Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6518/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Nümayəndə iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-486/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 28 aprel 2014-cü il tarixli №29-LD/14 nömrəli Damazlıq Heyvanların güzəştli qaydada lizinqə verilməsi müqaviləsindən görünür ki, lizinq verən "xxxx" ASC 272 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 161049,95 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 179400,91 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsin ə götürür. 03 mart 2014-cü il tarixli № 20-LD/14 nömrəli Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC 70 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 45 929,07 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 42 166,75 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. 16.09.2014-cü il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun tez bir zamanda "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 10.11.2016-cı il tarixli məktubdan görünür ki, Cavabdeh bu ödəniş qrafikləri üzrə 01.10.2016-cı il tarixədək 187450,48 manat (bir yüz səksən yeddi min dörd yüz əlli manat 48 qəpik) ödəməli olduğu halda, 15807,71 manat (on beş min səkkiz yüz yeddi manat 71 qəpik) ödəniş etmişdir. Cavabdeh 08.11.2016-cı il tarixə ödəniş qrafikləri üzrə borcu 171642,77 manat (bir yüz yetmiş bir min altı yüz qırx iki manat 77 qəpik) təşkil edir. 28.02.2014-cü il tarixli, 482119 №-li kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən "xxxx" ASC-nə 62 000 (altmış iki min) manat məbləğində ödəniş edilmişdir, 14.03.2014-cü il tarixli, 483988 №-li kassa mədaxil orderinin surətindən görünür ki, 50 000 (əlli min) manat məbləğində ödəniş edilmişdir, 21.04.2014-cü il tarixli, 666477 №-li kassa mədaxil orderindən görünür ki, 130 000 (bir yüz otuz min) manat məbləğində ödəniş edilmişdir, 28.04.2014-cü il tarixli, 670982 №-li kassa mədaxil orderindən görünür ki, 27 000 (iyirmi yeddi min) manat məbləğində ödəniş edilmişdir. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Maliyyə arayışından görünür ki, Bakı şəhər sakini Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03.03.2014-cü il tarixli 20-LD/14, 28.04.2014-cü il tarixli 29-LD/14 №-li müqaviləyə əsasən lizinqə götürülmüş üm umi dəyəri 427909,82 (dörd yüz iyirmi yeddi min doqquz yüz doqquz manat 82 qəpik) manat olan cəmi 342 baş damazlıq heyvan üçün həmin şəxs Cəmiyyətin hesabına 206342,07 (iki yüz altı min üç yüz qırx iki manat 07 qəpik) manat ilkin ödəniş etmiş, qalan 221567,75 (iki yüz iyirmi bir min beş yüz altmış yeddi manat 75 qəpik) manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Bu ödəniş qrafiki üzrə 01.04.2017-ci il tarixinədək 221567,75 (iki yüz iyirmi bir min beş yüz altmış yeddi manat 75 qəpik) manat ödənilməli olduğu halda 15807,71 (on beş min səkkiz yüz yeddi manat 71 qəpik) manat tələf olan heyvanlar üçün sığorta şirkəti tərəfindən ödənilərək Cavabdeh borcundan silinmişdir. Cavabdeh 15.02.2018-ci il tarixinə olan borcu 205759,95 (iki yüz beş min yeddi yüz əlli doqquz manat 95 qəpik) manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cərimə 158401,39 (bir yüz əlli səkkiz min dörd yüz bir manat 39 qəpik) manat təşkil edir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3922/2017 nömrəli, 14 iyun 2017-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 17.01.2017-ci il tarixli, 270070 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən (kassa mədaxil orderləri və s) tərəflər arasında bağlanmış 28.04.2014cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20-LD/14 saylı müqavilələr üzrə 222149,78 (ilkin ödəniş və sığorta ödənişləri) manat məbləğində ödəniş edilməsi müəyyən olunmaqla hazırda Cavabdeh "xxxx" ASC-yə borcu 205759, 91 manat məbləğində müəyyən olunur. İş materiallarında Cavabdeh tərəfindən 28.02.2014-cü il tarixdə 62000,00 manat məbləğində ödəniş edilməsi göstərilsədə həmin ödəniş müqavilələrdən əvvəlki tarixdə edildiyindən və həmin ödənişin təyinatı (hansı müqavilə üzrə) göstərilmədiyindən hazırkı hesablamalar zamanı nəzərə alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli, 28723 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan sənədlər (kassa məxaric orderləri və s.) nəzərə alınmaqla, 03 mart 2014-cü il tarixli və 28 aprel 2014-cü il tarixli lizinq müqavilələri üzrə Cavabdeh tərəfindən "xxxx" ASC-yə 285425,64 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən olunur. Həmin lizinq müqavilələri üzrə Cavabdeh borcu 142484,05 (427909,69285425,65) manat məbləğində müəyyən olunur. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının 17 fevral 2021-ci il tarixli 9/4538 saylı rəyinə əsasən, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 269000 manat məbləğində pul vəsaitinin 206342,07 manat məbləğində olan hissəsi cavabdehin ilkin ödənişinə, 47497,93 manat məbləğində olan hissəsi sığorta xərcinə, 15160 manat məbləğində olan hissəsi isə saxlanma xərcinə silinməsi müəyyən edilir. İş materiallarında olan sənədlər nəzərə alınmaqla 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20LD/14 saylı müqavilələr üzrə Cavabdeh yuxarıda qeyd olunan xərcləri çıxılmaqla "xxxx" ASC-yə olan borcu 205141,98 manat məbləğində (427909,69-206342,07-16425,64) müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “müqavilənin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 171642,77 (bir yüz yetmiş bir min altı yüz qırx iki manat 77 qəpik) manat əsas borc, 30 (otuz) manat dövlət rüsumunun, cəmi 171672,77 (bir yüz yetmiş bir min altı yüz yetmiş iki manat 77 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.02.2018-ci il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 205759,95 (iki yüz beş min yeddi yüz əlli doqquz manat 95 qəpik) manat əsas borcun, 158401,39 (bir yüz əlli səkkiz min dörd yüz bir manat 39 qəpik) manat cərimənin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 364191,34 (üç yüz altmış dörd min yüz doxsan bir manat 34 qəpik) manat məbləğin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş "Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılm ası Qaydaları"na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2014cü il tarixli 20-LD/14 nömrəli və 04 may 2015-ci il tarixli 49-LD/15 nömrəli müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 342 baş Holştin-friz cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 206342,0 manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 01.10.2016-cı il tarixinədək 187450,48 manat ödəməli olduğu halda, cəmi 15807,71 manat ödəniş yerinə yetirmiş və müqavilə üzrə həmin tarixədək 171642,77 (bir yüz yetmiş bir min altı yüz qırx iki manat 77 qəpik) manat borcu qalmışdır. Cavabdeh öh dəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh "xxxx" ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-574/2017 nömrəli, 24 fevral 2017-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli, 2(005)574/2017 qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2017-ci il tarixli, 2(005)-574/2017 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov R ayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-131/2018) iddia qismən təmin edilərək, 03.03.2014-cü il tarixli 20-LD/14 №-li lizinq müqaviləsi və 28.04.2014-cü il tarixli 29-LD/14 №-li lizinq müqaviləsinin ləğv edilməsi, lizinq müqavilələri üzrə 205759,95 (iki yüz beş min yeddi yüz əlli doqquz manat 95 qəpik) manat əsas borc, 2000 (iki min) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 207789,95 (iki yüz yeddi min yeddi yüz səksən doqquz manat, doxsan beş qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi və lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdehdən geri alınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabde hdən tutularaq, 50 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərardadı ilə (hakim A.Əliyev, iş № 2(005)-131/2018) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-131/2018 nömrəli, 12 mart 2018-ci il tarixli qətnaməsinə düzəliş edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-131/2018 nömrəli, 13 mart 2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinin 12-ci cümləsində “28.04.2014-cü il tarixli 29-LD/14 lizinq müqaviləsi” ifadəsinin “04.05.2015-ci il tarixli 49-LD/15 lizinq müqaviləsi” kimi oxunması, qətnamənin nəticə hissəsinin aşağıdakı kimi oxunması: “İddia qismən təmin edilsin. 03.03.2014-cü il tarixli 20-LD/14 №-li lizinq müqaviləsi və 04.05.2015-ci il tarixli 49LD/15 №-li lizinq müqaviləsi ləğv edilsin. Lizinq müqavilələri üzrə 205759,95 (iki yüz beş min yeddi yüz əlli doqquz manat 95 qəpik) manat əsas borc, 2000 (iki min) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 207789,95 (iki yüz yeddi min yeddi yüz səksən doqquz manat, doxsan beş qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin və lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanlar sağlam vəziyyətdə cavabdehdən geri alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 50 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin.” qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan, kassa mədaxil orderlərindən və ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20LD/14 saylı müqavilələr üzrə 222149,78 (ilkin ödəniş və sığorta ödənişləri) manat məbləğində ödəniş edilməsi müəyyən olunmaq la hazırda Cavabdeh "xxxx" ASC-nə borcu 205759,91 manat məbləğində müəyyən olumuşdur. Qeyd olunanlara əsasən cavabdehdən də məhz həmin məbləğ, əsas borca görə 205759,95 (iki yüz beş min yeddi yüz əlli doqquz manat 95 qəpik) manat tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin qeyd etdiyi 62000 manat ödənişlə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin ödəniş 28.02.2014-cü il tarixli, 482119 №-li kassa mədaxil orderinə əsasən həyata keçirilmiş və təyinatı məlum deyildir. Tərəflər arasında müqavilə münasibətləri isə 03.03.2014-cü il tarixdə və 28.04.2014-cü il tarixdə yaranmışdır və bu səbəbdən də müqavilədən əvvəl aparılmış hər hansı bir ödənişin hazırkı öhdəliklərə silinməsi əsassızdır və qeyd edilən ödəniş hazırkı borc tələbindən silinə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 158401,39 (bir yüz əlli səkkiz min dörd yüz bir manat 39 qəpik) manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2000 (iki min) manata endirilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski, iş № 2(103)-275/2019) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «müqavilənin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(005)-131/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(005)-131/2018 saylı qətnaməsinin qismən ləğv olunması, Cavabdeh lizinq müqavilələri üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 142484,05 (bir yüz qırx iki min dörd yüz səksən dörd manat, 05 qəpik) manat, cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı olan Holştin-friz cinsli damazlıq heyvanların sayı isə 259 (iki yüz əlli doqquz) baş müəyyən edilməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin cavabdehə aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X4, KOD 210005, VÖE N **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspertiza rəyinin qeyd hissəsində göstərilmişdir ki, iş materiallarında Cavabdeh tərəfindən 28 fevral 2014-cü il tarixdə 62000 manat məbləğində ödəniş edilməsi göstərilsə də, həmin ödəniş müqavilələrdən əvvəlki tarixdə edildiyindən və həmin ödənişin təyinatı (hansı müqavilə üzrə) göstərilmədiyindən hazırki hesablamalar zamanı nəzərə alınmadı. Apellyasiya icraatı zamanı lizinq müqavilələri üzrə borcunun məbləğinin obyektiv müəyyən olunması, apellyasiya şikayətində irəli sürülmüş dəlillərin yoxlanılması üçün, eləcə də ilkin ekspertiza rəyinin kifayət qədə r aydın və tam olmaması səbəbindən iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə lizinq müqavilələri üzrə borcun məbləği daha az məbləğdə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilən ekspertiza rəyini işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək, borcun məbləğinin müəyyən olunması istiqamətində mötəbər hesab edir. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, işdə olan sübutlardan, eləcə də tərəflərin nümayəndələrinin izahatlarından mübahisəsiz olaraq müəyyən edilir ki, lizingə verilmiş 342 baş Holştin-friz cinsli damazlıq heyvanlardan 83 baş heyvan tələf olmuşdur. Birinci instansiya məhkəməsi isə bu faktı nəzərə almamış, 342 baş heyvanın ham ısının sağlam vəziyyətdə cavabdehdən alınmasını qət etmişdir. Bu səbəbdən də, qətnamə qeyd olunan hissədə də qismən ləğv olunmalı, tələf olmuş 83 baş heyvan nəzərə alınmaqla, iddiaçıya qaytarılmalı olan heyvanların sayı 259 baş müəyyən olunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan sənədlərdən və ekspertiza rəyindən görünür ki, tələf olmuş heyvanlardan 21 baş damazlıq heyvan üzrə iddiaçıya 16425,64 manat sığorta ödənişi həyata keçirilmişdir (ekspertiza rəyindən görünür ki, lizinq müqavilələri üzrə borcun məbləği müəyyən olunarkən, həmçinin həyata keçirilmiş sığorta ödənişi də nəzərə alınmışdır). Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseyn ov və Ə.Əhmədov, iş № 2(102)3411/2020) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-275/2019 nömrəli iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 15807,71 manat sığorta haqqının lizinq ödənişlərinin ümumi məbləğindən çıxılması hissədə ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edə n sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 16925,64 manat sığorta haqqının lizinq borcunun məbləğindən çıxılması hissələrdə qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən və iddiaçının kassasiya şikayətinin həddləri, cavabdehin apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməməsi nəzərə alınmaqla qətnamə həmin hissələrdə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, zərurət olarsa əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli, araşdırılan sübutlara Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkə daxilində və xaricdən satın alınan damazlıq heyvanların dövlət büdcəsinin vəsaiti hesabına 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”nın tələbləri nəzərə alınmaqla hüquqi qiymət verməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-486/2021) Cavabdeh ap ellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(005)-131/2018 saylı qətnaməsinin apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə, yəni əsas borcun məbləği hissəsində dəyişdirilməsi, 03.03.2014-cü il tarixli 20-LD/14 saylı və 28.04.2014-cü il tarixli 29-LD/14 saylı lizinq müqavilələri üzrə Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 205141,98 manat məbləğində müəyyən edilməsi, təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci kimi 100 manat pul cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 17 fevral 2021-ci il ta rixli 9/4538 saylı ekspertiza rəyindən və iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20-LD/14 saylı lizinq müqavilələri üzrə cəmi 342 baş damazlıq heyvanı lizinqə götürərək 427909,82 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş, 28.02.2014-cü il tarixdə 62000 manat, 14.03.2014-cü il tarixdə 50000 manat, 21.04.2014-cü il tarixdə 130000 manat, 28.04.2014-cü il tarixdə 27000 manat olmaqla cəmi 269000 manat ödəniş etmişdir. 28.02.2014-cü il tarixdə ödənilmiş 62000 manat pulun 45292,07 manat hissəsi, 14.03.2014-cü il tarixdə ödənilmiş 50000 manat pulun hamısı, 21.04.2014-cü il tarixdə ödənilmiş 130000 manat pulun 84050 manat hissəsi, 28.04.2014-cü il tarixdə ödənilmiş 27000 manat pulun hamısı ilkin ödəniş ol muşdur. Beləliklə, cəmi ödənilmiş 269000 manat pulun 206342,07 manat hissəsi ilkin ödəniş kimi nəzərə alınmışdır. Ödənilmiş 269000 manat pulun 47497,93 manat hissəsi sığorta xərcinə, 15160 manat hissəsi isə saxlanma xərcinə aid olmuşdur. Göründüyü kimi, cavabdehin 28.02.2014-cü il tarixdə ödədiyi 62000 manat pulun 45292,07 manat hissəsi ilkin ödəniş kimi nəzərə alınmışdır. Bundan əlavə, 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta təşkilatı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 16425,64 manat məbləğində olan sığorta ödənişi də ümumi borcdan çıxılmışdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərindən görünür ki, lizinq ödənişlərinə yalnız lizinqə verilən damazlıq heyvanların güzəştli satış dəyəri daxil edilmişdir. Digər xərclər, o cümlədən sığorta üçün ödənilən məbləğ, lizinq obyektinin əldə olunması, saxlanması və sair xərclər lizinq ödənişlərinə aid edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən "xxxx" ASCyə ödənilmiş 62000 manat pulun 45292,07 manat hissəsi ilkin ödəniş kimi, habelə 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta ödənişi kimi sığorta təşkilatı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 16425,64 manat pul ümumi borcdan çıxılmalıdır. Belə ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta ödənişi iddiaçı lizinq şirkətinə ödənildiyindən, həmin məbləğ yenidən cavabdeh dən tutula bilməz. Kollegiya qeyd edir ki, "xxxx" ASC də iddia ərizəsində ödənilmiş sığorta məbləğini ümumi borcdan çıxaraq qalan məbləği cavabdehdən tələb etmiş, lakin iddia ərizəsində ödənilmiş sığorta məbləği 16425,64 manat əvəzinə, səhvən 15807,71 manat göstərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)486/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri ümumilikdə apellyasiya şikayətinin dəlillər ilə eynilik təşkil etmişdir. Cavabdeh borc məbləğinin düzgün müəyyən olunmadığını və məhkəmə aidiyyətinin pozulmasını qeyd edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi X1 izahatını dinləməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunm asını xahiş etmişdir. Lakin birinci kassasiya icraatında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 15807,71 manat sığorta haqqının lizinq ödənişlərinin ümumi məbləğindən çıxılması hissədə ləğv edilməsi, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi məhz həmin hissə üzrə kassasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci m addəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ö dənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.2-ci maddəsinə əsasən aidiyy ət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Borcun məbləği ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birinci kassasiya icraatı zamanı araşdırılması zəruri olan göstərişlərlə bağlı olaraq apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etmiş və həmin rəylə ödənilmiş məbləğlərin müqavilə şərtlərinə uyğun silinməsi müəyyən edilmişdir. Məhkəmə aidiyyəti ilə bağlı dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, hazırkı kassasiya icraatında apellyasiya instansiya sı məhkəməsinin qətnaməsi qismən yoxlanır, qalan hissə üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi artıq qanuni qüvvəyə minmişdir. Yaramış vəziyyətdə məhz aidiyyətin pozulması ilə bağlı hər hansı nəticənin verilməsi qətnamənin qanuni qüvvəsini almış hissəsinə müdaxilə edilmiş olar ki, bu isə yolverilən hesab edilə bilməz. Bu səbəbdən həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-486/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6518/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6518/2021
25.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver