Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6416/2021 01.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)2299/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 11.05.2013-cü il təvəllüdlü X3, 17.07.2015-ci il təvəllüdlü X1, 01.08.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhrəmzadə, iş № 2(003)-3127/2020) iddia qismən təmin edilərək tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 15.09.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya, iddia tələbinin qal an hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-2299/2021) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-3127/2020 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh 11.05.2013-cü il təvəllüdlü X5, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 15.09.2020ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayə tinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kasasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(103)-2299/2021 nömrəli qətnaməsinin ləğv edərək, cavabdehdən 11.05.2013-cü il təvəllüdlü X5, 17.07.2015-ci il təvəllüdlü X4, 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəf indən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci mad dəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiy a instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(103)2299/2021 nömrəli qətnamənin surətini cavabdeh 17 may 2021-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(103)-2299/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 25 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli 2(102)-4875/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti kassator tərəfindən imzalanmadığına görə icraata qəbul edilməmişdir. Qeyd olunan qətnamədən təkrar kassasiya şikayəti 10 avqust 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bu halda işin kassasiya məhkəməsinə göndərilməsi yalnız kassasiya şikayəti verən şəxsin eyni zamanda vermiş olduğu müddətinin bərpasına dair vəsatətinin təmin olunması halında mümkün ola bilədi ki, hazırkı işin halları baxımından isə belə vəsatətin verilməsi və məhkəmə tərəfindən təmin olması müəyyən edilmir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət ötürülməklə verildiyinə görə kassasiya şikayəti icraata qəbul edilə bilməz. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası M PM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(103)2299/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6416/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6416/2021
01.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver