Məhkəmə qərarları › İş №2(102)-649/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-649/2022

24.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-649/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqına əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qarşı əmək haqqına əlavənin ödənilməsi və gecikməyə görə kompensasiya tələbi nə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6737/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) İİ qrup əlildir, onunla Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 24.04.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı MMC-də aylıq əmək haqqı 166 manat olmaqla, 30.12.2019cu il tarixədək təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı əlilliyinə görə aylıq əmək haqqına 25% artım ödənişinin əlavə edilməsi üçün müvafiq orqanlara və cavabdehə müraciə tlər etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının müraciətinə 28.01.2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş və hal-hazırda qüvvədə olan “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın “Əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər” bölməsinin 5.4 bəndində müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İş yerində (əgər hazırda işləyirsə) İİ dərəcə ə lilliyi olan şəxs olduğu halda əmək haqqına əmək kollektivinin razılığı əsasında 20-25 faiz əlavə ödənilə bilər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçının müraciətinə 26.01.2021-ci il tarixli 08/05-14-644 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”a əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi nəzərdə tutulmuşdur. Bu tədbirin həyata keçirilməsi məsələsinə müəssisə və təşkilatların kollektivlərinin müəyyən olunmuş qaydada razılığından asılı olaraq mövcud büdcə vəsaitləri dairəsində baxıla bilər. MMC-nin iddiaçının müraciətinə 04.03.2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda MMC-nin “ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu” əsas gətirilərək ona əmək haqqına əlavə ödənilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aylıq əmək haqqına 25% artım ödənişinin əlavə edilməsi, əmək müqaviləsi ilə işlədiyi 24.04.2019-cu il tarixd ən bu günə qədər ödənilməli olan əlavə 25% artım ödənişlərinin və ödənişlərin gecikdirilməsinə görə 2000 manat kompensasiyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24.04.2019-cu il tarixdən hazırkı vaxta kimi ona “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”a uyğun olaraq aylıq əmək haqqına əlavə ödənilməmişdir. Cavabdehin imtina məktubunda MMC-nin “ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu” əsas gətirilərək ona əmək haqqına əlavə ödənilməsindən imtina olunmuşdur. Halbuki, müvafiq qanunvericilik aktında müəssisənin fəaliyyət sahəsi qeyd edilməmişdir. Qərarda sadəcə 1994-cu ildən başlayaraq, müəssisə və təşkilatl arda işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi göstərilmişdir. Müəssisədə tamhüquqlu işçi kimi əmək müqaviləsi əsasında işləyir. Özəl və ya dövlət müəssisəsi olan işəgötürən fəaliyyət sahəsindən asılı olmayaraq öz fəaliyyətində yalnız Azərbaycan Respublikasının qanunlarına əsaslanmalıdır. Müvafiq qanunvericilik aktlarında isə bu məsələ birmənalı şəkildə onun tələbinə uyğun həll olunmuşdur. MMC özü sosial layihə olduğu üçün öz əlil əməkdaşlarının əmək haqqı ilə bağlı hüquqlarını təmin etməlidir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikas ı Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTU” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunmaqdadır. Proqramın icrası çərçivəsində MMC halhazırda 90 minə yaxın işsiz vətəndaşla əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddiaçı “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.4-cü (Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi) bəndini əsas gətirərək əmək haqqına 25% əlavə edilməsini istəmişdir. Lakin həmin Proqramın 5.4-cü bəndində nəzərdə tutulmuş 20-25 faiz artım imperativ (məcburi) qayda kimi nəzərdə tutulmamışdır. MMC əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün onun fəaliyyətində işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair (əlavə yardım və sair) məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X1 izahatında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üçüncü şəxs qismində cəlb edilməsinin əsassız olduğunu göstərərək, üçüncü şəxs kimi işdə iştirakına xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2952/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia rədd olunmuşdur. Məh kəmə müəyyən etmişdir ki, Cavabdeh MMC əhalinin məşğulluq imkanlarının artırılması məqsədi ilə haqqı ödənilən ictimai işlərin təşkili üçün yaradılmışdır və ictimai işlərin təşkili ilə bağlı sosial layihə olduğu üçün onun fəaliyyətində işə qəbul edilən işçilərin digər sosial vəziyyətinə dair məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına istinad edərək əlilliyinə görə əmək haqqına artım olunmasını tələb etsə də, MMC-də işləyən İİ qrup əlillərin əmək haqqlarının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 20-25 faiz artırılaraq ödənilməsi barədə əmək kollektivinin razılığının olması, bununla da, cavabdeh tərəfindən hüquqlarının pozulduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2.1, 4.1, 9, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6737/ 2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə müvafiq Proqramda imperativ göstərişin olmadığını əsas gətirərək iddianı rədd etməklə Azərbaycan Respublikası Konstitusiyasına zidd qənaətə gəlmişdir. Hər hansı qanunvericilik aktında imperativ göstərişin olmaması hüququn təmin edilməməsi anlamına gəlmir. İddiaçı müvafiq məsələ ilə bağlı cavabdehə müraciət etdikdən sonra işəgötürənin vəzifəsi məsələni kollektivin müzakirəsinə təqdim edib qərar qəbul etmək olmuşdur. Cavabdeh isə heç bir araşdırma aparmadan imtina cavabı vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazda cavabdeh şikayətin əsassız olduğunu qeyd edərək, qətnamənin dəyişdirilmədən saxlan ılmasını xahiş etmişdir. c) İşə şifahi icraat qaydasında baxılması barədə ərizə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən etməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram” Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi (“Əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər bölməsi”, bənd 5.4) Azər baycan Respublikasının Əmək Məcəlləsi Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:...i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.2. Əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin bu Qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli qərarı ilə təsdiq edilmiş Proqram əlillərin əmək haqqına əlavələr edilməsi ilə bağlı imperativ qayda müəyyən etmir. Həmçinin 01 iyul 1999-cu ildə Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüq uqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən və bu sahədə əvvəlki qanunvericilikdən prinsiplərinə görə fərqlənən yeni məcəllələşdirilmiş qanun – Əmək Məcəlləsi qüvvəyə minmişdir. Həmin Məcəllənin “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları”nı tənzimləyən Vİ bölməsində, habelə əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri və məsuliyyətini tənzimləyən 12-ci maddəsində əlilliyi olan şəxslərin əmək haqqına əlavələrin ödənilməsi barədə qayda nəzərdə tutulmamışdır. 31 may 2018-ci il tarixdə isə əlillərin hüquqları ilə bağlı xüsusi normativ hüquqi akt “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunun qüvvəyə minməsi ilə yuxarıda qeyd olunan Proqramın qəb ul edilməsi üçün əsas olmuş “Əlillərin sosial müdafiəsi haqqında” Qanun (sonrakı adı – “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun) qüvvədən düşmüşdür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun da əlilliyi olan şəxslərin əmək haqqına əlavələrin ödənilməsi barədə qayda nəzərdə tutmamış və müəyyən etmişdir ki, əlilliyi olan işçilərin əməyinin tətbiqi, əmək şəraitinin xüsusiyyətləri, əməkhaqqı, iş və istirahət vaxtı, məzuniyyət müddəti və əmək münasibətlərinin bu Qanunda tənzimlənməyən digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir (maddə 25.2). Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi əlilliyi olan şəxslərin əmək haqqına əlavələrin edilməsi barədə işəgötürənlər üçün icrası məcburi olan göstəriş müəyyən etməmişdir. Bu baxımdan işə baxmış məhkəmələr iddianı təmin etməməklə qanuni nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6737/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar