Məhkəmə qərarları › İş №2(102)-642/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-642/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-642/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(005)-378/2016 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmamışdur. Bakı Apellyasi ya Məhkəməsi mülki kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakimlər T.Əliyev, T.Səmədov və İ.Şirinov, iş No2(103)-91/17 saylı mülki iş) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 20 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Rüstəmov, Ə.Nurməmmədov və M.Əhmədova) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının iş üzrə 17 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Əliyev və F.Talışinski, 2(103)-257/2019 saylı mülki iş) hazırki i ş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(005)-378/2016 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmış, məhkəmə xərci iddiaçıya aid edilmiş, iddiaçıdan aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2-nin Azərbaycan Respublikasındakı fılialına və x3 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehə verilmiş 238 əd əd dəmir-beton boruların ümumi dəyəri olan 85.680 manat məbləğində və həmin vəsaitə görə ödənilmiş 18% ƏDVi olan 15.422,40 manat məbləğində pul vəsaitinin, 238 ədəd dəmir-beton boruların daşınmasına və kranla boşaldılmasına görə verilmiş 11.900 manat məbləğində pul vəsaitinin, həmin pul vəsaitlərinin vaxtında ödənilmədiyi üçün müəssisəyə dəymiş 33.900 manat məbləğində 30% zərərin, iddiaçının mənfəəti olan 250.000 manat məbləğində pul vəsaitinin, cavabdeh x3 verilmiş 272.771 manat məbləğində pul vəsaitinə görə hesablanmış 30% zərər olan 81.831 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə təqdim edilərək, 2012-ci il tarixdə cav abdeh x2 verilmiş 385.773 manat pulun 01 yanvar 2012-ci il tarixdən 01 yanvar 2016-cı il tarixə kimi olan dövrdə vaxtında qaytarmadığı üçün müəssisəyə dəymiş 716.030 manat məbləğində ziyanın, ümumilikdə 1.101.803 manat məbləğində pulun cavabdehlərdən tutulması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehin nümayəndəsi x4 Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. İddiaçı, digər cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbər dar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməs inin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, x1nin direktoru x5 şəxsində «Sifarişçi» adlanacaq və digər tərəfdən Rusiya Federasiyasının x2-nin Azərbaycan Respublikasındakı filialının direktoru x3 şəxsində «İcraçı» adlanacaq aralarında bağlanmış 05 iyun 2012-ci il tarixli, 05/12 nömrəli Subpodrat müqaviləsinin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri və Azərbaycanın digər rayonlarında yeraltı su kanalizasiya kollektorunun qazılması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsini təmin etmək təşkil edir. “İcraçı” “Sifarişçi”-nin tapşırığına əsasən kanalizasiya kollektorunun tikintisinin həyata keçirildiyi yerdə f 800 mm -dən f 2400 mm-dək diametirli dəmir beton boruların quraşdırılması üçün mikrotunellinq üsulu ilə tunel qazıntı işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. x1 tərəfindən x2-nin Azərbaycan Respublikasındakı filialının direktoru x3na verilən pullar haqqında məlumatın surətindən görünür ki, 19.10.2012-ci il tarixdən 18.11.2013-cü il tarixədək malmaterialların alınması və göstərilən xidmətlərə görə 272.771 min manat məbləğində pul ödənilmişdir. Rusiya Federasiyasının x2-nin Azərbaycan Respublikasındakı filialının direktoru x3 x6 arasında bağlanmış № 3-1/Q-ÜL nömrəli, 01.08.2012-ci il tarixli tikinti üçün podrat müqaviləsinin surətindən görünür ki, podratçı Dərnəgül-Bakıxanov-Qaraçuxur kanalizasiya kollektorunun layihələndirilməsi tikintisinin (D2000mm L=4000 p/m olan mikrotunelin tikin tisi) təminatını, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərinin yerinə yetirməyi öz üzərinə götürür. x1 tərəfindən Rusiya Federasiyasının x2-nin Azərbaycan Respublikasındakı filialının direktoru x3na ünvanlanmış 16.07.2015-ci il tarixli, 14.08.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ümumilikdə ödənilmiş 272.771 manat məbləğində və mal-materiala və dəmir beton boruların alınması, daşınması və iş yerinə kranla boşaldılmasına görə verilmiş 113.002,40 manat məbləğində pul vəsaitinin 10 gün müddətində geri qaytarılmasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlə t qeydiyyatı idarəsi tərəfindən verilmiş 21.08.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, № (VÖEN) **********, hüquqi ünvanı ünvan 1 olan qurumun adı x1, qurumun təsisçisi x7. x2-nin səhmdarlarının növbədənkənar ümumi iclasının 18 iyun 2014-cü il tarixli protokolunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Filialın rəhbəri x8 seçilmişdir. x2-nin Azərbaycan Respublikasındakı filialının Əsasnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x2-nin Azərbaycan Respublikasındakı filialı Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 12 sentyabr 2012-ci ildə № **********1 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər De partamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 13.02.2013-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, № (VÖEN) **********, hüquqi ünvanı AZ1116, ünvan 2olan qurumun adı «Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye x2-nin Azərbaycan Respublikasındakı filialıdır. Kassa məxaric orderlərinin surətlərindən görünür ki, 2012-ci ilin iyul-oktyabr ayları ərzində x1 tərəfindən x3na gömrük sənədlərinin rəsmiləşdirilməsi, işlərin görülməsi məqsədilə 242.449 manat pul ödənilmişdir. 01 aprel 2012-ci il tarixli, № 07 nömrəli müqavilənin surətindən görünür ki, x9 bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və 2 saylı əlavədə göstərilən texniki göstəricilərə uyğun vəziyyətdə istehsal edilən dəmir-beton boruları müəyyən edilmiş şərtlər əsasında satmağı, x1 isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə 1 nömrəli əlavənin surətindən görünür ki, müqavilə üzrə göndərilmiş və qəbul edilməsi nəzərdə tutulan bazar məhsulları aşağıdakılardır: dəmir-beton boru, diametri 1400 mm-1014 ədəd, dəmir-beton boru, diametri 800mm-762 ədəd, dəmir-beton boru, diametri 1400mm (xüsusi) 100 ədəd. Qaimə fakturaların kötüyündən görünür ki, x9-yə x1 tərəfindən 31.10.2012-ci ildə 108 ədəd dəmir beton boru (d-800mm) üçün 38880 manat, 28.11.2012-ci ildə 19 ədəd dəmir beton boru (d1400 mm) üçün 12160 manat və 122 ədəd dəmir beton boru (d-800mm) üçün 43 920 manat, cəmi 66174 manat, 26.12.2012-ci ildə 24 ədəd dəmir beton boru (d-1400 mm) üçün 15360 manat, 8 ədəd dəmir beton boru (d-800mm) üçün 2880 manat ödəniş edilmişdir. Ödəniş tapşırıqlarının surətindən görünür ki, x9-yə x1 tərəfindən 25.09.2012-ci ildə 20 000 manat, 05.09.2012-ci ildə 33.920 manat, 07.02.2012-ci ildə 30.100 manat ödəniş edilmişdir. Köçürmənin aparılması haqqında bildirişlərin surətindən görünür ki, vergi ödəyicisi x1 tərəfindən 25.09.2012-ci ildə 3600 manat, 11.09.2012-ci ildə 6105 manat, 08.02.2012-ci ildə 5418 manat əlavə dəyər vergisi köçürülmüşdür. İşdə olan 17 may 2013-cü il tarixli əsaslı tikintidə podrat müqavilələri haqqında qaydalara əlavə x2-nin Azərbaycan Respublikasındakı filialı ilə x6 arasında imzalanmış 374/5/9-01/ ŞR LWC2013/60 nömrəli tikinti üçün podrat müqaviləsinin surətindən görünür ki, podratçı Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Zərdab şəhə ri ərazisində D=800 mm və ümumi uzunluğu L=4250 p/m olan mikrotunelinin 2013-cü ildə nəzərdə tutulan L=493 p/m çəkilişi işlərini müqavilədə göstərilmiş vaxtda yerinə yetirməyi öz üzəriə götürmüşdür. 15 avqust 2012-ci il tarixli əsaslı tikintidə podrat müqavilələri haqqında qaydalara əlavə tikinti üçün podrat müqaviləsi № 7/Q-1-sab nömrəli x6 ilə x1 arasında imzalanmış tikinti üçün podrat müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, podratçı Kürdəxanı qəsəbəsinin su təhcizatının və kanalizasiya sisteminin yenidən qurulması tikintisinin təminatını, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərinin yerinə yetirməyi öz üzərinə götürür. İşdə olan əsaslı tikintidə podrat müqavilələri haqqında qaydalara əlavə tikinti üç ün podrat müqaviləsi № 1/10/Q-1 nömrəli x6 ilə x1 arasında imzalanmış tikinti üçün podrat müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, podratçı Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Həsən Əliyev küçəsi boyunca, H.Zərdabi, Tbilisi, C.Məmmədquluzadə və Azadlıq prospektlərindən Bakı Buxtasına axan çirkab suların tutulması üçün yeni kanalizasiya kollektorunun tikintisinin təminatını, onun istismara verilməsi və müqavilədə göstərilmiş vaxtda tam layihə gücünə çatdırılması öhdəliklərinin yerinə yetirməyi öz üzərinə götürür. 18.07.2014-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, x2-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 105.111,82 manat idxal vergisi ödənilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş 04.07.2014-cü il tarixli, hesab vərəqəsinin surətindən görünür ki, «Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye x2-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 2815 manat idxal rüsumu, 102.194 manat əlavə dəyər vergisi ödənilmişdir. Gömrük Bəyannamələrinin surətindən görünür ki, x2-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikasına alt mövqelərinə daxil edilən yer qazan maşınların hissələri, digər yer qazan və ya tunel qazan maşınlar, alt mövqelərinə daxil edilən yer və tunel qazan maşınların hissələri dövlət sərhəddindən keçirilməklə gətirilmişdir. x6 və x2 Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 01 avqust 2012-ci il tarixli 3-1/Q-ÜL nömrəli müqaviləyə dair əlavə razılaşmaların surətindən görünür ki, Müqavilənin müddəti 25.12.2012-ci il tarixdən 30.12.2014-cü il tarixinə qədər uzadılmışdır. 29.07.2013-cü il tarixli x6 və x1 arasında imzalanmış işlər üzrə satınalma müqaviləsinin surətindən görünür ki, «İcraçı» x1 müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçi x6-yə satın alınan «Pirşağı tullantı su təmizləyici qurğularının və əhatə etdiyi hövzənin kanalizasiya sisteminin inşası» işlərini yerinə yetirilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı x1 ilə cavabdeh x2 Azərbaycan Respublikasındakı filialı arasında arasında 05.06.2012-ci il tarixli Bakı şəhəri ərazisində kanalizasiya kollektorunun tikintisinin həyata keçirildiyi yerdə f 800 mm-dən f 2400 mm-dək diametirli dəmir beton boruların quraşdırılması üçün mikrotunellinq üsulu ilə tunel qazıntı işlərinin yerinə yetirilməsi barədə Subpodrat müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh x2 Azərbaycan Respublikasındakı filialı iddiaçı x1nin gösərişi ilə, lakin hər hansı bir müqavilə olmadan Zərdab rayonu ərazisində yeraltı kanalizasiya tikintisinə başlamış və 9 ədəd yeraltı kanalizasiya quyusunun təməlini qoymuş və bunun üçün tikinti meydançası hazırlanmış və tərəflərindən ümumi dərinliyi 39 metr olan, diametri 3.5 metr və 5.5 metr olan 9 ədəd fərqli ölçülərdə dəmir beton quyu tikilmişdir. Görülmüş işlər üçün x1 tərəfindən pul vəsaiti xərclənmişdir. Həmin məbləğ iddiaçı tərəfin dən cavabdeh x2 Azərbaycan Respublikasındakı filialına, başqa sözlə x3 tərəfindən müxtəlif vaxtlarda qəbul edilərək, yuxarıda qeyd edilmiş tikinti işlərinə sərf edilmiş, eləcədə həmin işlərin yerinə yetirilməsi üçün Rusiya Federasiyasına məxsus olan şirkətdən alt mövqelərinə daxil edilən yer qazan maşınların hissələri, digər yer qazan və ya tunel qazan maşınlar, alt mövqelərinə daxil edilən yer və tunel qazan maşınların hissələrinin Azərbaycan Respublikasına gətirilərək, istismar edilməsinə, eləcədə sonradan həmin texnika və avadanlıqların geriyə qaytarılmasına xərclənmişdir. Sonradan həmin işlərin görülməsi ilə bağlı Zərdab rayonu ərazisində yeraltı kanalizasiya tikintisinə dair iddiaçı ilə aralarında hər hansı müqavilənin bağlanmadığından, eləcədə mülki iş üzrə üçüncü şəxs x6 ilə iddiaçı x1 arasında hər hansı bir müqavilənin mövcud olmadığından, eləcə də işlərin görülməsinin davam etdirilməsi ilə əlaqədar əlavə xərclər ödənilmədiyindən qeyd edilən tikinti işləri dayandırılmışdır. Eyni zamanda iddia tələbində qeyd edilən mal-materiallarda həmin ərizədə qalmışdır. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh x2 Azərbaycan Respublikasındakı filialı arasında, eyni zamanda iddiaçı ilə x6 arasında Zərdab rayonu ərazisində yeraltı kanalizasiya tikintisinə dair hər hansı bir müqavilə mövcud olmamışdır. Buna baxmayaraq işdən görünür ki, cavabdeh tərəfindən müəyyən işlər görünlmüş və pul vəsaiti sərf edilmişdir. İddiaçı tərəfindən iddia tələbində qeyd olunan hallar məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla tam təkzib olunmuşdur. Hazırki apellyas iya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2019-cu il tarixli, 12058 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 05 iyun 2012-ci il tarixli 05/12 nömrəli subpodrat müqaviləsi əsasında Zərdab rayonu ərazisində su kanalizasiya kollektorunun qazılması və tikinti-quraşdırma işlərinin həyata keçirilməsi məqsədi ilə sonuncu tərəfindən tədqiq olunan ərazidə dəmir beton materialından 10 ədəd su kollektorlarının tikintisinə başlanılmış, lakin tikintisi başa çatmamışdır. Tədqiq olunan ərazidə torpaq sahəsinin üzərində 225 ədəd f 800 mm-lik beton boruların bir-birinin üzərinə yığıldığı müəyyən edilmişdir. Lakin həmin işlər görülən zaman neçə ədəd f800 mm-lik beton borulardan istifadə edilib-edilməmədiyini müəyyən etmək mümkün olmamışdır. Zərdab rayonu ərazisində təmir-tikinti, quraşdırma və bərpa işləri tam başa çatmamış vəziyyətdə olduğunu və eləcə də, görülən işlərin həcmi barədə məlumatlar olmadığından tikintiyə sərf olunmuş vəsaitin ümumi dəyərini müəyyən etmək mümkün deyildir. Lakin, ekspertiza tədqiqatının aparılması üçün ekspertiza tədqiqatına təqdim olunmuş 12.03.2019-cu il tarixli hesabatına əsasən Zərdab rayonu ərazisində su kanalizasiya kollektorunun qazılması və tikinti quraşdırma işlərinin həyata keçirilməsi məqsədi ilə aparılmış təmir-tikinti işlərinə 583390,0 manat məbləğində vəsait sərf olunmuşdur. Göründüyü kimi, ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfin Zərdab rayonu ərazisində su kanalizasiya kollektorunun qazılması və tikinti quraşdırma işlərinin həyata keçirilməsi mə qsədi ilə aparılmış təmir-tikinti işlərinə 583390,0 manat məbləğində pul vəsaitinin sərf olunması müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla cavabdehlər tərəfindən iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya ödənilməli olması ilə bağlı hal (öhdəlik) müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar