Məhkəmə qərarları › İş №2(102)-6450/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6450/2019

17.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6450/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: A.S.Məmmədov; 2(004)-725/2019) İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh hər ay 180 (yüz səksən) manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi) E.Q.Nəbiyev və R.Ə.Qurbanov; 2(103)-5186/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh onun xeyrinə hər ay 300 (üç yüz) manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 20 yanvar 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. B irgə nikahlarından iki qız övladları olmuşdur. Nikaha daxil olandan sonra cavabdehin təkidi ilə iddiaçı işləməmiş, ev xanımı olmuşdur. Tərəflər birgə təsərrüfat aparmışlar. 2017-ci ildə iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçıdan xəbərsiz 04.03.2015-ci il tarixli Yasamal Rayon Məhkəməsinin Qətnaməsi ilə nikahlarına xitam vermişdir. Hal-hazırda iddiaçı təqaüd yaşında olsa da, cavabdehin təkidi ilə işləmədiyi üçün iş stajı olmadığına görə təqaüd ala bilmir. Keçmiş həyat yoldaşı kimi, cavabdeh iddiaçını maddi cəhətdən təmin etməyə borcludur. Cavabdeh hərbi təqaüdçüdür, yaxşı pensiya alır. Maddi cəhətdən təmin olunmuş şəxsdir. Cavabdeh təxminən 800 manat pensiya alır. Bu səbəbdən də, hər ay 300 manat məbləğində aliment ödəmək imkanındadır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddian ın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır və ona ********* saylı pasport verilmişdir. İddiaçı xx.xx.1954-cü ildə anadan olduğundan o, Rusiya Federasiyasında 50 yaşında təqaüdə çıxmışdır. Hal-hazırda Vladimer vilayətinin Murom şəhərinin Melinki rayonunda qeydiyyatda olduğu yerdə təqaüd alır. Rusiya Federasiyasında 2018-ci ilə qədər qadınlar 50 yaşında təqaüdə çıxırlar. Bu səbəbdən də, iddiaçı 2004-cü ildən təqaüd alır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələblərin in rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82, 217-cı maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2,85.1.4-cü maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış qanunsuz və əsassız çıxarılmışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırı lması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 18.07.2015-ci il tarixdə verilmiş, AZİ№************* seriyalı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. AR Müdafiə Nazirliyi Abşeron rayonu MİH-si 6 nömrəli Mənzil-İstimar sahəsinin 354 saylı, 11.10.2018-ci il tarixli arayışından görünür ki, İddia çı *************************** qeydiyyatdadır və 31.07.2007-ci il tarixdən əmək kitabçasına əsasən heç bir yerdə işləmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Yasamal rayon şöbəsinin ******** saylı, 09.07.2018-ci il tarixli arayışından da görünür ki, İddiaçı həqiqətən DSMF Yasamal rayon şöbəsind heç bir növ əmək pensiyası almır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinin *********** saylı, 13.07.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsindən 740,35 manat yaşa görə pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 85.1.4-cü maddəsinə əsasən ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment ödəməyi tələb etmək hüququna malikdir. - 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqın da” qanuna əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 20.01.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından 2 qız övladları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.01.2015-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 18.07.2015-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsindən 740,35 manat yaşa görə pensiya alır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlm işdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar