Məhkəmə qərarları › İş №2(102)-653/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-653/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-653/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iddia tələbinə Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı İddiaçı1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4917/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 t ərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə ailə həyatı qurmuşdur, bu nikahdan uşaqları yoxdur, onlar arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. 2019-cu ilin əvəllərində xxxxxxxx Şöbəsində İddiaçı2 müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında İddiaçı2 5.100 manat borc aldığını, həmin borcun 1.000 manat hissəsini qaytardığını, lakin 4.000 manat borcu qaldığını və maddi vəziyyəti pis olduğundan qaytara bilmədiyini etiraf etmiş, 4.000 manat borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4.100 manatın, mebellərin daşınması üçün fəhlələrə verilən 1.000 manatın və həmçinin cavabdehlərin hərəkətləri nəticəsində onlara dəyən 20.000 manat mənəvi ziyanın və həmçinin ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onu aldadıb yoldan çıxarmaq məqsədi ilə ailə qurmuş, dəfələrlə ondan pul istəmişdir. Keçmiş qayınanası Cavabdeh2 onu təqib edir, atasının və onun mobil telefonlarına zəng edərək təhqiredici ifadələr işlətməklə şəxsiyyətlərini alçaltmağa çalışır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xi dmət etdiyi xxxxxxxxx gələrək onun ünvanına iş yoldaşlarının yanında əxlaqsız sözlər işlətməklə onu hədələmiş, bununla da kollektiv arasında nüfuzunun aşağı düşməsinə səbəb yaratmaqla ondan əl çəkməyəcəyini, üstünə hücum edərək onu itələyib bu cür hərəkətlərini davam etdirməklə onu işlədiyi kollektivdə biabır edəcəyini və nəticədə onun işdən çıxarılmasına çalışacağını nümayişkəranə şəkildə bildirmişdir. Bununla da, ona mənəvi ziyan vurmuşdur. Keçmiş həyat yoldaşının atasına onun barəsində dediyi təhqirlər ona mənəvi olaraq əzab vermişdir. Belə ki, ona şər ataraq onun hissləri ilə oynamış, onu təhqir etmişdir. Qeyd olunanları nəzərə alaraq, mənəvi ziyana görə 20.000 manat pul tələb edir. Ailəli olanda 2017-ci ilin avqust ayında Cavabdeh1 atası İddiaçı2 (3.000 ABŞ dolları) 5.100 manat borc i stəmişdir ki, aptekin dövriyyəsini artırsın. Atası da onun döyülərək təhqir olunmasından xəbəri olmadığına görə, istədiyi məbləği ona vermişdir. Atası yalnız 1.000 manat ala bilmiş, qalan 4.100 manatı dəfələrlə vəd versə də geri qaytarmamışdır. Atası 5.100 manat pul tələbi ilə bağlı XXX Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət etmişdir. xxxxxxxx xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərarında Cavabdeh1 qayınatasının 2017-ci ilin iyul ayında dostu vasitəsi ilə ona 3.000 ABŞ dolları pul göndərdiyini etiraf etmişdir. Cavabdehdən ayrıldıqdan sonra apardığı mebelləri çıxarmaq üçün fəhlələrə 1.000 manat pul vermişdir. Həmin məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Cavabdehlər qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsi, qarşılıql ı iddianın təmin edilməsi, 4.000 manat məbləğində maddi ziyanın İddiaçı1 tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, 10.000 manat məbləğində mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun iddiaçılardan müştərək qaydada tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 həmin pulu XXXnun işlətdiyi aptekə şərik olmaq üçün ona vermişdir. Aptekdə də birlikdə uğur əldə edə bilmədiklərinə görə, əldə edilən gəlirə şərik olduqları kimi, ziyana da şərik olmalıdırlar. Lakin XXX yenə də humanistlik edərək İddiaçı2 1.000 manat məbləğində pul vermişdir. Qalan məbləğ isə onlar şərik olduğuna görə ziyanla əvəzləşdirilmişdir. Mebelin daşınması üçün fəhlələrə 1.000 manat pul verdiklərinə dair hər hansı bir rəsmi s ənəd, sübut mövcud deyil. İkincisi isə, mebellərin yerləşdiyi mənzil XXXin qayınanası, yəni Cavabdeh2 məxsus olmuşdur. Nikah pozulduqdan sonra tərəfləri bir-birinə heç nə bağlamadığına görə XXX həmin mənzili cehizləri ilə birlikdə tərk etməli idi. Ona görə də, cehizləri mənzildən çıxarmaq birbaşa XXXin borcu idi. Onu hansı vasitə ilə və necə çıxaracağı isə iddiaçıların öz işləridir. Cavabdeh2 XXXin iş yerinə gedərkən onu qətiyyən təhqir etməyib, XXXlə sakitcə görüşmək istədiyini bildirmiş, XXX isə onunla görüşməkdən imtina etmişdir. Daha sonra, XXXin iş yerində başqa məsul şəxs Cavabdeh2 qəbul etmiş və onların barışmasının mümkün olmadığını bildirmişdir. İddiaçılar cavabdehləri təhqir etmişlər. Belə ki, tərəflər arasında nikah pozulduqdan sonra İddiaçı1 həmin mənzildən əşyaları ilə birlikd ə çıxmalı idi. xx.xx.2019-cu il tarixdə cavabdehlər mənzili təhvil almaq üçün getdikdə mənzilin giriş qapısının açarının dəyişdirildiyinin şahidi olmuşlar. Məcbur qalaraq qapının kilidini sındıraraq içəri daxil olduqda görmüşlər ki, İddiaçı1 bütün cehiz əşyalarını aparıb. Mənzilin otaqlarının divar kağızları bir neçə yerdən cırılmış və üzərində müxtəlif təhqiramiz ifadələr yazılmışdı. XXXya məxsus pal-paltar cırılmış, ağ paltarlar qələm ilə yazılmış vəziyyətdə olmuşdur. Mənzildə olan, hər birinin dəyəri 1.200 manat olan 2 kompüterdən biri sındırılaraq yerə səpələnmiş, digər kompüter isə XXX tərəfindən götürülmüşdür. Bir sözlə, mənzil dağınıq vəziyyətdə olmuşdur. Bununla əlaqədar olaraq akt da tərtib olunmuşdur. İddiaçı1 mənzili tərk edərkən XXXya məxsus 600 manat dəyərində nişan üzüyünü də götürmüşdür. Divar kağızlarının yazılaraq korlanması nəticəsində isə 1.000 manat dəyərində ziyan dəymişdir. Beləliklə, XXX tərəfindən 4.000 manat (2.400 manat dəyərində 2 kompüter, 600 manat dəyərində üzük, 1.000 manat dəyərində divar kağızları) məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, İddiaçı1 mənzili dağınıq vəziyyətə salmaqla, divarları yazmaqla cavabdehlərə mənəvi ziyan vurmuşdur. Divarda yazılmış sözlər onlara pis təsir etmiş, onlar mənəvi iztirab keçirmiş və stresə düşmüşlər. Divarda yazılmış müxtəlif təhqiramiz ifadələri qonşular da görmüşlər və onların yanında da stres keçirmişlər. Cavabdehlər onlara dəymiş mənəvi ziyanı 10.000 manat məbləğində dəyərləndirirlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3243/2019 nömrəli iş ü zrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) ilkin iddia qismən təmin edilərək, 4000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia isə tam təmin olunmamışdır. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2, 739.1, 739.2, 385.1, 386.1, 442, 445, 448.1, habelə Azərbaycan Respublikası Mülki Prosssual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrini tətbiq edərək, Cavabdeh1 İddiaçı2 5.100 manat borc aldığını, həmin borcun 1.000 manat hissəsini qaytardığını, 4.000 manat borcu qaldığını etiraf etdiyini vurğulayaraq, cavabdehin İddiaçı2 qarşısında 4000 manat borc məbləği həddində məsuliy yət daşıdığı nəticəsinə gəlmişdir. Bu səbəbdən, ilk iddia 4000 manat borcun tutulması tələbinə dair hissədə təmin edilmiş, qarşılıqlı iddia isə sübut olunmaması əsası ilə təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı zamanı İddiaçı1 şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4917/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Həsənov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, 4000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cav abdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. İşə apellyasiya qaydasında baxan məhkəmə Cavabdeh1 iddiaçıdan 5100 ABŞ dolları məbləğində pulu alması barədə ibtidai istintaq zamanı verdiyi yazılı ifadəni faktın etirafı kimi qiymətləndirməklə, göstərmişdir ki, cavabdeh tərəfindən alınmış göstərilən məbləğdə pulun həqiqətən onunla İddiaçı2 arasında olan biznes məqsədilə verildiyini və ya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüş, lakin cavabdeh həmin halları təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. Beləliklə, cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan irəli gələn cavabdehin etiraf etdiyi həcmdə - 4000 manat pul öhdəliyi yaranmışdır. İlkin iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddia tələbinə münasibətdə isə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla bununla bağlı qeyd etmişdir ki, cavabdehlər maddi və mənəvi zərərin vurulması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiklərindən, qarşılıqlı iddia haqlı olaraq əsassız hesab edilməklə məhkəmə tərəfindən təmin olunmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.7, 1091.1, 1092.1-ci maddələrinə, MPM-nin 9.3, 14.2, 77.1, 88, 106.1-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qanun normaları düzgün tətbiq olunmamış, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli və obyektiv araşdırılmamış, onlara hüquqi qiymət verilməmişdir. Kassasi ya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi XXX Rayon Polis İdarəsinin 29-cu Poliş Şöbəsinin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına istinad etsə də, həmin qərarın ləğv olunduğunu nəzərə almamışdır. Belə ki, qeyd olunan qərar XXX Rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə göstərilən halı müəyyən etmək üçün istintaq orqanına sorğu verməli olduğu halda bunu etməmiş, ona görə də sübut növü kimi həmin qərara istinad etməsi qanunsuz olmuşdur. Kassator həmçinin göstərmişdir ki, ona məhkəmə iclasları barədə rəsmi məlumat verilməmişdir. Kassasiya şikayətinin hüquqi əsası kimi MPM-nin 77.1, 217.1, 217.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiy a şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı1 vəkilsiz iştirak etdiyinə görə, MPM-nin 67-ci maddəsinə əsasən onun izahat dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğvini xahiş etdiyi üçün məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri əsassız varlanmadır (maddə 386.1). Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur (maddə 1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çər çivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4917/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar