduğunu, onların ayrı-ayrı evlərdə yaşadığını, 1-ci qrup əlil olan qardaşının başqasının yardımına möhtac olduğunu, ona onun və qızının baxdığını, maddi cəhətdən isə iddiaçı olan qardaşının köməklik göstərdiyini, həmçinin onun qızının da təhsil haqqını məhz iddiaçı olan qardaşının ödədiyini bildirdi. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadə verərək, iddiaçının qardaşının qonşusu olduğunu, iddiaçının qardaşına tez-tez baş çəkdiyini, onların ayrı yaşadıqlarını, ona maddi köməklik göstərdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 və şahid X11 məhkəmə iclasında şahid X1 ifadəsi ilə eyni məzmunluifadə vermişlər. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X18 məhkəmə iclasında ifadə verərək, cavabdeh müəssisədə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində işlədiyini, iddiaçı olan işçini heç görmədiyini, birinci dəfə burda gördüyünü, onun heç vaxt komitəyə müraciət etmədiyini bildirmişdir. Həmçinin, iddiaçının işdən çıxarılmasına razılıq verilməi ilə bağlı komitəyə yalnız təqdimatın daxil olduğunu, başqa heç bir sənədin təqdimata əlavə edilmədiyini bildirmişdir. Həmçinin həmin təqdimatala bağlı iclas keçirildiyini qeyd etmişdir. İclasda müzakirə olunan sənədin yalnız təqdimat olduğunu, başqa sənəd olmadığını bildirmişdir. əlavə olaraq bildirmişdir ki, təqdimata başqa hər hansı sənəd (əmr, məktub və s.), o cümlədən işçinin fəaliyyətinə dair hər hansı sənəd (illik qiymətləndirmə) əlavə edilmədiyindən yalnız təqdimat müzakirə olunmuşdur. İclasda komitənin 23 üzvündən 18-i iştirak etmişdir. iclasın keçirilməsi ilə bağlı iddiaçı olan işçiyə heç bir məlumat verilməmişdir, çünki bunu zəruri hesab etməmişlər. İşçi özü komitəyə müraciət etməli idi ki, iclasda iştirakı təmin edilsin. İddiaçının iştirakı olmadan iclas keçirilmişdir. Həmin iclasda işçinın həmin müəsisədə başqa iş təklif olunması ilə bağlı hər hansı məsələ müzakirə olunmamışdır. Sadəcə layihənin bitməsi ilə əlaqədar ştatlar ixtisar edildiyindən iddiaçı işdən çıxarılmışdır, ona görə də 18 nəfər yekdilliklə leyihə səs verməklə razılıq verilmişdir, başqa hər hansı məsələlər həmin iclasda müzakirə olunmamışdır. İşçiyə xəbərdarlıq olunub-olunmaması, onun başqa işə keçirilməsinin mümkün ölüb-olmaması ilə bağlı məsələ də müzakirə olunmamışdır. Yekunda da hər hansı qərarın qəbul olunmadığını, sadəcə protokol tərtib olunduğunu bildirmişdir. Həmçinin, iddiaçı olan işçinin işdən çıxarılmasının onun öz günahı olduğunu, onun heç vaxt komitəyə müraciət etmədiyini bildirərək,əlavə etmişdir ki, əgər iddiaçı vaxtında komitəyə müraciət etmiş olsaydı ona kömək edilərdi, o özü rəhbərliklə münasibətlərini korlamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Mahir Novruzov məhkəmə iclasında ifadə verərək, İddiaçı fəaliyyətinə onun tərəfindən nəzarət olunmadığını, onunla bir idarədə işləsə də, birbaşa tabeçilik münasibətlərində olmadığını, onu qiyabi tanıdığını, İddiaçı işdən çıxarılması ilə bağlı həmkarlar ittifaqının iclası olduğunu, onun özünün komitənin üzvü olduğundan iclasda iştirak etdiyini, onlara müzakirə ilə bağlı hər hansı sənəd təqdim edilmədiyini, sadəcə ümumi müzakirə aparıldığını, hər hansı başqa iş təklifi ilə, ona xəbərdarlıq olunması ilə bağlı müzakirələr olmadığını,komitənin 21 üzvü olduğunu, onlardan 17-18-i iclasda iştirak etdiyini, yekunda yekdilliklə qərar qəbul olunduğunu, hər hansı qərara imza olunmadığını, sadəcə ümumi rəy verildyini, iddiaçı olan işçiyə keçirələcək iclas barədə məlumatın verilməsi barədə hər hansı məlumatının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin **********5 nömrəli, xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə təqdim etdiyi xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli, No: 2019BOSSSSPEGHAL-108 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, siz xx.xx.2003-cü il tarixdən xx.xx.2018-ci il tarixədək “keyfiyyətə nəzarət üzrə inspektor”peşəsində çalışmış və onunla bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçının qardaşı X12 birinci qrup əlildir və kənar şəxslərin daimi qulluğuna möhtacdır. İş materiallarına əlavə olunmuş BOS-Şelf MMC-nin xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçıla bağlanmış 425 saylı, xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilməklə xitam veriməsi əmr edilmiş, İddiaçı həmin əmrlə oxuyub tanış olduğunu imza etməklə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2002-ci il tarixli, 425 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə qeyri-müəyyən müddətə əmək müqaviləsi bağlanmış, peşəsi və vəzifəsi QC İnspektor kimi müəyyən olunmuş və işçinin xx.xx.2003-cü il tarixdən işə başlanması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş, ИВ 041667 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan Politexnik Universitetini bitirmiş və dövlət imtahan komissiyasının 1983-cü il 30 iyun tarixli qərarı ilə ona mühəndis-mexanika ixtisası verilmişdir. İş materiallarına əlavə olunmuş X4, X3 və X19 notarial qaydada təqsdiq olunmuş ərizə tərtib edərək,1969-cu il təvəllüdlü X5 1-ci qrup əlil olması və qonşularında Qaradağ rayonu Sahil qəsəbəsi B.Əliyev küçəsi ev 59, mənzil 63 ünvanında yaşayan qardaşı İddiaçı öhdəsində olmasını təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Səbail rayon Şöbəsi tərəfindən verilmiş 1701/25 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X13 DSMF Səbail rayon şöbəsindən xx.xx.1997-ci il tarixdən 1 qrup əlilliyə görə ömürlük əmək pensiyası alır və hal-hazırda pensiyasının miqdarı 156,04 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı İİİ qrup əlildir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və X20 Nazirliyinin xx.xx.2019-cu il tarixli müraciət vərəqəsinin məzmunundan görünür ki, İddiaçı 15 ildən artıq müddətdə Qaradağ Rayonunda yerləşən “xxxxxxxx” MMC-də işləməsi, xx.xx.2018-ci il tarixdə işdən azad edilməsi, özünün 3-cü qrup əlil, öhdəliyində olan qardaşının isə 1-ci qrup əlil olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş, xx.xx.2002-ci il tarixli, 425 nömrəli əmək müqaviləsinə xx.xx.2008-ci il tarixli 1 saylı əlavənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin müddəti işin sona çatdırılması vaxtına kimi (xx.xx.2008-ci il tarixədək) məhdudlaşdırlması qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında olan 425 nömrəli əmək müqaviləsinə xx xxxxxx 2009-cu il tarixli dəyişkiliyin məzmunundan görünür ki, tərəflər qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə əmək haqqı və iş saatı ilə bağlı bəndlərinə müvafiq düzəlişlər etmişlər. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında olan 425 nömrəli əmək müqaviləsinə xx xxxxxx 2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il tarixli dəyişikliklərin məzmunundan görünür ki, hər bir dəyişiklik üzrə tərəflər qarşılıqlı razılıq əsasında əmək müqaviləsinə əmək haqqı ilə bağlı bəndlərinə müvafiq düzəlişlər etmişlər. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında olan 425 nömrəli əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli 10 saylı əlavənin məzmunundan görünür ki, işçinin saatlı əmək haqqının məbləği 6.02 AZN müəyyən edilmiş və həmin dəyişuikliyin xx.xx.2016-cı il tarixdən qüvvəyə minməsi göstərilmişdir. Həmçinin, həmin Əlavədən görünür ki, 2011-ci il tarixli dəyişkiliyin məzmunundan görünür ki, işçi İddiaçı həmin əlavəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin pozulmasına görə imzalamaqdan imtina etdiyi qeyd etmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciətə baxılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyindən bununla bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlandığı xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh MMC ondan tələb olunan müvafiq sənədləri Müfəttişliyə təqdim etdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 1249\18ir nömrəli xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında Əmrin surətindən görünür ki, Cavabdeh MMC-də iş yükünün kəskin şəkildə azalması səbəbindən xx.xx.2018-ci il tarixli 1079\18ir saylı əmrlə 35 ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmr verildiyi, işçi İddiaçı işlədiyi ştat vahidinin ixtisar olunması barədə L-022 saylı, xx.xx.2018-ci il tarixli məktubla Cavabdeh MMC-nin Həmkarlar ittifaqına müraciət olunaraq, razılıq alındığı, ştat vahidinin ixtisar olunması ilə bağlı onun xəbərdarlıq məktubu ilə tanış edildiyi, xəbərdarlıq məktubunu imzalamaqdna imtina olunması ilə bağlı akt tərtib edildiyi, İddiaçı Cavabdeh MMC-də 15 il 8 ay iş stajının olduğu, ona əmək haqqının iki misli məbləğində işdənçıxarma müavinətinin hesablandığının bildirildiyi qeyd olunmaqla, onunla 425 saylı xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən orta aylıq əmək haqqının iki misli məbləğində müavinət ödənilməklə xitam verildiyi əks olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə əmək kitabçası qaytarılmışdır. İş materiallarına əlavə olunmuş, Cavabdeh MMC-nin Baş direktoru tərəfindən BOS X21 verilmiş xx xxxxxxx 2018-ci il tarixli, C-2018/BOSS/TUC/GHA/L-022 saylı təqdimatın məzmunundan görünür ki, Cavabdeh MMC-nin əmək normalarının, onların təşkilati strukturunun, xərclər smetasının müəyyən edilməsi, ştat vahidlərinin ixtisar edilməsi barədə xx.xx.2018-ci il tarixli 958/18 saylı əmr verilmiş, Cavabdeh MMC-nin Həmkarlar İttifaqının üzvü olan Keyfiyyətə nəzarət üzrə inspektor İddiaçı (BS 425) ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulduğunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən, işəgötürən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması müəyyən olunmuş, ona görə də həmkarlar ittifaqının müvafiq razılıq verilməsi xahiş olunmuş, həmin təqdimatda əlavə olunmuş sənəd qismində işçilərin illik qiymətləndirilmələrinin surətləri və xx.xx.2018-ci il tarixli 958\18ir saylı əmrin surəti qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 102 nömrəli BOS X26 Komitəsinin x xxxxxx 2018-ci il tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, Cavabdeh MMC-nin Baş direktoru tərəfindən ünvanlanmış təqdimat müzakirə olunmuş, ixtisarla bağlı əmək qanunvericiliyinin tələblərinə ciddi əməl olunduğu, işçiyə xəbərdarlıq edildiyi və şirkətin yerinə yetirdiyi layihənin başa çatması nəticəsində istehsalat departamentlərinin verdiyi təqdimat əsasında bir sıra ştatların ixtisara düşməsi zərurətini nəzərə alaraq, BOS-Şelf MMC-nin işçisi, keyfiyyətə nəzarət üzrə inspektor İddiaçı(BS 425) ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən AR ƏM-nin 70-ci maddəsinin “B” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli 1079\18ir Əmrin məzmunundan görünür ki, iş həcminin azalması, müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar olaraq 19 vəzifə (peşə) üzrə 35 ştat vahidinin ixtisar edilməsi zərurətinin yarandığı qeyd olunmaqla, 19 vəzifə peşə üzrə 35 ştat vahidi xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndnə əsasən ixtisar edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 1079/18ir saylı əmrinə əsasən, işlədiyi keyfiyyətə nəzarət üzrə inspektor ştat vahidi ixtisar edildiyi üçün, onunla bağlanmış Əmək müqaviləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2018-ci il tarixində xitam veriləcəyi barədə rəsmi xəbərdar olunmuş və xəbərdarlıq müddəti ərzində iş axtarmağına imkan yaradılması məqsədilə, ona əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad olunması, orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinəti ödəniləcəyi göstərilmiş, lakin həmin xəbərdarlıq məktubu İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə olunmuş ştat vahidinin ixtisar olunması ilə bağlı işçiyə edilmiş yazılı xəbərdarlıq məktubu ilə tanış olmaqdan imtina etməsi barədə tərtib edilmiş aktın məzmunundan görünür ki, xx.xx.2018-ci il tarixində keyfiyyətə nəzarət üzrə inspektor İddiaçı X6 dəvət edilmiş, onun işlədiyi ştat vahidinin ixtisar olunması, əmək stajına uyğun xəbərdarlıq müddəti, ödəniləcək işdənçıxarma müavinətinin misli barədə ətraflı məlumat verilmiş, lakin işçi xəbərdarlıq məktubu ilə tanış olmaqdan və onu imzalayaraq, bir nüsxəsini götürməkdən imtina etdiyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 1249\18ir saylı,xx.xx.2018-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi işçilərin sayı və ştatlar ixtisar edilməsi əsası ilə xitam verilməsi barədə əmək müqaviləsi bildirişi xx.xx.2018-ci il tarixdə imzalanmış və elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 094 nömrəli əmrdən görünür ki, işçi sayının ixtisarının sistemli və obyektiv icra olunması üçün şirkətin təcrübəli, obyektivliyi və qərəzsizliyi ilə seçilən şəxslərdən ibarət daimi fəaliyyətdə olan ixtisar komissiyası yaradılmışdır. Həmin Əmrin 2.1-ci bəndində işçilərin sayının və ya ştataların optimallaşdırılması zamanı Azərbaycan Respublikası Əmək Məclləsinin müvafiq maddələrinin tələblərinə riayət edilməklə Şirkət işçilərinin bilik və bacarıqlarını, əmək fəaliyyətini özündə əks etdirən “İllik Qiymətləndirmə” haqqında məlumatlara əsaslanaraq şəffaf, qərəzsiz, ədalətli rəy verilməsinin təmin edilməsi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin Qaradağ Rayon Polis İdraəsinin 38-ci Polis Bölməsinə müvafiq araşdırmanın aparılması barədə xx xxxxxx 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı işdən azad edilməsi ilə razılşmayaraq, üzərində olan dəmir iskənə və deşici dəmir mili cibindən çıxararaq, bədəninin müxtəlif nayihələrinə xəsarət yetirməyə cəhd etdiyini, onun işçilər tərəfindən sakitləşdirildiyi qeyd olunaraq, bununla bağlı müvafiq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş 1079/18ir saylı, xx.xx.2018-ci il tarixli əmrin 01 saylı əlavəsinin məzmunundan görünür ki, ixtisar edilən ştat vahidlərinin adlı siyahısı göstərilmiş və keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsi üzrə 4 ştat vahidinin ixtisar edildiyi göstərilmişdir. İş materiallarında olan ИТ-İ seryalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən 425 nömrəli əmr ilə Cavabdeh LTD MMC-də keyfiyyət üzrə müfəttiş vəzifəsində işləməyə başlamış, xx.xx.2014-cü il tarixdə,109/a14 nömrəli əmr ilə Cavabdeh MMC-nin keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə keçirilmiş xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə tutduğu vəzifədən azad edilməsi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin rəhbərliyi İddiaçı fəaliyyətinin illik qiymətləndirmədən sonra inkişaf etmədiyini, onun orta səviyyəli inspektor olduğu, səhvlər etməyə meylli olduğunu, onun imtahandan keçdiyini, hazırki vəzfisənidə təkmilləşdirilməsi üçün təşəbbüs maraq göstərmədiyini əsas götürərək onun heç bir vəzifə irəliləyişinə rəy verilmədiyini qeyd etmişdir. İş materiallarından görünür ki, keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsi üzrə 4 ştata vahidi ixtisar edilsə də, ixtisar edilən digər üç işçi ilə əmək müqaviləsinə işdə saxlanmaqda üstünlük hüququna malik olması əsası ilə öz işlərinə bərpa olunmuşlar. İş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli, C- 2019/BOSS/TUC/GHA/L-376 saylı məktubunun məzmunundan görünür ki, “Şahdəniz 2” layihəsinin başa çatması ilə əlaqədar olaraq, istehsalatda iş yükünün kəskin şəkildə azalması səbəbindən müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması məqsədilə bütün sahələr üzrə işçi sayının azaldılması zərurəti yarandığını, nəticə etibarilə 2017-ci il ərzində 517, 2018-ci il ərzində 481 nəfərin əmək müqaviləsinə xitam verildiyi, 1079\18ir saylı xx.xx.2018-ci il tarixli əmrlə 35 ştata vahidinin ixtisar edilməsi ilə bağlı əmr verildiyi, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hər bir işçiyə xəbərdarlıq edildiyini, əmək müqaviləsinə xitam verilməyən digər işçilərin ya iş fəaliyyətinin illik qiymətləndirilməsi yüksək olmuş, ya da AR ƏM-in 78 və 79-cu maddələri üzrə hər hansı bir imtiyazları olmuşdur. ARƏM-də ixtisar olunan işçiyə digər vəzifə təklifi nəzərdə tutulmadığından A. İsmayılova da başqa bir vəzifə təklif olunmamışdır. A. İsmayılovun işlədiyi dövrdə departament rəhbəri müxtəlif illərdə onun əmək müqaviləsi üzrə öhdəliklərini tələb olunan qaydada yerinə yetirmədiyini, orta səviyyəli, səhvlər etməyə meyilli, fəal olmayan, vəzifəsini təkmilləşdirmək üçün təşəbbüs və maraq göstərməyən bir işçi olduğu üçün A. İsmayılovun illik qiymətləndirilmələri digər işçilərlə müqayisədə aşağı olmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. İş materiallarında olan BOS-X16 xx.xx.2018-ci il tarixli iclasının 08 saylı protokolunun məzmunundan görünür ki, iclasda 18 nəfər üzvü iştirak etmiş, iclasın sədri tərəfindən şirkətin yerinə yetirdiyi layihənin başa çatması nəticəsində istehsalat departamentlərinin verdiyi təqdimat əsasında bir sıra ştatların ixtisara düşməsi zərurətini (BOS-Şelf Şirkətinin Baş Direktorunun xx.xx.2018 tarixli 958/18 saylı əmri) nəzərə alaraq BOS-Şelf MMC-nin işçisi, keyfiyyətə nəzarət üzrə inspektor İddiaçı (BS 425) (İşçi) ilə bağlanmış əmək müqaviləsinə İşəgötürən tərəfindən AR ƏM-nin 70-ci maddəsinin “B” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi təklif olunmuş və bu məsələyə etiraz olunmaması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı fəaliyyətinin 1.11.2016-ci il tarixli qiymətləndirilməsinin nəticəsi olaraq, mümkün olan 45 baldan faktiki topladığı bal 22 olduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, X7 fəaliyyətinin xx.xx.2017-cı il tarixli qiymətləndirilməsinin nəticəsi olaraq, fəaliyyətinin təkmilləşdirilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı orta səviyyəli müfəttiş oluğu, səhvlər etməyə meylli olduğu, ancaq özünü işə həsr etdiyini, bu il CSWİP 3.1 qaynaq müfəttişi kvalifaisiyasını əldə etməyə çalışdığı qeyd olunmuşdur. Kollegiya aşağıda şərh olunanlara diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə isə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür . Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2.-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətdə rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci mddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 3-cü maddəsinin 12-ci hissəsində işçilərin nümayəndəli orqanı — əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri) kimi anlayış verilmişdir. “Əmək müqaviləsinin bağlanılmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 1993-cü il tarixli Ali Məhkəmənin Plenumunun 5 №-li Qərarın 14-cü bəndinə əsasən müəssisəsinin, idarənin, təşkilatın ləğv edilməsi, işçilərin sayının və ştatın ixtisarı ilə əlaqədar olaraq, işçi işdən çıxarıldıqda məhkəmə müəssisənin, idarənin, təşkilatın fəaliyyətinə xitam verilibverilmədiyini, işçilərin sayının və ya ştatının ixtisar edilibedilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun nəzərə alınıb-alınmadığını, işçinin öz razılığı ilə başqa işə keçirmək üçün müdiriyyətin tədbirlər görüb-görmədiyini, işçinin azad edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyi normalarına müdiriyyətin əməl edib-etmədiyini yoxlamağa borcludur. Müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, işçilərin sayının və ştatın ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən, qanunla işçilər üçün müxtəlif səviyyəli təminatlar müəyyən edildiyinə görə (işdən çıxarmanı həmkarlar ittifaqı orqanı ilə razılaşdırmaq zərurəti, işdə saxlanmaq üçün üstünlük hüququ və s.) məhkəmələr müəssisənin, idarənin, təşkilatın ləğv edildiyi barədə müdiriyyətin dəlillərini yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən həmkarlar ittifaqı komitəsinin rəyi qərar şəklində rəsmiləşdirilir. Əmək mübahisəsini həll edərkən, məhkəmə aşkara çıxarılmış halların hamısına, o cümlədən həmkarlar ittifaqı komitəsinin mənfi rəyinin dəlillərinə sübutların ümumi məcmusunda qiymət verməlidir. Göründüyü kimi, qanunvericilkdə işəgötürənin tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin hüququ kimi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin normalarının təhlilindən görünür ki, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş və yerinə yetirilməsi məcburi olan bir sıra tələblərə riayət olunmalıdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməməsi imperativ norma kimi müəyyən olunmuşdur. Əmək qanunvericiliyində işəgötürən tərəfindən riayət olunması məcburi olan belə bir tələblərin nəzərdə tutulmasında əsas məqsəd işəgötürən tərəfindən formal olaraq bu əsaslara istinad etməklə işçilərin işdən çıxarılması hallarının qarşısının alınması, bununla da işçilərin məruz qala biləcəyi su-istifadə hallarından qorunmaqla, onların hüquqlarının müdafiə olunmasının təmin edilməsindən ibarətdir. Deməli, işəgötürən tərəfindən həmin tələblərdən hər hansı birinə əməl etmədən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd hesab olunur. Qanunvericiliyin təhlilindən görünür ki, işəgötürənin təşəbbüsü ilə işçilərin sayı və ya ştat ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün riayət olunması məcburi olan tələblərə-bu əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması, işəgötürən tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq tədbirlər görülməsi, qanunvericiliklə müəyyən olunmuş müddətdə işçinin bu barədə rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli olması, işçiyə orta aylıq əmək haqqının ən azı iki misli miqdarında işdən çıxma müvainətinin ödənilməsi, bu əsasla əmək müqaviləsinə yalnız həmkarlar ittifaqının mütləq razılığı əsasında xitam verilməsi tələbləri aiddir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh işəgötürən qismində çıxış edən Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ştat vahidlərinin ixtisarı əsası ilə xitam verilmişdir. Həmçinin, məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə bu əsasla xitam verilərkən əmək qanunvericiliyinin bir sıra normaları pozulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin təhlilindən görünür ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmalıdır. İş materiallarından görünür ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə əsas kimi ştat vahidlərinin ixtisar olunması haqqında əmrə istinad olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ştat vahidlərinin ixtisarı haqqında 1079\18ir nömrəli, xx.xx.2018-ci il tarixli əmrdə ştat vahidlərinin ixtisar edilməsinin zəruriliyinin əsası kimi iş həcminin azalması, müəssisədə idarəetmənin təkmilləşdirilməsi, izafi xərclərin qarşısının alınması, işin fəaliyyətinin optimallaşdırılması hallarına istinad olunmuşdur. Lakin həmin halların nədən ibarət olması, onun səbəbləri və əsaları barədə əmrdə heç bir müddəa qeyd olunmamışdır. Həmçinin, həmin əmrin 1 saylı əlavəsində isə sadəcə ixtisar olunan ştat vahidlərinin adları qeyd olunmuşdur. Göründüyü kimi, nə ştat vahidlərinin ixtisarı haqqında əmrdə, nə də əmrin 1 saylı əlavəsində nəyə görə məhz həmin vəzifə və peşələr üzrə həmin ştat vahidlərinin ixtisar edildiyi, buna səbəb olan halların əsaslandırılmasına dair hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən bu halların mövcudluğuna dair yalnız müvafiq layihənin başa çatmasına istinad olunsa da, müvafiq əmrdə onunla bağlı heç bir müddəa əks olunmamış, habelə bu ştat vahidinin ixtisar olunmasının məhz həmin layihənin nəticəsi olaraq həayat keçirilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi hər hansı mötəbər sübutlarla təsdiq olunmamış, bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. Həmçinin, qanunvericiliyin təhlilindən görünür ki, işəgötürən tərəfindən məhz iki əsasla-işçilərin sayı və ya ştatları ixtisar edildikdə və işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsaları ilə əmək müqaviləsinə xitam verildikdə həmkarlar ittifaqının razılığının alınması imperativ norma kimi müəyyən olunmuşdur. Bu halda işəgötürən həmkarlar ittifaqı təşkilatına yazılı şəkildə əsaslandırılmış təqdimatla müraciət etməli, habelə təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməli, həmkarlar ittifaqı təşkilatı isə ən geci 10 gün müddətində əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, bu halda təqdimat özü əsaslandırılmış formada tərtib olunmalı, həmin təqdimata müvafiq əsaslandırma sənədləri əlavə olunmalı, habelə həmkarlar ittifaqı komitəsinin gəldiyi nəticə də əsaslandırılmış qərar formasında tərtib olunmalıdır. Qanunvericilikdə belə bir imperativ normanın nəzərdə tutulması bu proseduran formal xarakter daşımasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, bu əsasla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar ittifaqı tərəfindən verilmiş razılıq formal xarakter daşımamalı, onun tərəfindən aparılmış araşdırmanın nəticəsi olmalıdır. Belə ki, həmin təqdimat və ona əlavə olunmuş sənədlər həmkarlar ittifaqı təşkilatı tərəfindən araşdırılmalı, bu araşdırma çərçivəsində işçinin hüququnun pozulub-pozulmamasının, işçiyə razılığı əsasında başqa iş təklif olunub-olunmaması, işəgötürən tərəfindən əmək müqaviləsinə bu əsasla xitam verilməsi ilə bağlı əmək qanunverciliyinin tələblərinə riayət olunub-olunmamasının müəyyən olunmalı, aparılmış araşdırmanın nəticəsi olaraq yekun qərar qəbul edilməli və bu qərar da yazılı şəkildə tərtib olunmaqla işəgötürənə təqdim olunmalıdır. Belə bir normanın qanunvericilikdə nəzərdə tutulmasında əsas məqsəd işəgötürən tərəfindən işçilərin əsassız olaraq işdən çıxarılması hallarının qarşısının alınmasından ibarət olmuşdur Belə ki, əmək qanunvericiliyində qeyd olunmuş həmkarlar ittifaqı anlayışından da görünür ki, həmkarlar ittifaqı işçilərin nümayəndəli orqanı olmaqla, onun yaradılmasında əsas məqsəd işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsindən ibarətdir. İş materiallarından görünür ki, cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqının razılığının alınması üçün təqdimat göndərilmiş və həmin təqdimata dair həmkarlar ittifaqı tərəfindən işçinin bu əsasla əmək müqaviləsinə xitam verilməsinə razılığı ifadə edən protokoldan çıxarış təqdim olunmuşdur. Lakin məhkəmə iclasında şahidlərin ifadələri və digər sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, həmkarlar ittifaqına işəgötürən tərəfindən yalnız təqdimat təqdim olunmuş, həmin təqdimatın əsaslandırılmasına dair hər hansı sənədlər əlavə edilməmişdir. Halbuki, əmək qanunvericliyində həmin təqdimata müvafiq əsaslandırma sənədlərinin əlavə edilməsi məcburi hal kimi qeyd olunmuşdur. Deməli, bu halda, həmkarlar ittifaqı tərəfindən keçirilmiş iclasda işçinin ştatların ixtisarı əsası ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi hər hansı sənədlərin araşdırmasının nəticəsi kimi çıxış etməmişdir. Belə ki, həmin iclasda işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə riayət olunub-olunmaması, işəgötürən tərəfindən ona xəbərdarlıq olunub-olunmaması, ona işdənçıxma müavinətinin ödənilib-ödənilməməsi, ona başqa iş təklif olunubolunmaması, işçinin işdə saxlanmaqda üstünlük hüququna malik olub-olmaması, başqa sözlə, işçinin hüquqlarının pozulub-pozulmaması məsələlərinin baxılmasına dair heç bir sənəd araşdırılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmkarlar ittifaqının işçi ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verməsi formal xarakter daşımışdır. Həmçinin, həmkarlar ittifaqının iclasının yeri və vaxtı barədə də işçiyə hər hansı məlumat verilməmiş, onun həmin iclasda iştirakı təmin olunmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, həmkarlar ittifaqı tərəfindən gəldiyi nəticəyə dair hər hansı əsaslandırılmış yazılı şəkildə qərar tərtib olunmamış, yalnız iclas protokolunun tərtib olunması və işəgötürənə təqdim olunması ilə kifayətlənmişdir. Halbuki, həmkarlar ittifaqı tərəfindən təqdimata dair gəldiyi nəticənin əsaslandırılmış yazılı qərar formasında işəgötürənə təqdim etməsi əmək qanunvericliyində imperativ norma kimi müəyyən olunmuşdur. Həmçinin, həmin protokolun məzmununa nəzər yetirsək görərik ki, həmin protokolda işçinin işdən çıxarılmasına dair verilmiş razılığın əsaslandırılmasına, habelə komitənin iclasda iştirak edən üzvlərinin verdiyi səslərə dair heç bir müddəa qeyd olunmamışdır. Həmçinin, cavabdeh işəgötürən tərəfindən həmkarlar ittifaqı komitəsinə təqdim olunmuş təqdimatda və komitənin iclas protokolunda işəgötürənin işçi ilə əmək müqaviləsinin ləğv olunmasının əsası qismində çıxış edən sənəd olan əmrə aid rekvizitlərnömrəsi və tarixi səhv qeyd olunmuşdur. Belə ki, əmək müqaviləsinin ləğv olunmasının əsası qismində 1079\18irnömrəli, xx.xx.2018-ci il tarixli əmr çıxış etdiyi halda, həmin sənədlərdə xx.xx.2018-ci il tarixli, 958\18 nömrəli əmrə istinad olunmuşdur. Bütün bunlar, yəni həmkarlar ittiafqı komitəsi tərəfindən heç bir araşdırma aparılmadan, heç bir əsaslandırılmış sənədləri müzakirə etmədən, hətta barəsində təqdimat verilmiş işçini belə dinləmədən, habelə işçinin ştat vahidinin ixtisarı ilə əmək müqaviləsinə xitam verildiyi halda, əmək müqaviləsiin xitamının əsası qismində çıxış edən əmri görmədən, heç bir əsaslandırılmış qərar qəbul etmədən keçirdiyi iclasın nəticəsi olaraq yalnız protokoldan çıxarış formasında verdiyi razılığın formal xarakter daşıdığını qeyd etməyə əsas verir. Belə olan halda, məhkəmə hesab edir ki, bütün bunlar cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin, əmək qanunvericiliyinin tələbinə əsasən bu əsasla əmək müqaviləsinə xitam verildiyi zaman cavabdeh işəgötürən tərəfindən işçinin özünə iş axtarması üçün iki aylıq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad olunmalı olduğu halda, iddiaçı barəsində bu tədbirlər görülməmişdir. Qeyd olunan normanın təhlilindən görünür ki, işçinin bu hüququndan istifadə edibetməməsindən asılı olmayaraq işəgötürən tərəfindən işçi barəsində həmin tədbirin görülməsi imperativ norma kimi müəyyən olunmuşdur. Belə ki, işəgötürən işçinin istəyindən və bu hüququnu həyata keçirib-keçirməməsindən asılı olmayaraq bu tədbiri həyata keçirməli və lazımi qaydada rəsmiləşdirməli idi. Göründüyü kimi, bu tədbir işəgötürən üçün vəzifə kimi müəyyən olunmuşdur. Qanunvericilikdə belə bir şərtin nəzərdə tutulmasında əsas məqsəd işçilərin sayının və ya ştatları ixtisarı nəticəsində işçinin işsiz qalmasının qarşısını almaq, ona işə düzəlməkdə köməklik göstərilməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı barəsində həmin tədbirləri həyata keçirməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçı barəsində həmin tədbirlərin görülməsini təsdiq edən sənəd qismində xəbərdarlıq məktubunda qeyd olunduğunu bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işçi qismində çıxış edən iddiaçı xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və onunla tanış olmamış, cavabdeh işəgötürən tərəfindən isə buna dair müvafiq akt tərtib olunmuş, bununla da iddiaçının ona özünə iş axtarılması ilə bağlı şəraitin yaradılması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, belə olan halda işəgötürən tərəfindən işçinin özünə işdən çıxana qədər olan müddətdə iş axtarması, işdən çıxdıqdan sonra işsiz qalmasının qarşısını alması üçün işçiyə belə bir hüququnun olması aydın şəkildə izah olunmalı, bu barədə işçi lazımi qaydada məlumatlandırılmalı idi, habelə bu hüququn izah olunması və onun əmək funksiyasının icrasından azad olunması lazımi qaydada rəsmiləşdirilməli idi. Halbuki, cavabdeh işəgötürən tərəfindən işdən azad olunmuş işçi həmin müəsisədə 16 ildən çox iş təcrübəsinə malik olmuş, habelə İİİ qrup əlil olmaqla, ailəsində yeganə qazanc mənbəyi olan şəxs olmuşdur. Belə olan halda, işəgötürən onun işdən çıxdıqdan sonra işsiz qalmasının qarşısını alması üçün, onun barəsində qanunvericiliyə müvafiq olaraq həmin tədbirləri görməli olduğu halda, görməmişdir.Bütün bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda da cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normanın tələbləri pozulmuşdur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun vəzifəsi “QC İnspektor” göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə onun vəzifəsinin “anbardar keyfiyyətə nəzarət üzrə inspektor” olduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bununla belə kollegiya hesab edir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 4 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Bu səbəblə kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X28 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddiaçı Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 5 saylı region üzrə dövlət Əmək Müfəttişliyinə müraciət etmiş və həmin müfəttişliyin məktubunu xx.xx.2019-cu il tarixdə aldıqdan sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müfəttişliyin cavabını aldıqdan sonra məhkəməyə müraciət etməsi səbəbindən iddiaçı tərəfindən iddia müddətinin ötürməmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və X20 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi iddiaçının işdən çıxarılması barədə əmrin qanunsuz olaraq verilməsini müəyyən etsə belə həmin əmri ləğv etmək və iddiaçını işə bərpa etmək səlahiyyətində deyil, qeyd edilən orqan işçinin işə bərpa edilməsi ilə bağlı məsələlərə deyil, digər əmək mübahisələrindən yaranan hallarla bağlı müvafiq qərar qəbul etmək səlahiyyətindədir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinin imperativ şərti onu deməyə əsas verir ki, digər əmək mübahisəsi barədə müvafiq orqan tərəfindən qərar qəbul edildiyi gündən 1 aylıq iddia müddətinin hesablanması başlanmalıdır. Buna görə də Əmək Məcəlləsinin qeyd edilən maddəsi hazırki iş üzrə tətbiq edilə bilməz və bununla da kollegiya hesab edir ki, iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün əmək müfəttişliyinə deyil, məhkəməyə müraciət etməli idi. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmri xx.xx.2018-ci il tarixdə almış və Əmək Məcəlləsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmə müddəti olan 1 aylıq müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1039/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi “Cavabdeh MMC-nin iddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli 1249/18ir nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanılaraq Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbləri təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3365/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3365/2020
18.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver