Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-653/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-653/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X12, X4 ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi, İddiaçı və onun vəkili ***, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(103)9006/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhəmsinin (hakim V.İ.Həsənov) 31 may 2018-ci il tarixli, 2(008)-4229/2018 saylı qətnaməsi ilə İd diaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) 18.09.2018-ci il tarixli, 2(103)-9006/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili ***** qızı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 15.10.2012-ci il tarixində nikah qeydiyyatından keçib, ailə qurmuşlar. Birg ə nikahdan 29.06.2011-ci il təvəllüdlü oğlu X6, 01.07.2012-ci il təvəllüdlü X7 və 26.09.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlardan münasibətləri normal olmuş, lakin sonradan cavabdehin ona xəyanət etməsi nəticəsində münasibətləri pozulmuşdur. Cavabdeh uşaqlara baxmamış, onlarla amansızcasına davranmış, tez-tez qızlarını götürüb yoxa çıxmış, sonradan məlum olmuşdur ki, körpə uşağı diləndirmiş, oğlanları atıb getmişdir. O, məhkəməyə müraciət edərək aralarında 15.10.2012 -ci il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 29.06.2011-ci il təvəllüdlü X1, 01.07.2012-ci il təvəllüdlü X2 və 26.09.2014-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, onunla Cavabdeh arasında 15.10.2012ci il tarixində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan olan 29.06.2011-ci il təvəllüdlü X6 və 01.07.2012-ci il təvəllüdlü X7 onun, yəni atası X3, 26.09.2014-cü il təvəllüdlü X8 isə anası Cavabdeh himayəsində saxlanılmışdır. Cavabdeh uşaqlara qayğı göstərməmişdir. 2 oğlu, yəni Tuncay və Nurlan daima onun himayəsində olmuş, onlara o, baxmışdır, lakin buna baxmayaraq cavabdeh məhkəməyə müraciət edərək ondan 17.04.2015-ci il tarixindən hesablanmış hər uşağa görə 108 manat, cəmi 324 manat aliment almışdır. Həmin pulu hara sərf etməsi məlum deyildir. Hesab edir ki, 2 uşağa görə 17.04.2015-ci il tarixindən hesablanmış hər uşağa görə 108 manat, cəmi 324 manat aliment cavabdehdən tutu lub ona qaytarılmalıdır. 250 manat alimenti cavabdehə 2 ay ərzində, yəni aprel, mart aylarında ödəmişdir. 22.12.2017-ci il tarixli Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə Tuncay və Nurlan onun himayəsinə verilmişdir. O, uşaqların himayəsinə verilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir, bu barədə icra məmurunu xəbərdar etmiş və işə baxılıb qurtarandək alimentin dayandırılmasını xahiş etmiş və iddia ərizəsinin surətini icra məmuruna vermişdir. Buna baxmayaraq icra məmuru alimenti tələb etməkdə də davam etmişdir. Uşaqlarını onun himayəsinə verilməsilə bağlı iddia ərizəsi 26.01.2016-cı il tarixində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin dövr üçün və ümumiyyətlə həmişə uşaqlar onıın himayəsində olduğundan tutulmuş 250 manat məbləğində aliment cav abdehdən tutulub ona qaytarılmalı və 26.01.2016-cı il tarixindən başlayaraq hər iki uşaq üçün uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh, hər uşağa görə hər ay 154 manat, cəmi 308 manat aliment tutulub ona verilməlidir. Ona görə də məhkəmədən 26.01.2016-cı il tarixindən başlayaraq birgə nikahdan anadan olmuş oğlanları 29.06.2011-ci il təvəllüdlü X1 və 01.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün hər uşağa görə hər ay 154 manat, cəmi 308 manat alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, uşaqlar iddiaçının himayəsində olduğu halda, o baxıdı ğı halda, aprel, may aylarında ondan aliment tutulub cavabdehə verilmişdir. Halbuki həmin vaxt iş məhkəmədə olmuş, cavabdeh isə azyaşlı qızları ilə evdən qaçıb, onu diləndirmişdir. Bundan başqa, cavabdehin 2-ci qrup əlil olması onu uşaqları maddi cəhətdən saxlamaq hüququndan, aliment ödəməsindən azad etmir. Cavabdeh hər ay iki uşağın saxlanması üçün154 manat, cəmi 308 manat aliment tutulub iddiaçıya verilməli, eyni zamanda, uşaqların iddiaçının himayəsində olmağına baxmayaraq onnan artıq tutulmuş 280 manat aliment cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızı kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə q ərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, doğum haqqında şəhadətnamələrin surətinə əsasən, İddiaçı ilə Cavabdeh rəsmi nikahından 29.06.2011-ci il təvəllüdlü oğlu X6 və 01.07.2012-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 279890 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikah 22 fevral 2018- ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 2(008)938/2017 saylı qətnaməsinin surətinə əsasən, İddiaçı ilə Cavabdeh İlqar qızı arasında Şuşa rayon qeydiyyat şöbəsində 15 oktyabr 2012-ci il tarixdə bağlanmış 126 Nsi ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 29.06.2011-ci il təvəllüdlü oğlu X6 və 01 iyul 2012-ci il təvəllüdlü X7 atası İddiaçı, 26.09.2014-cü il təvəllüdlü X8 anası Cavabdeh himayəsinə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Xidməti 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının 04.09.2016-cı il tarixli arayışına əsasən, Cavabdeh 2-ci dərəcəli əlildir, hər 2 gözdə görmə itiliyinin korreksiya ilə 0,08-dən aşağı olması və ya görmə sahəsinin 20 dərəcəyədək daralması qeyd olunur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, Ailə qanunvericiliyində mə hkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfındən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutu lmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment tutularkən ilkin olaraq aliment ödəməli olan valideynin maddi təminatı nəzərə alınmalıdır. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin halları ilə müəyyən olunduğu kimi cavabdeh gözdən əlil olmaqla normal əmək fəaliyyəti ilə məşğul olmaq və maddi gəlir əldə etmək imkanları yoxdur. Cavabdehdən fərqli olaraq iddiaçının hər hansı bir əlliliyi və əmək qabiliyyətinin məhdudlaşdırılmasına səbəb ola biləcək heç bir hərəkət məhdudl uğu yoxdur. Nəzərə alınsa ki, iddiaçı bu imkanlara malikdir, belə olan halda onun işləmək, həm özünün, həm də yanında saxlanmış uşaqların saxlanması imkanları kifayət edən dərəcədədir. Qeyd edilməlidir ki, məhz bu imkanları nəzərə alınaraq birgə nikahdan olan uşaqlardan ikisi iddiaçının yanında saxlanmışdır. Hazırkı yaranmış halda isə nəzərə alınmalıdır ki, iddiaçı hazırkı tələblə özünün yanında saxlanmış uşaqların maddi təminatının yaxşılaşdırılmasına deyil, cavabdehi daha ağır məhrumiyyətlərə məruz qoymaq üçün belə tələb irəli sürmüşdür. Bu isə əmək qabiliyyəti olmayan ananın və onun yanında saxlanmış Aylin adlı uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəziyyəti cavabdehin vəziyyətindən daha yaxşı olmaqla onun daha gəlirli iş tapmaq və uşaq ların təminatı üçün kifayət edən dərəcədə vəsait əldə etmək imkanları vardır. Digər tərəfdən aşkar olan haldır ki, atanın kifayət edən dərəcədə maddi vəsaitə malik olmasını müəyyən edən məhkəmə uşaqların onun yanında saxlanmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 1 və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 250 manat ödənilmiş alimentin geri tələb edilmkdə iddiaçı haqlı deyildir. Çünki qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş alimentin geri qaytarılmasının mümkünsüzlüyü müəyyən olunmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassartora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin Ailə Məcəlləsinin 78.3-cü maddəsinə uiyğun olaraq qəbul edilmiş qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun ol araq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyüyü kimi, qanunvericilik valideynlərin hər birinin yanında uşağın qaldığı halda alimentin bir valideyndən az təminatlı digər valideynin xeyrinə tutulmasını şərtləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin faktiki hallarından görünür ki, cavabdehin gözdən əlil olmaqla maddi vəziyyəti iddiaçıya münasibətdə daha ağırdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli, 2(103)-9006/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-653/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-653/2019
21.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver