Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-641/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il № 2(102)-641/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev, iş № 2(009)-xx/18) İddiaçı cavabdehlər “xxxx” ASC və X4 qarşı “dəyişdirilmiş avtomobil hissələrinin qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, iş № 2(103)-xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər “xxxx” ASC və X4 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə i lə məhkəməyə müraciət edərək cavabdehlər “xxxx” ASC və X2 müştərək qaydada “XXX” markalı,** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən çıxarılmış, iddia ərizəsində qeyd edilmiş arxa bamper, arxa kapot, arxa faralar, arxa bamperdə olan duman işıqları, arxa gücləndirici (usilitel) bamperin salaskaları (qarmaqlar) və arxa işıqların alt rezinləri olan zədəli ehtiyyat hissələrinin alınaraq ona verilməsi, bu mümkün olmadıqda icra mərhələsində onların dəyərinin hesablanaraq cavabdehlərdən tutulması, eləcə də ödənilmiş dövlət rüsumu kimi 30 manat və hüquqi yardımın göstərilməsi üçün “xxxx” MMC-yə ödənilmiş 300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC tərəfindən sığorata lanmış “XXX” markalı, ** KM *** nömrə nişanlıı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə sığorta ödənişinin əvəzi qismində 1607,20 manat pul sığorta şirkəti tərəfindən X4 ödənilmişdir. Həmin hadisənin baş verməsində təqsirkar İddiaçı olmuş və qeyd etdiyi məbləğin ondan tutularaq cavabdehə ödənilməsi Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmişdir. Həmin vaxtda məhkəmə araşdırması zamanı zərərin ondan tutulmasına etirazı olmadığını bildirmiş, lakin qeyd edilmişdir ki, “XXX” markalı, ** KM *** nömrə nişanlı avtomobildə dəyişdirilmiş və qüsur aktında göstərilmiş zədəli ehtiyat hissələri ona qaytarılsın və ya həmin zədəli ehtiyat hissələrinin bazar qiyməti müəyyən edilərək sığorta şirkətinə ödənilməli olduğu məbləğdən çıxılsın. Həmin zədəli ehtiyat hissələrini n hər biri işlədiyi sexdə təmir edilə bilər və işlənmiş ehtiyat hissəsi kimi yenidən bazarda satıla biləcək duruma gətirilməsi mümkün idi. Lakin sığorta şirkəti tərəfindən bugunədək ehtiyat hissələrinin ona qaytarılması istiqamətində heç bir hərəkət edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Z.Ələsgərov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada x əbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil Z.Ələsgərovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. A pellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxx 2014-cü il tarixdə “xxx” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində sürətdən və hərəkət şəraitindən aslı olaraq ara məsafəsini düzgün seçməyərək, cavabdeh X3 idarə etdiyi və digər cavabdeh “xxxx” ASC-də sığortalanmış “Hyundai Accent” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsidə “Hyundai Accent” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği “xxxx” MMC tərəfindən 1.907,20 manat müəyyən edilmiş və “xxxx” ASC tərəfindən 300 manat azadolma məbləği çıxıl maqla, cəmi 1.607,20 manat sığorta ödənişi N.V.Şirinova verilmişdir. Bundan sonra, “xxxx” ASC İddiaçı qarşı subroqasiya tələbi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsi əsasında İddiaçı sığorta ödənişinin əvəzi qismində 1.607,20 manat tutulmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. İddiaçı 28.03.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “XXX” markalı, ** KM *** dövlət qeydiyat nişanlı avtomobilin dəyişdirilmiş zədəli ehtiyat hissələrinin cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya mə hkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələb inin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları ko nkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin İddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəb ul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubo lmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
Məhkəmə qərarları › İş №2(102)-641/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-641/2019
15.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver