Məhkəmə qərarları › İş №2(102)-6486/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6486/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6486/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətini imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8887/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun və dövlət rüsumuna görə 30 manat pul vəsaitinin, cəmi 2952,50 manat pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı2, sığorta ödənişinə görə 2500 manat, həmin ödənişin gecikdirilməsinə görə 422,50 manat dəbbə pulunun, cəmi 2922,50 manat pul vəsaitinin Ca vabdeh Sığorta Şirkəti ASC-dən tutulub İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)-1550/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 23 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcələnin 357.1, 361.2, 363.1.1, 366.2, 366.3-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, apellyasiya şikayətini imzalayan şəxs Nümayəndə2 əmək müqaviləsinin müddəti 03.10.2019-cu il tarixdə birmişdir. Belə olan halda sonuncunun apellyasiya şikayətini imzalamaq üçün hüququ olmamışdır. Əmək müqaviləsinə dair digər bildiriş iş materiallarına və apellyasiya şikayətinə əlavə edilməmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi pro sessual hüquq normalarının tələblərini pozmuş, prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz qərardad qəbul edilmişdir. Apellyasiya şikayəti cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş və onun səlahiyyəti iş materiallarında mövcud və etibarlılıq müddəti 1 il olan 25.05.2021-ci il tarixli etibarnamə ilə təsdiqlənmişdir. Həmin etibarnamə cavabdeh tərəfindən ləğv edilməmiş və ləğv edilməsi barədə Bakı Apelyasiya Məhkəməsinə hər hansı bildiriş verilməmişdir. Bakı Apelyasiya Məhkəməsi MPM-in 363.1.1-ci maddəsinə istinad edərək apellyasiya şikayətini birinci instansiya məhkəməsinə qaytarsa da, apelyasiya məhkəməsi tərəfindən 363.1-ci maddəsi tam nəzərə alınmamışdır. Belə ki, həmin normaya görə apellyasiya şikayəti birinci instansiya məhk əməsi tərəfindən qaytarılır. Hazırkı vəziyyətdə apelyasiya şikayəti cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsi vasitəsi ilə verilmiş, birinci instansiya məhkəməsi isə şikayətin MPM-nin 361-ci maddəsinə uyğunluğunu yoxlayaraq işi apelyasiya məhkəməsinə göndərmişdir. Nümayəndənin əmək müqaviləsi bildirişinin müddətinin bitməsini əsas götürərək şikayəti mümkün hesab etməməsinə dair apellyasiya məhkəməsinin mövqeyi aşağıdakılara görə əsaslı hesab edilmir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı b ir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş materiallarında olan əmək müqaviləsinə dair bildirişdə müddət 03.10.2019-cu il tarixində bitsə də, əmək müqaviləsinə xitam verilməsi barədə heç bir bildiriş mövcud olmamışdır. Əksinə nümayəndənin əsas iş yeri üzrə işləməsi faktı məhkəmə materiallarında olan və 25.05.2021-ci ildə olan etibarnamə ilə işəgötürən (iş üzrə cavabdeh) tərəfindən təsdiq edilmişdir. Bundan başqa hazırda həm Səbail Rayon Məhkəməsi, həm də Bakı Apelyasiya Məhkəməsi müvafiq elektron informasiya sistemindən istifadə edirlər. Təqdim edilən məlumatın yanlışlığını yoxlamaq imkanına malikdirlər. Elektron informasiya sistemində əmək müqaviləsinin ləğv edilməsi barəd ə bildiriş olmadığı halda, eləcədə işəgötürən (cavabdeh) nümayəndəni işçi kimi tanıdığı halda məhkəmənin “əmək müqaviləsi olmamışdır” kimi qəti nəticəyə gəlməsi nəinki prosessual, həmdə əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maddi hüquq normasına zidd olmuşdur. Məhkəmənin cavabdehin nümayəndəsinin hazırda həmin təəşkilatın işçisi olubolmamasını yoxlamağa texniki cəhətdən imkanı olsa da, o apellyasiya şikayətini formal əsasla qeyri-mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məh kəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Maddə 75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. Maddə 75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə mə lumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkün hesab edərkən cavabdehin nümayəndəsi qismi ndə apellyasiya şikayətini imzalamış Nümayəndə2 səlahiyyətli olmamasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki apellyasiya şikayəti cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş və onun səlahiyyəti iş materiallarında mövcud və etibarlılıq müddəti 1 il olan 25.05.2021-ci il tarixli etibarnamə ilə təsdiqlənmişdir. Həmin etibarnamə cavabdeh tərəfindən ləğv edilməmiş və ləğv edilməsi barədə məhkəməyə hər hansı bildiriş verilməmişdir. MPM-nin 75.2-ci maddəsinə görə, qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Hazırki işdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemində y aradılmış elektron kabinet vasitəsi ilə verilmiş, şikayəti cavabdeh təşkilatın adından elektron imza ilə səlahiyyət verilmiş nümayəndə olan Nümayəndə2 tərəfindən imzalanmış, şikayəti imzalayan şəxsin vəzifəsi ASC-də şöbə müdiri olması şikayətdə əksini tapmışdır (iş v. 177). Apellyasiya instansiyası məhkəməsi elektron resurslardan istifadə edilməklə verilmiş şikayətdə qeyd edilən hallara diqqət yetirməmiş, cavabdeh təşkilat ilə nümayəndə arasında bağlanmış əmək müqaviləsinin bitməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. MPM-nin 10-1.2-ci maddəsinə cörə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublik asının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə cörə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə cörə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8887/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar