Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6492/2021 04.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul və dəymiş ziyanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçıların vəkili Vəkil1, Cavabdeh2 Nəsirulla oğlunun, Cavabdeh1, Cavabdeh3, cavabdehin vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1834/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Koşelev-Bank” Səhmdar Cəmiyyətinin pul köçürmələrinə dair 17.03.2020-ci il tarixli cədvəlindən görünür ki, X5 Cavabdeh1 adına 04.12.2017-ci il tarixdə 500 ABŞ dolları, 28.12.2017-ci il tarixdə 300 ABŞ dolları, 16.01.2018-ci il tarixdə 300 Avro, 29.01.2018-ci il tarixdə 300 ABŞ dolları, 09.02.2018-ci il tarixdə 350 ABŞ dolları, 24.02.2018-ci il tarixdə 500 ABŞ dolları, 20.04.2018-ci il tarixdə 11500 Rubl, 03.05.2018-ci il tarixdə 5000 Rubl, 14.05.2018-ci il tarixdə 5000 Rubl, 25.05.2018-ci il tarixdə 5000 R ubl, 27.-6.2018-ci il tarixdə 7700 Rubl, 12.07.2018-ci il tarixdə 10000 Rubl, 24.07.2018-ci il tarixdə 15000 Rubl, 16.08.2018-ci il tarixdə 25000 Rubl, 21.08.2018-ci il tarixdə 10000 Rubl, 03.09.2018ci il tarixdə 8000 Rubl, 11.09.2018-ci il tarixdə 20000 Rubl, 25.09.2018-ci il tarixdə 12000 Rubl, 15.10.2018ci il tarixdə 17000 (on yeddi min) Rubl, 26.10.2018-ci il tarixdə 20000 (iyirmi min) Rubl, 09.11.2018-ci il tarixdə 2000 Rubl, 12.01.2019-cu il tarixdə 100000 Rubl, 14.01.2019-cu il tarixdə 40000 Rubl, 30.01.2019-cu il tarixdə 770 ABŞ dolları, 24.07.2019cu il tarixdə Cavabdeh4 Serdar oğlunun adına 600 ABŞ dolları, Cavabdeh3 adına 09.08.2017-ci il tarixdə 100 ABŞ dolları, 22.08.2017-ci il tarixdə 500 ABŞ dolları, 19.09.2017-ci il tarixdə 1360 ABŞ dolları, 13.05.2019-cu il tarixdə 800 ABŞ dolları məbləğində pul köçürmüşdür. “AK BARS” X3 05.03.2020-ci il tarixli sənədindən görünür ki, Natalia Nikolaevna tərəfindən göndərilən 300 ABŞ dolları məbləğində pul 08.08.2019-cu il tarixdə X9, 2500 ABŞ dolları 30.08.2019-cu il tarixdə Cavabdeh3 tərəfindən qəbul edilmişdir. "xxxx" MMC-nin pul vəsaitlərin köçürmək üçün fiziki şəxsin ərizəsindən görünür ki, X4 Cavabdeh1 hesabına 1550 ABŞ dolları məbləğində pul köçürülmüşdür. “Koşelev-Bank” Səhmdar Cəmiyyətinin pul köçürmələrinə dair 24.01.2020-ci il tarixli cədvəlindən görünür ki, İddiaçı2 Nikolaevna Cavabdeh1 adına 11.10.2018-ci il tarixdə 25000 Rubl adın pul köçürmüşdür. İş materiallarında olan “İntellectum” Tərcümə bürosunun 27.03.2020-ci il tarixdə № 1022 saylı qəbzindən görünür ki, X1 xarici dildən/dilə yazılı və/və ya şifahi təcümə xidmətlərinin göstərilməsinə görə 15850 Rubl alınmışdır. “Solidarnost” Kommersiya Bankı X3 22.06.2019-cu il tarixli pul vəsaitlərini köçürmək üçün fiziki şəxsin ərizəsindən görünür ki, İddiaçı2 Nikolaevna tərəfindən göndərilən 4500 ABŞ dolları məbləğində pul 22.06.2019-cu il tarixdə Cavabdeh4 hesabına köçürülmüşdür. CONTACT ödəniş sisteminin 01.01.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək müddətə pul köçürmələri haqında məlumatlardan görünür ki, X5 tərəfindən Cavabdeh3 11.04.2019-cu il tarixdə 3400 ABŞ dolları, 13.05.2019-cu il tarixdə 800 ABŞ dolları, 09.08.2017-ci il tarixdə 100 ABŞ dolları, 19.09.2017-ci il tarixdə 1360 ABŞ dolları,18.01.2017-ci il tarixdə 500 ABŞ dolları, 22.08.2017-ci il tarixdə 500 ABŞ dolları, 18.12.2017-ci il tarixdə 530 ABŞ dolları, 04.12.2017-ci il tari xdə 500 ABŞ dolları, 08.04.2019-cu il tarixdə 15000 Rubl pul göndərmişdir. "xxxx" MMC-nin 01.01.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək pul vəsaitlərin köçürmələri barədə ödənişlər cədvəlindən görünür ki, X6 tərəfindən Cavabdeh4 08.01.2019-cu il tarixdə 300 ABŞ dolları, 07.06.2019-cu il tarixdə 4000 ABŞ dolları, 24.06.2019-cu il tarixdə 1200 ABŞ dolları, 22.06.2019-cu il tarixdə 3300 ABŞ dolları, 11.06.2019-cu il tarixdə 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. 01.01.2019-cu ildən 30.11.2019-cu il tarix üçün “Zolotoya Korona”, “Contact” “Vvestern Union” sistemləri üzrə çıxış köçürmələrin reyestrindən görünür ki, X5 Cavabdeh1 hesabına 05.04.2019-cu il tarixdə 4500 Rubl, 06.04.2019-cu il tarixdə 20000 Rubl, 08.04.2019-cu il tarixdə 15000 Rubl, 11.04.2019-cu il tarixdə 3400 ABŞ d olları, 25.04.2019-cu il tarixdə 2700 ABŞ dolları, 22.05.2019-cu il tarixdə 1200 ABŞ dolları, 11.06.2019-cu il tarixdə 10000 Rubl, 22.06.20189-cu il tarixdə 3300 ABŞ dolları, 01.08.2019-cu il tarixdə 300 ABŞ dolları, ümumilikdə 49500 Rubl, 10900 ABŞ dolları məbləğində pul köçürülmüşdür. “X7 SC-nin müayinə protokolundan görünür ki, X4 nevroloji problemlərə görə diaqnostika mərkəzinə müraciət etmiş və müayinə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı1 xeyrinə ümumilikdə 577456 rubl, 38588,25 ABŞ dolları və 300 Avro, İddiaçı2nm xeyrinə 25000 rubl, 4533 ABŞ dolları məbləğində əsas borcun, bu pulların tələbi ilə bağlı çəkdikl əri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin, 30 manat dövlət rüsumunun iddiaçıların hər birinə 50000 manat məbləğində mənəvi təzminatın alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı1 xeyrinə Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avronun, Cavabdeh2 11500 (on bir min beş yüz) rublun, Cavabdeh3 919 4 (doqquz min doxsan dörd) ABŞ dolları məbləğində pulun və Cavabdeh4 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pulun, İddiaçı2 xeyrinə Cavabdeh1 adına 25000 (iyirmi beş min) rublun və Cavabdeh4 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pulun bu pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin, 30 manat dövlət rüsumunun iddiaçıların hər birinə 50000 manat məbləğində mənəvi təzminatın cavabdehlərdən müştərək qaydada alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onu nla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların tanışıdır, belə ki, cavabdeh tez-tez Rusiya Federasiyasına getmiş və getdiyi vaxt iddiaçıların evində qalmış, hətta iddiaçılarlan İddiaçı1 ilə ailə həyatı quracağına söz verməklə ailənin inamını qazanmışdır. Cavabdeh 2017-ci ilin ortalarında iddiaçılara müraciət edərək bildirmişdir ki, onun baş nahiyyəsində bədxassəli şiş aşkar edilmiş və bu şişin müalicəsi yalnız İranda mümkündür, lakin İzrail və Almaniyadan bahalı dərmanlar almaq lazımdır, bunun üçün onlara böyük məbləğdə vəsait tələb edilir, 2020-ci ilin mart ayında cavabdeh hərbi əlil kimi ehtiyata buraxılacaq və ona dövlət tərəfindən birdəfəlik yardım ediləcək, həmin pulu alan kimi borcu qaytaracaqdır. İddiaçılar cavabdehə inanaraq bir neçə banklardan kredit götürməklə onun təklifi əs asında onun və qohumlarının, dostu Cavabdeh4 adına cavabdehin müalicəsi məqsədi ilə bank vasitəsi ilə pul vəsaitləri göndərmişlər. Cavabdehin tapşırığı əsasında həmin pullar 2017-2019-cu illər ərzində bank vasitəsi ilə bir qismi cavabdehin, bir qismi atası Nəsirağanın, bir qismi qardaşı Elgünün və bir qismi də onlara özünün dostu kimi təqdim etdiyi X2 adına göndərilmişdir. Nəticədə İddiaçı1 cavabdehin müalicəsi adı ilə ümumilikdə 577456 rubl, 38588,25 ABŞ dolları və 300 Avro, İddiaçı2 isə 25000 rubl və 4533 ABŞ dolları məbləğində pul vəsaitləri göndərmiş və onlar bu pulların tələbi ilə bağlı 22929 rubl (Bakı şəhərinə təyyarə biletinin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi üçün və 250 manat ( hüquqi yardımla bağlı müqavil əyə və dövlət rüsumuna) məbləğində vəsait xərcləmişlər. Lakin sonradan iddiaçılara məlum olmuşdur ki, cavabdeh xəstə deyil, o iddiaçılarla yaranmış münasibətdən, onların inam və etibarından sui-istifadə etməklə iddiaçıların pullarını mənimsəmək qərarına gəlmiş və bu üsulla da həmin pulları ələ keçirmişdir. Sonradan iddiaçılar dəfələrlə cavabdehlə, onun qohumları ilə telefon əlaqələri yaratmış, pullarını geri tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə bundan imtina etmiş, hətta onların zənglərinə belə cavab verməmişdir. Cavabdehin iddiaçıları aldatması, pullarını mənimsəməsi, nəticədə onların özlərini ağır duruma salması nəticəsində iddiaçılara mənəvi ziyan da dəymişdir ki, həmin ziyanın hər biri üçün ayrıayrılıqda 50000 (əlli min) manat məbləğində qiymətləndirirlər. Belə ki,İddiaçı1 2017-2019cu illər ərzində bank vasitəsi ilə Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avro, Cavabdeh2 2018-ci ildə 11500 (on bir min beş yüz) rubl, Cavabdeh3 2017-2019-cu illər ərzində 9194 (doqquz min doxsan dörd) ABŞ dolları,Cavabdeh4 adına isə 2019-cu il ərzində 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pul köçürmüşdür. Lakin həmin pul vəsaitləri ona qaytarılmamışdır. Bundan başqa iddiası İddiaçı2 Cavabdeh1 adına 25000 (iyirmi beş min) rubl Cavabdeh4 adına isə 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pul vəsaitləri göndərmişdir. Sadalanan pullar bu şəxslərin adına göndərilsə də həmin pulların göndərilməsi bir məqsədə-Cavabdeh1 müalicəsi məqsədi ilə göndərilmiş və bu şəxslər də iddiaçıları aldadaraq Cavabdeh1 hərbi əlil pensiyası təyin ediləcəyi və həmin pensiyanı almaqla pulu qaytaracaqlarını bildirmişlər. Belə hesab edir ki, həmin şəxslər də üzrə əlavə cavabdehlər kimi cəlb olunmalıdırlar və hər birinə göndərilmiş pul onlardan alınaraq iddiaçılara qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı1 xeyrinə Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avronun, Cavabdeh2 11500 (on bir min beş yüz) rublun, Cavabdeh3 9194 (doqquz min doxsan dörd) ABŞ dolları məbləğində pulun və Cavabdeh4 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pulun, İddiaçı2 xeyrinə Cavabdeh1 adına 25000 (iyirmi beş min) rublun və Cavabdeh4 4533 (dörd min beş yüz otuz üç) A BŞ dolları məbləğində pulun bu pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 manat hüquqi yardımla bağlı köçürülən pul vəsaitinin, 30 manat dövlət rüsumunun iddiaçıların hər birinə 50000 manat məbləğində mənəvi təzminatın cavabdehlərdən müştərək qaydada alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı, iş № 2(060)-2333/2021) iddia qismən təmin edilərək, Cavabdeh1 44625 (qırx dörd min altı yüz iyirmi beş) ABŞ dolları, 341600 (üç yüz qırx bir min altı yüz) rubl və 300 (üç yüz) Avro, Cavabdeh2 11500 (on bir min beş yüz) rubl, Cavabdeh3 9194 (doqquz min doxsan dörd) ABŞ dolları məbləğində pulun və Cavabdeh4 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı1 xeyrinə tutulması, Cavabdeh1 adına 25000 (iyirmi beş min) rubl və Cavabdeh4 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı2 xeyrinə tutulması, həmin pulların tələbi ilə bağlı çəkdikləri 22929 rubl (Bakı şəhərinə biletin alınması, sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, etibarnamələrin təsdiqi və sənədlərin göndərilməsi) pulun qaytarıldığı vaxt Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq və 220 (iki yüz iyirmi) manat hüquqi yardımla bağlı köç ürülən pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi, iddia tələbinin mənəvi ziyan hissəsində təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 maddi ziyan vurulmuşlar, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələ b etmək hüququ olan iddiaçıya ödəməlidir. Cavabdeh F. Axundovun iddiaçılar tərəfindən göndərilən pulun ona göndərilməsini etiraf etdiyini, məhkəmədə verdiyi izahatına iddiaçılardan İddiaçı2 tərəfindən göndərilən pulun sonuncunun mənzilinin təmirinə görə zəhmət haqqı olmasını qeyd etsə də, bu barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər tərəfindən iddiaçılara ümumilikdə 100000 manat məbləğində mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova, T.Quliyev, iş № 2(105)-1834/2021) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 23 fevral 2021-ci il tarixli 2(060)-2333/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı tərəfindən onların adına göndərilmiş pul məbləğinin onlar tərəfindən qəbul edilsədə, sonradan Cavabdeh1 verilməsi və i ddiaçıların həmin pulların onlardan tələb edilməsinin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul edilə bilməz. İş materialları və cavabdehlərin etirafı ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən tələb olunan pullar cavabdehlərin adına poçt vasitəsi ilə göndərilmiş və şəxsən cavabdehlər tərəfindən qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh4 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)-1834/2021 nömrəli qətnaməsini kassasiya icraatı qaydasında tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)-1834/2021 nömrəli qətnaməsini kassasiya icraatı qaydasında tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məh kəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)-1834/2021 nömrəli qətnaməsini kassasiya icraatı qaydasında tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh3 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2021-ci il tarixli 2(105)-1834/2021 nömrəli qətnaməsini kassasiya icraatı qaydasında tamamilə ləğv edərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2 Nəsirulla oğlu, Cavabdeh1, Cavabdeh3, cavabdehlərin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçıların vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişlər. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətlərində istinad olunan dəlillərə münasibətdə yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qa nunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətlərinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və müvafiq olaraq həmin dəlillər işdə olan digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmişdir. Bu baxımdan dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını dü zgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1834/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6492/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6492/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver