Məhkəmə qərarları › İş №2(102)-651/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-651/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-651/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-651/2024 (Açar sözlər: Məhkəmə qətnaməsi ilə uşaq himayəyə verildikdən sonra davam edən münasibətlərdə uşaq tələbi, uşağın atanın yanında qalması, alimentdən azadetmə, ekspert və mütəxəssis rəyinin düzgün qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov X10 Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(103)5904/2 023 nömrəli qətnaməsindən cavabdeh (vəkil X14) tərəfindən verilmiş kassasiya şikayətinə 05 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 18 noyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 iddia tələbi əsasında onun ilə İddiaçı arasında 18 noyabr 2014-cü il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında 376 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 anasının himayəsind ə saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X6 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X13 cavabdeh İddiaçı alınıb iddiaçı X2 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasının xx.xx.2015-ci il təvəllüdlü X7 münasibətdə 28 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir.

3. Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Bakı şəhər i Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi xx.xx.2015-ci il təvəllüdlü X6 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi hissəsində icra olunması mümkün olmamış, bu səbəbdən də icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır.

4. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-2108/2021 saylı icra vərəqəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)2108/2021 saylı qətnaməsi ilə X2 uşaqları X13 ünsiyyət hüququ müəyyən edilmişdir. Zəhra Mehdiyava anası ilə ünsiyyətə girməkdən imtina etdiyindən həmin icra vərəqəsi də icrasız qalmışdır.

5. X11 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli psixoloji rəyinə əsasən, xx.xx.2015ci il təvəllüdlü X13 xx.xx.2021-ci il tarixdə psixoloqun qəbulunda olub və uşaqda həyəc an, təşviş hissi və qorxular müəyyən olunmuşdur. Uşaq psixorreksiya işinə cəlb olunmuş, uşağın ana ilə görüşlərinə fasilə vermək və ananı psixokorreksiya işinə cəlb edərək icra tədbirlərini dayandırmaq məsləhət görülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın onun yanında saxlanılması və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-123/2020 saylı qətnaməsi ilə Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xə zər Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli həmin qətnaməsi ilə hazırkı iş üzrə tərəflərin arasındakı nikahın pozulması, nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Mədinənin anasının yanında saxlanılması, Mədinənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında alimentin tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi, nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasından alınaraq anasına verilməsi, onun anaya verildiyi vaxtdan etibarən hazırkı iş üzrə iddiaçıdan, iki uşağın (Mədinənin və Zəhranın) yetkinlik yaşına kimi saxlanılması iddiaçının qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qüvv əyə mindikdən sonra icraya yönəldilsə də, qətnamənin icra edilməsi, yəni Zəhranın anasının himayəsinə verilməsi qeyri-mümkün olmuş, çünki uşaq anasının yanına getməkdən qəti imtina etmişdir. Zəhra hazırda da atasının yanında qalır və ona çox bağlıdır. Qətnamənin icrasını həyata keçirən icra qurumu icranın qeyri-mümkün olduğunu müəyyən etdiyindən, qətnamə əsasında verilmiş icra vərəqəsini məhkəməyə geri qaytarılmışdır. Digər icra vərəqəsinə əsasən Zəhra anası ilə ünsiyyətdə olmalıdır. Lakin Zəhra anası ilə ünsiyyətdə olmaqdan imtina etmiş və bu səbəbdən də həmin icra vərəqəsinin icrası qeyri-mümkün olmuş, icra hərəkətləri dayandırılmışdır. Göründüyü kimi, qətnamənin icrası və uşağın atasından alınıb anasına verilməsi qeyri-mümkündür. Bu səbəbdən də iddiaçı Zəhranın onun yanında saxlanılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Cavabdeh iddianı qəbul etməyərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı uşağı özündə zor gücü ilə saxlayır. Dəfələrlə uşağının qaytarılmasını tələb etsə də, iddiaçı bundan imtina edir və Xəzər Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etmir. Uşağa atası və nənəsi tərəfindən hədə-qorxu və psixoloji təsirlər göstərilir. İddia əsassız olduğu üçün təmin edilməməlidir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 11/549 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X13 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsus iyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur. xx.xx.2015-ci il təvəllüdlü X6 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası X5 və bacısı X7 bağlılığı üzə çıxmır. İddiaçı və Cavabdeh hal-hazırda fərdi-psixoloji xüsusiyyətlərində xx.xx.2015-ci il təvəllüdlü X6 emosional-iradi sferasına neqativ təsir göstərə biləcək əlamətlər müəy yən olunmur. Valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X6 emosional-iradi sferasına sirayət etməklə, anası Cavabdeh və bacısı X7 olan münasibətinə neqativ təsir göstərmiş, hal-hazırda X6 psixoloji vəziyyəti qənaətbəxş deyildir.

10. Məhkəmə icraatında Bakı şəhəri Xəzər rayon icra başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, mübahisəyə dair rəy verilməsi quruma həvalə edilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X6 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusi yyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmamaqla, onun psixokasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi, anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunduğuna görə azyaşlının anasından alınaraq atasının himayəsinə verilməsinə dair İddiaçı iddia ərizəsi onun gələcək mənafeyi üçün məqsədəuyğun hesab edilməmişdir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-179/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı himayəsinə verilməsi, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətn aməsi ilə müəyyən edilmiş “xx.xx.2015ci il təvəllüdlü X13 cavabdeh İddiaçı alınıb iddiaçı X2 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi” öhdəliyindən azad edilməsi qət edilmişdir.

12. Məhkəmə mülki işin hüquqi həlli ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. B u Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. xx.xx.2015-ci il təvəllüdlü X13 onun haqqında həll edilən məsələ barəsində dinlənilmək hüququna malik olduğundan valideynlərinin və təhsil aldığı təhsil idarəsinin nümayəndəsinin iştirakı ilə məhkəmədə dinlənilmiş və bildirmişdir ki, hal-hazırda atası ilə birlikdə yaşayır, gələcəkdə də atası ilə qalmaq niyyətindədir. Qətiyyən anası ilə birlikdə yaşamaq istəmir.

13. Məhkəmə ekspert rəyini tədqiq edərək və digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından olan uşaqları X13 atasına sıx bağlı olmaqla, anası və bacısına hər h ansı bağ nümayiş etdirmir. Uşağın anasına və bacısına qarşı münasibətində kənar təsir müəyyən olunsa da, eləcə də qəyyumluq və himayəçilik orqanı iddianın təmin olunmasının uşağın mənafeyinə uyğun olmaması barədə rəy vermiş olsa da, hazırkı halda nəzərə alınmalıdır ki, valideynləri və digər yaxın qohumları arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2015-ci il təvəllüdlü X6 emosional-iradi sferasına sirayət etməklə ona neqativ təsir göstərir. Eləcə də, Zəhra Mehdiyevanın anasının himayəsinə verilməsi barədə məhkəmə qərarı xx.xx.2020-ci ildə qəbul edilsə də, keçən üç ildən artıq zaman ərzində qərarın icrası mümkün olmamış, həyata keçirilən icra prosesləri azyaşlı uşağın psixologiyasına neqativ təsir etmişdir.

14. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.201 5-ci il təvəllüdlü Zəhranın fikri, azyaşlı uşağın hüquq və mənafeyi, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amillər, uşağın ataya bağlılığı və anası ilə ünsiyyətdə olmaq istəməməsinə dair qəti mövqeyini nəzərə alaraq hesab etmişdir ki, onun atasının yanında saxlanılması mənafeyinə uyğundur.

15. Məhkəmə hesab etmişdir ki, X13 atası İddiaçı himayəsinə verildiyindən, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “xx.xx.2015-ci il təvəllüdlü X13 cavabdeh İddiaçı alınıb iddiaçı X2 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi” öhdəliyindən aza d edilməlidir. Belə ki, məhkəmə tərəfindən İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment onların hər iki uşağının ananın himayəsinə verilməsi halı ilə şərtləndirilmişdir. Hazırda bir uşaqları X6 anadan alınaraq atasının himayəsinə verilməsi qazancın üçdə bir hissəsi miqdarında aliment öhdəliyindən azad edilmə üçün əsasdır

16. Məhkəmə mövqeyinin hüquqi əsası olaraq “Uşaq Hüquqları Haqqında” xx.xx.1989-cu il tarixli BMT Konvensiyasının 18-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2, 49.2, 49.3, 51.1, 52, 60.1, 60.2, 60.4, 76.1.1, 76.1.2, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılar kən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 101.3, 103.1, 88, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, uşağın yaşını, bacısı Mədinə ilə birgə yaşamasının onun mənafeyin ə daha uyğun olmasını, işdə olan rəyləri nəzərə almamış, məhkəmə qətnaməsini icra etməyən icra məmurunun hərəkətlərinə qiymət verməmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5904/2023 10 oktyabr 2023-cü il qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Azad İmanov və Fuad Talışınski) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılamış və apellyasiya şikayətininin dəlillərinə münasib ət olaraq bildirmişdir ki, dəlillər formal olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü Zəhranın fikrini, azyaşlı uşağın hüquq və mənafeyini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın ataya bağlılığını və anası ilə ünsiyyətdə olmaq istəməməsinə dair qəti mövqeyini nəzərə almış Rayon Məhkəməsi tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü Zəhranın atasının himayəsinə verilməsinin azyaşlının mənafeyinə uyğun hesab edilməsi ilə bağlı iş üzrə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə hesab etmişdir ki, Zəhra iddiaçının yanında saxlanıldığı üçün, iddiaçı, Zəhranın yetkinlik yaşına çatana kimi ondan cavabdehin xeyrinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməs i ilə qət edilmiş alimentin ödənilməsindən azad edilməlidir. Belə ki, hazırda Zəhranın iddiaçının himayəsində saxlanılması iddiaçının aylıq qazancının 1/3 hissəsi miqdarında aliment öhdəliyindən azad edilməsi üçün əsas təşkil edir. İddiaçı, yalnız 1 uşağa görə, yəni iddiaçının yanında qalan Mədinəni yetkinlik yaşına çatana kimi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında alimenti cavabdehə ödəməlidir.

23. Bu səbəbdən də Məhkəmə hesab etmişdir ki, işə baxmış Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri də əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixdə vəhşicəsinə döyülərək evdən qovulması və azyaşlı övladının zor gücü ilə ondan alınması və daha sonra yuxarıda qeyd olunan məhkəmə proseslərinin davam etdiyi 1 ildən artıq dövrdə X15 azyaşlı X6 anası və bacısı ilə ünsiyyətinə imkan verməmiş, uşağı anasına göstərməmiş, daha sonra uşağa psixoloji təzyiqlər göstərilərək anası ilə ünsiyyətinə qəsdən müxtəlif maneələr yaradılmışdır. Aydın məsələdir ki, hələ o zaman ana qayğısına ehtiyacı olan 4-5 yaşlı Zəhranın anasına qarşı hər hansı neqativ hissləri mövcud ola bilməzdi. İş materia llarında olan X11 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən də görünür ki, X8 həyəcan, təşviş hissi və qorxular müəyyən edilmişdir. Qeyd olunan bu neqativ hallar məhz X9 uşağa göstərdiyi hədə-qorxu və psixoloji təzyiqlər nəticəsində yaranmışdır.

26. İş keçirilmiş məhkəmə-psixoloji ekspertizasının və komissiyanın rəylərindən görünür ki, Zəhrada anasına və bacısına münasibəti ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur, hal-hazırda onun psixoloji vəziyyəti qənaətbəxş deyildir. Hər iki rəydən müəyyən edilir ki, azyaşlı uşağa kənar psixoloji təsirlər mövcuddur. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Lakin məhkəmə mövcud rəylərə düzgün qiymət verməmiş, həmin rəyləri nəzərə almamış və hansı səbəbdən həmin rəyləri nəzərə almadığını qətnamədə əsaslandırmamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Uşağın yaşı, qız uşağı olaraq ana qayğısına ehtiyacının olmasını, bacısı ilə birlikdə yaşayaraq böyüməli və ünsiyyətdə olmasının onların psixi və mənəvi inkişafına müsbət təsirini, doğma bacısından ayrılması üçün müstəsna və ciddi əsas olmadığını nəzərə almamış, iş materiallarında olan müvafiq rəylərdə uşağa kənar psixoloji təsir əlamətləri müəyyən olunduğuna və bu təsirlərin gələcəkdə bir fərd olaraq uşağın formalaşması və yetişməsinə mənfi təsirlərini, daim qorxu içində yaşamasını nəzərə almadan, uşağın mənafeyi və üstün maraqları baxımından qətnamə qəbul etməmişdir. Bundan başqa, X6 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi və eyni zamanda X2 uşağı ilə hər həftənin bazar günü atasının iştirakı olmadan ünsiyyətdə olmasına dair qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin qətnamələri icra edilməmiş və icra edilməsi istiqamətində zəruri tədbirlər görülməmişdir. Belə ki, Xəzər rayon İcra şöbəsinin xx.xx.2021- c i il tarixli Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinin geri qaytarılması barədə qərarından müəyyən edilir ki, icra vərəqəsinin icrası istiqamətində çox az sayda icralar təyin olunmuş və təyin olunmuş həmin icralar arasında xeyli müddət və bəzən aylarla fasilələr olmuşdur, bu isə bir ildən artıq müddət görüşməyə imkan verilməyən ana ilə övladının arasında olan münasibətlərin daha da soyumasına, azyaşlı Zəhraya daha çox kənar psixoloji təsirlərin göstərilməsinə gətirib çıxarmışdır. Məhz bu səbəbdən u şaqla ünsiyyətlə bağlı məhkəmədə əlavə iddia qaldırılmış lakin qəbul edilən müvafiq qətnamə də icra edilmir və hər həftə görüşlə bağlı icra təyin olunmalı olduğu halda hər hansı icra tədbirləri görülmür. Nəticə etibarilə X2 ədalətli məhkəmə araşdırılması və məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Belə ki, məhkəmə müdafiəsi hüququ məhkəmə qərarının icra edilməsi hüququnu da özündə ehtiva edir. Məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş qətnamələrin icrası istiqamətində hər hansı əsaslı tədbirlərin görülm əməsinə əhəmiyyət verməmiş, əksinə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini qüvvədə saxlamaqla həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(003)- 123/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsini əhəmiyyətsiz edərək onun icrasız qalmasına birbaşa zəmin yaratmışdır.

27. Məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi səbəbindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntular düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə

52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inziba ti araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

30. Maddə 58.1-58.2. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

31. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

32. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

33. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzə rə almaqla həll edir.

34. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyası

35. Maddə

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və b u məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı

36. Bənd 7.1. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında ya ranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

37. Bənd 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uş ağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavab deh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(103)-5904/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar